Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1514/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi Ərizəçi Mənsur qızının, vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Mənsur qızının Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «atalığın etiraf olunması faktının» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mənsur qızı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «atalığın etiraf olunması faktının» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.06.2021-ci ildə doğulmuş Tamerlanın atasının X2 olmasının müəyyən olunması, Tamerlanın doğum akt qeydlərində qeyd edilərək atası qrafasında X2 yazılması və uşağın doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Mənsur qızı yenidən ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdm edərək, X1 10.06.2021-ci ildə doğulmuş Tamerlan Xankişiyevə münasibətdə atalığın etiraf olunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Mənsur qızının vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, mülki işin baxılmamış saxlayaraq, ərizə və ona əlavə edilmiş sənədlərin əslinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndənin iştirakı iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Mənsur qızının vəkili-nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. Ərizəçi Mənsur qızının Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «atalığın etiraf olunması faktının» tələbinə dair ərizəsi baxılmamış saxlanılaraq, ərizə və ona əlavə edilmiş sənədlərin əsli geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1514/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1514/2022
28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver