Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1519/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 onun əmisi qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 40 saylı mənzilin mülkiyyətçisi Ərizəçi əmisi qızı X11 olmuşdur. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X4 ailəsi olmadığı üçün onunla sıx qohumluq münasibətləri saxlayan və qayğısına qalan yeganə şəxs Ərizəçi olmuşdur. Ona həm mənəvi, həmdə maddi dəstək göstərmiş, onun istirahət və bayram günlərində tək qalmasına imkan verməmiş və tez-tez öz evinə gətirərək ailəsi ilə birlikdə saxlamışdır. X11 öldükdən sonra qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 40 saylı mənzil (əmlak) miras qalmışdır. Onun ölümündən sonra miras qalmış mənzilə dair bütün xərclər Ərizəçi tərəfindən ödənilmişdir. Faktiki olaraq mirası qəbul edərək idarə etmişdir. X4 ilk dörd növbədə olan vərəsələri olmadığından iddiaçı Ərizəçi başqa beşinci növbə vərəsə qismində çıxış etmiş şəxslər: X12, X2, X13, X20, X8, X23, X7, X14, X24, X18, X9, X25, Məlikova Validə Abbaş qızı, X5, X21 ölmüş X3 irs qalmış mirasın onlara çatası hissələrini qəbul etməmiş və etməyəcəklərinə dair notarial qaydada ərizə vermişlər. Bundan sonra iddiaçı Ərizəçi beşinci növbə vərəsə qismində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinə müraciət etmişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin 1771 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ərizəçi mərhum N.H.Əzizova ilə qohumluq münasibətlərinin müəyyən edilməsi üçün lazım olan sənədlər təqdim olunmamış və bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qeyd olunan sənədlərin tam həcmdə təqdim olunması mümkün olmamışdır. Belə ki, Ərizəçi mərhum N.H.Əzizova və onların digər yaxın qohumlarının Ermənistan Respublikasının ərazisində doğulmuş və orada yaşamışdır. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmişlər. Bu səbəbdən lazımı arxiv sənədlərinin əldə olunması mümkün deyildir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid X21 bildirmişdir ki, mərhum X11 onun əmisi qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 bildirmişdir ki, mərhum X11 2021-ci ildə vəfat etmişdir. Onun dayısı qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, mərhum X11 onun dayısı qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, mərhum X11 onun dayısı qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, mərhum X11 onun əmisi qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, mərhum X11 onun dayısı qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 bildirmişdir ki, mərhum X11 onun əmisi qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Məlikova Validə Abbas qızı bildirmişdir ki, mərhum X11 onun dayısı qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 bildirmişdir ki, mərhum X11 onun dayısı qızıdır. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, mərhum X11 onun qohumudur. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, mərhum X11 onun qohumudur. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X23 bildirmişdir ki, mərhum X11 onun qohumudur. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 bildirmişdir ki, mərhum X11 onun qohumudur. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, mərhum X11 onun qohumudur. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X24 bildirmişdir ki, mərhum X11 onun qohumudur. Onun qayğısına daima əmisi oğlu Ərizəçi qalmışdır. Onların arasındakı münasibətlər doğma bacı-qardaş münasibətləri kimi olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 201445 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistanın Spitak rayonunda doğulmuşdur. Onun atası X15, anası X10r. İş materiallarında olan AZ-İ seriyalı 160048 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan X1 Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubun surətindən görünür ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. "Fərdi məlumatlar haqqında" Qanunun 2.1.6-cı və 13.1 -ci məddəlarinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Qeyd edilən Qanunun 8.3-cü bəndinə görə isə subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda həmin Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetin n 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydasfnın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktları haqqında arayışın (təkrar şəhadətnamənin) alınması üçün ölmüş şəxsin qanuni vərəsəsi şəxsiyyətini və qohumluq faktın təsdiq edən sənədi təqdim etməklə müvafiq qeydin olduğu yerin qeydiyyat orqanına şəxsən və ya notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə müracət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə qanun üzrə mövcud olan 5 növ vərəsəlik növbəsindən birincisi üzrə ölənin uşaqları, mərhumun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (ər), valideynlər (övladlığa götürənlər), ikincisi üzrə isə ölənin bacıları və qardaşları sayılır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsə iyini istisna edir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə veilmiş məktubun surətindən görünür ki, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: X1 dövlət qeydiyyatın» aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Ərizədə də qeyd edilən Ərizəçi mərhumə N.H.Əzizova ilə qohumluq münasibətlərinin müəyyən edilməsi üçün lazım olan sənədləri təqdim edilə bilinmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Ərizəçi mərhumə N.H.Əzizovanın beşinci dərəcəli vərəsəsi olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, X21, X5, Məlikova Validə Abbas qızı, X25, X9, X24, X14, X7, X23, X8, X20, X16, X2X12X18 xx.xx.2021-ci il tarixdə ölmüş X3 irs qalmış mirasın onlara çatası hissəsini qəbul etməmişlər, gələcəkdə pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcəklərdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən vərəsəlik zamanı beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin araşdırılmış hallarından görünür ki, ərizəçinin qohumluq faktının təsdiq edilməsinə dair müraciəti miras qalmış əmlakın vərəsəlik qaydasında həllini tapmasından ibarətdir. Belə ki, iş üzrə müəyyən olunur ki, X3 Bakı şəhəri Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 40 nömrəli ev miras qalmışdır. Həmin ev hazırda ərizəçinin sahibliyində və istifadəsindədir. Həmin evə dair vərəsəlik işinin açılması üçün qohumluq faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün notariat ofisi tərəfindən ərizəçiyə imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə ölmüş X4 Ərizəçi əmisi qızı olmasına dair faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş üzrə tədqiq edilmiş sənədlərdən və məhkəmə iclasında şahidlər tərəfindən verilmiş ifadələrindən müəyyən olunur ki, X11 ərizəçinin əmisi qızı olmuşdur. X4 ailəsi olmadığı üçün Ərizəçi onunla sıx qohumluq münasibətləri saxlamaqla qayğısına qalmış, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 40 saylı mənzildə yaşamışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən qohumluq əlaqəsinin olması ərizəçi tərəfin izahatı, şahid ifadələri, iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.2021-ci il tarixdə ölmüş X4 Ərizəçi əmisi qızı olması olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X4 Ərizəçi əmisi qızı olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1519/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1519/2023
17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver