Məhkəmə qərarları › İş №2(006)-1525/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1525/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1525/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QBKT MMC-yə qarşı “borcun olmaması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsini və Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanının maddələrini rəhbər tutaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o - İddiaçı xx.xx.2015-ci ildə ”Cavabdeh” X1 Bank Kredit təşkilatından **********3810 saylı kredit müqaviləsi ilə illik faiz dərəcəsi 23,84 olmaqla 24 ay müddətinə 1750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Krediti vaxtlıvaxtında ödəmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda yaralanıb ikinci qrup əlil olmuşdur, sağlamlığı kreditin ödənilməsinə imkan verməmişdir. Əsas isə dolların Azərbaycanda devolvasiya olunması onun kredit ödəməyini mümkünsüz etmişdir. Cənab Prezidentin əhalinin problemli kreditləri ilə bağlı və birinci dərəcədə şəhid ailələrinin və müharibə əlillərinin kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanı hamımının ürəyincə olmuşdur. Təəssüf hissi ilə qeyd edir ki, o da hamı kimi gözləmişdir ki, Hesablama Palatasından və ya kredit götürdüyü ”Finka Azərbaycan” MMQBKT-dan onunla bağlı bir məlumat veriləcək, lakin heç bir xəbər çıxmamışdır. Fərmanda açıqlığı ilə göstərilir ki, 2012-ci ildən 2019-cu ilə qədər götürülmüş kredit on min ABŞ dollarına qədər 365 gün, yəni bir il gecikməsi olan şəxslərə şamil olunur. O da 2015-ci ildə kredit götürmüşdür və 6 (altı) ay ödəniş etmişdir, nəinki bir il, dörd ilə yaxın olub ki, o, kredit ödəməmişdir. O, bilmək istəyir ki, ”Finka Azərbaycan” MMQBKT nəyə görə Prezidentin fərmanına əməl etmir. Cənab Prezidentin 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanının müddəti bitdikdən sonra ”Finka Azərbaycan” MMQBKT onu məhkəməyə verir, ondan yüksək məbləğli faiz ilə pul tələb edir. Hətta Laçın rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(047)-177/2020 saylı qətnaməsində ”Finka Azərbaycan” MMQBKT-nin nümayəndəsinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli arayışında onun Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanının ona aid olmadığı bildirilir. Bəlkə doğrudan da o, bir müharibə əlili olaraq bu ölkənin vətəndaşı deyildir, ”Finka Azərbaycan” MMQBKT onu çox narahat etmişdir, Xəstə vəziyyətində olaraq onu Ağcabədi rayonunda yerləşən Laçın məhkəməsinə çağırıblar. Hər dəfə o, məhkəməyə taksi ilə getmək məcburiyyətində olmuş və nəticədə ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. ”Finka Azərbaycan” MMQBKT həmin ziyanı ona ödəməlidir. Xahiş edir ki, onun fikirləri nəzərə alınsın. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsini və Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanının maddələrini rəhbər tutaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********7600 kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsinin “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatına həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh QBKT MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.2015-ci il tarixli, **********3810 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh QBKT MMC tərəfindən İddiaçı illik 23,84% dərəcəsi ilə 24 ay müddətinə 1750 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli, SF-29220 saylı Çıxarışdakı “Borcalanın bağlanmış öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh QBKT MMC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması qeyd edilmişdir. Cavabdeh QBKT MMC-nin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı Cavabdeh QBKT MMC-yə xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər 465 manat ödəniş edilmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, xx.xx.2015-ci il tarixli, **********3810 saylı kredit müqaviləsinə əsasən Cavabdeh QBKT MMC tərəfindən İddiaçı illik 23,84% dərəcəsi ilə 24 ay müddətinə 1750 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli, SF-29220 saylı Çıxarışdakı “Borcalanın bağlanmış öhdəlikləri” qrafasında İddiaçı Cavabdeh QBKT MMC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmadığı qeyd edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək borcunu tam ödəməsə də, “xxxx” MMC-nin məlumat bazasındakı “Borcalanın bağlanmış öhdəlikləri” qrafasında İddiaçı Cavabdeh QBKT MMCyə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması qeyd edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə BOKT iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsinə əngəl yaratmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Cavabdeh” QBKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********3810 saylı il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi «Cavabdeh” QBKT MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia məcburi köçkün olan şəxs tərəfindən verildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azaddır və iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh” QBKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********3810 saylı tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi «Cavabdeh” QBKT MMC-yə həvalə edilsin. Cavabdeh «Cavabdeh” QBKT MMC-dən 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar