Məhkəmə qərarları › İş №2(006)-155/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-155/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-155/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Nümayəndə3, Cavabdehin nümayəndəsi – Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı « müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə həyat yoldaşı X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 129461-CNS-7311 saylı kredit və ipoteka müqavilələrinin, keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB" ASC ile əri X4 arasında bağlanmış 25.07.204-cü il tarixli 120461 - CNS-7311 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi əsasında bağlanmış 129461-CNS-7311 saylı 25.07.204-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1 ünvanında yerləşən ümumi 0.03 ha torpaq sahəsi olan 2 mərtəbəli, 4 otaqlı, 95.67 kv.m yaşayış, 08.39 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1 ünvanında yerləşən, ümumi 0.03 ha torpaq sahəsi olan 2 mərtəbəli, 4 otaqlı, 95.67 kv.m yaşayış, 08.30 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi üzrə cavabdehin adına verilmiş olan RX **********749-10301 saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(006)-1920/2022 saylı qərardadı ilə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “kredit müqaviləsinin və həmin müqavilə əsasında bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi"nə dair iddia tələblərindən İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini və iddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin xx.xx.2014-cü il tarixli 129461-CNS-73.11 saylı “Girovlu istehlak kreditisaylı kredit” müqaviləsinə əsasən həyat yoldaşı X4 illik 25% faiz olmaqla 60 ay müddətinə 38.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi istifadələrində olan ünvan 2 ünvanında yerləşən evi ipoteka ilə cavabdeh "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Həyat yoldaşı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Belə ki, yoldaşının psixi problemləri vardır və psixi qüsurun nəticəsində həyat yoldaşının üz hərəkətlərinin mənasını anlaya bilməməsini və bir sıra hallarda öz hərəkətlərini idarə edə bilməməsi halları da baş verirdi. Bununla bağlı Abşeron rayon Məhkəməsinə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’* tələbi ilə müraciət elmişdir. Abşeron rayon Məhkəməsi 2(012)-3509/2021 saylı iş üzrə aparılan araşdırma nəticəsində ərizəsi təmin olunaraq, həyat yoldaşı X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş və onun qəyyumu təyin edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanılan əqd məhkəmə tərəfindən etibarsız sayıb bilər. Belə ki, yoldaşı X4 2021-ci ildə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş olsa da, onun psixi problemləri anadan gəlmə olmuş, bu hallar Abşeron rayon Məhkəməsi tərəfindən keçirilən ekspertizalar nəticəsində sübuta yetirilmişdir. Cavabdeh ilə həyat yoldaşı arasında həmin əqd bağlanarkən bundan xəbəri olmamışdır. Belə ki, həmin kredit müqaviləsi bağlanarkən həyat yoldaşı fəaliyyət qabiliyyətli olmamışdır. Həmin kredit müqaviləsinə əsasən isə mülkiyyətində və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə və üzərindəki 6 saylı fərdi yaşayış sahəsi xx.xx.2014-cü ildə bağlanmış 129461-CNS-73.11 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC borcun ipoteka yüklü edilmiş əmlaka yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iş üzrə qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən ipoteka yüklü edilmiş əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Y-20 saylı hərracın nəticələri barədə protokola əsasən mübahisə obyekti olan ipoteki yüklü edilmiş mənzil ipotekasaxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Hesab edir ki, mənzilin satışına dair hərrac qanunsuz keçirilmişdir və onun nəticələri etibarsız sayılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli Y-20 saylı Hərracın nəticələri haqqında yekun Protokolundan görünür ki, "xxxx" ASC ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 63113 manata almışdır. xx.xx.2022-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış və müqaviləyə əsasən cavabdeh "xxxx" ASC ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 63113 manata almışdır. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli hərrac bildirişlərindən və 043465, 043585 saylı xəbərnamələrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə bildirişlər X3 göndərilməklə ona çatdırılmışdır. “Market” reklam və elanlar qəzetinin xx.xx.2021-ci il tarixli 69(10759) saylı, xx.xx.2021-ci il tarixli 77(10767) saylı və xx.xx.2021-ci il tarixli 79(10769) saylı buraxılışlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac barədə mətbuatda məlumat verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3641/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsindən görünür ki, X1 xx.xx.2014- cü il tarixli, 129461-CNS-7311 saylı kredit müqaviləsinə əsasən 34.817,08 ABŞ dolları əsas, 7.003,03 ABŞ dolları faiz, cəmi 41.820,11 ABŞ dolları məbləğində krediti borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə 30 manat xidmət haqqı və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın X3 məxsus olan ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti, döngə 1-də yerləşən 0,03 ha torpaq sahəsinə və üzərindəki 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və onun satışdan əldə edilmiş pul vəsaitinin hesabına X2 Cavabdeh ASC-yə olan cəmi 41.820,11 ABŞ dolları, 30 manat xidmət haqqı və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 99.000 manat müəyyən edilməsi, Cavabdeh ASC-yə ödənilməli olan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə edilmiş pul vəsaitinin qalan hissəsinin cavabdeh X3 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-30/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3641/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5443/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(10)-30/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(0l2)-3509/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1980-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1421/2023 saylı qərarından aşağıdakılar müəyyən olunur: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1920/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)” ASC-yə qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7802/22 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1920/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının yuxarıda göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7802/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-3509/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən əri X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyinə istinad edərək onun tərəfindən "Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit və ipoteka müqavilələrinin hüquqi nəticələri üzrə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda göstərilən kredit və ipoteka müqavilələrini eyni əsasla (əri X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) mübahisələndirmiş və iddiaçının iddiası qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1920/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin Qətnamə ilə müəyyən edilmişdir ki, "Bank VTB (Azərbaycan)” ASC ilə iddiaçının əri X4 arasında bağlanılmış 25.07.20l4-cü il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterlidir və mübahisələndirilən müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1920/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən göründüyü kimi, ipoteka və kredit müqavilələrinin etibarlı olması, iddiaçının əri X2 həmin müqavilələri anlaqlı vəziyyətdə bağlaması sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz. Beləliklə, iş üzrə preyudisial əhəmiyyət kəsb edən qətnamə ilə tərəflər arasında olan kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə münasibətlərə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İşdə, ümumiyyətlə hərracın nəticələrinin etibarsız olmasına dair heç bir mötəbər yazılı sübut yoxdur və onun iddia etdiyi məsələlərə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Eyni zamanda iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı bunun üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar