Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1553/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazışının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazışının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:
1. Bu barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırkı barışıq sazişinin 2ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür: 1.1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1553/2024 saylı mülki iş üzrə iddiasından tamamilə imtina etməyi, gələcəkdə tərəflər arasında olan əmək münasibətləri ilə heç bir iddia qaldırmamağı və hazırkı barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi; 1.2. Bu barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zəruriyyət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməyi haqqında zəruri məzmunda ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi; 1.3. Öz xahişi ilə xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini Cavabdeh MMC-yə təqdim etmək; 1.4. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında əmək kitabçasında yazılmış qeydə müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasını və ya yeni əmək kitabçasını Cavabdeh MMC-yə təqdim etmək;
2. Bu barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırkı barışıq sazişinin 1-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür: 2.1. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 3 (üç) gün müddətində xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmr vermək. 2.2. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 7 (yeddi gün müddətində xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və bu barədə elektron informasiya sistemində olan məlumatın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək; 2.3. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ya yeni əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazmaq; 2.4. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən 3 (üç) gün müddətində 250 (iki yüz əlli) manat məbləğində pulu İddiaçı ödəmək.
3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.
4. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.
5. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.
6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmək hüququna malikdir.
7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.
8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
9. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.
10. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı şəhəri Nəsimi rayon məhkəməsinə veriləcək. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir.
11. Hazırkı barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırkı barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh MMC (direktor X1) arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.Bu barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırkı barışıq sazişinin 2ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür: 1.1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1553/2024 saylı mülki iş üzrə iddiasından tamamilə imtina etməyi, gələcəkdə tərəflər arasında olan əmək münasibətləri ilə heç bir iddia qaldırmamağı və hazırkı barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi; 1.2. Bu barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zəruriyyət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməyi haqqında zəruri məzmunda ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi; 1.3. Öz xahişi ilə xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini Cavabdeh MMC-yə təqdim etmək; 1.4. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında əmək kitabçasında yazılmış qeydə müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasını və ya yeni əmək kitabçasını Cavabdeh MMC-yə təqdim etmək;
2. Bu barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırkı barışıq sazişinin 1-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür: 2.1. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 3 (üç) gün müddətində xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmr vermək. 2.2. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 7 (yeddi gün müddətində xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və bu barədə elektron informasiya sistemində olan məlumatın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək; 2.3. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ya yeni əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazmaq; 2.4. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən 3 (üç) gün müddətində 250 (iki yüz əlli) manat məbləğində pulu İddiaçı ödəmək.
3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.
4. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.
5. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.
6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmək hüququna malikdir.
7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.
8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
9. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.
10. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı şəhəri Nəsimi rayon məhkəməsinə veriləcək. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir.
11. Hazırkı barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırkı barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1553/2024 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev