Məhkəmə qərarları › İş №2(006)-1563/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-1563/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1563/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Cavabdeh iştirakı ilə, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı «icarə haqqı üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X7 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılmış və iddianın təmin edilməsi barədə xx.xx.2021-ci il tarixli, 2(006)-1563/2022 saylı qətnamə çıxarılmışdır. Məhkəmə çıxarılmış qətnaməni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, AR Əmlak Məsələləri Dövlət Komitəsinin iddiasının təmin edilməməsini, “Dövlət reyestri haqqında” AR Qanununun 13.7 maddəsinə və AR Yasamal İcra hakimiyyətinin xx.xx.2006-cı il 34 №-li və xx.xx.2011-ci il 64 №-li sərəncama istinadən əmlakının yerləşdiyi 20 metrənin 17 metrəyə olan icarə müqaviləsi bağlanılmasını, icarə haqqı axımının əmlakının bərpasından və işi başladığından sonra başlamasını, 3 il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləği icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası Əbdülrəhim Haqverdiyev küçəsi 2c ünvanında yerləşən xx.xx.2019-cu il tarixli ********** №-li X6 əsasən mülkiyyət hüququna sahib olduğu qeyri-yaşayış sahəsidir. Mülkiyyətçisi olduğu əmlak 2006-cı ildən ailəsinə məxsusdur. xx.xx.2006-cı il 34 saylı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sərəncama aid əmlakı ailə üzvü X12 xx.xx.2006-cı ildə 19 saylı Dövlət Notariat kontorunda alqı-satqı vasitəsi ilə rəsmiləşdirərək almış, xx.xx.2006-cı il tarixdə isə Dövlət Reyester Xidmətindən qeydiyyatdan keçirərək qeyri-yaşayış sahəsinə dair əmlaka rəsmi sənəd alaraq mülkiyyət hüququ əldə etmişdir. Amma verilən sənəddə əmlakın yarısı qaraj kimi əks etdirilmiş, yarısı isə göstərilməmişdir. Ailə üzvü X12 ixtisasca sürücü və yaşlı olduğundan Yasamal İcra Hakimiyyəti səlahiyyətlisi S.İslamov 34 saylı Sərəncamın və 3-cü bəndinin tələbgöstərişi olan "Qar aj (qeyri-yaş ayı ş) sahəsi 45 saylı evin yaxınlığındakı boş əraziyə keçirilsin,tikilməsi faktı təsdiq edilsin,1-ci bənd və yerləşdiyi ərazinin torpağ icarə xərcləri rayonun müvafiq qurumları ilə bağlanacaq müqavilə əsasında həyata keçirilməlidir” torpağa dair icarə müqaviləsini qanuna zidd bilərəkdən yanlış yönləndirərək Yasamal Bələdiyyəsi ilə Bələdiyyənin 148/6 saylı 24 avqust 2006 - cı il tarixli Sərəncamı əsasmda ,88.6kv.metrə torpaq sahəsinin mülkiyyətçisinin öz vəsaiti hesabına abadlaşdıraraq istifadə etməsini təsdiq edərək müqavilə bağlatmışdır. Buna səbəb mülkiyyətçinin əmlaka dair sənədində ikinci otağın və (əmlakın) yerləşdiyi sahənin qeydiyyatda göstərilməməsi idi ki,bunun üçün mülkiyyətçi haqlı olaraq Yasamal İcra Hakimiyyətinə mövcud problemlə müraciət etmişdir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 iyun 2004-cü il Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında Azərbaycan Respublikası Qanununun Maddə 1.0.4-nə əsasən Qeydiyyat orqanı-daşınmaz əmlakın dövlət reyesterini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.4 Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4.3. Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna dövlət reyesterində saxlanmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər ürzə qeydiyyat ünvanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 10.2.3. Torpaq sahəsində yerləşən bina,qurğu,tikililərin və digər daşınmaz əmlakının (onlarm tərkib hissəsinin) texniki pasportu, plan-cizgisi, Maddə 12.2. X5 forması və tərtibi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alman torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata almır maddələrinə uyğun düzgün tərtib edilməmişdir. Bu əsasla da Yasamal İcra Hakimiyyəti sözügedən əmlakın yerləşdiyi 20 metrin x 20 metrəyə olan hər tərəfdə piyada yolu ilə əhatə olunmuş avtonom sahəyə verilmiş Yasamal İcra Hakimiyyətinin 2011- ci il 64№-li sərəncamını qeyri-qanuni tələb etmişdir .Çünki Yasamal İcra Hakimiyyətinin xx.xx.2006- cı il 34 saylı sərəncamında 20-nin x 20-yə olan boş əraziyə keçirilməsi ,qeyri-yaşayış anlayışı və icarəyə verilməsi faktları göstəriş olaraq verilmişdir. Bilərəkdən 34№ -li sərəncam əvəzinə 64№-li sərəncamla Dövlət Reyester xidmətindən qeydiyyatdan keçirilmişdir. Çünki MA seriyalı ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2012-cı il tarixli çıxarışda nə sökülmüş, yəni bərpasına çalışdığı sahə nə də boş ərazi adlandırılan ərazi göstərilməmişdir. 24 iyun 2015-ci ildə əmlak bağışlanma yolu ilə onun adına rəsmiləşmişdir. Çünki artıq ailə üzvü süründürməçilikdən, icra hakimiyyəti səlahiyyətlisinin vəzifəsindən- qanundan sui-istifadə etməsi səbəbindən illərlə nəticə ala bilməməkdən bezmişdir. Sənədə düzəliş və bərpa üçün İcra Hakimiyyətinə yenidən müraciət etsə də, adını sərhəd divarı qoyulan 27.06,2012-ci ildə A-89№-li məktubla imtina məktubu verdilər. Səbəbi isə Dövlət Reyester Xidmətində qeydiyyata alınmayıb, halbuki, çıxarışın texniki pasportunda istinad planında göstərilib və öz təqdim etdikləri plan-sxem eskiz lahiyə mövcuddur və onun əsasında alınmışdır. 5 il ərzində 2 məhkəmə mübahisələndirmək istədim alınmadı. Sadəcə baxılmadı. Vəkil vasitəsi ilə yenə müraciət etdi və xx.xx.2016-cı il A-89 № məktubla imtina verildi. Bu səfər də Dövlət Reyesteridə qeyd olunduğunu qəbul edib, amma adını istinad planı qoydular. Sanki öz verdikləri plan-sxem lahiyənin hansı plana istinad edildiyindən xəbərsizdilər. Səbəbi isə Dövlət mülkiyyəti xx.xx.2011 -ci ilin plan-sxeminə cüzi dəyişiklik edib Əmlak Komitəsinə göndərildi. Sədrin köməyi ilə xx.xx.2017 -ci il tarixdə 204 saylı müqavilə ilə icarə, icra hakimiyyətinin tələbi üzərinə rəsmiləşdirildi və 25 sentyabr 2017-ci il **********47 №-li məktubla təyinat və bərpasına razılıq verildi. M.M.Maddə 176.Torpaq sahələrinin hasarlanması və mərzlənməsi. Maddə 176.1 Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. Əgər Azərbaycan Respublikası M.M-də hasarlama nəzərdə tutulubsa bu süründürməçiliyə nə ehtiyac vardır? 2006-cı ildən mülkiyyət hüququ, 2010-cu ildən əmlakının bərpası üçün qanuna müvafiq etik davranış məsuliyyəti ilə hüquqi mübarizə aparır.İstifadəsindən məhrum olduğum sahəyə görə indi də təxminən 300 AZN olmaqla icarə haqqı ödəməklə xx.xx.2019 tarixə qədər əmlakının bərpası üçün icarə haqqı rüsumu ödədi. Çünki əmlakının bərpası üçün İcra Hakimiyyətinin tələbi üzərinə icarə müqaviləsini bağladı. Amma Azərbaycan Respublikası Reyester haqqında qanunun 13.7 maddəsinə əsasən nəinki ərazisi rəsmiləşdi, həm də sökülmüş əmlakının bərpa icazəsində kiçildi. Səbəb iki bina arasındakı məsafəni bərabərləşdirmək 10 metrdən 7 metrəyə kiçildildi. Bu səlahiyyət isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə aiddir. Bütün bunlara baxmayaraq, Əmlak Komitəsindən aldığı razılığı (əmlakının bərpasına dair) üst quruma-Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi ki,üst qurumun nəzarətində olsun. Müraciətimə baxılması üçün Yasamal İcra Hakimiyyətinə göndərildi. 12 il səlahiyyətlərindən sui-istifadə edərək onu mülkiyyət hüququndan məhrum edən S.İslamov artıq icra başçısının vəzifəsini icra edirdi. Ona xəbər vermədən xx.xx.2017 c- il tarixdə A130- 069№-li məktubla Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə müraciət edir və xx.xx.2017-ci il tarixdə 17/2261-01№-li aldığı cavab məktubuna əsasən xx.xx.2018-ci il tarixdə A130/3-069/3-t/l № li məktubla müraciətinə absurd cavab vermişdir. Qəribəlik burasındadır ki, cavabda Əmlak Komitəsinin fəaliyyəti üzərinə müəyyənləşdirdiyi təyinatında istifadəsini dondurub yerinə yaşıllıq salınması göstərişini verməsi idi. O, aldığı qadağa cavabını yazılı Komitəyə təqdim edib kömək istədi. Sonra Komitəni müqavilənin “2.1 -icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək. 2.2. torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək,icarəyə verənin yazılı razılığı ilə mövcud tikinti norma və qaydalara uyğun olaraq torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyət üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq” bəndlərinin şərtlərini pozduğuna görə və bu halla bağlı heç bir hərəkət göstərmədiyinə görə, Prezidentə teleqram vurub sədrin qəbulunu tələb etmişdir. Cavab isə eyni, kömək edə bilmərik. Əlavə edir, bu səbəbdən xx.xx.2019-cu il tarixdən icarə haqqı ödəməyi dayandırıb artıq məhkəməyə müraciət etdi. Paralel olaraq Prezidentə və İnsan Hüquqları üzrə Ombudsmana müraciət edib məmur özbaşnalığma dair qəbulda oldu. Ombudsman sayəsində mülkiyyət hüququna dair, “Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3 hissəsinə görə hər kəsin mülkiyyətində daşınar yə daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hrəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Az.Res.Konstitusiyasınuı 71-ci maddəsinin 1 hissəsinə əsasən “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” maddələrinə və inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 22.1 maddə-sinə əsasən “inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar” maddəsinə istinadən icarəçinin hüquqlarının bərpası üçün Ekologiya Nazirliyindən, Dövlət Arxitektura və Şəhərsalma komitəsindən, Əmlak komitəsi nəinki kömək etməkdən imtina etdi heç səlahiyyətinə qadağa qoyan İcra Hakimiyyəti orqanına rəsmi müraciət edib məsuliyyətə təhrik belə etmədi. Halbuki icarə müqaviləsi gərəyi ilə buna borcludur. Çünki bu hal müqavilədə açıq göstərilmişdir. 3 il əmlakına görə icra hakimiyyətinin tələbi üzərinə bağladığım, amma istifadəsindən məhrum olduğu yerə görə icarə müqaviləsi üzərinə icarə haqqı ödəməyə Əmlak Komitəsi tərəfindən öhdəlik icrası olaraq məcbur edilir. Azərbaycan Respublikası M.M Maddə 700 İcarə Müqaviləsi 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə)icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhəvdən istifadə etmək və gəlir götürmək hüquq da verir. İcarəçi İcarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. M.M.Maddənin 385 Öhdəlik anlayışı. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsinin icrasmı tələb etmək hüququ vardır. M.M. Maddə 399. Müqavilənin qüvvəsi. Müqavilə bağlandığı andan qüvvəyə minir. Tərəflər üçün məcburi olur. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması, tərəfləri müqavüənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasma görə məsuliyyətdən azad etmir. M.M. Maddə 448. Öhdəliklərin icra edilməsi üçün borclunun məsuliyyəti. Əgər bu məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 204 №-li xx.xx.2017-ci il tarixli, müqavilədə hər iki tərəfin öhdəlikləri ayrı-ayrılıqda müəyyənləşdirilib və müqavilənin kreditor tərəfi öz öhdəliyi yerinə yetirməməyə görə hərəkətsizliyə cavabdehdir. Eləcə də, onun mənfəət bəhrə götürməməyinə görə məsuliyyətdən azad olunmur. Çünki, o, işləyərək gəlirdən- bəhrədən icarə ödəyir. Bunlara baxmayaraq, xx.xx.2019-cu il tarixdə icra hakimiyyəti əmlakının çıxarışda da son göstərici üzrə 40 santimetr hündürlükdə olan divar qalığı da nümayişkaranə şəkildə qanunsuz sökür və tullantıları bəhanə edərək bütün sökülmüş qalıq materiallarını da icazəsiz aparır. Piyada yolunu yararsız hala salır və ona məxsus ərazini yer səthi ilə bərabərləşdirir ki, piyadalar məcbur ona məxsus yerdən keçsin. Onun polisə müraciəti nəticəsində isə, tələbinə dair 10 gündən sonra xəbərdarlıq haqqında vərəq verir, həm də nümayəndəlik vasitəsi ilə Əmlak Komitəsi isə öz biganəliyini pozmur. M.M. Maddə 560. Hüquqdan sui-istifadə etmənin qadağan edilməsi. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi. 560.3.2. Şəxsin öz vəzifəsini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi. M.M. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağına görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydaya uyğun müəyyənləşdirilir. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Hüququ pozulmuş şəxs, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs (12) ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. M.M. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən, məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq, zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd etdiklərinə müvafiq qanunlara əsasən əmlak komitəsinin vəzifəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 iyun 2004-cü il Daşmmaz Əmlakın dövlət reyesteri haqqında Azərbaycan Respublikası Qanununun əsasında Yasamal İcra hakimiyyətinin müvafiq sərəncam və eskiz planına dair qeydiyyata almaqdır ki, qeydiyyat natamam aparılmış, 20 metrənin 17 metrəyə olan boş ərazi adlandırılan sahə icarədə göstərilməmiş. Bununla da 13.7 maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda bildirir ki, inzibati məhkəmə əmlakının çıxarış və 204 №-li xx.xx.2017-ci il müqaviləmin hazırda qüvvədə olması faktı tələbinin mübahisəsiz halını təşkil etdiyi əsasa dayanaraq İcra hakimiyyəti tərəfindən maneələrin törədilməsinin qarşısının alınması məqsədilə tələbinə dair cavabdehin mane olan hərəkətlərindən çəkindirilməsi üzrə qərar qəbul etmişdir. 2006-cı ildən əmlakımın bərpasına dair etdiyi müraciəti qismən təmin olunub. Amma 3 il ərzində sədrin göstərişinə baxmayaraq heç olmasa aldığı pulun müqabilində ona və ya qanunsuz qadağa qoyulmuş fəaliyyətinin bərpasına dair öz müqaviləsi öhdəliyinin tələbi üzərinə heçbir hüquqi addım atmadı. Halbuki, müqavilənin tələbi vəzifəsidir. Müqavilə üzrə icarənin böyüdülməsinə dair isə yəni icra hakimiyyətinin müqavilə üçün təqdim etdiyi plan-sxemə əsasən enindən 10 metrədən 7 metrəyə kiçildilməsi əvəzi 3 metrəni və bütövlükdə 10 metrəni arxadan əlavə edilməsinə,böyüdülməsinə etiraz etmir. Son xx.xx.2020-ci il tarixdə **********99 №-li məktubla cavab verərək məhkəmənin qərarına uyğun baxılacağını bildiriblər. Halbuki, qanuni haqqıdır. Öncə sənin deyil deyə zibil atdılar, sonra natəmizdir təmizlə, sonrası isə bitmir. İstifadəçinin sonu yoxdur. Son tarix 2019-cu ilin iyul ayında komitə müavini R. Şahbazovun qəbulunda icarə müqaviləsi haqqının dayandırılması haqqında müraciət edib və nəticə ala bilmədikdə xx.xx.2019-cu il tarixdə sədrin qəbuluna ərizə ilə problemin həll olunması səbəbiylə müraciət etdi. Yenə də nəticə ala bilmədikdə Prezidentə və Adminstrasiyasına və eyni zamanda məhkəməyə müraciət etdi. Bu əsaslarla da bildirir ki, məhkəmə çəkişməsi müddətində və işləmədiyinə, o cümlədən ölkədəki pandemiya ilə bağlı iş həyatının dayandırılmasında qanusuz yazılan icarə haqqı borcu əsassızdır və silinməlidir. Eləcə də, Komitə müqavilənin 03 mart **********99 nömrəli icarənin artırılmasına etiraz etmirik cavabı varkən məhkəməyə nə ehtiyac var? Sənədlərin düzgün olduğu və əsaslılığına dayanaraq 10 metrənin 7 metrəyə olan sahə 20 metrənin 17 metrəyə artırılaraq icarə müqaviləsinə əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllə Maddə 35.1 Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina oluması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərinin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllədə Dövlət reyesteri haqqında Az.Res Qanununun 1-ci fəsli bu qanunla müəyyən olunmuş maddə və qaydaların tələbi üzrə mülkiyyət hüququnu müəyyən edir və nəticədə çıxarış və onun izahı göstəricisi olaraq tex-pasport təsis edir ki, bu da bu qanunla vətəndaşın əmlak üzərində mülkiyyət hüququnu təyin edir. 2006-cı ildən müəyyən olan 2011-ci ildə təsis olaraq Əmlak üzərinə hüquq əldə etmişlər ki, buna dair 2012- ci il tex-pasportla bu gününkünün fərqi arqument- 2012-ci il tex-pasportdakı istinad planında sxemin 2-ci tex-pasportdan fərqi ştrixdədir və tikili olan sahələrin göstərilməsindədir. 1-ci dəki tikili ştrixli və bərpa olunmalı olan otaq divarla bağlı gösəricilər də isə yoxdur. Hazırki tex-pasport 2-ci də isə tikili altı tam ştrixli, göstəriciləri yanında daş divardan, öndə qalan 1 metr hündürlüyü 60 san eni, yan və arxada isə 40 san hündürlükdə 50san en, yer beton örtük. Çıxarışların tex-pasportlar sübutu. Təqdim etdiyi sənədlərdən,iş materiallarından görsənir ki, başçını əvəz edən, yəni işlərində İH-nin müavini olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ötən müddət ərzində müxtəlif əsassız bəhanələr gətirərək İH adından öz marağı və tələbi üzərinə bərpa üçün verilən müqavilə və təyinatı icrasından qərəzli olaraq müvafiq vəzifə mövqeyinə arxalanaraq, aidiyyatı olmayan orqana istiqamət verici məktubla müraciət edərək, istədiyi nəticəyə nail olaraq, mülkiyyətçinin mülkiyyət hüquqlarını kobud şəkildə mülkiyyətçinin işinə və fəaliyyətinə qadağa qoymuşdur. Yalnız Prezident və Ombudsman sayəsində Ekologiya öz sənədini təkzib etmiş, ƏMTX-isə icarənin artırılmasına etiraz etməməsini bildirmişdir. Halbuki işin mübahisəsiz halını 2012- ci il çıxarışdan xüsusi mülkiyyət hüququ təşkil edir. Belə ki, eskiz-plan lahiyə və sərəncam əsasında alınmış və eyni eskiz-plan əsasında da icarə müqaviləsi bağlanmışdır. Deməli, müqaviləyə əsas 2012-ci il xüsusi mülkiyyətdədir. Belə ki, mötəbər sübut 34№-li sərəncam və eskiz-plan, 2012-ci il xüsusi mülkiyyət hüququ sayılan çıxarışıdır ki, eskiz-plan lahiyə əsasındadır və məhz bu xüsusi mülkiyyət həll işin mübahisəsiz halını təşkil edir ki, həmin lahiyəyə uyğun bərpa olunmalıdır və icarə artırılaraq Azərbayca Respublikası reyst haqqında qanunun 13.7-ci maddəsi əsasında 20m x 17 metr olmaqla icarə müqaviləsində göstərilməlidir. İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən xitam verilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 294/2021 saylı qərardadından şikayət verərək, qərardadın və qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə mövcud qanun çərçivəsində, müdafiə, bərabərlik, mülkiyyət hüququna dair faktlar, sübutlar əsasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-294/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)- 294/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11713/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(006)-294/2021 saylı qərardadının tam ləğv edilərək mülki işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Cavabdeh Məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin predmeti və mahiyyəti xx.xx.2017-ci il 204 №-li, sökülmüş əmlakının bərpasına dair, əmlakının altındakı torpağın icarə müqaviləsi üzrə tərəf olan ƏMDX-nin müqavilənin tələbi ilə öhdəliklərini yerinə yetirməməklə və xx.xx.2006-cı il 34 №-li Yasamal İcra Hakimiyyəti sərəncamının üçüncü bəndinə uyğun torpağın yəni ölçülərin düzgün qeyd etməməsi, eləcə də, bu səbəblərdən dolayı Yasamal İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması ilə əmlakının istifadəsindən və mənfəət gəlirindən məhrum olmağından ibarətdir ki, nəticədə xx.xx.2019-cu il tarixə qədər işləmədən amma icarə haqqı axımı olan borcu tam bağlayıb ƏMDX-nə məlumat verərək məhkəməyə müraciət etməklə, ƏMDX-nin rəsmisi R.Şahbazov xx.xx.2019-cu il **********99 №-li rəsmi məktubla icarənin artırılmasına etiraz etmir və son xx.xx.2020-ci il **********99 №-li məktubla icarəni artırılaraq düzəlişinə məhkəmə qərarına uyğun baxılacaq mövqeyi ilə qanuni öhdəliyini yerinə yetirməmiş eləcə də, onu icarə axımının dayandırılmadığından məhkəmə axımı müddətində yığılan icarə borcuna görə məhkəməyə verilməyilə nəticələnməkdən ibarətdir. ƏMDX-i beş il ərzində öz öhdəliyini yerinə yetirməyərək yəni onu müqavilə şərtinə uyğun fəaliyyətini təmin etməmişdir. Yeni nazir M.Cabbarova müraciətindən sonra ƏMDX-i icarəni yenə kiçildərək yəni 17,25 metrin 17,75 olan baş planla razılaşdıma, təsdiq etmə, münasibət bildirmə adı ilə nədənsə Yasamal Rayon İcra Hakimiyyətinə göndərilir. Halbuki Yasamal Rayon İcra Hakimiyyəti 2006-cı il 34№-li sərəncamla bu məsələni ƏMDX-nə tapşırmışdı. Nəticədə xx.xx.2021-ci il A-152-091 №-li məktubla öz əməli nəticəsi – məhrum etmə səbəbini açıqlayır və son cümlədə etiraz etmə hüququ olmadığından adına hüquq müəyyənedici sənədlərin verilməsini ƏMDX-nin ixtiyarına – mülahizəsinə buraxmışdır. Yəni etiraz etməmişdir ki, icarəsi qanuni düzəlsin. Beləliklə hər iki qurum əmlakının düzgün sənədləşərək bərpa olunmasına etiraz etmədiklərini rəsmi bildirdilər. Amma yenə icra olunmur nədənsə məhkəmədən sonraya saxlayırlar. Eləcə də, işləmədən icarə haqqı axımı dayanmayaraq artır və tələb olunur ki, ödəsin. Ödəmə məqsədi ilə ƏMDX-nin kuratoru təklif verdi ki, əmlakını icarəyə versin və icarə haqqı ilə borcu bağlasın və o, razı oldu ki, təki işləri düzəlsin. Nuhzadə İlqarla rəsmi müqavilə icarəyə verdi. İcarəçi mütəmadi olaraq Yasamal Rayon İcra Hakimiyyəti işçiləri tərəfindən işinə müdaxilə olunaraq fəaliyyətinin əngəlləndiyini bildirirdi. Bu səbəb isə obyektin yan və arxa tərəfindəki sökülmüş ərazinin təmizliyi, ona aid olan və ƏMDX-i ilə rəsmi müqaviə əsasında fəaliyyət növü üzrə icazəsinə baxılmayaraq avadanlıqlarının istifadəsinə qadağa qoyularaq – götürülməsi səbəbi tələb olunurdu. Hətta içəridəki rəsmi icazə sənəd üzrə mövcud olan yüz ədəd təndir və sacı, his ətrafda yaşayanları narahat edə bilər adı ilə götürüb obyektin arxasına yerləşdirilməsini icarədarın sözünə istinadən icarədardan tələb edib icrasına nail olmuşlar. İcarədar məcbur olub çörəyi tok peçində bişirməyə davam edib. Apellyasiya məhkəməsinə maraqlı şəxs qismində qoşulan icarədar təqdim etdiyi fotolarda hər an fakt olaraq öz təsdiqini tapmışdır. Belə ki, obyekti təhvil aldığı vəziyyəti, İcra Hakimiyyəti müdaxiləsi vəziyyəti. O, məsələni bildikdə rəsmi sənəd tələb etdi, ama polis müşayiəti ilə olan danışıq nəticəsi ilk olaraq razılıq əldə etdi ki, peçin ətrafını taxta-diktlə bağlayıb fəaliyyətini bərpa etdi sonra hazır olduqdan, dərhal sökülüb arxada yenidən quraşdırılmağa və üstünü isə şifer naveslə örtməyə icazə verildi ki, nəticədə bu proseə pulunun yetməyəcəyini bilib peçi sökülmüş təndirlərin yerinə sadəcə yerləşdirdilər ki, bu hal min altı yüz manata mail oldu. İcarədar isə işinə icarəyə götürdüyü sahədə davam edirdi. İcarədar ona bildirdi ki. Arxada yaşayan müvəqqəti qaçqın qonşular vasitəsilə icarədara xəbərdarlıq ediblər ki, şikayət etsə qaçqınları qonşu adı ilə şikayətə qaldırıb işini dağıdacaqlar. O gəlib bunu deyən qaçqın yataqxanasında müvəqqəti yaşayan Mübariz və digərlərini sahə müvəkkilinə şikayət etdi və icarədara tövsiyə etdi ki, rəsmi şikayət etsin. Nəticədə icarədar icazəsi olmadan obyektdən bütün avadanlıqlarını gecə ilə çıxardıb, beş ay icarə haqqını ödəmədən və işığa 1145 AZN, qaza 1290 AZN borc qoyaraq, avadanlıqlarını və obyekti istismara yararsız hala salaraq iş yerini alıb qaçmışdır. Səhəri açarları gətirib iki şahid olan işçiləri ilə imzaları ilə təsdiqləyərək öhdəlik kağızı verdilər ki, gəlib öhdəliklərini yerinə yetirib borclraı bağlayacaq. Amma bu günə kimi nə icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirib, nə də bocunu ödəməyi düşünür. əksinə başqa yerdə işləyir və fəaliyyətinə davam edir. Daha sonra məlum oldu ki, icarədar işlədiyi müddətdə qanunsuz fəaliyyət göstərib, vergiyə dayanmayıb, vergi ödəməyib, işçilərlə müqavilə imzalamadan fəaliyyət göstərib, girov kimi yazaraq qoyduğu avtomobil işləmir, sökülüb və icarə əsaslı şərikinə məxsusdur, peç sadəcə çöl qutudan ibarətdir, yəni maketdir, şkaf isə tullantıdır ki, sadəcə lazımsız əşya kimi aparmayıb. İcarə müqaviləsi öhdəliklərini yerinə yetirmək üçün Yasamal Hakimiyyətinin sökülmüş ərazidə yəni fotoşəkillərdən də görsəndiyi kimi obyektin yan çöl hissəsində gətirdiyi yalançı peçi işlətməyə və ya quraşdırmağa icazə verməyib ki, bu halın isə icarəçiyə heç bir aidiyyəti yoxdur. Çünki o, ona tikili altı olan 76 kv-m sahəni icarəyə vermişdir ki, o da öz növbəsində beş ay tam fəaliyyət göstərib. Bu faktı isə onun işçiləri məhkəmədə şahid olaraq təsdiq etmişlər. yasamal Rayon İcra Hakimiyyəti ona məxsus əmlaka aid xx.xx.2017-ci il 204 №-li icarə müqaviləsinə və xx.xx.2017-ci il **********47 №-li fəaliyyət üzrə göstəriş təyinatına baxmayaraq qanuni fəaliyyətinə süni maneələrlə - əngəllər yaradaraq işindən və mənfəət gəlirindən məhrum edir. Buna səbəb isə sənədləşmənin düzgün qeydə alınmamasıdır. Yəni çıxarışda 168,6 kv metr 17,25x10 metrəyə qeydə alınan sahə əslində ƏMDX-i xx.xx.2019-cu il **********99 №-li məktubla əməlini təsdiqləyərək Yasamal İH 204 №-li icarə müqaviləsinin artırılaraq baş plana uyğun 17,25x17.75-ə düzəldilməsini, eləcə də, adına hüquqmüəyyənedici sənədlərinin verilməni ƏMDX-nin ixtiyarına buraxmışdır, yəni etiraz etməmişdir. Nəticə olaraq xx.xx.2021-ci il **********18 №-li məktubla ƏMDX-i icarə müqaviləsinə qanuni düzəlişi məhkəmənin yekun qərarına uyğun olaraq baxıla biləcəyini bildirmişdir və ona istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq yeddi mindən çox AZN-nin ödənilməsini məhkəmədən tələb edir. Heç kim və ya heç bir qurum məmuru-icraçısı-səlahiyyətlisi cənab Prezidentin “kiçik sahibkara kömək etmək hər bir məmurun borcudur” göstərişinə əməl etmir. ƏMDX-i qanuni vəzifəsini yerinə yetirmir. Eyni zamanda qanuni müqavilə əsasında, ayı dörd min AZN olmaqla beş ay icarə haqqı və işıqda 1144, 21 AZN, qazda 1298,12 AZN borc qoyan Nuhzadə İlqarı MPM-nin 54-cü maddəsinə uyğun cavabdeh qəbul edilməsini, Apellyasiya məhkəməsində üçüncü şəxs kimi tələb edən və faktları təsdiq edərək borcunu etiraf edən ərizəsinə, eləcə də, yuxarıda qeyd etdiklərinə istinadən X2 cavabdeh olaraq işdə tərəf qəbul edilməsini, 204 №-li icarə müqaviləsinin, 34 saylı sərəncamın və ƏMDX-nin baş planına uyğun 17,25x17,75 ölçüləri ilə artırılaraq qeydə alınması haqda qərar çıxarılmasını, xx.xx.2017-ci il **********47 №-li göstəriş məktubunun icrasının təmin olunmasını, beş aylıq (ayı 4000) ayı dörd min AZN olmaqla ümumilikdə iyirmi min AZN icarə haqqı borcunun X1 tutulub ƏMDX-nin hesabına 204 №-li icarə müqaviləsi üzrə hesabına keçirilməsini, işıq və qaza olan borcun İlqar Nuhzadə tərəfindən ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1563/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinin X3 aid olan hissələrdə icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır. Daha sonra iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1563/2022 saylı qərardadından şikayət verərək, 2(006)-1563/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini, 2(006)-1563/2022 №-li xx.xx.2022-ci tarixli Qərardadın ləğv edilməsini; Dövlət reyesteri haqqında AR Qanunun 13.7 maddəsinə və AR Yasamal İcra Hakimiyyətinin xx.xx.2006-cı il 34 №-li və xx.xx.2011-ci il 64 №-li sərəncamına istinadən əmlakın yerləşdiyi 17,75x17,25 metrəyə olan sahə 204 №-li icarə müqaviləsində artırılaraq qeyd olunmasını; İcarə haqqı axımı əmlakının bərpasından və işin-fəaliyyətinin bərpa olduqdan sonra başlamasını; üç il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsini; X2 cavabdeh olaraq işdə tərəf qəbul olnmasını; xx.xx.2017-ci il **********47 №-li fəaliyyətə dair, 204 №-li icarə müqaviləsinin göstəriş məktubunun icrası təmin olunaraq əmlakının sökülmüş hissəsinin bərpa olunmasını; Beş aylıq (ayı 4000 min) ayı dörd min AZN olmaqla, məhkəmə yekunu icarə müqaviləsi ləğv edilərək, icarə haqqı borcu X1 tutulub ƏMDX-nin hesabına 204 №-li torpağın icarə müqaviləsi üzrə hesabına keçirilməsini; işıq və qaza olan borcu Nuhzadə İ.M. oğlu tərəfindən ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə iddiaçı X13 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinin X3 aid olan hissələrdə icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icraatda olan işdən verilən qərardaddan şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5015/2022 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizəçi X4 əsl ərizəçi Cavabdeh ilə əvəz edilmiş və X4 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.1 və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-497/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmaqla maneələrin aradan qaldırılması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 204 saylı 17 mart 2017-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarında həmin müqavilədə nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsinə mane olan hərəkətlərdən çəkinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə, Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********28 saylı məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh icarəsində olan torpaq sahəsində fəaliyyət göstərə bilmədiyi səbəbindən həmin sahənin icarə ödənişlərinin köçürülməməsi və məsələnin həllində ona köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Bununla əlaqədar vətəndaş Cavabdeh icarəyə götürdüyü və hazırda istifadəsində olan torpaq sahəsi ilə bağlı müraciətində qeyd edilən mübahisəli məsələlərin həlli məqsədilə, daxil olmuş ərizəsi baxılması üçün göndərilmiş və onun mülkiyyətində olan obyektin yerləşdiyi, baş planda əks olunan torpaq ahəsinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi məsələsinə dair münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubova ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********28 saylı məktuba xx.xx.2021-ci il tarixli, A-152-091 saylı cavab məktubunun surətindən görünür ki, müraciətdə və ərizədə qeyd olunanlar araşdırılmış və nəzərə çatdırılır ki, vətəndaş Cavabdeh tərəfindən ünvan 2 ünvanında istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz əlavə tikinti işləri aparıldığı zaman rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Eyni zamanda Cavabdeh ünvan 3 ünvanda istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün səyyar və əsaslı tikinti olmayan obyektin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin Cavabdeh ünvan 3 ünvanda istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün səyyar və əsaslı tikinti olmayan obyektinin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2019-cu il tarixli 597 saylı fərmanına əsasən əsasnamənin 3.1.15-ci maddəsinə əsasən səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 saylı Fərmanı ilə təsdiq edilmiş Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nizamnaməsinin 3.1.22-ci maddəsinə əsasən Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin səlahiyyətindədir. Həmçinin, Cavabdeh ünvan 3 ünvanda yerləşən obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün, səyyar və əsaslı tikinti olmayan obyektinin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət edərək rəy aldığı təqdirdə rayon icra hakimiyyəti tərəfindən səyyar və əsaslı tikinti olmayan obyektinin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin istismara qəbul edilməsi barədə müraciətinə baxıla bilər. Eyni zamanda, vətəndaş Cavabdeh ünvan 3 ünvanda istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmədən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iş məhkəmənin icraatındadır. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun 5.2ci maddəsinə əsasən qeyd olunan inzibati iş məhkəmə icraatında olduğundan məhkəmə tərəfindən müvafiq hüquqi qiymət veriləcəkdir. Eyni zamanda əlavə olaraq bildirilir ki, vətəndaş Cavabdeh adına hüquqmüəyyən edici sənədin verilməsi Xidmətin mülahizəsinə buraxılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********18 saylı məktubun surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanındakı torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisəli məsələlər məhkəmə baxışı predmeti olduğu üçün, ərizəçinin qaldırdığı məsələyə yalnız məhkəmənin yekun qərarına uyğun olaraq baxıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, orada işçi olmuşdur. 4 ay orada olmuşdur. Avqust ayından orada işləmişdir. Rəsmi sənədi olmayıb. Dekabrın 28-i X15 Səbuhiyə pul verməli idi. Aparatları yan tərəfə qoymaq istədilər, lakin İcra Hakimiyyəti gəlib qoymadı. Arxa tərəfə qoymaq istəyəndə isə vətəndaşlar qoymadı. Dekabrın 28i fəaliyyəti dayandırdıq. X4 demişdi ki, pulu verib icarə müqaviləsini pozacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, böyük sobanı çölə qoymuşdular. İcra Hakimiyyəti gəlib qoymadı. Sonra arxa tərəfə qoydular. Yenə gəlib dedilər ki, çöldə olmalı deyil. İçəri keçirdilər, elə işlədilər. Yanvarın 2-si gəlmişdir ki, maqazin bağlıdır. 50 gün orada işləmişdir. Ona cəmi 800 manat ödəyiblər. İsmayılov Xalid orada şərik idi. Onun yanında Cavabdeh heç bir pul verilməyib. Mülki Məcəllənin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 712-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki:

1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin;

2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. Əgər icarəçi bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə qəbul etdiyi ləvazimatı icarəyə götürdüyü torpaqdan istifadə növünü dəyişdirməsi nəticəsində əhəmiyyətli dərəcədə azaldırsa, icarəyə verən hələ icarə dövründə pul kompensasiyası ödənilməsini tələb edə bilər, amma ləvazimat tərkibindən obyektlərin satışından götürülən vəsaitdən onun məbləği ilə ağlabatan nisbətdə olan yaxşılaşdırmanın həyata keçirilməsi üçün istifadə olunduğu hallar istisna təşkil edir. 717-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. Müqavilə şərtlərinin dəyişdirilməsini icarənin başlanmasından və ya müqavilə öhdəliklərinin son dəyişikliyinin qüvvəyə minməsindən iki il keçənədək tələb etmək olmaz. Əgər adətən sığorta müdafiəsi olmayan viranedici təbii fəlakətlər müqavilə öhdəliklərinin nisbətini kökündən dəyişdirərsə, bu müddəa tətbiq edilmir. Müqavilə şərtlərinin dəyişdirilməsini ona dair bildiriş verildiyi icarə ilindən tez tələb etmək olmaz. Əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər. Bu maddəyə uyğun olaraq müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək hüququ istisna edilə bilməz. Müqavilə iştirakçılarından birinin bu maddəyə uyğun hüquqlarını həyata keçirməsi və ya həyata keçirməməsi halında onun üçün xüsusi mənfi nəticələr və ya üstünlüklər yaranmasını nəzərdə tutan razılaşmanın qüvvəsi yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh tərəfindən iddianın əsası olaraq icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi kimi onun qeyd edilən əmlakı istifadə edə bilməməsi göstərilsə də, bu hal sübut edilə bilməmiş, həmçinin əmlak üçüncü şəxslərə icarəyə verilmişdir və onlar tərəfindən icarə müqaviləsi üzrə istifadə edilmişdir. Eyni zamanda iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar