Məhkəmə qərarları › İş №2(006)-1564/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1564/2022

31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1564/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum haqqında akt qeydinə düzəlişin olunması" barədə ərizəsinə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum haqqında akt qeydinə düzəlişin olunması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək onun xx.xx.1961-ci ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, doğum qeydinin bərpa edilərək vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərlə adının Ərizəçi yazılması barədə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun barəsində olan 1961-ci il tarixli, 742 saylı doğum şəhadətnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsidə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin təkrar ona verilməsi ilə bağlı müracət etdi. Yasamal rayon Qeydiyyat şöbəsindən ona daxil olan 18 yanvar 2022-ci il tarixli, 05/76-42/15 nömrəli məktubundan görünür ki, şəxsiyyəti təsdiq edən sənəddə “Rufulla” adı "Ruhulla” olaraq qeyd olunmuşdur. Həmçinin Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 742 saylı, 1961-ci il tarixli doğum haqqında akt qeydində və № ******* saylı hərbi biletdə adının ‘Rufulla" yazılmasına baxmayaraq, № 266234 saylı, 08 fevral 1992-ci il tarixli nikah haqqında şəhadətnaməmdə və digər sənədlərdə adım “Ruhulla" olaraq qeyd olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır Ərizəçi adı Rus dilindən səhv olaraq Rufulla kimi qeyd olunmuşdur. Hazırda həmin sənəddə adların yanlış yazılması onun üçün bir sıra çətinliklər yaratmışdır. Bununla bağlı müxtəlif qurumlara ərizə versə də, ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Belə ki, AZE seriyalı, 08988286 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-cı il tarixdə Bakı şəhərində doğulmuş ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. İ-ИE seriyalı, 266234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 08.02.1992-ci il tarixdə nikaha daxil olmuşlar. AZE seriyalı, C00384434 saylı Xarici pasport surətindən görünür ki, xx.xx.1961 -cı il tarixdə Bakı şəhərində doğulmuş ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.1961-cı il tarixdə Bakı şəhərində doğulmuş ərizəçinin adı Ərizəçi kimi yazılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi, daha sonra, ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 742 saylı, 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 18.01.2022-ci il tarixli 05/76-42/15 saylı məktubdan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 742 saylı, 1961-ci il tarixli doğum haqqında akt qeydində adın “Rufulla” yazılmasına baxmayaraq, şəxsiyyəti təsdiq edən sənəddə “Ruhulla” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət oduğu üçün doğum haqqında şəhadətnamənin verilməsi imkanları xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyət üzrə qeydiyyatda olduğu yerin qeydiyyat şöbəsinə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26.01.2022-ci il tarixli, 05/9-32/68 saylı məktubdan görünür ki, doğumun haqqında akt qeydinə düzəliş edilərək adının “Rufulla”dan “Ruhulla”ya düzəliş edilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 1961-ci il tarixdə tərtib edilmiş 742 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Rufulla” yazıldığı halda Nəsimi RPİ tərəfindən 20.04.2011-ci ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində, eləcə də təqdim etdiyi digər sənədlərdə adının “Ruhulla" göstərildiyi müəyyən edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqca və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Bakı şəhəri Səadət Sarayı tərəfindən 08.02.1998-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında Vİ-ЖГ seriyalı 266234 saylı şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə ərizəçinin adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, həmin çıxarışda ərizəçinin qeydiyyatda olduğu mənzil üzrə adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 03.08.2014-cü il tarixdə verilmiş AZE seriyalı C00384434 saylı Pasportun surətindən görünür ki, ərizəçinin adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Azərbyacan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Məhkəmə iclasında iştirak edən şahid X2 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdurlar. Ərizəçinin adını “Ruhulla” olaraq bilir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahat verərək bildirmişdir ki, ərizəçinin qardaşı oğludur. Ərizəçinin adını “Ruhulla” olaraq bilir. Sənəddə səhv qeyd olunub. Məhkəmə iclasında dindirilən şahid ifadəsi və araşdırılan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 742 saylı, 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin Ərizəçi məxsusdur. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 742 saylı, 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olması müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar