Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-157/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona 2366 manat kompensasiyanın ödənilməsi və dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, ona İddiaçı 1,99 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli çıxarış X13 adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Torpaq sahəsini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdiyi maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin, 2004-cü il tarixdən etibarən mülkiyyətində olan torpaq sahəsinin üzərindən SOCAR-ın "Qaz İxrac" İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-m "Qaz İxrac" idarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla bağlı olaraq, onun və digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən SOCAR-ın "Qaz İxrac" İdarəsinə ərizə ilə müraciət etmişlər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işlər, aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də, 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı sürətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü apanlarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə, buna görə də sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə buna görə də torpaq sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Daha sonra məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin, 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü apanlarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı mülkiyyətinə verilmiş 1,99 hektar torpaq sahəsinin 4449 kv sahəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də, torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. İddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər X6, 4799 manat zərər X13, 7694 manat zərər X7, 4733 manat zərər X4, 5542 manat zərər X14, 5936 manat zərər X15, 2989 manat zərər X3, 2802 manat zərər İddiaçı, 2762 manat zərər X5, 6807 manat zərər X10, 4065 manat zərər X17, 4730 manat zərər X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbləri "hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması" hissəsində təmin edilməmişdir. İddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(103)-113/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə və iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 manat X6, 4799 manat X13, 7694 manat X7, 4733 manat X4, 5542 manat X14, 5936 manat X15, 2989 manat X3, 2802 manat İddiaçı, 2762 manat X5, 6807 manat X10, 4065 manat X17, 4730 manat X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə 2009-2018-ci illər daxil olmaqla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi müvafiq qaydada icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-l084-19-773/2023) cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlanmın bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 1401 manat İddiaçı kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbi” iddia tələbinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə və tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonu, Aqrar islahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün iddiaçıların hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müdətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə İddiaçı və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 sentyabr və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Məhkəmə qərarlarından da aydın görünür ki, iddiaçıların hazırkı tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə, həmçinin iddianın yolverilməzliyinə görə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə məbləğin 6 il (2019-2024) müddətinə hesablanmasını xahiş etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmaqla iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-124/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 4733 manat zərərin İddiaçı, 4799 manat zərərin X13, 7694 manat zərərin X7, 4733 manat zərərin İddiaçı, 2989 manat zərərin X3, 2802 manat zərərin İddiaçı, 2762 manat zərərin X5, 6807 manat zərərin X10, 4605 manat zərərin X20, 4730 manat zərərin X2 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-113/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan doqquz) manatın İddiaçı, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manatın, 7694 (yeddi min altı yüz doxsan dörd) manatın X7, 4733 (dörd min yeddi yüz otuz üç) manatın İddiaçı, 5542 (beş min beş yüz qırx iki) manatın X14, 2989 (iki min doqquz yüz səksən doqquz) manatın X3, 2802 (iki min səkkiz iki) manatın İddiaçı, 2762 (iki min yeddi yüz altmış iki) manatın X5, 6807 (altı min səkkiz yüz yeddi) manatın X10, 4605 (dörd min altı yüz altmış beş) manatın X20, 4730 (dörd min yeddi yüz otuz) manatın X2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2296/2023 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı və digərlərinə (Ünvan: Hacıqabul rayonu, Atbulaq kəndi) ünvanlanan 30 noyabr 2023-cü il tarixli, 3-23/2-Kol-1084-19-773/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı, X5, İddiaçı, X17, X1, Ş nnov Elxan Babaxan oğlunun, X14, X13, X10, X7, X3 və X15 adından istifadədə olan torpaq sahəsinin müvafiq qaydada istifadə edilməməsi səbəbindən 2019- 2023-cü illər üzrə kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 14 noyabr 2023-cü il tarixdə daxil olmuş kollektiv müraciətə baxılmışdır. Müraciətlərindən və müraciətə əlavə olunmuş məhkəmə qərarlarından aydın olur ki, Hacıqabul rayonu, Aqrar islahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə onların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2023cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə İddiaçı və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Göründüyü kimi sözügedən məhkəmə qərarları ilə hazırkı tələbi (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/1336 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur Atbulaq kəndi ərazisində olan kənd təsərrüfatına yararlı, əkin təyinatlı torpaqlarda əsasən taxıllar fəsiləsinə aid olan-arpa, buğda bitkilərinin əkini aparılır. Ərazi kənd təsərrüfatı təyinatlı əkin torpaqlar olub, əkinə yararlı olmaqla suvarılan əraziyə daxildir. Becərilməsindən aqrotexniki tədbirləri tətbiq etməklə hər hektardan 22-25 sentnerə qədər məhsuldarlıq əldə etmək olar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6421 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bioloji ekspertizanın nəticəsinə əsasən, Respublikada yerləşən ticarət şəbəkələrində, internet saytlarında olan məlumatlardan və eləcə də, Mərkəzdə olan məlumatlarda istifadə edilməklə göstərilən 22-25 sentner taxılın (arpa və ya buğda bitkisi) ümumi dəyəri təxminən 1057,50 (23,5 x 45m) manat müəyyən edilir. 1 ha torpaq sahəsində taxıl (arpa və ya buğda) bitkisinin əkilib-becərilməsi üçün çəkiləcək xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilən xərclərin müəyyən edilməsi həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis (mütəxəssislər) tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də 1 ha torpaq sahəsində taxıl əkilib becərilməsindən il ərzində ehtimal olunan gəlirin məbləği, aqrotexniki və digər xərclər nəzərə alınmadan qiymətləndirmə yalnız məhsuldarlıq üzrə aparıldı. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2-1079/2025 saylı məktubundan görünür ki, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində vətəndaş X8 məxsus 1 hektar torpaq sahəsində əkilən taxıldan ehtimal olunan gəlirin təxmini məbləğinin müəyyən edilməsi ilə əlaqədar arayışın verilməsinə köməklik göstərilməsi barədə Nəsimi Rayon Məhkəməsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış müraciətə baxılmışdır. Bildirmişdir ki, nəzəri hesablamalara görə Atbulaq kəndi ərazisində su təminatı, torpaq-iqlim və aqrotexniki qulluq işlərinin səviyyəsindən asılı olaraq 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsindən 30 sentner sıravi dən məhsulu götürülməsi şərtiilə əldə olunması ehtimal edilən gəlirin məbləği, tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla 379.0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2-1687/2025 saylı məktubunda isə göstərilmişdir ki, Atbulaq kəndi ərazisində su təminatı, torpaq-iqlim və aqrotexniki qulluq işlərinin səviyyəsi nəzərə alınmala 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsində aqrotexniki və digər xərclərin məbləği təxmini hesablamalara görə 791 manat təşkil edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 3.35 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində iddiaçının adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. İddiaçıya məxsus həmin torpaq sahəsinin 4449 m2 hissəsi magistral qaz kəmərlərinin mühafizə zonası daxilində yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)124/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-113/2023 saylı qətnamələrinə əsasən 2009-2019-cu illər ərzində iddiaçıya məxsus torpaq sahəsinin 4449 m2 hissəsindən magistral qaz kəməri keçdiyinə görə iddiaçının məhrum olduğu ümumilikdə 2802 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2024-cü il üzrə, yəni son 6 il ərzində özünə məxsus torpaq sahəsindən magistral qaz kəməri keçdiyinə görə həmin hissədən istifadə edə bilmədiyinə görə kompensasiyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Hazırki iş üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 1.99 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 4449 m2 hissəsi yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmamış, həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. İddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona maddi ziyan dəyməsi, həmçinin il ərzində iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsi kimi hallar daha əvvəl qəbul edilmiş və işin materiallarında olan məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 2802 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsi üzrə 1ha torpaq sahəsi üzrə gəlir məbləği 630 manat müəyyən edilmiş və məntiqi olaraq da həmin məbləğ illik inflasiyaları nəzərə almaqla artmışdır ki azalmamışdır. Məhkəmə qeyd edi ki, hazırkı iş üzrə təqdim olunmuş materialların müqayisəli təhlili göstərir ki, torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istifadəsi nəticəsində əldə olunmalı gəlirin müəyyən edilməsində əvvəlki dövrlərdə formalaşmış iqtisadi göstəricilərdən — konkret olaraq mənfəət əmsalından istifadə edilməsi həm hüquqi, həm də iqtisadi baxımdan əsaslandırılmış hesab edilməlidir. Məhkəmə qeyd edir ki, 2019-cu ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Hacıqabul DAİM-ə etdiyi sorğu əsasında təqdim olunmuş mütəxəssis rəyinə əsasən, Atbulaq kəndi ərazisində yerləşən pay torpaqlarında şərti hesablamalarla 1 hektar sahədən əldə edilə biləcək ümumi gəlir 850 manat, xalis mənfəət isə təxminən 630 manat olaraq müəyyən edilmişdir. Bu isə o deməkdir ki, məhsulun ümumi satış dəyərinin orta hesabla 74,1%-i mənfəəti, 25,9%-i isə xərcləri təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, 2025-ci ildə iş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/6421 nömrəli, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, 1 ha sahədən ümumi 1057,50 manat dəyərində məhsul taxılın (arpa və ya buğda bitkisinin) əldə olunduğu müəyyən edilmişdir. Lakin həmin rəy üzrə taxıl bitkisinin əkilib-bəcərilməsi üçün çəkiləcək xərclər konkret şəkildə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmiş, sorğu əsasında təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 3- 22/2-1081/2025 saylı məktubdan görünür ki, hektar suvarılan sahədən taxılın əkilib bəcərilməsindən 30 sentner siravi olan dən məhsulu götürülməsi şərti ilə əldə olunması ehtimal edilən gəlirin məbləği, tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla 379.0 manat təşkil edir. Sorğuda verilən cavabı dəqiqləşdirməkdən ötrü yenidən sorğu ünvanlanmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2-1687/2025 saylı məktubunda göstərilmişdir ki, Atbulaq kəndi ərazisində su təminatı, torpaq-iqlim və aqrotexniki qulluq işlərinin səviyyəsi nəzərə alınmala 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsində aqrotexniki və digər xərclərin məbləği təxmini hesablamalara görə 791 manat təşkil edir. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2-1081/2025 saylı məktubları aşağıdakılara əsasən sübut kimi qəbul edilə bilməz: 1.məktub heç bir hüquqi və ya iqtisadi əsaslandırma ilə müşayiət olunmur — nə statistik mənbələrə, nə ekspert rəyinə, nə də konkret hesablama metodikasına istinad edilib; 2.sənəd subyektiv izahat xarakteri daşıyır və rəsmi ekspertiza və ya sübut kimi qiymətləndirilə bilməz; 3.iqtisadi baxımdan bu rəqəm məntiqə və real bazar göstəricilərinə ziddir. Belə ki, 2019-cu ildə təmiz mənfəət 630 manat olduğu halda artan məhsul qiymətləri və təsərrüfat xərclərindəki ümumi dəyişikliklər fonunda bu göstəricinin 2024-cü ildə 379 manata düşməsi real iqtisadi proseslərlə və sadə məntiqə uyğun gəlmir. Kənd təsərrüfatı sektorunda son illərdə həm məhsul qiymətlərində, həm də bazar dövriyyəsində artım müşahidə olunduğundan, təklif olunan bu rəqəm ümumi tendensiyaları əks etdirmir və istinad edilə biləcək obyektiv baza xarakteri daşımır. Beləliklə, məhkəmə hesab edir ki, bu məktub müstəqil sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən, iş üzrə təqdim olunmuş əsaslı və əsaslandırılmış ekspertiza rəyi, əvvəlki məhkəmə təcrübəsində müəyyən olunmuş iqtisadi göstəricilər və mənfəət əmsalı əsasında aparılmış hesablama daha etibarlı və hüquqi cəhətdən üstün sübutlar hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhz bu cür hallarda — yəni ümumi gəlirin məlum, lakin xərclərin müəyyən olunmadığı situasiyalarda — əvvəlki dövrlər üzrə müəyyən edilmiş mənfəət əmsalından istifadə edilməsi həm iqtisadi baxımdan məntiqli, həm də hüquqi baxımdan əsaslıdır. Həmin əmsal bu konkret torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istismarında uzunmüddətli orta rentabellik səviyyəsini əks etdirir. Əgər ərazinin təyinatında, torpaq strukturunda və fəaliyyət növündə ciddi dəyişiklik baş verməyibsə, bu əmsalın yeni dövrə də tətbiqi obyektiv və əsaslandırılmış sayılmalıdır. Nəticə etibarilə, məhkəmə bildirir ki, əvvəlki dövr üzrə müəyyən olunmuş əmsal (0.741 (630 manatda xalis mənfəətin 850 manat ümumi məbləğdə gəlirə nisbəti)) yeni məhsul dəyərinə tətbiq edildikdə, 1 hektar sahədən əldə edilə bilinəcək məhsulun ümumi dəyərinə (1057,50 manat) nisbətdə təxmini xalis gəlir 783,6 manat, xərclər isə 273,9 manat təşkil edir. Bu yanaşma həm əvvəlki məhkəmə təcrübəsinə, həm də kənd təsərrüfatı fəaliyyətinin ümumi iqtisadi təhlilinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ekspertiza gəlir və xərcləri ayrıca göstərə bilmədiyindən, əvvəlki dövr üzrə sabit mənfəət əmsalına əsaslanaraq məhsulun yeni dəyərinə uyğun təxmini hesablamaların aparılması, həm hüquq pozuntusunun nəticələrinin obyektiv qiymətləndirilməsi, həm də ədalətli zərər kompensasiyası üçün zəruri və əsaslı hesab edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, müəyyən edilən əkin sahəsi üzrə 1 ha torpaq sahəsi üzrə gəlir məbləği 783,6 manat müəyyən edilsədə, iddiaçının 1ha deyil 4449 m2 (Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı mülki işin 250-ci səhifəsi) torpaq sahəsinin zəbt olunması həmin sahə üzrə məbləğin 348,6 manat olması qənaətinə gəlinməlidir (1ha-783,6 manat, 0.4449 ha-348,6 manat). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar 2091,7 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 348,6 manat x 6 il =2091,7 manat) manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə və istinad edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2091,7 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 34 manat məbləğində dövlət rüsumu da iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, hazırki iş üzrə iddia tələbi bütövlükdə təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 115 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X9, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2091,7 manat məbləğində pul vəsaiti və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 115 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X9, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-157/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-157/2025
19.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver