Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1582/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehlərin nümayəndələri X2, Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı "işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən əmək pensiyasına çıxmaq hüququnun itirilməsinə görə kompensasiya" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Baxışov X6 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı "işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən əmək pensiyasına çıxmaq hüququnun itirilməsinə görə kompensasiya" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci ildən adına əmək kitabçası tərtib edilmiş və təhsil aldığı, hərbi xidmət keçdiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mərkəz filialı tərəfindən 19 il 10 ay 3 gün hesablanmış, həmçinin həmin qurumdan ona bildirilmişdir ki, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, ona görə də 05 noyabr 2022-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsinə dair məktub göndərilmişdir. Halbuki o, 01 07.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyətində suvaqçı, bənna kimi işlərdə rəsmi əmək müqaviləsi əsasında işləmişdir. Əgər onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınsaydı, "X8” Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinin tələbinə əsasən onun 2006-cı ilin yanvar ayının 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınardı və ona əmək pensiyası təyin edilə bilərdi. Cavabdeh təşkilatın məsuliyyətsiz davranışları nəticəsində onunla bağlı işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqları ödənilməyərək və ya bununla bağlı məlumatlar fərdi şəxsi hesabına daxil edilməyərək onun hal-hazırda əmək pensiyasına çıxmaq hüququnun qarşısı alınmışdır. Halbuki, “Dövlət Sosial Sığorta X13 Haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta X13u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatların dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Göründüyü kimi cavabdeh təşkilatın təqsirli əməli nəticəsində o, hal-thazırda əmək pensiyasına çıxaraq pensiya almaq hüququndan məhrum olmuşdur. Bununla da cavabdeh təşkilat öz vəzifə öhdəliklərini yerinə yetirməyərək onu ziyana salmışdır. O, cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğini minimum hədlərdə, yəni ona hər il ödənilməli olan əmək pensiyasının məbləğini və halhazırkı dövrdə orta ömür uzunluğunu nəzərə alaraq, ən aşağı həddə 20000 manat məbləğində qiymətləndirir. O cavabdehlə aralarında olan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi və qanunvericiliyin tələbləri baxımından mediasiyaya müraciət etmiş, lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında nümayəndə vasitəsi ilə təmsil olunmadığı üçün mediator tərəfindən ona 27 dekabr 2022-ci il tarixli, MŞB/8-00303 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, cavabdeh təşkilatla aralarında yaranmış mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə qədər rəsmi əmək müqavilə əsasında işlədiyi müddətdə adına məcburi dövlət sosial sığorta haqlarını ödəməyərək və ya bununla bağlı məlumatları fərdi şəxsi hesaba daxıl etməyərək onun hal-hazırda əmək pensiyasına çıxmaq hüququnun qarşısını aldığı üçün 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın və ilkin mediasiya sessiyasında ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Cavabdeh "xxxx" QSC etiraz ərizəsi ünvanlayaraq bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə (maddi ziyanın olmasına) münasibətdə: iddiaçı iddia ərizəsində xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" QSC-də müvafiq peşə və vəzifələrdə işlədiyini qeyd etmiş və lakin buna dair məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini vurğulamışdır. Belə ki, əmək haqqıdan tutulmanın aparılması qaydası AR Əmək Məcəlləsinin 175-ci raddəsi ilə tənzimlənir. Həmin normanın 2-ci hissəsinə əsasən əmək haqqıdan qanunvericiliklə müəyyən edilmiş müvafiq sosial sığorta haqlarının tutulması işəgötürənin sərəncamı ilə həyata keçirilən tutulmalara aid edilmişdir. Qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla, işçinin məcburi dövlət sosial sığortasının həyata keçirilməsi onun əmək haqından tutulmalar hesabına aparılır. Sözügedən tutulmalar lazımınca icra edilməməsi nəticəsində işçiyə ziyan dəydikdə və Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi vurulmuş maddi ziyanın məbləğini və onun vurulduğunu iddia etdikdə bunu sübut etməyə borcludur. Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək haqqından tutulmalar fərdi əmək “mübahisəsinin predmetinə aid edilir. Həmin Məcəllənin 294-cü maddəsinə müvafiq olaraq fərdi ləmək mübahisələrinə bilavasitə məhkəmələrdə baxılır. Hazırki fərdi əmək mübasəsi it zəmnində iddiaçı əmək haqqından tutulmanın aparıldığını, nəticədə ona maddi ziyanın vurulduğunu əsaslandırmamış, əsaslandığı fakt və halları iddia ərizəsində göstərməmiş, bunu təsdiq edən sübutları əlavə etməmiş, formal xarakterli ifadələr qeyd etməklə və qanunvericiliyin biri-biri ilə əlaqəsi olmayan normalarını sadalamaqla kifayənlənmişdir. Halbuki, əmək qanunvericiliyi ilə əmək münasibətləri ilə bağlı, o cümlədən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə işəgötürəndən müvafiq məlumatlar (arayışlar) almaq işçinin hüquqları sırasında təsbit edilmişdir. İş materiallarında işin mahiyyətinə aid olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı məktubu nəzərə alındıqda mövcud kontekstdə iddiaçı tərəfindən sübutların təqdim edilməməsi əmək haqqından sosial sığorta haqları ilə bağlı tutulmanın aparılması, lakin aidiyyəti üzrə ödənilməməsi və nəticədə ona maddi ziyanın vurulması ilə bağlı iddia etdiyi halların və arqumentlərin əsaslığını əhəmiyyətsiz etməklə formal ifadələrə çevirir. Dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən inibzati məsuliyyətə səbəb olduğu, cavabdehin həmin məsələlərlə bağlı, o cümlədən iddiaçıya münasibətdə inzibati məsuliyyətə cəlb edilmədiyi, dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondu tərəfindən buna dair cavabdehə bildiriş və icrası məcburi olan göstərişin daxil olmadığı və mübahisənin yaranmadığı, həmçinin əmək müqaviləsi məlumatların elektron məlumat bazasına daxil edildiyini, bu barədə bildirişin əldə edildiyini və həmin orqan tərəfindən cavabdehin əmək münasibətlərində olduğu barədə məlumatlara sahib olduğunu nəzərə alındıqda cavabdehin sözügedən ödənişlərdən yayınmadığını, “kölgə iqtisadiyyatının tərəfi olmadığını və ödənişləri vaxtında və dürüst şəkildə aparıldığını ehtiva edir. Sosial sığorta ödənişlərin fərdi şəxsi hesablarda əks etdirilməməsinə münasibətdə: məlum olduğu üzrə dövlət sosial sığorta üzrə fərdi uçotun həyata keçirilməsi qaydası “Dövlət sosial sığorta X13 haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Həmin Qanunun mübahisənin olduğu dövrdə qüvvədə olan mətninə əsasən dövlət sosial sığorta X13u məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) aparır. Həmin Qanunun 10.2.1ci maddəsi ilə müvafiq olaraq sığortaolunana dair məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının (Dövlət Sosial Müdafiə Fondu) vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 1997-ci il 09 iyul tarixli 7/1 nömrəli qərarı ilə təsdiq olunmuş və xx.xx.2016-cı il tarixədək qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimata əsasən 14-cü bəndinə əsasən: Dövlət Sosial Müdafiə Fondunun orqanları hesabat dövrünün hesablanmış məcburi dövlət sosial sığorta haqqını nəzərə almaqla sığortaedənlərlə hesablaşma aparılır. Bütün hesablaşmalar nağd və nağdsız hesablaşma qaydasında həyata keçirilir; Sığortaedənlər məcburi dövlət sosial sığorta haqqı hesabına sosial sığorta ödəmələri üzrə xərclər çıxıldıqdan sonra qalan məbləği Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür; Məcburi sosial sığorta haqlarının ödənilməsi əmək haqqı ödənişləri ilə eyni həyata keçirilir; Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi yaranmış borc məbləğləri sığorta edənlərin hesabından qeyd-şərtsiz tutulur. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin mübahisənin olduğu dövrdə qüvvədə olan 1-ci hissəsinin 8-ci abzası ilə məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar etmək, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılmasını həyata keçirmək məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Dövlət Sosial Müdafiə Fondu) səlahiyyətlərinə aid edilmişdir. Sözügedən səlahiyyətlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə xəbərdarlıq edilməmiş, həmçinin cavabdehə qarşı bundan irəli digər tədbirlər görülməmişdir. Eyni zamanda dövlət nəzarətini həyata keçirən orqan tərəfindən iddiaçının müraciəti Bsasında elektron sistemə baxmaqla kifayətlənilmiş, kağız üzərində təqdim edilən hesabatlara -əzər yetirilməmiş sadəcə elektron fərdi hesabda əks etdirilməmiş qeydlərə istinad edilərək məsələyə münasibət bildirilmişdir. Qanunvericiliyin sözügedən məsələyə münasibətdə güddüyü məqsədlər və bununla bağlı qurduğu dövlət nəzarəti və idarəetməsinin bu məqsədlərə xidmət etməsi prinsipi nəzərə э ındıqda elektron hökümətin tətbiq edildiyi mühitdə aidiyyəti dövlət orqanı tərəfindən cavabdehə qarşı sanksiyaların və digər icradı məcburi olan tədbirlərin görülməməsi əminliklə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hesabat təqdim edilmiş və zəruri ödənişlər aparılmışdır. Əmək pensiyası hüququnun məhdudlaşdırılması və kompensasiya tələbinə hissəsində: “X8" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin əmək pensiyası hüququ aşağıdakı hallarda yaranır: 1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə; 2) azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə. İddiaçının əmək pensiyası təyin edən orqana edilən müraciətinə baxılmasının nəticəsi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktuba əsasən iddiaçının sığorta stajı 19 il 10 ay 3 gün təşkil edir. Qanunun 6-1-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği qaydası müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək müqaviləsi bildirişlərindən müşahidə edilir ki, cavabdehlə əmək münasibətlərində xx.xx.2013-ci il tarixindən xx.xx.2015-ci tarixədək olduğu dövrdə əmək haqqı 420 manat, xx.xx.2015-ci il tarixindən 12.02 2016-cı il tarixinədək olan dövrdə isə 125.03 manat təşkil etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının sözügedən əmək haqqına münasibətdə cavabdeh tərəfindən ödənilməməsi iddia edilən məcburi sosial sığorta üzrə illik ödənişlərin məbləği ən yuxarı həddə (istehsalat təqvimi nəzərə alınmadan, məzuniyyətə görə kompensasiya daxil olmaqla) pensiya kapitalının minimum məbləğini təşkil etmir. Sözügedən xüsusat müvafiq ekspertiza müəyyən edildiyi halda öz təsdiqini tapmış olacaqdır. Həmçinin, Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzərə alınmalıdir ki, əmək pensiyasının minimum məbləğinə uyğun olaraq iddiaçının, əmək pensiyası hüququ üçün onun pensiya kapitalı minimum məbləği 34 560 manat təşkil etməlidir. Göstərilənlər ona əsas verir ki, mübahisə predmeti olan pul vəsaiti iddiaçının fərdi hesabında ödənildiyi halda belə onun pensiya hüququ Qanunun 7-ci maddəsinin tələbləri baxımından yaranmayacaqdı. Pensiya hüququnun yaranmaması və bununla əlaqədar iddiaçı yaşa görə müavinətin ödənilməsi faktı iş materialında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiqini tapıb. Belə ki, “Sosial müavinətlər haqqında" AR Qanununun 7.0.2-ci maddəsi ilə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda həmin şəxsə yaşa görə müavinət təyin edilir. Göründüyü üzrə iddiaçının pensiya hüququnun yaranmamasının nəticəsində cavabdehin mübahisə predmeti olan hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə yoxdur. Bu baxımdanda cavabdehin iddiaçı qarşısında onun iddia etdiyi əmək münasibətlərin pozulmasından irəli gələn hərəkətləri AR Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq maddi məsuliyyətə səbəb olmur. İddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr və onun hüquqi mövqeyi hər hansı sənədlər və ya faktlarla təsdiqini tapmadığından əsassız hesab edilməli və onun iddia tələbləri rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən əmək pensiyasına çıxmaq hüququnun itirilməsinə görə kompensasiya” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmadar Cəmiyyətində suvaqçı-bənna kimi əmək müqaviləsi üzrə işləmiş, lakin o, yaşa görə əmək pensiyası almaq üçün Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərkən oradan ona bildirilmişdir ki, ümumiyyətlə xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə də, ona yaşa görə əmək pensiyası verilməsindən imtina edilmişdir. Əgər həmin pensiya kapitalı qeydə alınsaydı o, yaşa görə əmək pensiyası alacaqdır. Lakin cavabdeh təşkilatın məsuliyyətsizliyi ucbatından işlədiyi müddətdə onunla bağlı məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən və ya bununla bağlı məlumatı fərdi hesabına daxil etmədiyindən o hazırda yaşa görə əmək pensiyası ala bilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən verilən sual ilə bağlı ona dəymiş ziyanın sırf mənəvi ziyan olmasını qeyd etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki mübahisəli hallarla bağlı tərəflərindən mümkün olan bütün zəruri araşdırmalar aparılsa da, onlar da iddiaçıya aid heç bir arxiv məlumatları aşkar edilməmişdir. Yəni, iddiaçının qeyd etdiyi müddətlərdə "xxxx" QSC-də çalışmasını və onun məcburi sosial sığorta haqlarının ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Ancaq bu o, demək deyildir ki, həmin ödənişlər onlar tərəfindən edilməmişdir. Bu mümkün deyildir. Bunu subutetmək vəzifəsi iddiaçının üzərinə düşür. Bundan başqa iddiaçı ona mənəvi ziyan vurulduğunu iddia etsə də, həmin ziyanı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxıraq bildirmişdir ki, iddiaçının əmək pensiyasına çıxmaq hüququ 2019-dan sonra yaranırsa və xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək iddiaçının pensiya sığorta kapitalına 1 manat belə olsa ödəniş edilmiş olsaydı iddiaçı minimum əmək pensiyası ala biləcəkdi. Yəni, 25 illik əmək satajının olmaması nəzərə alınmayacaqdı. Həmin pensiyalar (yaşa görə və mnimum əmək pensiyası) arasında fərq məbləği isə 60 manat təşkil edəcəkdi. əmçinin 2006-cı ilin yanvar ayınadək vətəndaşa əmək pensiyasına çıxmaq üçün yalnız əmək kitabçasında onun işləməsi ilə əlaqədar müvafiq qeydlərin olması kifayət idisə, 2006-cı ilin yanvar ayından sonra onun fərdi hesabının sığorta hissəsinə məcburi dövlət sosial sığorta haqqlarının ödənilmiş olması əsas götürülür.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmadar Cəmiyyətində suvaqçı-bənna kimi əmək müqaviləsi üzrə işlədiyini, lakin xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, ona yaşa görə əmək pensiyası verilməsindən imtina edildiyini, nəticədə cavabdehin təqsiri üzündən əmək pensiyası almaq hüququndan məhrum olduğunu iddia edərək ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.
b) Mülki işin materialları:
11. Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə X7 Hilal Həbib oğluna ünvanladığı məktubda bildirilmişdir ki, “X8” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər stisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçası, təhsil haqqında attestat və hərbi biletin surətlərinə əsasən sığorta stajı (01,09.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək əyani təhsil alınan illər, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olan müddət nəzərə alınaraq) 19 il 10 ay 3 gün təşkil edir. Həmçinin xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesab sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2-1(118)- 2149/2022 saylı Qərarına əsasən “Azərbaycan Dəmir Yolları" QSC-nin Dəmir yollarının və texniki qurğularının 'əmir Tikinti Departametindəki 2013-cü il tarixindən 2016-cı il tarixinədək olan dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
12. Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı müraciətində sığortaedən, ADD Texniki Qurğular və İnzibatı binaların istismar tresti (SUN: **********5) tərəfindən 2013- 2014-cü illər və sığortaedən, "xxxx" QSC tərəfindən 2015-2016-cı illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapmadığını bildirmişdir. Araşdırma zamanı Nazirliyin X1 sisteminin (bundan sonra-MEİS) “Yoxlama” altsistemində sığortaedən, "xxxx" QSC (SUN: **********8) tərəfindən İddiaçıla xx.xx.2013cü il tarixində əmək müqaviləsinin bağlandığı və xx.xx.2016-cı il tarixində həmin əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Həmçinin araşdırma zamanı MEİS-in “Sığorta” (Hesabat) altsistemində ADD Texniki Qurğular və İnzibatı binaların istismar tresti tərəfindən 2013-2014-cü illər, "xxxx" QSC tərəfindən 2015-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı dair məlumatlar aşkar edilməmişdir. Həmçinin “Dövlət sosial sığorta X13 haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta X13u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə olaraq, İddiaçı 2013-2016-cı illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında öz əksini tapmaması əlaqədar məsələnin araşdırılması və bu barədə məlumatın mümkün qısa müddətdə təqdim edilməsini xahiş edilmişdir.
13. Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun İddiaçı ünvanladığı məktubda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən 2013-2015-ci illər ərzində hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. “Dövlət sosial siğorta X13 haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta X13u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir
14. Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının Nəsimi Rayon Məhkəməsinə ünvanladığı məktubda bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedənlər, ADD Texniki Qurğular və X3 Tresti (SUN: **********5) və “X9” QSC (SUN: **********8) tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan İddiaçı (SSN: **********138) hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qeyd olunmadığı müəyyən olunmuşdur. “Dövlət sosial sığorta X13 haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta X13u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir.
15. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2013-cü ildə əmək müqaviləsi bağlanmış, xx.xx.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2015-ci ildə əmək müqaviləsi bağlanmış, xx.xx.2016-cı ildə əmək müqaviləsinə xitam verilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
18. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
19. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
20. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
21. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
24. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
25. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
26. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu kimi onun barədə məlumatların tam və vaxtında müvafiq orqana ötürülmə halı baş versəydi onun əmək haqqına ümumilikdə 1000 (bir min) manata (aylıq 60 manat fərq etməklə) yaxın pul fəqri yaranacaqdı ki (Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin izahatına əsasən), buda onun mənəvi ziyan çəkməsinə gətirib çıxarması ağlabatan deyildir. Bundan əlavə isə iddiaçı hazırda pensiya ilə təmin edilərək pensiya alır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının pensiya hüququ bu və ya digər səbəbdən məhdudlaşdırılmamışdır.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı "işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən əmək pensiyasına çıxmaq hüququnun itirilməsinə görə kompensasiya" tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir.
28. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı "işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən əmək pensiyasına çıxmaq hüququnun itirilməsinə görə kompensasiya" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov