Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1583/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin ilkin araşdırması zamanı iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması”nə dair iddia ilə məhkəməyə müraciət etməklə pozulduğu ehtimal edilən hüquqlarını müdafiə etmək qaydasını düzgün seçmədiyi, göstərilən tələbə xüsusi icraat qaydasında baxılmalı olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1583/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1583/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver