Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-160/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, 1988-ci ildə yaşadığı qədim Azərbaycan torpaqları olan ata-baba yurdundan mənfur qonşular tərəfindən didərgin düşmüşdür. Həmin vaxtdan 2017-ci ilin avqust ayınadək qeydiyyatda olduqları ünvanda yaşamışlar. 2005-ci ildən bu günədək Əli Həsənov adlı şəxs həyatları cəhənəmə çevirərək, onları müstəqil, hüquqi, demokratik ölkəsində sakit yaşamaq hüquqlarından məhrum etmişdir. Belə ki, Əli Həsənov adlı şəxs 2004-cü ildə yaşadıqları məhəllənin bir hissəsini alaraq orada hündürmərtəbəli yaşayış binası tikdirməyə başlamışdır. Həmin vaxtlar satılmış evlərdə söküntü aparılsa da, onlara məlum olmayan səbəbdən, tikinti işləri aparılmamışdır. Ötən bu illər ərzində iddiaçının normal həyat şəraiti davam etmişdir. 2016-cı ilin təxminən sentyabr ayından Əli Həsənov yenidən peydə olmuş, özü də bu dəfə daha böyük iştahla. Əli müəllim demişdir ki, onların yerini Nəsimi rayon İcra Hakimiyyəti Başçısından alıb, evlərini sökəcəkdir. Cavabdehlə aralarında olan mübahisə barışıq sazişi əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2811/2019 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə yekunlaşmışdır. Məhkəmə qərardadına əsasən Əli Həsənova məxsus Cavabdeh MMC iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa edəcəyi hündürmərtəbəli yaşayış binasından ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzili iddiaçıya təhvil verməli idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməsə də, qarşılıqlı razılaşma əsasında etiraz etməmişlər. Cavabdeh inşa etdiyi hündürmərtəbəli yaşayış binasından mənzilləri kənar şəxslərə satsa da, hələ də onun mənzilini təhvil verməmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsi məəhkəmə qərarının icrasının təmin edilməsini cavabdehdən tələb etdiyi zaman cavabdeh əvvəlcə binanın 7-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzili onlara təklif etmişdir. Lakin iddiaçı üç otaqlı mənzilini tələb etdikdə, həmin iki otaqlı mənzili arakəsmələrlə üç otaq edərək iddiaçıya təklif etmişdir. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, cavabdehin iddiaçıya təklif etdiyi mənzil nə layihədə nəzərdə tutulmamışdır, nə də ki, tikinti və şəhərsalma qanunvericiliyinə uyğun deyildir. Belə ki, cavabdeh layihədə nəzərdə tutulmuş ölçülərindən kəsərək başqa mənzilin sahəsinə qatmış, nəticədə yaşayış üçün uyğun olmayan bir mənzili iddiaçıya təklif etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təklif edilən mənzilin mətbəxi dəhlizdə yerləşməklə yanaşı nə qapısı, nə də ki, pəncərəsi belə yoxdur. Ümumiyyətlə cavabdehin iddiaçıya təklif etdiyi mənzilin ümumi sahəsinin demək olar ki, yarısı dəhlizdən ibarətdir. Hətta otaqların bir hissəsində belə dəhliz var. Cavabdeh qeyd etdiyi mənzili iddiaçıya təklif etməklə onun Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını pozmaqla davam edir. Artıq pozulmuş hüquqlarını başqa cür bərpa edə bilməyəcəyini görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehlə aralarında olan 03 may 2017-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən mülkiyyətində olmuş Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasından layihəyə uyğun, ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzilin cavabdehdən tərəfindən iddiaçıya təklif verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonra İddiaçı iddia tələbinin həcminin artırılması ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2811/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh MMC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa edəcəyi hündürmərtəbəli yaşayış binasından ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzili, mənzil təhvil verilən günədək hər ay 500 manat kirayə pulu verməklə iddiaçıya təhvil verməlidirlər. Artıq 2021-ci ilin yanvar ayından bu günədək cavabdeh mənzili təhvil verməməsinə baxmayaraq kirayə pulu da ödəmir. Göstərilənlərə əsasən cavabdehlə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən mülkiyyətində olmuş Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasından layihyə uyğun, ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, mənzil təhvil verilən günədək hər ay kirayə haqqı kimi 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin bildirdiyinə görə hazırda qeyd edilən binada 3 otaqlı, 120 kv.m. sahəsi olan başqa mənzil yoxdur. Hal-hazırda qeyd edilən binada mənzillərin satış qiyməti 1 kv.m. üçün 1600-1800 manat civarındadır. Göstərilənlərə əsasən cavbadehlə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən mülkiyyətində olmuş Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasından layihəyə uyğun, ümumi sahəsi 120 kv.m.təşkil edən 3 otaqlı təmirli mənzilin və ya mənzilin dəyəri kimi bir kvadrat metr üçün 1500 manat olmaqla, 120 kv.m. üçün 180.000 manatın, mənzil təhvil verilən günədək 2021-ci ilin yanvar ayından başlayaraq hər ay kirayə haqqı kimi 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin xx.xx.2021ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerində Cavabdeh MMC tərəfindən inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında 120 kv.m. mənzilin və həmçinin onun hər kv.m.-nin bazar qiymətinin müəyyən edilməsi (evin ümumi dəyəri və hər kvadrat metrinin qiyməti ayrı-ayrılıqda göstərilməklə) sualı qoyularaq, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən mənzilin hər kv.m. 1800 manat olmaqla, ümumi dəyəri 216.000 manat təşkil edir. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti- texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı, ümumi sahəsi 120 kv.m.təşkil edən tam təmirli mənzil layihə sənədlərinə uyğun olaraq tikilmişdirmi? 2. İddiaçı təklif edilmiş mənzillə Cavabdeh MMC tərəfindən inşa edilmiş başqa binalarda 3 otaqlı, ümumi sahəsi 120 kv.m. təşkil edən mənzil arasında fərq varmı? (layihə sənədlərindən kənar). 3. İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş mənzil layihə sənədlərinə uyğun olaraqmı 2 otaqdan 3 otağa dəyişdirilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı mənzilin faktiki parametrləri (tikililərin planlı yerləşməsi, ölçüləri, sahəsi və s.) ilə həmin bina üzrə tərtib edilmiş eskiz layihəsinin göstəriciləri müqayisə edilərkən, İddiaçı Yolu qızına Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı mənzilin eskiz layihəsi üzrə 3 otaqlı mənzil kimi deyil, ümumi sahəsi 208,1 kv.m. təşkil edən 4 otaqlı mənzil kimi layihələndirildiyi, lakin sonradan həmin mənzilin daxilində yenidənqurma işləri aparılmaqla faktiki sahəsi 118,0 kv.m. təşkil edən 3 otaqlı mənzil yaradıldığı müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən inşa edilmiş başqa binalar (və ya binaların layihə sənədləri) ekspertizaya təqdim edilmədiyindən, həmin binalarda layihələndirilmiş və ya mövcud olan 3 otaqlı, ümumi sahəsi 120 kv.m. təşkil edən mənzillərlə X3 təklif edilmiş mənzil arasında fərq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, eskiz layihəsinə əsasən tədqiq olunan bina üzrə sahəsi 120 kv.m.təşkil edən 3 otaqlı mənzillər layihələndirilməmişdir. Tədqiq olunan yaşayış binasına dair tərtib edilmiş eskiz layihəsi (ekspertizaya təqdim edilmiş) araşdırılarkən İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş mənzilin layihə sənədləri üzrə 2 otaqdan 3 otağa deyil, 4 otaqdan 3 otağa dəyişdirildiyi müəyyən olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə əsasında üzərində götürdüyü öhdəliyi tikiləcək binanın layihələndirilməsi zamanı pozmuşdur. Hesab edirlər ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulduğu, xüsusən də, hündürmərtəbəli yaşayış binasında 3 otaqlı, ümumi sahəsi 120 kv.m. olan mənzillər mövcud olmadığı üçün mənzilin dəyərinin cavabdehdən tələb edilməsi daha məqsədəmüvafiqdir. Cavabdehin bildirdiyində görə hazırda qeyd edilən binada 3 otaqlı, 120 kv.m. sahəsi olan başqa mənzil yoxdur. Göstərilənlərə əsasən cavabdehlə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən mülkiyyətində olmuş Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasından iddiaçıya verilməli olan layihəyə uyğun, ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzilin dəyəri kimi 216.000 manatın, cavabdehlə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında mənzil iddiaçıya təhvil verilən günədək verilməli olan 500 manat kirayə haqqının 2021-ci ilin yanvar ayından başlayaraq pulun tam ödənildiyi günədək hər ay 500 manat pul vəsaitinin cavabdehdən tutularaq idiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında İddiaçı iddia tələbini iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, onlara təklif olunan ev yaşamaq üçün uyğun deyil, belə ki, evin dəhlizi çox böyükdür və evin digər otaqları müvafiq olaraq çox balacadır, evin qapı və pəncərələri yoxdur. Onlara təmirli mənzil verilməsi nəzərdə tutulsa da, buna əməl olunmamışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək öz izahatında göstərmişdir ki, 1988-ci ildə yaşadığı qədim Azərbaycan torpaqları olan ata-baba yurdundan mənfur qonşular tərəfindən didərgin düşmüşdür. Həmin vaxtdan 2017-ci ilin avqust ayınadək qeydiyyatda olduğu ünvanda yaşamışdır. Əli Həsənov adlı şəxs 2004-cü ildə iddiaçının yaşadığı yaşadığı məhəllənin bir hissəsini alaraq orada hündürmərtəbəli yaşayış binası tikdirməyə başlamışdır. Həmin vaxtlar satılmış evlərdə söküntü aparılsa da, onlara məlum olmayan səbəbdən, tikinti işləri aparılmamışdır. Ötən bu illər ərzində iddiaçının normal həyat şəraiti davam etmişdir. 2016cı ilin təxminən sentyabr ayından Əli Həsənov yenidən peydə olmuşdur. Əli müəllim demişdir ki, iddiaçının evinin yerini Nəsimi rayon İcra Hakimiyyəti Başçısından alıb sökəcəkdir. Cavabdehlə aralarında olan mübahisə barışıq sazişi əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2811/2019 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə yekunlaşmışdır. Məhkəmə qərardadına əsasən Əli Həsənova məxsus Cavabdeh MMC iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa edəcəyi hündürmərtəbəli yaşayış binasından ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzili iddiaçıya təhvil verməli idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməsə də, qarşılıqlı razılaşma əsasında iddiaçı etiraz etməyib. Cavabdeh inşa etdiyi hündürmərtəbəli yaşayış binasından mənzilləri kənar şəxslərə satsa da, hələ də iddiaçının mənzilini təhvil verməmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarının icrasının təmin edilməsini cavabdehdən tələb etdiyi zaman cavabdeh əvvəlcə binanın 7-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzili onlara təklif etmişdir. Lakin iddiaçı üç otaqlı mənzilini tələb etdikdə, həmin iki otaqlı mənzili arakəsmələrlə üç otaq edərək iddiaçıya təklif etmişdir. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, cavabdehin iddiaçıya təklif etdiyi mənzil nə layihədə nəzərdə tutulmuş, nə də ki, tikinti və şəhərsalma qanunvericiliyinə uyğun gəlmişdir. Belə ki, cavabdeh layihədə nəzərdə tutulmuş ölçülərindən kəsərək başqa mənzilin sahəsinə qatmış, nəticədə yaşayış üçün uyğun olmayan bir mənzili iddiaçıya təklif etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təklif edilən mənzilin mətbəxi dəhlizdə yerləşməklə yanaşı nə qapısı, nə də ki, pəncərəsi yoxdur. Ümumiyyətlə cavabdehin iddiaçıya təklif etdiyi mənzilin ümumi sahəsinin demək olar ki, yarısı dəhlizdən ibarətdir. Hətta otaqların bir hissəsində belə dəhliz var. Ekspert rəyi də bu fakt təsdiqləyir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 19 kv.m.-lik ərazinin sökülməsi müqabilində iddiaçıya 120 kv.m.-lik mənzil təklif etmişlər, lakin iddiaçı bu mənzili qəbul etməmişdir. Həmçinin iddiaçı onların təklifi ilə razılaşmadığı üçün kirayə haqqının ödənilməsinə zərurət qalmadığını düşünmüşlər. Çünki onlar hər dəfə iddiaçıya hansısa evi təklif etsələr və iddiaçı hər dəfə razılaşmasa, beləliklə onlar hər dəfə iddiaçıya kirayə haqqı ödəməli olacaqlar. Bu da absurd bir yanaşma olardı və iddiaçının mövcud vəziyyətdən istifadə etməsinə gətirib çıxarardı. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 11.Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə «Mülkiyyətçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 19 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirli 7-ci mərtəbədə, 3 otaqlı, 120 kv.m. mənzili sahibinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqını tələb etmək «Mülkiyyətçi»nin hüquq və vəzifəsidir.
12. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadın İddiaçı aid olan hissəsindən görünür ki, iddiaçılar X5, İddiaçı və qeyrilərinin Cavabdeh MMC-yə qarşı qanunsuz söküntü cəhdlərinin qarşısının alınması və dayandırılması barədə mülki iş üzrə tərəflərin təqdim etdikləri barızış sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş və işin icraatına xitam verilmişdir: Cavabdeh MMC İddiaçı Yolu qızının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış avinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək evlərin yerində tikiləcək hündürmərtəbəli yaşayış binasından İddiaçı Yolu qızına yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı ödəməklə 1 otaqlı, 19 kv.m. mənzilin əvəzinə təmirli 3 otaqlı, 120 kv.m. mənzilin verilməsi öz öhdəsinə götürmüşdur. İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 1 otaqlı 19 kv.m. mənzilin əvəzinə təmirli 3 otaqlı 120 kv.m. mənzilin verilməsini qəbul etməsi, bununla bağlı müqavilənin imzalanması, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verməsi, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 gün ərzində boşaldılması, boşaltmaqdan sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etməsi öz öhdəsinə götürmüşdür.
13. İş materiallarında olan Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci ildə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cəmiyyətin ünvanına 86780/2020-5-34 saylı xəbərdarlıq göndərilərək, xx.xx.2017-ci il tarixli, 2(006)-2811/2017 saylı icra sənədində göstərilən tələbin xx.xx.2020-ci il tarixədək icra edilməsi tələb olunmuşdur. Ancaq adıçəkilən xəbərdarlığın göndərilməsi əsası Cəmiyyətə aydın deyildir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2811/2017 saylı qərardadı ilə Cavabdeh MMC ilə İddiaçı arasında barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla təsdiq olunmuş barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək yeni binanın tikintisi başa çatanadək İddiaçı müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı ödəməklə ayrıca mənzil verməyi öhdəsinə götürmüşdür. Cəmiyyət saziş üzrə öhdəliyini yerinə yetirmişdir, kirayə haqqı məbləğini birdəfəlik ödəmiş, mənzillə bağlı müqavilə öhdəliyinə riayət etmiş, İddiaçı ilə ayrıca müqavilə bağlamışdır və həmin müqavilənin şərtlərinə uyğun hərəkət edilir. Əgər müqavilə üzrə, onun icrası ilə bağlı hər hansı məsələ mübahisələndirilirsə,müqavilənin 6-cı maddəsinə əsasən məhkəməyə müraciət edilə bilər. Digər tərəfdən, məhkəmənin mülki işə xitam verilməsi barədə qərardadı əsasında icra vərəqəsinin verilməsi mümkünlüyü nəzərdə tutulmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində icra sənədlərinin siyahısı dəqiq və konkret olaraq sadalanmışdır və orada məhkəmə qərardadı kimi yalnız məhkəmənin iddianı təmin etmə barədə qərardadının icra üçün əsas olduğu nəzərdə tutulmuşdur. Ona görə də Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2811/2017 saylı qərardadı əsasında verdiyi icra vərəqəsi (icra sənədi) qanunsuz olduğundan, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, 7-ci, 9-cu maddələrinə əsasən, məhkəməyə geri qaytarılmalı idi. Oxşar məzmunlu xx.xx.2020-ci il tarixli məktub Cəmiyyət tərəfindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə yazılaraq bildirilməsinə baxmayaraq, bu günədək həmin məktuba cavab alınmamışdır. Göstərilənləri bir daha nəzərinə catdırmaqla, Cəmiyyətin hüquqlarına və qanuni mənafeyinə hörmətlə yanaşılmasını və qanuna müvafiq hərəkət ediıməsini təkrarən xahiş edilmişdir.
14. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2811/2017 saylı qərardadı ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla təsdiq olunmuş barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək yeni binasının tikintisi başa çatanadək İddiaçı müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı ödəməyi və iddiaçının 1 otaqlı 19 kv.m.sahəsi olan mənzilinin əvəzinə təmirli, sahəsi 120 kv.m. olan ayrıca mənzil verməyi, İddiaçı isə mülkiyyətində olan 1 otaqlı 19 kv.m. sahəsi olan mənzilinin əvəzinə təmirli, sahəsi 120 kv.m.olan mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cəmiyyət saziş üzrə öhdəliyini yerinə yetirmişdir, kirayə haqqı məbləğini birdəfəlik ödəmiş, mənzillə bağlı müqavilə öhdəliyinə riayət etmişdir. Odur ki, İddiaçı müqavilə üzrə öhdəliyinə riayət etməyə çağırır və ünvan 7 ünvanda təmirli, sahəsi 120 kv.m. olan təmirli mənzili təhvil almaq üçün Cavabdeh MMC-nin ofisinə dəvət edirlər.
15. Nəsimi rayon Məhkəməsinin 2(006)-2206/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Yolçü qızının Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi və s.» tələbinə dair mülki iş üzrə icraata, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hüquqi qiymət verilməsi mümkün olmadığından bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi iddiaçı izah olunması qərara alınmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8737/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2206/2021 saylı qərar ləğv edilmiş və İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi və s.» tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
17. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, LP-227/2021 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin yerində Cavabdeh MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 120 kv.m. ümumi sahəli mənzilin bazar qiyməti (təmirli olduğu halda) – 216.000 manat, 20 kv.m. ümumi sahəli mənzilin bazar qiyməti (təmirsiz olduğu halda) – 192.000 manat, 1 kv.m. sahə üçün bazar qiyməti (təmirsiz olduğu halda) – 1600 manat, 1 kv.m. sahə üçün bazar qiyməti (təmirli olduğu halda) – 1800 kv.m. təşkil etmişdir.
18. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin əhatə etdiyi ərazidə yüksəkmərtəbəli yaşayış bilanalarının eskiz layihəsindən görünür ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş hürdürmərtəbəli yaşayış binasında sahəsi 120 kv.m.təşkil edən 3 otaqlı mənzillər layihələndirilməmişdir.
19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1744 saylı, 15 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: - 1-ci sual üzrə: Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı mənzilin faktiki parametrləri (tikililərin planlı yerləşməsi, ölçüləri, sahəsi və s.) ilə həmin bina üzrə tərtib edilmiş eskiz layihəsinin göstəriciləri müqayisə edilərkən, İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı mənzilin eskiz layihəsi üzrə 3 otaqlı mənzil kimi deyil, ümumi sahəsi 208,1 kv.m.təşkil edən 4 otaqlı mənzil kimi layihələndirildiyi, lakin sonradan həmin mənzilin daxilində yenidənqurma işləri aparılmaqla faktiki sahəsi 118,0 kv.m. təşkil edən 3 otaqlı mənzil yaradıldığı müəyyən edilmişdir. - 2-ci sual üzrə: Cavabdeh MMC tərəfindən inşa edilmiş başqa binalar (və ya binaların layihə sənədləri) ekspertizaya təqdim edilmədiyindən, həmin binalarda layihələndirilmiş və ya mövcud olan 3 otaqlı, ümumi sahəsi 120 kv.m. təşkil edən mənzillərlə İddiaçı təklif edilmiş mənzil arasında fərqli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, eskiz layihəsinə əsasən tədqiq olunan bina üzrə sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı mənzillər layihələndirilməmişdir. - 3-cü sual üzrə: tədqiq olunan yaşayış binasına dair tərtib edilmiş eskiz layihəsi (ekspertizaya təqdim edilmiş) araşdırılarkən, İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş mənzilin layihə sənədləri üzrə 2 otaqdan 3 otağa deyil, 4 otaqdan 3 otağa dəyişdirildiyi müəyyən olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 21.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı ümumi sahəsi 19 kv.m. fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 19 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirli 7-ci mərtəbədə, 3 otaqlı, 120 kv.m. mənzili sahibinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqını tələb etmək iddiaçının hüququdur. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla təsdiq olunmuş barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək yeni binasının tikintisi başa çatanadək İddiaçı müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı ödəməyi və İddiaçı 1 otaqlı 19 kv.m.sahəsi olan mənzilinin əvəzinə təmirli, sahəsi 120 kv.m. olan ayrıca mənzil verməyi, İddiaçı isə mülkiyyətində olan 1 otaqlı 19 kv.m. sahəsi olan mənzilinin əvəzinə təmirli, sahəsi 120 kv.m.olan mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh 3 otaqlı mənzilin əvəzinə 2 otaqlı mənzili təklif etmiş, iddiaçı 3 otaqlı mənzili tələb etdikdə cavabdeh 2 otaqdan 3 otağa dəyişdirilmiş mənzili təklif etmişdir. Cavabdeh layihədə nəzərdə tutulmuş ölçülərindən kəsərək başqa mənzilin sahəsinə qatmış, nəticədə yaşayış üçün uyğun olmayan bir mənzili iddiaçıya təklif etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təklif edilən mənzilin mətbəxi dəhlizdə yerləşməklə yanaşı nə qapısı, nə də ki, pəncərəsi yoxdur. Ümumiyyətlə cavabdehin iddiaçıya təklif etdiyi mənzilin ümumi sahəsinin demək olar ki, yarısı dəhlizdən ibarətdir.Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı ona verilməli olan layihəyə uyğun, ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzilin dəyəri kimi 216.000 manatın, tərəflər arasında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında mənzil iddiaçıya təhvil verilən günədək verilməli olan 500 manat kirayə haqqının 2021-ci ilin yanvar ayından başlayaraq pulun tam ödənildiyi günədək hər ay 500 manat pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
22. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
23. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
25. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
26. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
27. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC müqavilə üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir.
29. Məhkəmə qeyd edir ki, öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizilk ola bilər.
30. Öhdəliklər şəxslər arasında çox ciddi hüquq və vəzifələr yaratdığına görə onların əmələ gəlməsi əsaslarının dəqiq müəyyən edilməsinin böyük əhəmiyyəti var. Öhdəliklərin əmələ gəlməsinin başlıca əsasları AR Mülki Məcəllənin 386-cı maddəsində göstərilmişdir və göründüyü kimi həmin əsaslardan biri də tərəflər arasında müqavilənin olmasıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. «Aztelekom» İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2004-cü il tarixli Qərarında xüsusilə qeyd edilir ki, mülki münasibətlərdən, o cümlədən müqavilə öhdəliklərindən irəli gələn mübahisələrin ayrı-ayrı şəxslərin hüquq və qanuni mənafelərinə müvafiq, həmçinin qanunvericiliyin tələblərinə uyğun həllində mülki məhkəmə icraatını həyata keçirən ədalət mühakiməsi orqanlarının fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Qanunvericilikdə öz əksini tapmış maddi hüquq normalarından irəli gələn mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı fiziki və hüquqi şəxslərin borcudur. Mülki hüquq mübahisəsinin qanuni və əsaslı həlli üçün həm tətbiq olunmalı olan hüquq normaları, həm də öhdəliklərin götürülməsi və icrası ilə bağlı hüquqi nəticələr yaradan, tərəflər arasında bağlanmış müvafiq müqavilələrin müddəaları diqqətəlayiqdir. Tərəflərin öhdəliklərinə dair müqavilələrin müddəalarını təhlil etmək, sonra isə onları nəzərə alaraq qanunvericiliyin normalarını düzgün tətbiq etmək ümumi məhkəmələr üçün olduqca vacibdir.
36. İşdə olan "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin yerində Cavabdeh MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 120 kv.m. ümumi sahəli mənzilin bazar qiyməti (təmirli olduğu halda) – 216.000 manat, 1 kv.m. sahə üçün bazar qiyməti (təmirli olduğu halda) – 1800 kv.m. təşkil etmişdir.
37. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı mənzilin faktiki parametrləri (tikililərin planlı yerləşməsi, ölçüləri, sahəsi və s.) ilə həmin bina üzrə tərtib edilmiş eskiz layihəsinin göstəriciləri müqayisə edilərkən, İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş 3 otaqlı mənzilin eskiz layihəsi üzrə 3 otaqlı mənzil kimi deyil, ümumi sahəsi 208,1 kv.m.təşkil edən 4 otaqlı mənzil kimi layihələndirildiyi, lakin sonradan həmin mənzilin daxilində yenidənqurma işləri aparılmaqla faktiki sahəsi 118,0 kv.m. təşkil edən 3 otaqlı mənzil yaradıldığı müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən inşa edilmiş başqa binalar (və ya binaların layihə sənədləri) ekspertizaya təqdim edilmədiyindən, həmin binalarda layihələndirilmiş və ya mövcud olan 3 otaqlı, ümumi sahəsi 120 kv.m. təşkil edən mənzillərlə İddiaçı təklif edilmiş mənzil arasında fərqli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, eskiz layihəsinə əsasən tədqiq olunan bina üzrə sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı mənzillər layihələndirilməmişdir.Tədqiq olunan yaşayış binasına dair tərtib edilmiş eskiz layihəsi (ekspertizaya təqdim edilmiş) araşdırılarkən, İddiaçı Cavabdeh MMC tərəfindən təklif edilmiş mənzilin layihə sənədləri üzrə 2 otaqdan 3 otağa deyil, 4 otaqdan 3 otağa dəyişdirildiyi müəyyən olunmuşdur.
38. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC iddiaçı ilə bağlanmış müqavilə şərtlərini pozaraq üzərinə düşən təsdiq edilmiş layihəyə uyğun olmayan mənzil təqdim etməklə öhdəliyini pozmuşdur. Bu halda isə İddiaçı qeyd olunan layihəyə uyğun olmayan mənzildən imtina edərək ona dəymiş ziyan kimi mənzilin dəyərini istəməkdə haqlı olmuşdur.
39. Beləliklə məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəylərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin pozulması müəyyən edildiyindən, iddia tələbi mənzilin dəyərinin ödənilməsi hissəsində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli müqavilə üzrə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə 216.000 (iki yüz on altı) manat pul tutulmalıdır.
40. Məhkəmə iddia tələbinin kirayə haqqının tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.
41. Belə ki, cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən, yəni bugünki günədək mənzil ona təhvil verilmədiyindən, həmçinin iddiaçının mənzil ilə bağlı hüquqları hələdə təmin edilməyindən ona düşən aylıq kirayə haqqı olan 500 manat məbləğində pul isə qətnamə icra edilən günədək ödənilməlidir.
42. Məhkəmə həmçinin iddianın kirayə haqqına münasibətdə tutulma vaxtının 2021-ci ilin yanvar ayından hesablanması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı məhkəmədə izahatında ona verilən son kirayə pulunun 1 yanvar 2021-ci il tarixədək cavabdeh tərəfindən ona verilməsini özü etiraf etmişdir.
43. Məhkəmə hesab edir ki, iddia tələbi kirayə haqqının tutulması hissəsində təmin edilməli, mənzilin dəyəri olan 216.000 (iki yüz on altı) manat məbləğində pulun 2021-ci ilin yanvar ayından hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya verilənədək hər ay 500 (beş yüz) manat olmaqla kirayə haqqı ödənilməlidir.
44. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi mənzilin özünün deyil artıq dəyərinin ödənilməsi ilə bağlı olduğundan, məhkəmə qətnaməsi üzrə iddia tələbi təmin olunaraq ödəniləcək 216.000 manat məbləğində pul icra olunacağından tərəflar arasında bağlanmış 03 may 2017-ci il tarixli müqavilə də öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir.
45. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 03 may 2017-ci il tarixli müqavilə üzrə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə 216.000 (iki yüz on altı) manat pul tutulmalı, mənzilin dəyəri olan 216.000 (iki yüz on altı) manat məbləğində pulun 2021-ci ilin yanvar ayından hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya verilənədək hər ay 500 (beş yüz) manat olmaqla kirayə haqqı ödənilməlidir.
46. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 03 may 2017-ci il tarixli müqavilə üzrə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə 216.000 (iki yüz on altı) manat pul tutulsun. Mənzilin dəyəri olan 216.000 (iki yüz on altı) manat məbləğində pulun 2021-ci ilin yanvar ayından hesablanmaqla Cavabdeh MMC tərəfindən iddiaçı X4 verilənədək hər ay 500 (beş yüz) manat olmaqla kirayə haqqı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMCdən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov