Məhkəmə qərarları › İş №2(006)-160/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-160/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-160/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8579 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və həyat yoldaşı birgə gəlirlərləri əsasında Bakı şəhəri Xətai rayonu, Zığ yolu 4 ünvanda yerləşən Yaşayış kompleksində, Blok D.Mərtəbə 7,mənzil 31-i almışlar və onun təmir etdirilməsi üçün "xxxx" MMC ilə 25 iyul 2022-ci il tarixdə müqavilə bağlamışlar.Təmir üçün 3 dəfə MMC-nin rəhbəri X3 aşağıdakı məbləğləri ödəmişdir: 1. 25 iyul 2022-ci il tarixdə 6345 manat. 2. 05 sentyabr 2022-ci il tarixdə 6345 manat. 3. 11 oktyabr 2022-ci il tarixdə 6345 manat, cəmi: 19035 manat. Həmin şəxs mənzilin təmirini onların xaricdə olmaqlarından və inam, etibarlarından suiistifadə edərək yarımçıq qoymuş, pullarını ələ keçirib çıxıb getmişdir. İndi də telefonunu ( 070-***-61-21 və 070-***-61-21 ) söndürərək qaçıb gizlənir və pullarını qaytarmaqdan imtina edir. Onlar mütəxəssis dəvət etdirərək evin təmirinə sərf olunmuş xərci hesablatmışlar, bəlli olmuşdu ki, o, onların 8579 manat pullarını ələ keçirmişdir. Odur ki, həmin şəxsin ondan aldığı 8579 manat pulun ondan alınıb ona ödətdirilməsi üçün qətnamə çıxarılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan «Sifarişçi» qismində İddiaçı ilə «Podratçı» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayonu, Zığ yolu 4 D ünvanda yerləşən mənzilin təmirini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli podrat müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, işin ümumi məbləği 21.150 manat təşkil etmişdir. (ilkin ödəniş 6345 manat, ikinci ödəniş 6345 manat, üçüncü ödəniş 6345 manat və sonuncu ödəniş 2115 manat). İş materiallarında olan 933696 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 03 sentyabr 2022-ci il tarixində 6345 manat ödəniş etmişdir. İş materiallarında olan 425975 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 11 oktyabr 2022-ci il tarixində 6345 manat ödəniş etmişdir. İş materiallarında olan 933678 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 25 iyul 2022-ci il tarixində 6345 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyindən görünür ki, “Ceyhun-3” İKF-nin inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 4 ünvanında yerləşən yaşayış kompleksində D bloku, 7-ci mərtəbədə yerləşən 31 saylı mənzildə təmir tikinti işlərinə xərclənən vəsaitin məbləği 10.450,70 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 105.79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9264 saylı, 03 iyun 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu 4 ünvanında yerləşən yaşayış kompleksi blok D, mərtəbə, 7, 31 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 10491,0 manat məbləğində olduğu müəyyən edilir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında 25 iyul 2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Təmir üçün sifarişçi tərəfindən MMC-yə 19035 manat ödənilmiş, lakin cavabdeh mənzilin təmirini yarımçıq qoymuşdur. Hazırda iddiaçı Cavabdehndən ona dəymiş 8579 manat məbləğində ziyanın ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə işin faktiki hallarını araşıdırıb hesab edir ki, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 39-cü fəslində nəzərdə tutulan «Podratı» müqaviləsinin müddəaları çərçivəsində araşdırılmaldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Eyni Məcəllənin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Göstərilən Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində nəzərdə tutulmuş işlərin başlanılması üçün sifarişçi tərəfindən podratçıya (iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən) 19035 manat məbləğində pul ödənilmişdir. Lakin podratçı müqavilə üzrə öhdəliklərinin yalnız bir qismini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə qeyd edir ki, cavabdeh üzərinə götürdüyü işləri tam şəkildə yerinə yetirmədiyi üçün, iddiaçı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 19035 manat məbləğində pul ödənilmişdir, lakin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9264 saylı, 03 iyun 2024cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 4-də yerləşən 31 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) bazar qiyməti 10491,0 manat təşkil etmişdir. Beləliklə məlum olmuşdur ki, Cavabdeh tikinti işlərini yarımçıq qoyaraq iddiaçının 8544 manat (19035 manat – 10491 manat) məbləğində pulunu ələ keçirmişdir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 8544 (səkkiz min beş yüz qırx dörd) manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (yüz) manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 8544 (səkkiz min beş yüz qırx dörd) manat borc tutulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (yüz) manat Cavabdehndən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar