Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1604/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 39 kv.m., yaşayış sahəsi 30 kv.m. olan 2 otaqlı mənzil 19.12.2014-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə ilə İddiaçı mərhum qaynatası X1 vərəsəlik yolu ilə əri X4 mülkiyyətinə keçmişdir. X9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili 25.07.2015-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması müqaviləsi» ilə həyat yoldaşı İddiaçı hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10.08.2015-ci il tarixli, seriya RX № ******* «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri»ndən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. İddiaçının oğlu X10 05.07.2016-cı ildə ASAN xidmət mərkəzində Cavabdeh ilə birgə nikaha daxil olmuşlar. Həmin nikahdan 25.06.2017-ci il tarixdə X7 dünyaya gəlmişdir. 2017-ci ildə X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşmüşdür. İddiaçının mülkiyyətində olan mənzilin Cavabdeh heç bir aidiyyəti yoxdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(006)-3938/2020 saylı qətnaməsi ilə X10 ilə Cavabdeh arasında 1 №-li ASAN Xidmət Mərkəzində bağlanmış 05.07.2016-cı il tarixli nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş 25.06.2017-ci il təvəllüdlü X7 anasının himayəsində qalmışdır. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 №-li Mənzil-Kommunal İstismar Sahəsinin 18.11.2020-ci il tarixli, 59 №-li arayışından görünür ki, cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Hal-hazırda Cavabdeh atası evində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsind yaşayır. ünvan 1 ünvanında yerləşən mənzildə yaşamır və həmin mənzildən istifadə etmir. Formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə sifarişli poçt vasitəsilə məlumat göndərilməsinə baxmayaraq, cavabdeh həmin ünvanda yaşamadığından bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər 1 saylı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən verilmiş 19.12.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 14.10.2009-cu ildə vəfat etmiş X5 vərəsəsi oğlu X9 miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 39 kv.m., yaşayış sahəsi 30 kv.m. olan 2 otaqlı mənzildən ibarətdir. İş üzrə 1 saylı «ASAN xidmət» mərkəzində notariat kontorunda təsdiq edilmş və X9 ilə İddiaçı arasında bağlanılmış 25.07.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ə.Xıdırov mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 39 kv.m, yaşayış sahəsi 30 kv.m, yardımçı sahəsi 9 kv.m olan iki otaqlı evini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dölvət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 10.08.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 59 saylı, 18.11.2020-ci il tarixli arayışına əsasən Cavabdeh ünvan 6 ünvanında pasport qeydiyyatındadır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3938/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə X10 arasında 05.07.2016-cı il tarixdə bağlanmış və 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş nikahın pozulması, tərəflərin övladı 25.06.2017-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, X3 15.07.2020-ci il tarixdən başlayaraq 25.06.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, tərəflərin birgə nikahlarından olan 25.06.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 qazancının ¼ hissəsi miqdarında alimentin və əlavə olaraq 107 (bir yüz yeddi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir, cavabdeh əvvəllər həmin mənzildə yaşamış, hazırda isə orada formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, cavabdeh mübahisəli mənzildə uzun müddətdir ki, yaşamır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2015-ci ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətçi İddiaçı qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü deyildir. Bu səbəbdən mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonra yarandığından (2016-cı il), cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələ Mənzil Məcəllənin 30.4-cü maddəsi əsasında həll olunmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyətçinin keçmiş ailə üzvü kimi özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması işə baxılarkən öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh ünvan 1-dan istifadə hüquqlarına xitam verilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1-dan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1604/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1604/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver