Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-161/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu İ.Əbilov küçəsi 115 saylı evin 1ci mərtəbəsində yerləşən 17,5 m2 yaşayış, 9 m2 köməkçi sahənin Cavabdeh Əlpaşa qızı tərəfindən boşaldılması və 2-ci mərtəbəsindəki tikiliyə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, 01.04.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu İ.Əbilov küçəsi 115 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsinin boşaldılması, 2-ci mərtəbəsində yerləşən tikiliyə istifadə hüququnun tanınması və ümumi paylı mülkiyyətin naturada bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, 22.04.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu İ.Əbilov küçəsi 115 saylı evin 1-ci mərtəbəsində yerləşən 17,5 m2 yaşayış, 9 m2 köməkçi sahədən Cavabdeh Əlpaşa qızının çıxarılması və 2-ci mərtəbəsindəki tikiliyə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10.06.2014-cü il tarixdə ev almaq üçün Nəsimi rayonu ərazisində yerləşən ev alğı-satqısı ofislərinə müraciət etmişdir. Daşınmaz Əmlak Agentliyində işləyən şəxslərin vasitəsi ilə bir neçə evlərə baxmışdır. Ona bildirmişlər ki, yaxınlıqda yerləşən küçədə İ.Əbilov 115 ünvanda 1 otaq və köməkçi sahəsi ilə (17,5 m2), birbaşa küçəyə çıxış istiqaməti olan evin satılır və evin mülkiyyətçisi X2r, 15.000 manata satmaq istəyir. Həmin evin sənədlərinə baxib belə razılığa gəlmişlər ki, gələcəkdə mətbəxin pəncərəsindən qapını birbaşa küçəyə açaraq, giriş-çıxışlarını ayırsınlar. 24.06.2014-cü il tarixdə X4 «X12»da müalicə götürdüyündən, sonuncunun adından nəvəsi X9 etibarnamə ilə satıcı kimi çıxış edərək, çıxarışa əsasən 136,4 m2 sahənin 1/8 hissəsini, yəni 17,5 m2 və qabağında girişi birbaşa küçədən olan sahəni onunla alğı-satqı etməyə razılaşmışlar. Onun bu ərazidə başqa evləri olduğundan, belə qərara gəlmişdir ki, qardaşı Şahid adına alsın. Şahid Mehdi oğlunun ona verdiyi bas etibarnamə (gələcəkdə alıb-satmaq, bağışlamaq və daşınmaz əmlakla bağlı bütün səlahiyyətlər) olduğundan, onun adına alğı-satqı müqaviləsi bağlamışlar. Mənzilin 3/8 hissəni isə anasının adından, Cavabdeh öz adına sənədləşdirmişdir. O, həmin AN-İ № ******* nömrəli, 24 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Cavabdeh həmin ərəfədə ona təklif etmişdir ki, mülkiyyətində olan evin 2-ci mərtəbəsinin özünə məxsus dam hissəsini satmaq istəyir, əgər istəsə onlarla razılaşa bilərlər. Cavabdeh ilə onun özünə məxsus olan mənzilin 2-ci mərtəbəsininin dam hissəsində, tikinti aparmaq üçün razılaşıb qonşuları Rəşad və Həsənin vasitəçiliyi ilə Cavabdeh 6.500 manat pul vermişdir. Cavabdeh 21 mart 2015-ci il tarixdə öz xətti ilə ərizə yazıb, imza etmişdir ki, Nəsimi rayonu Əbilov 115 ünvanda, qardaşı Şahid ilə paylı mülkiyyətdədir və Cavabdeh mülkiyyətində olan sahənin üzərində, İİ mərtəbəsində ev tikməsinə etirazının olmadığını bildirmiş, bunun müqabilində 4.500 manat və 1.900 ABŞ dolları almasını, hər hansı bir mübahisə yaranarsa özünün məsuliyyət daşıdığını göstərmişdir. X17, Zeynalov Rəşad və o həmin ərizəyə imza etmişlər. Buna baxmayaraq, Cavabdeh razılaşdıqları tikintini apararkən dəfələrlə ona maneçiliklər törədərək ondan əlavə olaraq pullar tələb etmişdir ki, əvvəlcə razılaşdıqları kimi evin giriş hissəsində, ümumi həyətin girişi olan 9 m2 sahəsi olan hissəsinin dağıdılıb 2-ci mərtəbəyə giriş üçün pilləkən qoyulmasını razılaşmışlarsa, o, həmin yeri dağıtmadan, küçədə yerləşən digər qonşularla razılaşıb pilləkəni birbaşa mərkəzi küçədən qoymuşdur və 1-ci mərtəbədə dağılmaq üçün nəzərdə tutulan 9 m2 sahənin üstünü, dam hissəsini tikərək, 1-ci mərtəbəni köməkçi sahə kimi özlərinə aid olan sahəyə əlavə etmişdir. Cavabdeh təkrar, həmin 9 m2 sahənin onların 1-ci mərtəbədəki hissələrinə bitişik olduğundan, ondan əlavə pul istəmiş və ondan əlavə olaraq 8.000 manat pul tələb etmişdir. O, sonuncuya bildirmişdir ki, 1-ci mərtəbədə yerləşən onlara aid olan hissəyə əlavə 9 m2 sahəni çıxarışa əlavə elətdirib, onunla alğı-satqı edərək, onlara təhvil verdikdən sonra, əlavə 8.000 manat pul verəcəyi barədə yazılı şəkildə razılaşmışlar. Həmin ərəfədə 8.400 manata kimi o, Cavabdeh pulu hissə-hissə versə də, 9 m2 sahəni onların adlarına sənədləsdirilməsindən bəhanələr gətirərək yayınmışdır. Halbuki onlardan əvvəl yaxın qohumuna bütöv dam hissəni 4.500 manata satmağa razılaşmış və yarı hissəsinin pulunu almışdır, başqa ofislərə isə 6.000 manata yenidən satmaq üçün yazdırmışdır. Sonradan, Cavabdeh, həmin mənzilin İİ mərtəbəsinin onun vəsaiti ilə tikilərək, yaşayış üçün tam yararlı vəziyyətdə olduğunu görüb, ona təklif etmişdir ki, «Yaxin yoldaş var, ev almaq istəyir, icazə ver, gəlsin evlərə baxsın, sizin də pulunuzu artıqlaması ilə versin və mənim də 1-ci mərtəbədəki hissəmi yaxşı qiymətə alsın». O, cavabdehə cavab vermişdir ki, həmin mənzili satmaq fikri yoxdur və mənzili gələcəkdə söküntü məqsədilə, yerində yeni tikilidən ev almaq məqsədilə nəzərdə tutmuşdur. Cavabdeh sonradan özünə aid olan hissəni onlara satmağı təklif etmişdir. O, cavabdehdən hansı məbləğə satıldığını soruşduqda sonuncu ona bildirmişdir ki, özünə aid olan hissəsinə 120.000 manat vermək istəyən müştərisi var. O, cavabdehə bildirmişdir ki, cavabdehin hissəsinin 51 m2 sahəsi olan evinin qara bazar qiyməti 51.000 manatdır, cavabdehə aid olan hissəni almağa da onun maddi imkanı yoxdur. Bundan sonra Cavabdeh ilə aralarında narazılıq yaranmağa başlamışdır. Onun evinə çıxan su xəttini, işıq xəttini kəsdirmişdir ki, özlərinə yeni xətt çəksinlər. Sonra da, o, evdə olmadığı halda cavabdeh mənzilinin qapısını açdırıb, mənzilinə qanunsuz olaraq daxil olmuş, mənzilinin qapısının kilidini və açarını dəyişib, mənzil toxunulmamazlıq hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzil və mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bu kimi hallara görə Nəsimi rayon Polis İdarəsində özbaşınalıq hərəkətlərinə görə cinayət işi açılmışdır. Qeyd edir ki, 24.07.2015-ci il tarixdə Cavabdeh onlara qarşı «özbaşına tikilinin sökulməsi» iddiasi ilə Nəsimi Rayor Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişində eynilə qarşılıqlı iddia verərək 1-ci mərtəbədəki çıxarışa yaşayış sahəsi 17,5 m2 və əlavə 9 m2 köməkçi sahənin boşaldılması və ikinci mərtəbədəki tikiliyə sahiblik hüququnun müəyyən olunmasını tələb etmişlər. Həmin vaxt da, Cavabdeh, keçmiş həyat yoldaşını, onlara yaxın olan həkim ellilərini və bir necə qohumluğu çatan eloğullarını onlara göndərərək üzrxahlıq etmişlər ki, ehtiyacı olduğundan, qızılları lombardda batmaq üzrə olduğunu, qızının işlədiyi turizm şirkətində insanların külli miqdarda pullarını mənimsədiyində görə cinayət işi qaldırılaraq həbs olunduğundan, məcburiyyət qarşısında bu yola əl ataraq çarəsizlikdən onları da şərləyib. Buna görə qadın xeylağı olduğunu nəzərə alaraq, ondan üzrxahlıq edərək, bağışlamasını xahiş etmişlər. Onun bir neçə tanınmış ziyalı ağsaqqallarının adını çəkərək, qonşu kimi onlara kömək etməsini bildirmişlər. Bir neçə gün, dəfələrlə xahişdən sonra, o, yenə alicənablıq edərək sonunculara kömək edəcəyinə söz vermişdir. Belə ki, Cavabdeh özbaşınalıq hərəkətlərinə görə açılmış cinayət işini, yaxın dostların xahişi ilə ərizəsini geri götürərək, cinayət məsuliyyətindən azad olunmasını işi aparan müstəntiqdən xahiş etmişdir. Qızı Ayseli də həbsdən buraxdırmaq üçün vəkil tutaraq xərclərini, insanlara dəymiş maddi ziyani da ödəyərək həbsdən azad elətdirməyə nail olmasında bir qonşu kimi böyük köməkliyi olmuşdur. Bunlarin müqabilində gələcəkdə evlər söküləndə, kömək elədiyi pulları qaytaracağını Cavabdeh söz vermişdir. Əlavə olaraq Notariat kontorunda ifadə yazaraq təsdiq eləmişdir ki, onlara qarşı məhkəməyə verdiyi özbaşına tikilinin sökülməsi iddiasını geri götürür və onlar tərəfindən verilən qarşılıqlı iddianin təmin edilməsini Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədovun icraatında olan mülki işləri ilə bağlı qarşılıqlı iddialarının təmin olunmasını xahiş etmiş və bu barədə onlara qarşı gələcəkdə hər hansı bir iddia və tələbi olmadığı barədə ifadə, notarial qaydada təsdiq eləyərək onlara vermişdir. Həmin vaxtda 1-ci mərtəbədə yerləşən 17,5 m2 sahəni özu könullu boşaldaraq ona vermişdir. O, yenidən həmin yeri təmir etdirib kirayə vermək istəyəndə, ondan xahiş etmişdir ki, qızına kreditlə cehiz almışdır, bir müddət kirayə pulunu o alsın, kreditini bağlayandan sonra, onun ixtiyarında olacağını söyləmişdir. Yenə ona vəd vermişdir ki, evlər söküləndə pulları qaytaracaq. Sonradan 2017-ci ildə qardaşı Şahid adından öz adına bağışlama yolu ilə keçirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** qeydiyyat nömrəli çıxarışı almışdır. Həmin ərəfədə ona məlum olmuşdur ki, Cavabdeh öz adina olan evin böyük hissəsini 41 m2 sahəsini Arzu adlı xanıma sataraq, ondan gizlətmişdir ki, ona vəd verdiyi pullari ona qaytarmasın. O, həmin Arzu xanımla görüşərək, onunla Yeganənin arasında olan razılaşmanı aydınlaşdırmaq istəyəndə, bir necə dəfə Yeganə müxtəlif bahənələr gətirərək söhbətdən yayınmışdır. İsrarla Arzu xanımdan tələb etmişdir ki, onların birlikdə girişlərinə çıxan qapısını bağlasın, küçə tərəfə olan mətbəxin böyük pəncərəsindən özünə giriş qapısı açsın. Əks halda məhkəməyə müraciət edir. O, Arzu xanımdan soruşduqda ki, Yeganənin 10 m2 sahəsinin aqibəti necə olacaq, sonuncu ona bildirmişdir ki, dalan tərəfdən, böyük pəncərədən özünə qapı açacaq, zal otağından aranı divarla hörərək öz sahəsini ayırmağı razılaşmışlar. Yeganəyə telefonla zəng edərək, bu məsələni həll etməyə çağıranda özu də etiraf etmişdir ki, Arzu xanımın dediyi kimi razılaşıblar. Aradan bir müddət keçdikdən sonra, eşitmişdir ki, həmin 41 m2 sahəni Azər adlı bir müştəriyə satıblar. Cavabdeh ona yaranmış etibarımdan sui-istifadə edərək, ona xeyli miqdarda ziyan vurmuş, bu günə kimi, onlara aid olan hissəni boşaldaraq təhvil verməkdən yayınmışdır. Hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmə çıxışında əlavə olaraq bildirdi ki, Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsi ev 125 mənzil 16 tam mülkiyyət hüququ ilə Cavabdeh anası X3 məxsus olmuşdur. RX seriyalı ******* №-li çıxarışdan görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 136 m2 olmuşdur. O, payının 1/4 hissəsini Umud Umudova, 1/4 hissəsini Qəşəm Umudova satmışdır. 16.05.2009-cu ildə Umud Umudov, 30.09.2009-cu ildə Qəşəm Umudov evlərinə çıxarış almışdır. 24.06.2014-cü il tarixdə X4 «X12»da müalicə olunduğundan, onun adından nəvəsi X9 (Lalə Cavabdeh qızıdır) etibarnamə ilə satıcı kimi çıxış edərək, Çıxarışa əsasən 1/2 hissəndən 1/4 hissəni (68 : 4 = 17 m2) Şahid satmış, qalan 3/8 hissəsini (136 x 3 : 8 = 51 m2) qızı Cavabdeh bağışlamışdır. Cavabdeh 51 m2 yaşayış sahəsinin 41 m2-ni Arzu Aslanovaya satmış, RX seriyalı çıxarışdan görünür ki, 30.09.2016-cı ildə həmin evin mülkiyyətçisi olmuş, daha sonra Arzu Aslanova həmin evi Azər Heybətova satmışdır. Çıxarışdan görünür ki, A.Heybətov 16.12.2016-cı ildə həmin evin mülkiyyətçisi olmuşdur. Şahid ümumi evin 1/8 hissəsindən 1/3 hissəni (136 1/8 hissəsi 136 : 8 = 17 m2 : 3 = 5,66) qardaşı Ələsgər Həsənova və 1/8 hissəsindən 1/3 hissəni 5,66 ona bağışlamışdır. Ələsgər Həsənov 06.09.2017-ci, o isə 30.11.2016-cı il tarixdən həmin payın mülkiyyətçisidir. İnsaf Səlimova ilə Şahid arasında bağlanmış alğısatqı müqaviləsini və hər iki çıxarışı çıxışına əlavə edir. Cavabdeh nümayəndəsinin iddiaçının evdən çıxarılma tələbinə qarşı etirazın əsası nədir sualına evdə Şahid ilə paylı mülkiyyətdə olduğunu, digər sualına Şahid evinin qarşısında 10 m2 yaşayış sahəsi otağı olmadığını bildirmişdir. Yerli müayinə zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, giriş qapısından kiçik dəhlizə, sonra kiçik mətbəxə və daha sonra mətbəxdən üç qardaşın paylı mülkiyyətində olan 17 m2 olan otağına daxil olunur. Dəhliz, mətbəx və otaq içiçədirlər. Cavabdehin İbrahimlə 17 m2 olan evdə paylı mülkiyyətdə olması barədə etirazının əsası çıxışa əlavə etdiyi çıxarışlarla təkzib olunur. Cavabdeh onlarla bərabər 17 m2 olan otağın paylı mülkiyyətçisi deyil, daşınmaz əmlakın ümumi sahəsinin 10 m2 sahəsinin mülkiyyətçisidir. Cavabdeh zəbt etdiyi evlərinin 59 saylı MKİS tərəfindən çəkilmiş sxemini məhkəməyə təqdim etmişdir. Sxemdən görünür ki, onun zəbt etdiyi evləri iç-içə olan otaq, mətbəx və giriş hissəsindən ibarətdir. İşə baxan hakim və katiblə dayandıqları sxemdə mətbəx kimi göstərilmiş yeri 10 m2 otağının olduğunu və burada yaşadığını bildirdi. Göründüyü kimi onun göstərdiyi yer köməkçi sahədir, yaşayış sahəsi deyil. Halbuki 41 m2 yaşayış sahəsini satdıqdan sonra onun ümumi paylı mülkiyyətdə 10 m2 yaşayış sahəsi qalmışdır. Göründüyü kimi onun göstərdiyi yardımçı sahə onun otağı deyil. 2014-cü ildə ev alınarkən də mətbəx və dəhlizin tikilmiş hazır vəziyyətdə olması barədə nümayəndənin sualına cavabı həqiqəti əks etdirmir. 2014-cü il vəziyyətinə evin texniki pasportunun tərkib hissəsi olan sxemdən görünür ki, 17 m2 olan küçəyə bir başa çıxışı olan evin otağı 7,60 m2, 2,40 m2 və 7,10 m2 olan iki dəhlizdən ibarət olmudur. Cavabdehin yerli müayinə zamanı mətbəxin yeri isə 9 m2 sahənin ümumiyyətlə üstü açıq boş sahə olmuşdur. Həmin evi 2014-cü ildə onun anasından alarkən mətbəx və giriş hissənin üstü və yanı bağlanmış vəziyyətdə olması və orada yaşaması barədə izahatı məhkəmədə dindirilmiş şahid ifadələri ilə, evin texniki pasportdakı sxemi və özünün 2015-ci ildə evin 2ci mərtəbəsini sökülməsi tələbi barədəki ərizəsi ilə təkzib olunur. Həmin ərizəsində o göstərir ki, evinin qarşısında yerləşən iki kiçik ölçülü yaşayış otağı Şahid məxsusdur. Ərizəsindən görünür ki, onun 10 m2 yaşayış otağı İbrahim evinin kənarında yerləşir, məhkəməyə təqdim etdiyi hazırkı evin sxemində isə bir otaq göstərilmişdir. Göründüyü kimi, 2014-cü ildə ev alınarkən hazırkı evin sxemdə göstərildiyi kimi olması həmçinin özünün ərizəsi ilə təkzib olunur. Texniki pasport və otaqların sxemi mülki iş materiallarına əlavə edilmişdir. Cavabdeh 24 iyul 2015-ci il tarixli özbaşına tikililərin sökülməsi barədə iddia ərizəsini və 59 saylı MKİS-in sxemini bir daha yazılı çıxışına əlavə edir. Məhkəmənin nəzərinə çatdırır ki, 2014-cü ildə 1-ci mərtəbənin damının üstünü tikmək üçün cavabdeh ondan 6.400 manat pul alıb razılaşmış, tikinti işləri gedişində də mane olmuş, ondan əlavə 1.900 ABŞ dolları pul almışdır. Tikinti başa çatdıqdan sonra 2014-cü ildə aldıqları vəziyyətdə olan 17 m2 olan otaqlarını zəbt edərək indiki kimi evin üstündəki 2-ci mərtəbənin sökülməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Damın üstünü tikməyə görə pul aldığını etiraf etmədiyinə görə polisə müraciətindən sonra narahat olmuş və ondan 8.000 manat pul alaraq, Nəsimi Rayon Məhkəməsinə ərizə verərək, qarşılıqlı iddiasının təmin edilməsi xahiş etmişdir. Qarşılıqlı tələbləri isə Cavabdeh 1-ci mərtəbədə zəbt etdiyi evdən çıxarılması, 2-ci mərtəbədəki tikiliyə isə istifadə hüquqlarının tanınması barədə olmuşdur. Bu məzmunda onun ərizəsi Bakı şəhər 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. Evin üstünün onun tərəfindən tikilməsini Cavabdeh iddia ərizəsində göstərmişdir. 2015-ci ildə həmin evin eskiz layihəsi tərtib olunmuşdur. Qaz və su idarələri ilə müqavilələr onunla bağlanmışdır. 1-ci mərtəbədəki zəbt etdiyi evlərini Cavabdeh boşaltdıqdan sonra 2016-cı ilin əvvəllərində otaq və kiçik köməkçi sahələrin arasını açıb təmir etmişdir, küçəyə birbaşa çıxışı olan 9 m2 köməkçi sahənin yanlarını bağlayaraq mətbəx və giriş üçün dəhliz şəklinə salmışdır. Bu halı məhkəmədə dindirilmiş şahidlər təsdiq etməklə yanaşı evin əvvəlki və sonrakı sxemi də təsdiq edir. Göründüyü kimi cavabdehin etirazı əsassızdır, 1-ci mərtəbədə 17 m2 paylı mülkiyyətində olan evlərindən zəbt etdiyi üçün çıxarılmalı, ikinci mərtəbədəki evə də sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçıdan ev almışdır. Evin əsl sahibi Yeganə xanımdır. İddiaçı onu, bacısını və İslam adlı başqa bir şəxsi də aldatmışdır. 4 ildir ki, iddiaçı onun sənədlərini vermir. Sözügedən evdən 6 m2 üçün 2018-ci ildə 14.000 manat, daha sonra 2-ci mərtəbə üçün isə 50.000 manat iddiaçıya pul vermişdir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun qardaşıdır. İddiaçı hələ gənc yaşlarında olarkən insanların ona etibar etməsindən istifadə edərək onları aldadır. İddiaçı onlara, yəni qardaşlarına da xeyli miqdarda ziyan vurmuşdur. Dəfələrlə onları aldadaraq, pullarını almışdır. Ondan xeyli miqdarda pul almışdır ki, ona ev alacaq, amma onu aldatmış və verdiyi pulları mənimsəmişdir. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin – 1/8 hissədən 1/3 hissəsi İddiaçı (23.09.2019); 1/8 hissədən 1/3 hissəsi (5,69 m2) X5 (21.02.2018); 1/8 hissədən 1/3 hissə Şahid (01.04.2021); 3/8 hissədən 41,0 m2 X7 (16.12.2016); 3/8 hissədən 10,0 m2 Cavabdeh (14.09.2016); 1/4 hissə X13 (16.05.2009); 1/4 hissə X10 (30.09.2009) paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində müvafiq reyestr kitabının müvafiq səhifələrində müvafiq qeydə alma nömrələri ilə qeydə alınmışdır. - Məhkəməyə təqdim edilmiş digər çıxarışlarda da, 3/8 hissədən 10,0 m2 Cavabdeh mülkiyyətində olan sahə kimi təsbit olunmuşdur. - 24 iyun 2014-cü il tarixdə Bakı şəhəri 13 saylı DNK-da bağlanmış AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X1 adından X9 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən İnsaf Səlimovaya məxsus 1/2 hissədən 1/4 hissəsini Şahid satmışdır. - Cavabdeh 30.12.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsi Şahid vəsaiti hesabına tikilmişdir. Həmin evin ikinci mərtəbəsinə Şahid İcra Hakimiyyəti tərəfindən sərəncam və DƏDRX tərəfindən çıxarış verilməsinə etirazı yoxdur. - Cavabdeh 08.01.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin Şahid məxsus olan hissəsinin 2-ci mərtəbəsində aparılmış tikinti işlərinin qanunsuz olması və özbaşına tikilinin sökülməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi iddiasını geri götürür və Şahid tərəfindən verilən qarşılıqlı iddianın təmin edilməsinə razıdır və bu barədə Şahid qarşı heç bir iddiası və tələbi olmayacaq. - Cavabdeh 21 mart 2015-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib etdiyi ərizəsindən görünür ki, ünvan 5 ünvanda yerləşən evində Şahid ilə paylı mülkiyyətdən ona aid olan hissənin üzərində ikinci mərtəbəsində ev tikməsinə etirazları yoxdur və bunun müqabilində 4.500 manat, 1.800 ABŞ dolları almışdır. Hər hansı bir mübahisə yaranarsa məsuliyyət daşıyır və öz imzası ilə təsdiq edir. Ərizəyə şahidlər də imza etmişlər. - Şahid və X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladıqları 13 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Əbilov küçəsi 115 ünvanda yerləşən və İddiaçı tərəfindən göstərilən 17,5 m2 yaşayış və 9 m2 sahələrdən ancaq 3/8-dən 10 m2 Cavabdeh məxsusdur. Qalan hissələr isə onlara 1/8 hissədən 1/3 hissə (5,69 m2) Əliyev İlkinə və 1/8 hissədən 1/3 hissə Şahid məxsusdur. Bu hissələr onların razılığı ilə hal-hazırda Cavabdeh istifadəsindədir. İddiaçı tərəfindən qaldırılan 1-ci mərtəbənin yaşayış sahəsinin boşaldılması iddiası onların sahələrə dair olduğunu və mülkiyyətçi kimi hüquqlarının pozulmasını nəzərə alaraq, növbəti təyin olunan məhkəmə iclasında şahid qismində iştirak etmələrinin təmin olunmasını xahiş etmişlər. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 2(006)-484/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh və qeyrilərinin İddiaçı və X6 qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(006)-228/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh Şahid və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «qanunsuz tikilinin sökülməsi və s.» tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə münasibətdə rədd edilmiş, Şahid münasibətdə təmin edilmiş, ünvan 2 ünvanda yerləşən evin damında tikilmiş özbaşına tikilinin sökülməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamə 10.11.2021-ci il tarixdə qanuni qüvvəsini almaqla, icra olunması məqsədilə aidiyyəti İcra şöbəsinə yönəldilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli 10/4782 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan yaşayış evi üzrə İddiaçı payına düşən 1/8 hissədən 1/3 hissənin 5,68 m2 təşkil etdiyini, həmin sahənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.2, 2.4-cü bəndlərinin tələblərinə uyğun olmadığını, yəni Rövşən Mehdi oğlunun ümumilikdə payına düşən 5,68 m2 sahənin yaşayış otağının sahəsinə uyğun gəlmədiyini nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu İ.Əbilov küçəsi 115-də yerləşən fərdi yaşayış evinin 1/8 hissədən 1/3 hissənin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (mübahisə edilən 10 m2 sahənin ona məxsus olmasına və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, mübahisə edilən 2-ci mərtəbədəki tikili özbaşına tikili olmaqla, sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı var. Həmin məhkəmə aktı qanuni qüvvəyə minmiş və onun əsasında icra vərəqəsi verilərək, icraya yönəldilmişdir. Eləcə də, məhkəmə vurğulayır ki, cavabdehin 17,5 m2 yaşayış, 9 m2 köməkçi sahəni qanunsuz tutmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, ekspert rəyindən görünür ki, yaşayış evi üzrə İddiaçı payına düşən 1/8 hissədən 1/3 hissə 5,68 m2 təşkil edir və iddiaçının iddia predmeti olan 17,5 m2 yaşayış, 9 m2 köməkçi sahə ilə bağlı iddia vermək üçün subyektiv hüququ mövcud deyil. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 (bir yüz manat) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair iddiası rədd edilsin. 100 (bir yüz manat) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-161/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-161/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver