Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-163/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Cavabdeh2nə qarşı «öhdəliyin icrası və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçın üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Cavabdeh2nə «öhdəliyin icrası və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi inşa edilən çoxmərtəbəli binanın 2-ci giriş, 13-cü mərtəbədə yerləşən 3 (üç) otaqlı, 84.92 kv.m mənzillə bağlı bağlanmış 07 fevral 2018-ci il tarixli müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, kommunal sayğaclara (qaz, işıq su) görə cavabdehə ödədiyi 750 manatın geri qaytarılması, 13-cü mərtəbədə yerləşən 3 (üç) otaqlı, 84.92 kv.m mənzilin təmiri üçün 20.000 manatın cavabdehdən iddiaçının xeyrinə turulması, iddiaçıya veriləcək 3 otaqlı mənzilin iki balkonun olması barədə götürdüyü öhdəlik cavabdeh tərəfindən icra olunması və mənzilin memarlıq işçi lahiyəyə uyğun olaraq təhvil verilməsi öhdəliyi cavabdehə, Bakı şəhəri Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kommunal sayğaclara görə cavabdeh şirkətə ödənilmiş 750 manatın geri qaytarılması, 13-cü mərtəbədə yerləşən 3 (üç) otaqlı mənzilin təmiri üçün 19.000 manatın, müqavilədə nəzərdə tutulan, lakin mənzilin ümumi sahəsində əks olunmayan 3,56 kv.m görə 6.162,36 manatın (84,92-81,36 = 3,56 x 1731 = 6.162,36 AZN), ləğv olunan balkonun dəyərini təşkil edən 2.700 manatın və ödənilməyən 1600 manat kirayə haqqının, o cümlədən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30242.36 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, mənzilin memarlıq işçi layihəyə uyğun olaraq təhvil verilməsi öhdəliyinin "xxxx" MMC, Bakı şəhəri Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının kommunal sayğaclara (qaz, işıq su) görə cavabdehə ödədiyi 750 manatın geri qaytarılması, 13-cü mərtəbədə yerləşən 3 (üç) otaqlı mənzilin təmiri üçün 19.000 manatın, müqavilədə nəzərdə tutulan, lakin mənzilin ümumi sahəsində əks olunmayan 3,56 kv.m görə 6.162,36 manatın (84,92-81,36 = 3,56 x 1731 = 6.162,36 AZN), ləğv olunan balkonun dəyərini təşkil edən 2.700 manatın və ödənilməyən 3200 (avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart ayları üzrə) manat kirayə haqqının, o cümlədən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 31.842,36 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, mənzilin memarlıq işçi layihəyə uyğun olaraq təhvil verilməsi öhdəliyi cavabdehə, Bakı şəhəri Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28, mənzil 3-də yerləşən mənzil üç il öncə pilot lahiyənin icrası ilə bağlı cavabdeh ilə aralarında bağlanılmış 07 fevral 2018-ci il tarixli müqaviləyə əsasən sökülmüş, yeni inşa ediləcək binanın 2-ci girişində yerləşən, 13-cü mərtəbəsində, tam təmirli 3 (üç) otaqlı, 84.92 kv.m mənzilin iddiaçının mülkiyyətinə verilməsi barədə razılıq əldə edilmişdir. O, cümlədən həmin mənzil iddiaçıya təhvil verilənədək hər ay 400 manat kirayə haqqı verilməsi barədə tikinti şirkəti öhdəlik götürmüşdür. 07 fevral 2018-ci il tarixli müqavilə imzalanan zaman veriləcək 3 otaqlı mənzilin eskiz lahiyəsinin surətini tikinti şirkətinin nümayəndəsi iddiaçıya təqdim etmiş, yeni mənzildə iki balkon olduğu üçün onunla birgə ailə üzvləri də evin sökülməsinə notariat qaydada razılıq vermişlər. Hazırda iddiaçıya veriləcək mənzilin balkonunun biri (açıq balkon, sahəsi 5 kv.m) iddiaçının və ailə üzvlərinin razılığı olmadan, satışa çıxarılmış başqa mənzilə birləşdirilmişdir. Belə çıxır ki, tikinti şirkətinin səlahiyyətli nümayəndəsi iddiaçını aldadaraq, vəzifəsindən sui-istifadə etmişdir. Bu məsələ ilə bağlı tikinti şirkətinin məsul əməkdaşlarına dəfələrlə müraciət etsə də, onlar, heç bir əhəmiyyət vermədən şikayətini həll etməmişlər. Bundan əlavə, təmir ediləcək 3 otaqlı (2 saylı binada yerləşir) mənzilə bir neçə ay öncə baxış keçirtdikdə müəyyən etmişdir ki, aralarında bağlanmış müqavilə öhdəliklərinə onlar tərəfindən əməl olunmamış, çox ucuz və keyfiyyətsiz tikinti materiallardan istifadə edilir. Bu tikinti şirkəti təmirdə istifadə etdiyi materialları qeyri-qanuni yollarla qara bazardan ucuz almış, sakinlərə qiymətini baha deyir. Bu da dövlətə külli miqdarda vergi ödəməkdən yayınmaq deməkdir. Bu məsələ ilə bağlı dəfələrlə tikinti şirkətinə yaxınlaşıb, xahiş etmişdir ki, təmirdə istifadə olunan materialları onun iştirakı ilə alınsın, yaxud həmin materiallara veriləcək pulu ona versinlər. İddiaçı da həmin pula əlavə edib, təmiri daha keyfiyyətli aparsın. Amma cavabdeh tərəfindən bu xahişi yerinə yetirilməmiş, əksinə olaraq, kobudluqla üzləşmişdir. Tikinti şirkətinə etdiyi müraciətlər həllini tapmadığı üçün pilot lahiyə ilə bağlı cavabdehə Sərəncam vermiş Cavabdeh2 Başçısına, sonradan isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərinə də dəfələrlə müraciət etmişdir. Lakin heç bir nəticə olmamış, ona formal və başdansovdu cavablar verilmişdir. Bu səbəbdən də, məcbur olmuşdur ki, evin təmiri zamanı istifadə edilən materialları (giriş qapı, otaq qapıları, oboy, laminat, plindus, hamam aksesuarları, döşəmə altı atma, dikt. alçipan və s) özü almışdır. Bunun üçün isə iddiaçıya tikinti şirkəti 20.000 manat pul verməlidir ki, mənzili normal təmir etdirsin. Hazırda mənzildə heç bir təmir işləri aparılmamışdır. Bundan əlavə iddiaçıya veriləcək 3 otaqlı təmirli mənzilə su, qaz və işıq sayğacı quraşdırmaq üçün tikinti şirkətinə 750 manat pul ödəmiş, halbuki bu məsələ ilə bağlı aralarında bağlanılmış müqavilədə şərt olmamışdır. İddiaçı isə həmin pulu geri tələb istəsə də, verən yoxdur. Həmin pul kirayə haqqından tutulmuşdur. Sökülmüş evində hər üç sayğac işlək vəziyyətdə aidiyyəti qurum tərəfindən təhvil götürülmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 07.02.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20/05/2017 tarixdə İddiaçı verilmiş **********01-05101-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mülkiyyətçiyə paylı mülkiyyət hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, y/s - 13.5 kv.m, k/s - 11.2 kv.m. (faktiki 58.0 kv.m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 46.41% əlavə etməklə tam təmirli, 2-ci giriş, 13-cü mərtəbədə, 3 (üç) otaqlı, 84.92 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400.00 manat kirayə haqqını tələb etmək iddiaçının hüququ kimi müəyyən edilmişdir. Müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin 1 (bir) dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etmək və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil vermək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kirayə haqqına görə 400 manat sonuncu dəfə 23.07.2021-ci il tarixdə iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2021-ci il tarixli 10/2871 saylı ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin ümumi sahəsi 81,36 kv.metr təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilə dair iş materiallarına əlavə edilmiş eskiz layihəsində iki balkon nəzərdə tutulsa da, faktiki olaraq bir balkon mövcuddur. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzil faktiki olaraq təmirli vəziyyətdədir. Lakin təmirdə qüsurlar mövcuddur. Belə ki, döşəməyə vurulmuş laminatın altında boşalmalar müşahidə edilir. Divar kağızlarının bir hissəsi qopmuş vəziyyətdədir. Lakin bu işlərin yenidən görülməsi üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) və alına biləcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2021-ci il tarixli 086/21 saylı Qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin ümumi sahəsi 81,40 kv.metr təşkil edir. 5,27 kv.metr balkonun ümumi dəyəri orta hesabla 2700 manat təşkil edir. Mənzildə görülən təmir işlərinə sərf olunan vəsaitin miqdarı 7100 manat təşkil edir. Mənzilin normal şəkildə tam olaraq təmir olunması üçün lazım olan vəsaitin ümumi dəyəri 19000 manat təşkil edir. Mənzilin təmirsiz halda orta bazar dəyəri 147000 manat, normal şəkildə tam təmirli vəziyyətdə orta bazar dəyəri isə 166000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2022-ci il tarixli 10/18 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzildə mövcud olan qüsurların tam təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 16272 manat məbləğində olduğu müəyyən olunur. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 07.02.2018-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20/05/2017 tarixdə İddiaçı verilmiş **********01-05101- 093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mülkiyyətçiyə paylı mülkiyyət hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, y/s - 13.5 kv.m, k/s - 11.2 kv.m. (faktiki 58.0 kv.m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 46.41% əlavə etməklə tam təmirli, 2-ci giriş, 13-cü mərtəbədə, 3 (üç) otaqlı, 84.92 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Eyni zamanda cavabdeh müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400.00 manat kirayə haqqını 1 (bir) dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. İddia tələbinin kommunal sayğaclara (qaz, işıq su) görə ödənilmiş pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, kommunal sayğacların quraşdırılmasını cavabdeh müqavilə üzrə öhdəlik götürmədiyindən, eyni zamanda iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə mənzilin təmiri ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin əsasa görə cavabdehdən 19.000 manat tələb etdiyindən mübahisənin düzgün həll edilməsi ilə bağlı çəkilməli təmir xərcinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2022-ci il tarixli 10/18 saylı ekspert rəyi ilə mənzildə mövcud olan qüsurların tam təmiri üçün görülməli işlərin ümumi dəyəri təqribən 16272 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2022-ci il tarixli 10/18 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş 16272 manat məbləğində təmir xərci cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2021-ci il tarixli 10/2871 saylı ekspert rəyi ilə mübahisə predmeti olan mənzilin ümumi sahəsinin 81,36 kv.metr təşkil etməsi, eyni zamanda mənzilin eskiz layihəsində iki balkon nəzərdə tutulsa da, faktiki olaraq bir balkonun mövcud olması müəyyən olunmuşdur. Halbuki, müqavilədə cavabdeh tərəfindən iddiaçıya təhvil veriləcək mənzilin sahəsinin 84.92 kv.metr olması, eyni zamanda mənzilin eskiz layihəsində iki balkonun olması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilədən irəli gələn tələblərə uyğun olaraq mənzil təhvil verilmədiyindən, əksik verilən 3,56 kv.metr sahə və bir balkon qarşılığında iddiaçıya kompensasiya ödənilməli olduğundan “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2021ci il tarixli 086/21 saylı Qiymətləndirmə hesabatı nəzərə alınaraq iddia göstərilən hissələrdə təmin edilməlidir. Məhkəmə kirayə haqqına münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400.00 manat kirayə haqqını 1 (bir) dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 4 ildən, yəni 48 aydan artıq müddət keçməsinə baxmayaraq mənzil iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən kirayə haqqına görə 400 manat sonuncu dəfə 23.07.2021-ci il tarixdə iddiaçıya ödənilmiş, cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Mənzilin memarlıq işçi layihəyə uyğun olaraq təhvil verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, mənzilin yerləşdiyi binanın tikintisi başa çatdığından memarlıq işçi layihədə olan, lakin faktiki olmayan hissələrin yenidən bərpası mümkün deyildir, eyni zamanda yuxarıda göstərilənlərə əsasən həmin hissələr kompensasiya olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin təmiri üçün 16272 manat, müqavilədə nəzərdə tutulan, lakin mənzilin ümumi sahəsində əks olunmayan 3,56 kv.m görə 6.162,36 manat, ləğv olunan balkonun dəyərini təşkil edən 2.700 manat, ödənilməyən 3200 (avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart ayları üzrə) manat kirayə haqqı, cəmi 28334.36 (iyirmi səkkiz min üç yüz otuz dörd manat, otuz altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin təmiri üçün 16272 manat, müqavilədə nəzərdə tutulan, lakin mənzilin ümumi sahəsində əks olunmayan 3,56 kv.m görə 6.162,36 manat, ləğv olunan balkonun dəyərini təşkil edən 2.700 manat, ödənilməyən 3200 (avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart ayları üzrə) manat kirayə haqqı, cəmi 28334.36 (iyirmi səkkiz min üç yüz otuz dörd manat, otuz altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-163/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-163/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver