Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1664/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Mərkəz filialına qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pozulmuş hüququnun bərpası, müqaviləyə uyğun illik faiz artımını nəzərə alıb xx.xx.2020-ci il tarixədək əmanətin hesablanıb qaytarılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin Mərkəzi filialının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı əsl olmayan cavabdeh "xxxx" ASC-nin Mərkəz filialının əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsi barədə vəsatət vermiş və onun vəsatəti təmin edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun banka ödədiyi 1.000 ABŞ dolları, 4.236 ABŞ dolları 42 sent illik faiz məbləği və ödədiyi 100 manat dövlət rüsumunun qaytarılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2003-cü ilin sentyabr ayında X4 filialı ilə depozit müqaviləsi (uşaq yığımı əmanəti) imzalayaraq banka 1.000 ABŞ dolları ödəmişdir. X3 adına olan müqaviləni imzalamışdır. Müqavilənin şərtlərinə əsasən, nəvəsi 18 yaşına çatanda məbləğ illik faizlərlə birlikdə bank tərəfindən qaytarılmalı idi. 07 sentyabr 2020-ci il tarixdə X3ın 18 yaşı tamam olmuşdur. xx.xx.2020-ci il tarixdə X4 filialında ona demişlər ki, müqavilə 2013-cü ildə dondurulub. Ona bildirmədən, onun razılığı olmadan X4 filialı müqaviləni birtərəfli dondurub. Ona məlumat versəydilər o, həmin vəsaiti götürüb ehtiyacları üçün istifadə edərdi. O, xx.xx.2020-ci ildə və xx.xx.2020ci ildə ərizə ilə bankın idarə heyətinin sədrinə müraciət etmişdir. Ona məsələnin qeyd etdiyi istiqamətdə həll edilməsinin məqsədəuyğun hesab edilmədiyi cavabını vermişlər. O, yenidən ərizə ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmova müraciət etmişdir. Cavabında isə ona qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianı əsassız hesab etdiyini bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 01 sentyabr 2003-cü il tarixli depozit müqaviləsindən (uşaq yığım əmanəti) görünür ki, İddiaçı nəvəsi Fərəhin adına cavabdeh "xxxx" ASC ilə depozit müqaviləsi bağlayaraq, banka 1.000 ABŞ dolları depozit qoymuşdur. Müqavilədə əmanətin müddəti və hesablanacaq faizlər də daxil olmaqla müqavilə şərtləri müfəssəl və aydın şəkildə göstərilmişdir. Depozit iddiaçının nəvəsinin adına qoyulmuşdur. İddiaçının nəvəsinin 18 yaşı tamam olduqdan sonra, iddiaçı tərəf banka rəsmi şəkildə müraciət edərək, əmanətin və faizlərin verilməsini xahiş etmişdir. Bankın İddiaçı ünvanladığı 03 noyabr 2020-ci il tarixli 23-6764/2020 saylı və 16 dekabr 2020-ci il tarixli 23-8121/2020 saylı məktublardan görünür ki, 01 sentyabr 2013-cü il tarixdə əmanət məhsulunun ləğvi səbəbindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. İddiaçının ərizəsində göstərilənlərlə bağlı araşdırma aparılmış və məsələnin ərizədə qeyd olunan istiqamətdə həll edilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçıdan məktubda qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. İddiaçı Piriyev X5 Banka yuxarıda qeyd olunan məsələ ilə əlaqədar ərizə göndərmiş, onun pozulmuş hüququnun bərpasında, müqaviləyə uyğun illik faiz artımı nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixədək əmanətin hesablanıb qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 10 mart 2021-ci il tarixli 26-03359-2021 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə Mərkəzi Bankda baxılmış, cavabdehin Mərkəzi Banka sorğuya cavab məktubunun məzmunu iddiaçının nəzərinə çatdırılmış, məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Mülki Məcəllənin 949-cu maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. Mülki Məcəllənin 950-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli 9/2638 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cü il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsi üzrə 01 sentyabr 2013-cü il tarixdən (müqaviləyə birtərəfli qaydada xitam verildiyi vaxtdan) 07 sentyabr 2020-ci il tarixədək (şəxs yetkinlik yaşına çatdığı müddətə) illik 9%-lə hesablanmaqla faiz borcu 631,50 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli 9/4759 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cü il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsi üzrə 01 sentyabr 2013-cü il tarixdən (müqaviləyə birtərəfli qaydada xitam verildiyi vaxtdan) 07 sentyabr 2020-ci il tarixədək (şəxs yetkinlik yaşına çatdığı müddətə) illik 9%-lə hesablanmaqla faiz borcu 2.286,55 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 30 manat təşkil edir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı nəvəsinin adına cavabdeh banka depozit qoymuş, bank iddiaçıya məlumat vermədən əmanət müqaviləsinə 01 sentyabr 2013-cü il tarixdə əmanət məhsulunun ləğvi səbəbindən birtərəfli qaydada xitam vermişdir. Bununla da iddiaçının hüquqları bank tərəfindən pozulmuşdur. Tərəflər arasında bağlanmış 01 sentyabr 2003-cü il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsi üzrə 01 sentyabr 2013-cü il tarixdən 07 sentyabr 2020-ci il tarixədək (adına depozit qoyulan şəxs yetkinlik yaşına çatdığı müddətədək) illik 9 %-lə hesablanmaqla faiz borcu 2.286,55 ABŞ dolları təşkil edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, depozitə qoyulmuş pul vəsaiti və hesablanmış faizlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cu il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsinə əsasən depozit qismində qoyulmuş 1.000 ABŞ dolları və həmin depozit məbləği üzrə faiz qismində hesablanmış 2.286 ABŞ dolları 55 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 30 manat olmaqla, cəmi 130 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cu il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsinə əsasən depozit qismində qoyulmuş 1.000 ABŞ dolları və həmin depozit məbləği üzrə faiz qismində hesablanmış 2.286 ABŞ dolları 55 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 30 manat olmaqla, cəmi 130 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1664/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1664/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver