Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-170/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı İbrahimxəli oğluna Cavabdehnə qarşı "tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahimxəli oğlu Cavabdehnə qarşı "tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, yeni qaydalarla AZ 1022, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ev və torpaq sahəsinə qonşu evdə (evlərdə) "xxxx" MMC-nin onun evinə bitişik evdə apardığı tikinti-söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170 və 172-ci maddəsinin tələblərini pozaraq onun evinə təhlükə yaratması və zərər vurmasının qanunsuz hesab edilməsi, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ev və torpaq sahəsinə qonşu evdə (evlərdə) hər hansı tikinti-söküntü işlərinin aparılmasının "xxxx" MMC və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 202.8 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC-ya çalışan şəxslər tərəfindən onun evinə bitişik və ortaq divar olan evlərdə qanunsuz söküntü işləri aparılmağa başlanılmışdır. Bununla da onun və ailə üzvlərinin yaşamaq, mülkiyyət, şəxsi həyatın toxunulmazlığı hüquqları pozulmuşdur. Çünki, divarlar və evlər bitişik olduğu üçün həmin ərazidə aparılan qanunsuz söküntü işləri onun və ailə üzvlərinin həyatını və evini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 172.1-ci maddəsinin tələblərini pozaraq əsasən təhlükəyə məruz qoyur və ziyan vurur. Həmçinin, bütün bu işlər aşağıdakı normativ hüquqi aktlarının tələblərinin pozulması ilə aparılır, yəni qanunsuzdu, özbaşına şəkildə aparılır. Dəfələrlə evdə körpə uşaq olmasını bildirsə də, onun və digər ailə üzvlərinin həyat və sağlamlığını təhlükə altına alır. Lakin, buna məhəl qoymaraq qanunsuz olaraq söküntü işləri apararaq qəsdən onun evini zədələməyə çalışırlar. X7 Nazirliyə müraciet etmişdir. Qonşularda eyni şikayətlərlə həmin quruma müraciət etmişlər. Qurum əraziyə baxış keçirərək qanunsuz təhlükəli formada qanunsuz şöküntü işləri aparıldığını müəyyen etmiş və lazımı tədbirlər görülməsini Nəsimi rayon lcra Hakimiyyəti və tikinti şirkətinə tapşırmışdır. Lakin buna məhəl qoymayaraq qanunsuz əməllərinə davam edirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı İbrahimxəli oğlu iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin xüsusi mülkiyyətində olan evin hazırda Cavabdeh tərəfindən söküldüyünü bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndələri Nümayəndə və X6 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, yeni qaydalarla AZ 1022, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.70 kv.m. sahə olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamından görünür ki, Sərəncamda qeyd edilən yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün müvafiq torpaq sahəsinin icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi barədə sərəncam verilmiş və sifarişçiyə bəndlər üzrə tapşırılan işlər təsbit olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanda yaşadıqları evə yaxın məsafədə sakinlər tam köçürülmədən "xxxx" MMC tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmadan söküntü işlərinin aparılması barədə Fövqəladə Hallar Nazirliyinin X2 Mərkəzinin "112 Çevik reaksiya idarəsi"nə ünvanladıqları xx.xx.2023-cü il tarixli müraciətinizə Agentlikdə baxılmışdır. Bildirirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə qeyd olunan ünvandakı torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sözügedən tikintinin layihə sənədləri müvafiq qurumlarla razılaşdırılmış və tikinti işlərinin başlanılması üçün "xxxx" MMC-yə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "İcazə" verilmişdir. Həmin ünvanda yaşayan vətəndaşların təkrar müraciətləri ilə əlaqədar söküntü ərazisində sakinlərin yaşadıqları və bununla bağlı tərəflərindən sakinlərin təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi və aidiyyəti üzrə göstəriş verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə, Nəsimi Rayon Polis İdarəsinə və məlumat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 3-18-2/2- 2268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli telefonoqramla müraciət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanda sakinlər tam köçürülmədən "xxxx" MMC tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmadan söküntü işlərinin aparılması barədə Agentliyə ünvanladığınız xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə qeyd olunan ünvandakı torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sözügedən tikintinin layihə sənədləri müvafiq qurumlarla razılaşdırılmış və tikinti işlərinin başlanılması üçün "xxxx" MMC-yə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "İcazə" verilmişdir. Həmin ünvanda yaşayan vətəndaşların təkrar müraciətləri ilə əlaqədar söküntü ərazisində sakinlərin yaşadıqları və bununla bağlı sakinlərin təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi və aidiyyəti üzrə göstəriş verilməsi barədə tərəflərindən Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə, Nəsimi Rayon Polis İdarəsinə və məlumat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 3-18-2/2-2268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli telefonoqramla müraciət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9801 saylı, 19 mart 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi ev 33 (Yeni qaydalarla AZ 1022, ünvan 7 ünvanında yerləşən İddiaçı İbrahimxəli oğlunun xüsusi mülkiyyətində olan evinin divarlarında şaquli və üfuqi çatların olmasını, boya, suvaq qatının qabarması, tökülməsi və divarda təqribən 6/15sm ölçüdə dəlik açıldığı, şpaklyovka qatının qopması, divar kağızının qopması müşahidə olunmuşdur. Həmin evin iki tərəfdən bitişik əvvələr mövcud olan evlərin sökülmüşdür. Tədqiq olunan yaşayış evinin yaxınlığında söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparıldığını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi ev 33 (Yeni qaydalarla AZ 1022, ünvan 7 ünvanında yerləşən İddiaçı İbrahimxəli oğlunun xüsusi mülkiyyətində olan yaşayış evində yaranmış qüsurların aparılmış söküntü və tikinti işlərinin təsiri nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, həmin yaşayış evində aparılan tikinti-söküntü işləri nəticəsində gələcəkdə hərhansı ziyanın dəymə təhlükəsi olub-olmamasını müəyyən olunmasına dair tədqigat aparilmadı. Mülki işin materiallarında olan Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nəsimi Rayon Məkəməsinin 16(006)-161/2023 saylı qərarının icrası ilə bağlı baxış keçirilmiş və tərəflərə qərarın mahiyyəti izah edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə hər hansı tikinti-söküntü işlərinin aparılmadığı müəyyən edilmişdi. Mülki işin materiallarında olan Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 16(006)- 161/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar şifahi müraciətinə əsasən ərazidə baxış keçirlənmiş və nəticədə tikinti işlərinin aparılmadığı müəyyən edilmişdi. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məlumatdan və ona əlavə xx.xx.2024-cü il tarixli icra məmuru Murad Xudaverdiyev və Ramin Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-161/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X1 xx.xx.2024-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək Nəsimi rayonu, Novruzov qardaşları ev-33 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən söküldüyünü bildirmişdir. Məlumatın yəqinliyini yoxlamaq məqsədi ilə, icra məmurları qeyd edilən ünvana getmişdir. İcra sənədində qeyd edilən mənzilin söküldüyü müəyyən edilmişdir. İcra məmurları tərəfindən ərazinin foto və video çəkilişi aparılmış, yerində müvafiq akt tərtib edilmişdir. İcra sənədində qeyd edilən mənzilin kim və ya kimlər tərəfindən söküldüyü tərəflərindən müəyyən edilməmişdir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. - 172.2-ci torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. - 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. - 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. - 1098.3-cü maddəsinə əsasən məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin onun evinə bitişik evdə apardığı tikintisöküntü işləri ilə onun evinə təhlükə yaratması və zərər vurmasının qanunsuz hesab edilməsi və həmçinin onun ev və torpaq sahəsinə qonşu evdə (evlərdə) hər hansı tikintisöküntü işlərinin aparılmasının "xxxx" MMC və üçüncü şəxslərə qadağan edilməsini tələb etsə də, hazırda iddiaçının izahatına, həmçinin mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən məhkəməyə daxil olan xx.xx.2024-cü il tarixli məlumat və ona əlavə xx.xx.2024-cü il tarixli aktına əsasən ünvan 2, yeni qaydalarla AZ 1022, ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan evin sökülməsi müəyyən edilmişdir. Həmin evin hazırda söküldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı İbrahimxəli oğlunun “tikinti-söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170 və 172-ci maddəsinin tələblərini pozaraq onun evinə təhlükə yaratması və zərər vurmasının qanunsuz hesab edilməsi və tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 16(006)-161/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən ərizəçi İddiaçı məxsus olan fərdi yaşayış evinə bitişik sahədə "xxxx" MMC tərəfindən aparılan tikintisöküntü işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilməsinə baxmayaraq, həmin yaşayış evi hazırda sökülmüşdür. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı İbrahimxəli oğlunun iddiası ünvan 2, yeni qaydalarla AZ 1022, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ev söküldüyünə görə rədd edilməsi, onun gələcəkdə ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdehndən tələb etmək imkanından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat İddiaçı İbrahimxəli oğlundan tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı İbrahimxəli oğluna Cavabdehnə qarşı "tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İbrahimxəli oğluna Cavabdehnə qarşı "tikinti-söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170 və 172-ci maddəsinin tələblərini pozaraq onun evinə təhlükə yaratması və zərər vurmasının qanunsuz hesab edilməsi və tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı İbrahimxəli oğlundan tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-170/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-170/2024
04.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver