Məhkəmə qərarları › İş №2(006)-1705/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1705/2021

29.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1705/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü ildə «xxxx» Əməliyyat Şirkətində texniki təmir üzrə mühəndis vəzifəsinə qəbul edilərək həmin müəssisədə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1996-cı ildə Tikinti Şöbəsində Tikinti və borukəməri üzrə nəzarətçi, xx.xx.2009-cu ildə Tikinti Quraşdırma sexində tikinti quraşdırma sexinin rəis müavini, xx.xx.2010-cu ildən xx.xx.2020-ci ilədək isə tikinti quraşdırma sexinin rəisi vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. «xxxx» Operating Company «xxxx» Əməliyyat Şirkətinin xx.xx.2020-c l tarixli 32 X-0k nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilmişdir və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, «xxxx» Operating Company «xxxx» Əməliyyat Şirkətinin xx.xx.2020-ci il tarixli 32 X-0k nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsi üçün əsas F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun xx.xx.2020-ci il tarixli xidməti yaxıları və akta istinad edilir. X7 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin əmək müqaviləsinin ləğv olunması üçün X1 (Komissiya) iclası, həmin iclasda müqaviləsi ləğv edilən şəxsin iştirakı müzakirəsi və s. kimi əsasları özündə ehtiva edir. Əmrdə yazılan hallar həqiqəti əks etdirmir. İddiaçı heç bir qanun pozuntusuna yol verməmişdir. Toplaşmaq və ya işəgötürədən müəyyən tələblər etmək isə Əmək Məcəlləsində işçinin təsbit edilmiş hüquqlarıdır. Buna baxmayaraq, iddiaçı orada 2 dəqiqədən az dayanmamışdır və işçilərin də bununla bağlı müraciətləri var. Göstərilənlərə əsasən iddiaçı «xxxx» Operating Company «xxxx» Əməliyyat Şirkətinin xx.xx.2020-ci il tarixli 32 X-0k nömrəli əmrinin ləğv edilməsi, «xxxx» Operating Company «xxxx» Əməliyyat Şirkətində «Tikinti Quraşdırma sexində «Tikinti quraşdırma sexin rəisi» vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, heç bir aksiyada iştirak etməmiş, aksiyadan sonradan məlumat alaraq ora gedərək aksiyanın dağılması barədə çağırış etmiş, kadrlar şöbəsin rəisi ilə yüngül formada sözləri çəp gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddianı qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı əvvəlcədən aksiyanın keçiriləcəyi barədə məlumatlı olmuş, lakin bu barədə rəhbərliyinə heç bir rəsmi məlumat verməyərək askiyada iştirak etmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələrlə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. Şaiq buna icazə vermədi, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda Şaiq gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X22 öz ifadəsində göstərmişdir ki, Şaiq onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxminən səhər saat 09 radəlrində baş tutmuşdur. Şaiq axırda aksiya olan yerə gəlmişdir. O, Şaiqə işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. Şaiq aksiya olan yerə gəldikdə onlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı «dağıtmışdır». Belə ki, işdə olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə «xxxx» Əməliyyat Şirkətinin texniki təmir üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə tikinti şöbəsində tikinti və boru kəməri üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə Tikinti quraşdırma sexində Tikinti-quraşdırma sexinin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə tikinti-quraşdırma sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan «xxxx» Operating Company» şirkəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 32X-OK nömrəli əmrin surətindən görünür ki, qəsdən və ya səhlənkarlıqla özünün əmək funksiyasının yerinə yetirməyərək istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğuna görə Təmir-quraşdırma sexinin rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. Əsas: F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun xx.xx.2020-ci il tarixli xidməti yazısı, İddiaçı izahat verməkdən imtina etməsi barədə akt. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: Kayman Adalarının Cavabdehın Kadrlar şöbəsinin rəisi F.Əliyev, Əməyin təşkili və planlaşdırılması şöbəsinin rəisi Ə.Vəliyev və Təhlükəsizlik xidmətinin rəis müavini N.Mikayılov xx.xx.2020-ci il tarixli xidməti yazı ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. İşçilərlə yerində aparılan söhbətlərdən məlum olmuşdur ki, işçilərin toplaşmağında əsas səbəblrə hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsi, bir çoxlarının isə lazım olduqda, yəni istədikləri zaman, iş yerlərini tərk etməyə icazə verilməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan və icazələrin əmək qanunvericiliyinin və Şirkətin Filialı üzrə xx.xx.2020-ci il tarixli 218-AZ №-li əmrin tələblərinə uyğun verilməsi izah edildikdən, virus infeksiyasının geniş yayıldığı, həmçinin ölkənin müharibə vəziyyətində olduğu bir şəraitdə bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra, Şirkətin Filialının Təmir-quraşdıma sexinin rəisi İddiaçı Culovxan oğlu emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamışdır. Yaranmış problemlərlə bağlı təklifləri varsa, struktur bölmə rəhbəri kimi yazılı şəkildə Şirkətin Filialının rəhbərliyinə şifahi və yazılı müraciət etməli olduğu İddiaçı bildirilsə də, o, rəhbərlik etdiyi sexin işçilərini əmək funksiyalarının icrasına dəvət etməkdənsə, qarışıq və əsassız fikirlər səsləndirərək işçiləri qızışdırmağa davam etmişdir. İşçilərlə izahedici söhbətlər davam etdirilərək sakintləşdirilmiş, onlara özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və saat 09.30-dan sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. Xidməti yazıda o da qeyd edilir ki, qanunsuz toplantıda iştirak edən və daha çox qarışıqlıq salmaq istəyən işçilərin çox hissi Təmir-quraşdırma sexinin işçiləri olmuşlar. Nəticə etibarı ilə iş vaxtı ərzində Şirkətin Filialının rəhbərliyini xəbərdar etmədən qanunsuz toplantı ilə əlaqədar xeyli sayda işçi 2 saata yaxın bir müddət özlərinin iş yerlərində olmamış, yəni əmək və icra intizamını pozaraq əmək funksiyalarını yerinə yetirməmişlər və bu da istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Xidməti yazı əsasında aparılan araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixdə izahat alınmasından ötrü Şirkətin Filialının İnzibati binasına dəvət edilən Tmir-quraşdırma sexinin rəisi İddiaçı şifahi olaraq bildirmişdir ki, keçiriləcək qanunsuz toplantı barədə onun bir neçə gün öncədən xəbəri varmır və bu barədə rəhbərliyə heç bir məlumat verməmişdir. Bununla belə İddiaçı yazılı izahat verməkdən imtina etmişdir və bu barədə müvafiq akt tərtib olunmuşdur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, struktur bölmədə işin təşkili, təkmilləşdirilməsi, işçilərin iş qrafikləri, işçilərə icazələrin verilməsi və işçilərin digər hər hansı bir problemləri ilə bağlı suallar, fikirlər və təkliflərlə əlaqədar Təmir-quraşdırma sexinin rəisi İddiaçı Şirkətin Filialının rəhbərinə hər hansısa şifahi və yazılı müraciəti olmamışdır. Bundan əlavə «Hərbi vəziyyət elan edilməsi haqqında» Azərbaycan Respubliksı Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmamına əsasən Respublikada hərbi vəziyyət mövcud olduğundan İddiaçı tərəfindən həmin Qanunun tələbləri ilə pozulmuşdur. Belə ki, qeyd olunan Qanuna əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Bundan əlavə İddiaçı tərəfindən Şirkətin filialının rəhbərinin 175-AZ №-li xx.xx.2020-ci il tarixli əmrinin 1.5 və 1.6-cı bəndlərinin,3-cü maddəsinin tələbləri yerinə yetirilməmişdir. Qeyd olunan əmrə əsasən o, struktur bölməsi rəhbəri kimi işçilərin əmək funksiyalarının yerinə yetirilmələrinə, çox sayda işçilərin bir yerdə toplaşmalarına yol verilməməsi üçün tədbirlər görməli idi. Göründüyü kimi İddiaçı nəinki bu cür tədbirlərin görülməsini təmin etməmiş hətta həmin əmək funksiyaların yerinə yetirilməməsində şəxsən özü iştirak etmişdir. Bundan əlavə tabeliyində olan işçilərin iş vaxtı ərzində qanunsuz olaraq toplaşmalarına şərait yaratmaqla İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi Karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 336 №-li xx.xx.2020-ci il tarixli Qərarının tələbləri də pozulmuşdur. Beləliklə, xx.xx.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirilmələrinin səbəbləri ilə bağlı aparılan araşdırma göstərir ki, Şirkətin Filialının Təmir-Quraşdırma sexinin rəisi İddiaçı özünün əmək funksiyasının yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Şirkətin Filialının rəhbərliyini məlumatlandırmamış, Şirkətin Filialının rəhbərinin əmr vəəm rvəcamlarını yerinə yetirməmiş, Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin Fərmanlarını, Nazirlər Kabinetinin Qərarlarını pozmuşdur. Bundan əlavə, tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmə əvəzinə, özü daxil olmaqla, rəhbərlik etdiyi struktur bölmənin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə bilərəkdən şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İş materiallarında olan «X16 Ltd» şirkətinin Kadrlar şöbəsinin rəisi X13, Əsəyin təşkili və planlaşdırılması şöbəsinin rəisi X9, təhlükəsizlik xidmətinin rəis müavini X10 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il taricxli aktdan görünür ki, Tikinti-quraşdırma sexinin rəisi İddiaçı Cilovdan oğlu barəsində yazılmış xx.xx.2020-ci il tarixli xidməti məktubun araşdırılması məqsədilə əlaqədar İddiaçı xx.xx.2020-ci il tarixdə Şirkətin ünvan 1 ünvanda yerləşən idarəsinə dəvət olunmuş, İddiaçı xidməti məktubla tanış olmuş, lakin izahat verməkdən imtina etmişdir. İşdə olan X5, X3, X4 və qeyrilərinin yazılı izahatlardan görünür ki, xx.xx.2020-ci il tarixdə «X16» Şirkətinin təmir-quraşdırma sexinin bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzində Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmiş, işçilərin toplanmasında səbəblər iş qrafiklərinin bəzilərini qane etməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra şirkətin təmir-quraşdırma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamış, işçiləri qızışdırmağa davam etmişdir. İşçilərələ özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və bir müddət sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. İş materiallarında olan «xxxx» Əməliyyat Şirkətinin 78 nəfər işçisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizədən görünür ki, şirkətin Tikinti-quraşdırma sexinin rəisi İddiaçı qanunsuz və qərəzli işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Salyan regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə müəssisənin kadrlar şöbəsinin rəisi F.Əliyev, əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi Ə.Əliyev və təhlükəsizlik xidmətinin rəis müavini M.Mikayılov xidməti yazı ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. Xidməti yazıda göstərilir ki, işçilərlə yerində aparılan söhbətdən məlum olmuşdur ki, işçilərin toplanmasında səbəblər hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsidir. Onlar tərəfindən işçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Xidməti yazıda göstərilir ki, İddiaçı emosional şəkildə söhbətə qoyulmuş və müxtəlif fikirlər söyləmişdir. Göstərilən xidməti yazı filialın rəhbəri tərəfindən qəbul edilmiş və xidməti araşdırmanın aparılması, nəticələri barədə təkliflərin verilməsi dərkənarı qoyulmuşdur. Buna baxmayaraq aidiyyatı vəzifəli şəxslər tərəfindən xidməti araşdırma aparılması üçün komissiya yaradılmamış, əmək kollektivində müzakirələr aparılmamış, izahatlar suallar əsasında toplanılmamış və təkliflər verilməmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğun olaraq xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən 71-ci maddənin 2-ci hissəsinə (bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) istinad edilmiş, lakin İddiaçı həqiqətən də işəgötürənə vurduğu zərər sübuta yetirilməmişdir. Belə ki, təmir quraşdırma sexinin işçiləri Kərimov Zaur, Mustafayev Yasər, Rəcəbov Yaşar, Dəmirov Həsrət, Qəhrəmanov Eldəniz iş üzrə izahat təqdim edərkən İddiaçı onları bu tədbirə təhrik edibetməməsi barədə sual-qoyulmamış və onlar da bunu öz izahatlarında təsdiq etməmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə istinad olunarkən müəyyən olunmuşdur ki, İddiaçı işlədiyi dövrdə rəhbərlik tərəfindən hər hansı intizam məsuliyyətinə cəlb olunmamışdır. Müəssisədə ilk Həmkarlar Təşkilatı olmadığından əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun olaraq Həmkarlar Təşkilatının razılığı alınmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi 68 əsas məzuniyyət gününə görə pul əvəzi və istifadə etmədiyi 3 gün əvəz günə görə günlük vəzifə maaşının 2 misli həcmində pul əvəzi hesablanmışdır. İstifadə etmədiyi 68 gün məzuniyyətə görə (30+27-11) hesabat aparılmış, lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq hər iş ilinə görə illik gəlirə illər üzrə vergiyə cəlb edilən minimum ayrıca tətbiq edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin (əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası) 4 və 5ci hissələrinin tələbləri pozularaq son haqq-hesabın hesablanmasında nöqsana yol verilmişdir. İddiaçı son haqq-hesab işdən çıxdığı gün ödənilmişdir. Müraciətin nəticələri İddiaçı və işəgötürənin səlahiyyətli nümayəndəsi X14 iştirakı ilə müzakirə edildi. Göstərilən qanun pozuntuları işəgötürənin nümayəndəsinə izah olundu. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin (Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) və 175-ci maddəsinin 4 və 5-ci hissələrinin tələbi pozduğuna görə (işdənçıxarma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümldən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz) işəgötürən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 196-cı maddələrinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edildi. Müraciətə baxılması zamanı «X16» şirkətinin Azərbaycan Respublikasındakı filialının 78 nəfər işçi tərəfindən İddiaçı qanunsuz və qərəzli işdən azad olunması barədə Azərbaycan Respublikası Prezidentinə ünvanlandıqları müraciəti DƏMDX-nin Salyan regional ərazi şöbəsinə daxil olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə qanunsuz işdən azad olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. X17 Xidmətinin MN seriya ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, «X16» Azərbaycan Respublikasındakı filialının rəhbəri X11 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqq-hesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə X11 tərəfindən Azərbaycan Respublikası İXMnin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Filial arasında əmək münasibətləri mövcud olmuş və xx.xx.2020-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İdidaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçının keçirələcək askiyadan dolayısı yollada olsa xəbəri olmuş. Aksiyada iştirakı şahid ifadələri ilə öz təqsdiqini tapmışdır. Həmçinin keçirilən aksiya qanunsuz təşkil olunmuş və nəticədə işə götürənin iş ahəngini pozmuşdur. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi tətil hüququ hər kəsin konstitusion hüququdur (Azərbaycan Respublikasının Konstitusiyası, 36-cı maddənin İ bəndi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil hüququnun həyata keçirilməsi barədə fəslində isə işçilərin tətil hüququnu həyata keçirilməsi şərtləri göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 270-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir. Göründüyü kimi, əmək qanunvericiliyi işçilərin tətil etmək hüququnu həyata keçirmək üçün yuxarıda göstərilən prosedurları müəyyən etmişdir. Qeyd olunan prosedurların əsas məqsədi işçilərin tətili zamanı işəgötürənin məlumatlı olması və dolayısıyla onun da maraqlarının müdafiəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində tətillə nəzərdə tutulmuş tələblərin pozulması müəssisədə işin normal ahənginin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, “X16» Şirkətinin Filialının Təmirquraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, xx.xx.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olmuşdur. Hazırki işə gəldikdə isə iddiaçı və şahidlər şirkətin Təmir-quraşdırma sexinin işçiləri tətilin keçirilməsi ilə bağlı ifadə vermişdirlər. Buna baxmayaraq, işin halları və sübutlar ona dəlalət edir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Məhkəmə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaratmışdır. Bu hal isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa tələbi təmin edillməməlidir. Həmçinin məhkəmə iddianın digər hissəsi olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissəsində qeyd edir ki, iddia tələbi işə bərpa hissəsində təmin olunmadığından prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar