Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1712/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa olunma və kompensasiya ödənişi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa olunma və kompensasiya ödənişi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxxı” ASC-nin Mərkəzi filialının kredit bölməsinə mütəxəssis vəzifəsinə bərpa olunmağı və məcburən işləmədiyi müddət ərzində alacağı əmək haqqının kompensasiya olunaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, 2014-2017-ci illərdə xxxxında ştatdan kənar əməkdaş kimi, 2017-2020-ci illərdə isə bankın Səbail rayonu Z.Tağıyev 3 ünvanında yerləşən Mərkəzi filialında kredit mütəxəssisi kimi çalışmışdır. xx.xx.2020-ci ildə ABB-nin Təhlükəsizlik Departamentinin əməkdaşları Rasim Sadıqov, familiyalarını bilmədiyi Murad və Fuad adlı 2 əməkdaş (ümumi 3 nəfər) onu o zaman bölmə rəhbəri işləyən Fərid Əsədullayev vasitəsi ilə bir otağa dəvət etdilər. Otaqda üç nəfərdən başqa heç kəs yox idi. O, otağa daxil olan kimi onlardan biri qapını arxadan açarla bağladı, o, yalnız şaqqıltı səsini eşitdi. Elə təsəvvür yarandı ki, onu həbs edirlər. Onlar hər üçü ara vermədən yüksək tonla onu ittiham etməyə başladılar ki, guya o, hansısa maklerlə əlaqəlidir. Onun etirazlarına qulaq asmırdılar və təkid edirdilər ki, ərizə yazsın və könüllü işdən çıxsın, yoxsa onu işə yaramayan şəxs kimi maddə ilə işdən çıxarmaqla hədələyirdilər. İki saat yarım vaxt ərzində o, nə qədər çalışdı sübut etsin ki, onu heç bir maklerlə əlaqəsi olmayıb və heç kəsə əsassız kredit verilməsi əməliyyatında iştirak etməmiş, ancaq onlar ona qulaq asmırlar, növbə ilə hədələyib qorxudurdular, onu təhqir edirdilər. Əlavə olaraq bildirmək istəyir ki, bankda işlədiyi dövr ərzində heç bir töhməti, heç bir davamiyyətlə bağlı gecikməsi olmamışdır. Nəhayət onların uzun təhdidlərindən sonra psixoloji gərginlik üzündən xx.xx.2020-ci ildən Bankın Baş idarəsində özünü şöbə müdiri kimi təqdim etmiş Ruslan Məmmədovun artıq psixoloji təzyiqi ilə o, işdən azad olunma ərizəsini yazmalı oldu. Qeyd etmək istəyir ki, iki saat yarım vaxt ərzində göstərilən 3 şəxs qanunsuz olaraq onu azadlıqdan məhrum etmişdilər. Onlar ona su içməyə, bayıra çıxmağa belə imkan vermirdilər və ardıcıl olaraq psixoloji təsir göstərərək dəfələrlə təkrar edirdilər: şübhələnmələri bəs edir, ərizə yazıb işdən getməlidir, karyerası əllərindədir, elə edərlər ki, iş də tapa bilməz. Onların öz aralarında olan söhbətlərindən başa düşdü ki, Təhlükəsizlik Departamentinin direktoru Fuad Rzazadə onlara əli boş geri qayıtmamağı göstəriş vermiş, yəni kiminsə işdən çıxarılmasına nail olmalı idilər və hədəf də o, oldu. Onun təqsirsiz olmağı o faktla da təsdiq olunur ki, kredit şöbəsində işlədiyi vaxt ərzində onun tərəfindən əsassız kredit verilməsi əməliyyatı olmayıb və bank tərəfdən belə bir fakt müəyyən edilməyib. Təhlükəsizlik Departamentinin əməkdaşlarının ona qarşı iki saat yarım vaxt ərzində psixoloji zor tətbiq etmələri faktı onların onu qanunsuz saxladıqları otaqda quraşdırılmış videokamera yazısı vasitəsi ilə də təsdiq olunur. Kamera yazısını bankdan tələb edib dediklərinin həqiqət olduğunu sübut edilə bilər. Onun əsassız işdən çıxarılmağından narazı qalan atası X3 Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya müraciətlər etmişdir. Müraciəti yoxlanılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi rayonu 22-ci Polis Bölməsi, Səbail Rayonu 9-cu Polis Bölməsi və Səbail Rayon Prokurorluğu atasının müraciəti əsasında yoxlamalar keçirmişdilər. Səbail Rayon Prokurorluğundan ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Odur ki, o, xxxxı ASC-nin əməkdaşları tərəfindən zorla ona ərizə yazdırılması və həmin ərizə əsasında əsassız işdən çıxarılmağı barədə məhkəməyə müraciət etmək qərarına gəldi. Sonda İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddiaçının dediklərini təsdiq edərək və iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı cavabdeh "xxxxı" ASC-yə qarşı Məhkəməyə "işə bərpa" barədə iddia qaldırmışdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə ərizə ilə müraciət etmiş və X9 sədrinin həmin tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçının tələbinin hüquqi əsası yoxdur. Eyni zamanda bildirir ki, mülki işin faktiki hallarından göründüyü kimi iddiaçı müvafiq tələb üzrə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Məhkəmə iddia tələbinə Əmək Məcəlləsinin "Fərdi əmək mübahisələrinin həlli qaydaları"nadair fəslində nəzərdə tutulan müvafiq tələblər üzrə iddia müddətlərinə aid normalarını tətbiq etməlidir. AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə halda məhkəmə işin hallarına Əmək Məcəlləsinin müvafiq maddəsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 066242 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixli, 659k saylı əmrlə “xxxxı” ASC-nin Mərkəzi filialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2018-ci il tarixli 1139k saylı əmrlə “xxxxı” ASC-nin Mərkəzi filialının pərakəndə kreditlər üzrə mütəxəssis vəzifəsinə keçirilmiş, xx xxxx 2020-ci il tarixli 473k saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə “xxxxı” ASC ilə İddiaçı arasında əmək müqavilələri bağlanmışdır. İş materiallarında olan Səbail rayon prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas Ramin Almazovun xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X1 ərizəsi əsasında Səbail rayon prokurorluğunda toplanmış 34-C-21 saylı material nəzərdən keçirilmiş və vətəndaş İddiaçı işdən qanunsuz çıxarılması və işə bərpa ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “xxxxı” ASC-nin 473k saylı xx xxxx 2020-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı - Mərkəzi filialının pərakəndə kreditlər üzrə mütəxəssisi xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və işçiyə ödənilməli əmək haqqı) aparılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, qanunvericiliklə məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulan 1 ay iddia müddətini ötürməklə pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa olunma və kompensasiya ödənişi tələbi barədə” iddia ərizəsi ilə 1 aylıq iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa olunma və kompensasiya ödənişi tələbi barədə” iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa olunma və kompensasiya ödənişi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1712/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1712/2021
09.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver