Məhkəmə qərarları › İş №2(006)-1724/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1724/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1724/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ünvanıda yerləşən 52 nömrəli evin 24 saylı mənzili AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən 01 oktyabr ^020-ci il tarixində Cavabdeh1 almışdır. Mənzil iddiaçının mülkiyyəti kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və bu barədə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Mənzili aldıqdan sonra iddiaçı həmin mənzilə köçüb yaşayır. Mənzili satanda iddiaçıdan xahiş olunmuşdur ki, mənzildən qeydiyyatdan çıxmağa cavabdehlərə iki ay müddət verilsin. İddiaçı öz razılığını o şərtlə vermişdir ki, iki ay keçdikdən sonra cavabdehlər könüllü olaraq mənzildən qeydiyyatdan çıxarlar. AN-İ seriyalı ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən satıcı-Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdən satdığı mənzildən qeydiyyatdan çıxmağını öz öhdəsinə götürmüşdür. İki ay keçdiqdən sonra mənzildən qeydiyyatdan çıxmağa iddiaçının tələbini cavabdehlər öz razılıqla könüllü həmin tələbini icra etmirlər. İddiaçı dəfələrlə müraciət etsə də, cavabdeh, ailə tərkibi ilə iddiaçının xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmırlar. İddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxmaması Qanunla mülkiyyətçiya verilmiş hüquqlarından istifadə etməyini məhdudlaşdırır. Göstərilənlərə əsasən, iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə cavabdehlərin istifadə hüququna xitam edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili qeyd olunan mülki işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə əvvəlki iclasında Cavabdeh1 iddianı etiraf etdiyini bildirərək, digər cavabdehin onun arvadı olduğunu, iddianın tam təmin edilməsinə etiraz etmədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının və digər cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 almışdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ hazırki halda iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarından birbaşa irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin iş materiallarında olan alqı-satqı müqaviləsinin Cavabdeh1 tərəfindən bağlanmasını nəzərə alaraq cavabdehin mənzilə istifadə hüququnun itirilməsinin razılığına dair iradə ifadəsinə olması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar