Məhkəmə qərarları › İş №2(006)-1731/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1731/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1731/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 03 saylı evdə yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 03 saylı evdən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, qeydiyyatda olduğu və yaşadığı yuxarıda göstərdiyi ünvandakı ev onun adındadır və mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. O,1990-cı ildə bu evdə qeydiyyatdadır və əvvəllər ara-sıra bu evdə yaşasa da son olaraq üç ilə yaxındır ki, evdən çıxıb getmiş və hazırda harada yaşadığı ona məlum deyildir. Onun hazırda onun mülkiyyətində olan evindən istifadə etmədiyi halda qeydiyyatda oloması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX №1362875 saylı çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 03 saylı ev onun xüsusi mülkiyyətidir. Daşınmaz Əmlakın dövlət reyestrində 433 nömrəli reyestr kitabının 40233 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 03 saylı evdə yaşayır. Həmin ünvanda qızı Eyvazova Səyavuş qızı, qardaşı X3, qardaşı X4, qardaşı qızı Əhmədova Solmaz, qardaşı qızı Əhmədova Nigar qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş X4, Cavabdeh, İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli miras payın bağışlama müqaviləsindən görünür ki, X4, Cavabdeh Bakı şəhəri 03 saylı “Asan Xidmət” Mərkəzinin notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V/461 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən və Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin 879 öz saylı reyestr kitabında, 131997 səhifə, qeydə alma № 30/362, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən qızı ünvan 2 ünvanında yerləşən mənzildən olan 01 otaqdan hər birimizə 1/3 hissədən ibarət miras əmlakdakı payımızı İddiaçı bağışladıq. Bağışlanan miras əmlak girov qoyulmamışdır və həbs altında deyil. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı doğma qardaşıdı. X4, Cavabdeh, İddiaçı arasında xx.xx.2018-ci il tarixli miras payın bağışlama müqaviləsi bamlanılmışdır. Həmin müqavilədən görünür ki, X4, Cavabdeh Bakı şəhəri 03 saylı “Asan Xidmət” Mərkəzinin notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V/461 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən və Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin 879 öz saylı reyestr kitabında, 131997 səhifə, qeydə alma № 30/362, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən qızı ünvan 2 ünvanında yerləşən mənzildən olan 01 otaqdan hər birinə 1/3 hissədən ibarət miras əmlakdakı payı İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX №1362875 saylı çıxarışından göründüyü kimi İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 03 saylı ev onun xüsusi mülkiyyətidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh X1 ünvan 3 ünvanına istifadə hüququ itirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 03 saylı evdə yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar