Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1735/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1954-cü il tarixdə Qazax rayonunda doğulmağı və bu barədə doğum aktının qeyd edilmə faktının müəyyən edilməsi, ona məxsus olan itirilmiş doğum haqqında şəhadətnamənin əvəzinə ona verilən yeni doğum şəhadətnaməsində və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən müvafiq İH orqanında aparılan “Doğum haqqında akt qeydi” kitabında soyadı “Aslanov”, adı “Məcid”, ata adı “Əhəd”, doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Qazax rayonu”, ata qrafasında “atası: X7, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası: X4, milliyyəti azərbaycanlı” kimi müvafiq qeydlər aparılmaqla, doğum faktının ona dair qeydiyyat sənədlərində itmiş akt qeydinin bərpası, iyul 1954-cü ildə Qazax rayon VVADQ orqanı tərəfindən onun adına yazılıb verilmiş və 2020-ci ilin yay aylarında itirilmiş doğum haqqında şəhadətnamənin əvəzinə, hazırda daimi yazılıb yaşadığı ərazinin müvafiq Qeydiyyat şöbəsi tərəfindən ona yeni doğum şəhadətnaməsi verilməsi, ona dair doğum haqqında akt qeydində əks olunan məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil etməyi vəzifə kimi maraqlı şəxsin üzərinə qoyulması barədə qətnamə çıxarmaqla, ərizəsini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olmuşdur. Hal-hazırda, yuxarıda göstərilən ünvanda - ünvan 2 qeydiyyatdadır və yaşayır. O, doğulandan sonra valideynləri ona ilkin və əsas vətəndaşlıq vəziyyəti aktı sayılan və səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən müvafiq qaydada rəsmiləşdirilib verilən doğum haqqında şəhadətnamə almışlar. Təbii ki, vaxtilə onun adına yazılıb verilmiş doğum haqqında şəhadətnamə həqiqətən mövcud olmuş və həmin sənəd şəxsən onun vətəndaşlıq statusunun əsasını və milli mənsubiyyətimi təsdiq və müəyyən edən ilkin (“kötük”) sənəddir və digər mühüm əhəmiyyətli sənədlər, məsələn, şəxsiyyət vəsiqəsi, ümümvətəndaş pasportu və s. məhz doğum haqqında şəhadətnamənin əsasında verilir. Eyni zamanda bildirir ki, ona məxsus doğum haqqında şəhadətnamə 2020-ci ilin yayında, təxminən iyul ayının ortalarında naməlum şəraitdə itmişdir. O, itmiş sənədinin tapılması və əldə olunması üçün mümkün olan vasitələrlə və güman gələn yerlərdə özü soraqlayıb araşdırmışdır. Lakin həmin “axtarış”lar müsbət nəticə verməmişdir və tam əmin olmuşdur ki, doğum şəhadətnaməsi naməlum şəraitdə itmişdir və tapılması ehtimalı da yoxdur. Belə olduqda, həmin sənədi yəni itmiş doğum şəhadətnaməsinin əvəzinə onu təkrar, yəni dublikatını almaq istəmişdir. Bu məqsədlə də qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qaydalara əsasən, vətəndaşlıq vəziyyəti aktlarının, o cümlədən doğum haqqında şəhadətnamələrin təkrar verilməsini həyata keçirən müvafiq İH orqanlarına müraciət etmiş və tələb olunan sənədləri toplayıb təqdim etmişdir. Lakin tezliklə məlum olmuşdur ki, vaxtilə onun doğum şəhadətnaməsi verilərkən doğum faktının qeydiyyat sənədlərində əks olunan kötük (əsas) qeydləri də yoxdur, yəni “itmişdir” və o indi həmin itirilmiş qeydlərin axtarılıb tapılması və ya bərpası ilə məşğul olmalıdır. Bütün bunlar onun vaxtını əbəs yerə almaqla yanaşı, ona mənəvi sıxıntı da yaşadır. Ancaq lüzumsuz görünsə də, o belə hesab edir ki, bu sənəd toplama “işi” ilə ciddi məşğul olmalı və özünün doğum şəhadətnaməsinin bərpa olunaraq alınmasına nail olmalıdır. Çünki bu, onun üçün hal-hazırda müstəsna əhəmiyyəti olan bir məsələ kimi olduqca vacib və zəruridir, özü də bu sənəd təcili olaraq düzəlməlidir. Bunun da səbəbi odur ki, o, tezliklə və təxirə salınmadan xaricə getməlidir. Təvazökarlıqdan bir qədər kənar olsa da, özü haqda bəzi məlumatları bildirmək istəyir. O, 40 ilə yaxındır ki, fizika sahəsində elmi tədqiqatla məşğul olan yüksək ixtisaslı mütəxəssisdir, “fizika-riyaziyyat elmləri doktoru” alimlik dərəcəsi ilə BDU-nin professoru vəzifəsində çalışır. Həmin ali təhsil ocağında elmi-pedaqoji fəaliyyət stajı 30 ildən çoxdur. Onun elmi yaradıcılığı Respublikanın hüdudları ilə məhdudlaşmır. Lap yaxın günlərdə onun elmi tədqiqat sahəsinə aid mövzu üzrə Kolumbiyada keçiriləcək X3 iştirak və elmi məruzə ilə çıxış etmək üçün dəvət almışdır. Beynəlxalq miqyaslı həmin nüfuzlu elmi məclisdə mütləq iştirak etməyin və Azərbaycanı təmsil etməyin vacibliyini vurğulamaq artıqdır. Hər bir vətənpərvər Azərbaycanlı kimi, şəxsən o da bunu özünün ən böyük vətəndaşlıq borcu və ən şərəfli vəzifəsi hesab edir, həmin borcu layiqincə yerinə yetirmək əzmindədir. O əmindir ki, bu şərəfə nail olar və bundan sonsuz qürur duymaq ona nəsib olacaqdır. Xarici ölkəyə getmək üçün isə, zəruri sənədlərin, o cümlədən əsas vətən-daşlıq vəziyyəti aktlarına aid doğum haqqında şəhadətnamənin, müvafiq İH orqanına təqdim olunmaları tələb edilir ki, ölkədən getmə və geriyə qayıtma üçün xeyli sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsindən başqa, “xarici pasport” adlandırılan ümumvətəndaş pasportu düzəldilməli, miqrasiya ilə əlaqədar müvafiq proseduralardan keçməli və s. sənədləşmələr aparılmalıdır. Bu arada onun 2009-cu ildə aldığı xarici pasportunun etibarlılıq müddəti hələ xx xxxxxx 2019-cu ildə bitmişdir. Yenisini almaq üçün isə doğum haqqında şəhadətnamənin də təqdim edilməsi tələb olunur. Lakin, yuxarıda qeyd etdiyi kimi, onun doğum haqqında şəhadətnaməsinin bir neçə ay bundan əvvəl naməlum şəraitdə itməsi səbəbindən onu təqdim edə bilmir ki, pasport-qeydiyyat və miqrasiya xidmətləri tərəfindən müvafiq sənədlər vaxtında çıxarılaraq ona verilsin. Beləliklə, qarşılıqlı surətdə bir-birindən asılı olan belə səbəblər ucbatından, o cümlədən doğum haqqında şəhadətnaməsinin hazırda əldə olmaması və hal-hazıradək bərpa edilməməsi səbəbindən onun xaricə gediş-gəlişi üçün zəruri olan sənədlərinin düzəlməsi ilə bağlı işləri nəinki ləngiyir, ümumiyyətlə, necə deyərlər, “düyünə düşmüşdür” ki, bu da onda dərin təəssüf və narahatlıq hissi yaratmışdır. Onun narahatlığına hörmətli məhkəmə tərəfindən diqqət və həssaslıqla yanaşılacağını güman edir və ümidvardır ki, məhkəmə prosesi onun sənəd probleminin mümkün olan ən qısa zamanda və müsbət həllini təmin edən qərar çıxarılmaqla yekunlaşdırılacaqdır. Azərbaycanın inkişafının bütün sahələrində olduğu kimi, elm sahəsində də nüfuzunun daha da artmasında və beynəlxalq aləmdə onun müsbət imicinin formalaşmasında azacıq da olsa xidmətləri olmuş, bu işə hazırda da öz töhfəsini verməyə çalışan bir elm adamı kimi və adi bir ziyalı kimi, onun sənədlərinin qaydaya qoyulmasını sürətləndirməyə yönəlmiş mümkün olan köməyi əsirgəməməyi rica edir. O, Qazax rayonunda doğulduğuna və doğum haqqında şəhadətnamənin həmin rayonun VVADQ şöbəsi tərəfindən yazılıb verildiyinə görə, əvvəlcə Qazax rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Onun həmin müraciətinə cavab olaraq № 05/70-154/4 sayla verilmiş xx.xx.2020 il tarixli arayışda göstərilmişdir ki, “...xx xxxx 1954cü ildə Qazax rayonunda anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1951 - 1957-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır”. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 37-ci və AR Ailə Mə-cəlləsinin 162.1-ci maddələrində nəzərdə tutulmuş normalara əsasən, hazırda yaşadığı Bakı şəhəri Nəsimi rayonunun müvafiq İH orqanına — Maraqlı şəxs1nə etdiyi müraciətə cavab olaraq, № 05/Q-1361/75 sayla ona göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...AR Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda VVAQ faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə bağlı bildirilir ki, “itmiş sənədinizin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizə görə, müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir”. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələblərin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ərizəçi X5 xx xxxx 1954-cü il tarixdə Qazax rayonunda doğulmasının Qazax rayon qeydiyyat şöbəsində qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata adı qrafasında “X7 (milliyyəti: azərbaycanlı)”, ana adı qrafasında “X4 (milliyyəti: azərbaycanlı)” yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxs1nə daxil olmuş ərizəsinə baxılmışdır. Təqdim etdiyi şəxsiyyət vəsiqəsi nəzərdən keçirilərkən doğum yerinin "Qazax rayonu” yazıldığı müəyyən edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı bildirilmişdir ki, itmiş sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Eyni zamanda Qazax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1954-cü il tarixdə Qazax rayonunda anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. AZE 13667561 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1948-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iclasında iştirak edən şahid X2 izahat verərək bildirmişdir ki, Ərizəçi onun xalasının oğludur. Ərizəçi xx.xx.1954-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur. X1, anası isə X4 qızıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Belə ki, işdə olan materiallara əsasən ərizəçinin xx.xx.1954-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Yuxarıda qeyd edilən səbəblərdən onun doğum faktı ilə bağlı qeydlərin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1954-cü il tarixdə Qazax rayonunda doğulmasının Qazax rayon qeydiyyat şöbəsində qeyd edilmə faktı müəyyən edilsin və doğum haqqında şəhadətnamədə ata adı qrafasında “X7 (milliyyəti: azərbaycanlı)”, ana adı qrafasında “X4 (milliyyəti: azərbaycanlı)” yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1735/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1735/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver