Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1735/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzini maraqlı şəxs qismində cəlb etməklə "doğum akt qeydinin bərpa edilməsi" barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası- X3 xx.xx.1936-cı il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində anadan olmağı faktı müəyyən edilməklə, doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində “soyad”, “ad”, “ata” adı qrafasında, X13, “atası” qrafasında-X4, (milliyyəti azərbaycanlı) “anası” qrafasında- X12 (milliyyəti azərbaycanlı) olması faktının qeyd edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, rəhmətlik atası X13 xx.xx.1936-cı il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində anadan olmuş, xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə rəhmətə getmişdir. X2 oğlu (milliyyəti azərbaycanlı),anası-X12 (milliyyəti azərbaycanlı). Belə ki, atası X3 doğum haqqında şəhadətnaməsi qeyri-müəyyən şəraitdə itmişdir və doğum haqqında şəhadətnamənin yenidən verilməsi üçün 1 saylı Maraqlı şəxs qeydiyyat şöbəsinə müraciət etsə də, cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1936-cı ilə dair Ağstafa rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat yoxdur kimi cavab verilmişdir. Ərizəçi bildirmişdir ki, doğum haqqında şəhadətnamə istənilən İcra hakimiyyəti orqanı tərəfindən tələb olunan bir sənəd olduğu üçün və doğum haqqında şəhadətnamə qeyri-müəyyən şəraitdə itirildiyindən, bərpası mümkün olmadığı səbəbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: АЗ seriyalı 109309 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 arasında xx.xx.1969-cu il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 182 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada «Babanlı» soyadı verilmişdir. Əli-Bayramlı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı 476341 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi anadan olmuşdur. Ana qrafasında Şahid2 Hacıbala qızı, ata qrafasında X13 qeyd edilmişdir. 1 saylı “Asan Xidmət” X8 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 974845 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1771 nömrə ilə qeyd edilmişdir. Ağstafa rayon Muğanlı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 985032 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1983-cü il tarixdə mədə xərçəngi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Ağstafa rayon Muğanlı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 953947 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə qocalıq və durğunluq pnevmaniya səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Əli-Bayramlı şəhər VVAQ bürosu tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş АЗ seriyalı, 109309 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X6 arasında xx.xx.1969-cu il tarixdə nikah haqqında akt qeydləri kitabında 182 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivindən Ərizəçi göndərilmiş 3-48-DA/2-B-266- 6-356/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonunda mühafizə edilən sənədlərində 1936-cı ilə dair Ağstafa rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Ağstafa rayonu Qeydiyyat şöbəsi, Yenikənd, Göyçəli, Pirili, Düzqışlaq, Marksovka, Tatlı, Kirovka, Qarayazı icra nümayəndəlikləri), 1936-cı ilə dair Qazax rayonu İ Şıxlı, İİ Şıxlı icra nümayəndəlikləri üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Dövlət X1 göndərilmiş B-75 nömrəli xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1936-cı ilə dair Ağstafa rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-212 nömrəli məktubu ilə Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1969-cu il tarixli 182 nömrəli akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş, həmçinin qeyd edilmişdir ki, nikahın qeydiyyata alınması barədə əsas olan sənədlər “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat” -ın 15 nömrəli əlavəsinə əsasən 5 il arxivdə saxlanıldıqdan sonra məhv edilmişdir.Odur ki, sorğu məktubunun nikahın qeydə alınmasına əsas olmuş sənədlərin göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağstafa rayon İcra Hakimiyyəti Ağstafa rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 27№-li Arayışdan görünür ki, dövlət arxivində mühafizə olunan Ağstafa rayon Qeydiyyat şöbəsinin 1935-1942-ci illərə dair Muğanlı kəndinin doğum aktı qeydi kitabına baxış zamanı 1936-cı il təvəllüdlü X3 doğum akt qeydi aşkarlanmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1936-cı il tarixdə Ağstafa şəhər Muğanlı kəndində anadan olmuş X9 xx.xx.1979-cu il tarixdə Xəzər RPİ tərəfindən verilmiş Vİİİ-JQ 701402 nömrəli keçmiş SSRİ nümunəli pasporta dair 1 nömrəli ərizə formasının (Forma-1) surəti və sonuncu qeydiyyat ünvanı barədə MAPS arayışı təqdim edilmişdir. Vətəndaşın şəxsiyyət vəsiqəsinin alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir.Məktuba əlavə edilmiş pasport verilməsi haqqında ərizənin məzmunundan aydın olur ki, X3 doğum tarixi 1.09.1936-cı il, doğum yeri idə Ağstafa rayonu, Muğanlı kəndi qeyd edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni X3 01 sentyabr 1936-cı ildə Ağstafa rayonu, Muğanlı kəndində doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1936-cı il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. X10 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Babanlı”, adı “Sabir”, ata adı “Qaraca”, doğum tarixi “xx.xx.1936-cı il”, doğum yeri “Ağstafa rayonu, Muğanlı kəndi”, ata qrafasında “atası X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X12, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1735/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1735/2024
05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver