Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1738/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmağı ilə bağlı hüquqi əhəmiyyəti olan doğum akt qeydinin bərpa edilməsi və ona 1 saylı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsinin təmin olunması, ona veriləcək doğum haqqında şəhadətnamədə milliyyətinin azərbaycanlı, doğum yerinin Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndi, doğum tarixinin xx.xx.1957-ci il, doğum haqqında şəhadətnamənin ata qrafasında atası kimi X13, ana qrafasında anası kimi X4 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, o, xx.xx.1957-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur. Doğum faktı Spitak rayonunun Vətəndaşlıq vəziyyəti aklarının qeydiyyatı şöbəsində rəsmiləşdirilmiş və oradan ona doğum haqqında şəhadətnamə verilmişdir. Onun ailəsi, o cümlədən o, 1971-ci ilə kimi Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində yaşamışlar. 1971-ci ildə isə ailəlikcə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. 1975-ci ilə kimi Bakı şəhərinin Nəsimi rayonu ərazisində yaşamış, sonra isə 1989-cu ilə kimi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki evlərində qeydiyyatda olmaqla validenyləri ilə bir yerdə yaşamışdır. 1989-cu ilin yanvar ayından indiyə kimi isə ünvan 1 ünvanında yerləşən evində ailə üzvləri ilə birgə yaşayır. Ailəsi daimi yaşamaq üçün Bakı şəhərinə gələndə o, 14 yaşın içində olmuşdur. Bakı şəhərinə gələndən soma o, orta məktəb təhsilini burada davam etdirmiş və orta məktəbi bitirəndən sonra ali məktəbə daxil olaraq ali təhsil almışdır. Ali təhsilini başa vurandan sonra Bakı şəhərində işləməyə başlamışdır. 16 yaşına çatanda ona Ermənistan Respublikasının Spitak rayonunun X1 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin əsasında o, özünə xx.xx.1974-cü ildə Nəsimi rayon daxili işlər şöbəsindən keçmiş SSRİ pasportu almışdır. Azərbaycan Respublikası müstəqillik əldə edəndən soma isə özünə Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən xx.xx.2004-cü ildə Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi almışdır. 50 yaşı tamam olandan sonra xx.xx.2010-cu ildə şəxsiyyət vəsiqəsini dəyişdirib ikinci dəfə özünə Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi almışdır. Yeni nümunəli şəxsiyyət vəsiqələri çıxandan sonra xx.xx.2022-ci şəxsiyyət vəsiqəsini dəyişərək hazırda daşıdığı və istifadə etdiyi Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi almışdır. X3, anası X10 olmuşdur. Atası xx.xx.1994-cü ildə, anası isə xx.xx.1998-ci Bakı şəhərində vəfat ediblər. Bakı şəhərində yaşadığı zaman ona Ermənistan Respublikasının Spitak rayonunun X1 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməm itmişdir. O, ünvan 2 ünvanında qeydiyyatda olduğuna və yaşadığına görə özünə yeni doğum haqqında şəhadətnamə almaqdan ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi,1 saylı Maraqlı şəxs qeydiyyat şöbəsinə müraciət etdi ki, ona yeni doğum haqqında şəhadətnamə yazıb versinlər. Ancaq 1 saylı « ASAN xidmət » Mərkəzinin qeydiyyat şöbəsi ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmiş və ona göndərdiyi xx.xx.2022-ci il tarixli, 05/Q-1249/15 saylı məktubla bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. O, Ermənistan Respublikasında anadan olduğundan və onun doğum faktı ilkin olaraq orada qeydə alındığından və Ermənistan Respublikası hazırda Azərbaycan dövləti ilə milli münaqişə zəmnində yaranmış müharibə vəziyyətində olduğundan onun Ermənistan Respublikasından təkrar doğum haqqında şəhadətnamə almağı və həmin dövlətin arxivlərindən doğum faktının qeydiyyatı ilə bağlı müvafiq arayışları 1 saylı « ASAN Xidmət« mərkəzinin qeydiyyat şöbəsinə təqdim etməyi qeyri-mümkündür. Hal-hazırda yaşadığı evə vərəsəlik işinə dair sənədləşmə işlərinin aparılması məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin, doğum haqqında şəhadətnaməsi olmadığından qeyd edilən məsələni həll edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun xx.xx.1957-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmağı, doğum faktının Spitak rayonunun qeydiyyat şöbəsində qeydə alınıb, oradan ona doğum haqqında şəhadətnamə verilməsini, X3, anası X10 olduğunu, hər iki valideyninin milliyyətcə azərbaycanlı olduğunu bütün qohumları, Saral kənd sakinləri tam təsdiq edə bilərlər. Bu faktları onu və ailəsini tanıyan hər kəs, o cümlədən həmkəndliləri və qohumları olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 30-da yaşayan X5, ünvan 3 ünvanında yaşayan X9, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 125-ci korpus, Mədən-3 ünvanında yaşayan X11 da tam təsdiq edə bilərlər. Həmin şəxslər bu faktların təsdiqi kimi Nəsimi Rayon Məhkəməsinin adına ərizələr də yazıblar. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs 1 saylı Bakı «ASAN Xidmət« mərkəzi Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. 1956-cı il tarixdə Spitak rayonunda anadan olmuşdur. Ərizəçi isə 1957-ci il tarixdə anadan olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, 1955-ci ildə anadan olmuşdur. Ərizəçi da həmin kənddə anadan olmuşdur. Eyni məktəbdə oxumuşlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 5979333№-li Arayışdan görünür ki, xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş Ərizəçi 20 mart 2004-cü ildən Bakı şəhəri, ünvan 3-də qeydiyyatdadır. Mülki işin materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş AZ-İV № 398069 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1964-cü il tarixdə Spitak rayonunun Saral kəndində anadan olmuşdur. X3, anası X8r. Mülki işin materiallarında olan X5, X7 və X11 tərəfindən verilən ərizələrdən görünür ki, Ə.Sərdar xx.xx.1957-ci il tarixdə Spitak rayonunun Saral kəndində anadan olub, 1971-ci ildə ailəlikcə Bakı şəhərinə köçüblər və hal-hazırda Nəsimi rayonu ərazisində, Sabit Rəhman küçəsində yerləşən ona məxsus olan 2 saylı fərdi yaşayış evində yaşayır. Mülki işin materiallarında olan xx.xx.1994-cü və xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 09 mart 1994-cü il tarixdə, X10 isə 25 avqust 1998-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi Ə.Sərdara tövsiyə edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 6022 nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda ərizəçi doğum akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Yuxarıda qeyd olunan hallardan görünür ki, ərizəçi Ermənistanın Spitak rayonu, Saral kəndində xx.xx.1957-ci il tarixində doğulmuş, valideynlərinin hər birinin milliyyəti azərbaycanlı olmaqla X13 ilə X10 olması müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə ərizəçinin yaşadığı evə vərəsəlik işinə dair sənədləşmə işlərinin aparılması məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurətinin yarandığını müəyyən etmişdir. Ərizəçi tərəfindən həmin faktın təsdiq edilə bilməsi məlum səbəblərdən mümkün deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ermənistan SSR-nin Spitak rayonu, Saral kəndində xx.xx.1957-ci il tarixində doğulmuş Ərizəçi barəsində hüquqi əhəmiyyəti olan doğum akt qeydi bərpa edilməli və veriləcək yeni doğum haqqında şəhadətnamədə Ərizəçi milliyəti "azərbaycanlı", doğum yerinin Ermənistan SSRnin Spitak rayonunun Saral kəndi, doğum tarixi xx.xx.1957-ci il, ata qrafasında «X13», ana qrafasında isə «X10» qeyd edilməli və vəzifəsi maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ermənistan SSR Spitak rayonu, Saral kəndində xx.xx.1957-ci il tarixində doğulmuş Ərizəçi barəsində hüquqi əhəmiyyəti olan doğum akt qeydi bərpa edilsin və veriləcək yeni doğum haqqında şəhadətnamədə Ərizəçi milliyəti "azərbaycanlı", doğum yerinin Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndi, doğum tarixi xx.xx.1957-ci il, doğum haqqında şəhadətnamədənin ata qrafasında «X13», ana qrafasında isə «X10» qeyd edilsin. Məhkəmə qətnaməsi doğum akt qeydinin bərpa olunması və yeni doğum haqqında şəhadətnamənin qeydiyyatı üçün əsasdır. Qətnamədən 1 ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1738/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1738/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver