Məhkəmə qərarları › İş №2(006)-1739/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1739/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1739/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh və X4rşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh və X4rşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-də yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli çıxarışa əsasən X2 məxsusdur. Bir müddət əvvəl elektron portaldan çıxarılmış yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əsasında məlum olmuşdur ki, Cavabdeh və X10 həmin mənzildə qeydiyyatdadırlar. O, hazırda mənzildə yaşamır. Cavabdehlərin qeydiyyatdan çıxmamaları mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh və X8 ünvan 2-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək və iddianı etiraf etdiyini bildirərək, digər cavabdehin onun oğlu olduğunu, iddianın tam təmin edilməsinə etiraz etmədiyini məhkəməyə bildirdi. Eyni zamanda Cavabdeh mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının və digər cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi idarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ünvan 2 X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən əldə olunmuş arayışa əsasən, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.1985-ci il təvəllüdlü CavabdehBakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, Ev-7, mənzil- 165 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan ərizədən görünür ki, CavabdehX2 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsinə etiraz etmir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ hazırki halda iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarından birbaşa irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və X8 ünvan 2-də yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh və X8 ünvan 2-də yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar