Məhkəmə qərarları › İş №2(006)-1744/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1744/2024

14.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1744/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və ona etiraz: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə xəstəliyi nəticəsində sağlamlığına dəymiş zərərə görə ona ödənilən ödəncin məbləğinin - müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanması öhdəliyinin, həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80%-i həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevrilməklə hər ay ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehndə (əvvəlki adı "xxxx" MMC) əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə peşə xəstəliyi ilə əlaqədar səhhətinə zərər dəymiş və 2010-cu il tarixindən etibarən cavabdehdən peşə əmək qabiliyyətini itirmə dərəcəsinə uyğun olaraq ona ödənclərin verilməsini tələb etmişdir. Bundan sonra qeyd edilən ödəncin alınması üçün aşağıdakı hüquqi tədbirlər həyata keçirilmişdir: Əvvəlcə cavabdeh 2010-cu ildən 2012-ci ilədək ona aşağı məbləğdə ödənişlər həyata keçirmiş, 2012-ci ilin 1 may tarixindən etibarən isə ümumiyyətlə heç bir ödəniş həyata keçirməmişdir. Bundan sonra cavabdeh ona peşə əmək qabiliyyətini itirdiyinə görə ödəniş verməkdən imtina etdiyindən Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli Qətnaməsi ilə ona ödənclərin verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi qismən dəyişdirilmiş və həmin qətnaməyə əsasən, 2012-ci ilin may ayının 1-dən etibarən peşə əmək qabiliyyətini itirmə faizinə - 80% uyğun olaraq hər ay ona ödənclərin ödənilməsi barədə qərar qəbul edilmışdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndində görə aylıq Ümumi Əmək haqqım 1471 ABŞ dollarına ekvivalent olan məbləği təşkil edir. Sonradan xx.xx.2008-ci ildən həmin məbləğ 1618 ABŞ dollarına qaldırılmış, xəsarət aldığı vaxtdan əvvəlki 12 aylıq orta aylıq əmək haqqı 1931,56 ABŞ dolları təşkil etmişdir. Həmçinin, əmək müqaviləsinin 4.2-ci bəndinə görə "Hər ayın sonuncu iş günündə Şirkət işçinin xalis əmək haqqını Azərbaycan Respublikası milli valyutasında - manatla (AZN) Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən işçinin bank hesabına köçürməlidir". Cavabdeh 2012-ci ilin may ayından başlayaraq hər ay ona orta aylıq əmək haqqı məbləğinin, yəni 1931,56 ABŞ dollarının 80%-i həcmində, yəni, 1545,25 ABŞ dolları məbləğində ödəniş etməli olmuşdur. Lakin, həmin vaxtdan, yəni 2012-ci ilin 1 may tarixindən bu günədək cavabdeh hər ay ona 1306.2 manat ödəniş həyata keçirir ki, bu da bu günkü məzənnə ilə 768 ABŞ dolları təşkil edir. 768 ABŞ dolları müəssisənin hesabladığı orta aylıq əmək haqqının, yəni 1931.56 ABŞ dollarının 39.7 faizini təşkil edir. Hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən cavabdeh tərəfindən peşə əmək qabiliyyətini itirdiyinə görə hər ay ona ödənilən ödəncin məbləği yenidən hesablanmalı və həmin məbləğdə ödənişlərin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır: Əvvəla qeyd edir ki, cavabdeh tərəfindən hər ay ona ödənilən 1306.2 manat pul məbləğinin (1306.2 manat) hansı qaydada müəyyən edildiyi, həmin məbləğin hansı qaydada hesablandığı ona məlum deyil. Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdehin üzərinə 2012-ci ildən hesablanmaqla ödənclərin verilməsi vəzifəsi qoyulmuşdur. Hazırda 2012-ci ilin 1 may tarixindən 14 ilə yaxın müddətin keçməsinə baxmayaraq, ona ödənilən ödənişin məbləğində heç bir artım olmamışdır. Yəni, 2012-ci ilin may ayı üçün də ona 1306.2 manat ödənilmiş, bu gün üçün də aylıq 1306.2 manat ödəniş həyata keçirilir. Bu isə əmək və sosial təminat hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında 2012-ci ilin 1 may tarixindən etibarən ona peşə xəstəliyi ilə əlaqədar ödənclər təyin olunarkən tutduğu vəzifə üzrə orta aylıq əmək haqqının məbləği 1931,56 ABŞ dolları təşkil edirdisə, hazırda bu məbləğ təxminən 3500-4000 ABŞ dolları təşkil edir. Beləliklə də aydın olur ki, həmin vaxtdan bu günədək müəssisədə işçilərin əmək haqqında təxminən 2,2-2,3 dəfə artım olmuşdur. Lakin, bu artımlar ona ödənilən aylıq ödənclərin məbləğində nəzərə alınmamışdır. Nəticə etibarı ilə, cavabdeh hər ay ona təxminən 3500-4000 ABŞ dollarının 80%-i məbləğində (əmək qabiliyyətini itirmə dərəcəsinə uyğun) ödəniş etməli olduğu halda, cəmi 1306.2 manat ödəniş edir. Eyni zamanda, yuxarıda da qeyd etdiyi kimi, ona ödənilən ödənclərin ABŞ dolları ilə müəyyən edilməsi və ödəniş gününə AR Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ödənilməsi həyata keçirilməli idi. 2010-cu ilin may ayından 2012-ci ilin may ayınadək ödənc bu qayda ilə ödənilirdi, yəni. Lakin, 2012-ci ildən bu günədək ABŞ dollarının məzənnəsi artsa da cavabdeh tərəfindən ona ödənilən ödənclərin məbləğinə bu artım tətbiq edilməmişdir. Bu da aşkar şəkildə cavabdehin onun əmək hüquqlarını pozduğunu sübuta yetirir. Bu səbəbdən də pozulmuş hüquqları bərpa edilməli, peşə xəstəliyi nəticəsində sağlamlığına dəymiş zərərə görə ona ödənilən ödəncin məbləği - müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanmalı, həmin ABŞ dolları ilə hesablanmış məbləğin 80%-i həcmində ödəncin ABŞ dollarının Mərkəzi Bankın cari məzənnəsinə uyğun olaraq manata çevrilməklə ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Cavabdeh "xxxx" MMC "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iddia ərizəsində irəli sürdüyü iddia tələblərinə dair mübahisəyə artiq bir neçə dəfə müxtəlif məhkəmələrdə baxılmış və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş ilkin qətnaməsi mövcuddur və bu qətnamə üzrə verilmiş Nəsimi rayon İcra Şöbəsinin 30 iyul 2015-ci tarixli İcra Sənədi artıq tam icra olunub. İddiaçı bunula kifayətlənməyərək, sonradan iddia tələblərində bir neçə cümlənin yerini dəyişməklə, ortaya güya yeni bir iddia predmeti qoymaq təəssüratı yaratmaqla, yenidən "xxxx" MMC-ni (əvvəlki adı: "xxxx" MMC) yeni bir məhkəmə çəkişməsinə cəlb etmişdir ki, Nəsimi rayon Məhkəməsinin №e-2(006)-136/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə (İşə baxan hakim Səməd Cəfərov), İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi MPMnin 262.4-cü maddəsinə istinad edilməklə rədd edilmişdir və iddiaçıya izah olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. Qeyd etmək lazımdır ki, İddiaçı hazırki iddiasında da cavabdeh "xxxx" MMC-yə qarşı heç bir yeni iddia predmeti yoxdur və ola da bilməz, ona görə ki, iddiaçı ilə cavabdeh arasında hazırda heç bir əmək və ya mülki hüquq münasibətləri mövcüd deyil və iddiaçının cavabdehlə bağladığı əmək müqaviləsinə isə artıq 13 may 2010-cu il tarxindən xitam verilmişdir. Lakin bütün yuxarıda qeyd olunanlara baxmayaraq, İddiaçı, hazırki iddiasında, məhkəmə qarşısında qoyduğu iddia tələbləri ilə bilavasitə əlaqəsi olmayan, lakin dəfələrlə əvvəlki müxtəlif məhkəmə çəkişmələrində və iddialarında qaldırdığı və hər dəfə də məhkəmə tərəfindən rədd edildiyi bir tələblə bağlı məhkəməyə vəsatət vermişdir. Vəsatətə münasibət bidirərək, hazırkı etirazlarında iddiaçının tələblərinə dair izahatlarını aşağıdakılarla əsalandırırlar: İddiaçı vəsatətində, işin (yəni onun dəfələrlə müxtəlif məhkəmələrdə qaldırdığı iddia tələblərinin) hərtərəfli və tam araşdırılması üçün aşağıda sadalanan sənədlərin: 1. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrdə, eləcə də onunla eyni vəzifədə, yəni həmin şirkətdə Qazma Qurğusunun yuxarı fəhləsi vəzifəsində çalışan işçilərin tam şəkildə aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış və ödənilmiş əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə - vergilərə, DSMF-ə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə); 2. əmək müqaviləsi və əlavələr; 3. əmək haqqıya və iş rejiminə aid olan əmrlər; 4. son haqq-hesabın hesablanması və ödənişi; 5. şəxsi uçot vərəqəsi; 6. hesablanmış və ödənilmiş son haqq-hesab barədə məlumat sübutların məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC-dən tələb edilməsi haqqında Qərardad qəbul edilməsini tələb edir. (Qeyd: Vəsatətində İddiaçı “MAERSK DRİLLİNG A/S" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrü” qeyd edir, lakin İddiaçı cənab İddiaçı heç vaxt "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləməyib, onun bu şirkətlə heç bir əlaqəsi olmayıb, ona görə də bu fakt yanlışdır və İddiaçı iş yeri "xxxx" MMC olub. Ümumiyyətlə, göründüyü kimi, iddiaçı cənab İddiaçı üçün onun hansı şirkətin işçisi olması faktı heç bir əhəmiyyət kəsb etmir, çünki onun niyyəti yalnız istənilən bəhanə və əsasla 14 il əvvəl çalışdığı şirkətin adı ilə bağlı olan bütün şirkətləri də məhkəməyə cəlb etməkdir). Vəsatətdə tələb olunan bütün sənədlər İddiaçı özünə, məhkəmə orqanlarına və məhkəmə ekspertizalarına dəfələrələ təqdim olunub. Buna baxmayaraq, İddiaçı işlədiyi dövrdə, eləcə də onunla eyni vəzifədə, yəni həmin şirkətdə yuxarı Qazma Qurğusunun fəhləsi vəzifəsində çalışan işçilərin tam şəkildə aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış və ödənilmiş əmək haqqı barədə məlumat qeyd olunduğu dövrdə, əmək haqqıya və iş rejiminə aid olan əmrlər, son haqq-hesabın hesablanması və ödənişi barədə məlumat bu İzahata əlavə olunur. İddiaçı burada məqsədi 14 il əvvəl çalışdığı şirkətlə onun arasında olan əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ona peşə xəstəliyi ilə əlaqədar hesablanmış və təsis edilmiş “aylıq ödəncin” məbləğinin müxtəlif əsassız bəhanələrlə (güya ABŞ dollarının manata olan məzənnəsinin dəyişməsi ilə və ya hər hansı digər səbəbdən müəssisədə işləyən işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı olması bəhanələri ilə) yenidən hesablanmasıdır. Qeyd etdikləri kimi bu məsələ artıq bir neçə məhkəmə çəkişmələrinin predmeti olmuş və hər dəfə İddiaçı cənab İddiaçı iddia tələbləri bütün təfsilatı ilə araşdırılaraq, ona məhkəmə tərəfindən izah olunmuşdur ki: 1) "xxxx" MMC, İddiaçı zərərə görə aylıq ödənclərinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün hesablanması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir və onun üçün təhsis edilmiş “aylıq ödəncin” məbləği həm şirkət və həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tərəfindən bir daha yenidən hesablanaraq 1632,75 manat təşkil etməsi təsdiq edilmişdir və bu ödəncin məbləğinin bir daha yenidən hesablanması üçün heç bir hüquqi əsasın olmaması qeyd olunmuşdur (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə və Nəsimi rayon İcra və Probasiya şöbəsinə verdiyi No **********0 saylı, 22 may 2018-ci il tarixli “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-887/2015 saylı 30 iyul 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar izahatı əlavə olunur); 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.5-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının 58 Konvensiyasına qoşularaq onları ratifikasiya etmişdir. BƏT-in beynəlxalq sənədlərindən biri də “Transmilli şirkətlər və sosial siyasətə dair X1”dir ki, Azərbaycan Respublikası BƏTin üzvü olduğu üçün bu Bəyannamə ilə münasibətdə müvafiq öhdəliklər daşıyır. Bu Bəyannamənin 33-34-cü maddələrində göstərilir ki, transmilli şirkətlər (o cümlədən, Azərbaycanda fəaliyyət göstərən "xxxx" MMC) tərəfindən “verilən maaş, müavinətlər və iş şəraiti, nəzərdə tutulan ölkədə yerli işəgötürənlər tərəfindən təklif ediləndən az əlverişli olmamalıdır. "xxxx" MMC “Transmilli şirkətlər və sosial siyasətə dair X1”nə riayət edərək Azərbaycan Respublikasında öz işçilərinə kifayət qədər yüksək əmək haqqı ödəyir, onların qayğısına qalır, ailələrinin ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirləri yerinə yetirir. "xxxx" MMC-də normal iş vaxtı ərzində çalışan ən aşağı ixtisaslı işçiyə ödənilən orta aylıq əmək haqqı 1700 manatdır ki, bu da 1 yanvar 2018-ci ildən Azərbaycan Respublikasında 130 manat məbləğində təsdiq edilmiş minimum aylıq əmək haqqından və 2023-cü il yanvarın 1-dən etibarən müəyyən edilmiş 345 manat minimum aylıq əmək haqqının məbləğindən dəfələrlə yüksəkdir. Bu səbəbdən "xxxx" MMC-də tətbiq edilən əmək haqları, Azərbaycan Respublikasında qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövrü olaraq həyata keçirilən minimum aylıq əmək haqqının və bununla bağlı əmək haqlarının artırılması islahatları ilə birbaşa bağlı deyildir. Belə ki, "xxxx" MMC yuxarıda qeyd edilən Bəyannaməyə uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən yerli işəgötürənlər tərəfindən təklif edilən iş yerlərindən dəfələrlə yüksək maaşlı iş yerləri təklif edir və təhlükəsiz iş şəraitini təmin edir. Ümumiyyətlə, istər Əmək Məcəlləsi, istərsə də, diğər qanunvericilikdə “kütləvı artım” anlayışının konkret tərifi yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi izahata əsasən, işçilərə verilən məzuniyyətin hesablanması zamanı əmsallaşdırmanın tətbiqi üçün əsas olan “kütləvi artım” məsələsi, Nazirlər Kabininetin 137 saylı qərarında məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd olunur ki, orta əmək haqqının əmsallaşdırılması kütləvi artım zamanı tətbiq olunur. Lakin Nazirlər Kabinetinin qərarlarında “tarif (vəzifə) maaşlarının kütləvi artımı və ya kütləvi şəkildə artırılması” ifadələri mövcuddur. Əmək haqlarının “kütləvi artımı” dedikdə, bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə minimum əmək haqqının artırılması ilə müəssisələrdə işçilərin tarif vəzifə maaşlarının artırılması başa düşülür. Əməyin ödənişi sistemi minimum əmək haqqı sistemi ilə qurulubsa, bu hal, artım olduqda bütün işçilərin maaşına təsir edir. Ümumilikdə yanaşma budur ki, “kütləvi artım” dedikdə, əməyin ödənişi sistemi ilə müəssisədə çalışan bütün işçilərin əmək haqlarının artması nəzərdə tutulur. Ona görə də "xxxx" MMC-də dövrü olaraq həyata keçirilən ayrı-ayrı peşə və vəzifələrdə çalışan işçilərin əmək haqlarının artırılması, Azərbaycan Respublikasında müəyyən olunan minimum aylıq əmək haqqının, eləcə də bununla əlaqədar işçilərin (əmək müqaviləsi əsasında çalışan sıravi işçilərdən şirkətin bütün rəhbər işçilərinədək) əmək haqlarının artırılması ilə bağlı islahatlardan irəli gələn kütləvi əmək haqqı artımı deyil, fərdi qaydada işçilərinin vəzifə öhdəliklərini və əmək funksiyalarını peşəkarlıqla, vaxtında və keyfiyyətlə yerinə yetirdiyinə görə həyata keçirdiyi əmək haqqının artırılmasıdır və bu hal Şirkətin müvafiq əmri ilə rəsmiləşdirilir. Yuxarıda qeyd etdikləri kimi, qanunvericiliklə əmək haqlarının kütləvi artımı, əmək məzuniyyəti dövrü üçün ödənilən orta əmək haqqının hesablanmasında nəzərə alınır və müvafiq əmsallaşdırılma aparılır. "xxxx" MMC-də isə əmək haqlarının kütləvi artımı olmadığı üçün heç vaxt işçilərin əmək məzuniyyəti dövrü üçün orta əmək haqqının əmsallaşdırılması aparılmamışdır. Bu məsələ də bütün təfsilatı ilə məhkəmənin müvafiq sorğusu əsasında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tərəfindən bir daha yenidən araşdırılmışdır."xxxx" MMC-də heç bir kütləvi əmək haqqı artımının baş vermədiyi və bu haqda qanunvericiliyin tələblərinə uyğun olaraq “kütləvi əmək haqqı artımı” ilə əlaqədar heç bir rəsmi qərarın və əmrin mövcud olmadığı qeyd olunmuşdur (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə və Nəsimi rayon İcra və Probasiya şöbəsinə verdiyi No **********0 saylı, 22 may 2018-ci il tarixli “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-887/2015 saylı 30 iyul 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar İzahatı əlavə olunur); 3) Azərbaycan Respublikasında dövrü olaraq qeyristabil maliyyə şəraiti ilə əlaqədar ABŞ dollarının manata olan məzənnəsi dəyişdiyi üçün,"xxxx" MMC, işçilərinin qayğısına qalaraq xx.xx.2015-ci il tarixdən sonrakı dövr üçün işçilərinin əmək haqlarını dolların məzənnəsindən (İddiaçı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq ödənilən aylıq ödəncin məbləği (“əmək haqqının” yox) 2010cu ilin may ayından Azərbaycan manatı ilə müəyyən edilərək ödənilir) asılı olaraq tənzimləyir ki, işçilərin əmək haqqı gəlirləri aşağı düşməsin. Əmək haqlarının dolların məzənnəsindən asılı olaraq tənzimlənməsi mexanizminin tətbiqi əmək haqlarının kütləvi artımı hesab edilmir, çünki bu mexanizm əmək haqqının real səviyyəsinin saxlanılması mexanizmidir ki, dolların məzənnəsinin artması və ya azalması ilə əlaqədar olaraq əmək haqlarının həm artımı, həm də azalması prosesi baş verə bilər. Ona görə də, şirkətdə çalışan işçilərin əmək haqlarının dollarla olan ifadəsi və məbləği bütün bu dövr ərzində dəyişməz olaraq qalır və dolların məzənnəsinin manata nisbətdə artması və ya azalması isə nə qanunvericiliyin tələləri nə də məntiqi baxımdan kütləvi əmək haqqı artımı və ya azalması kimi qəbul edilə bilməz. Hazırda İddiaçı, Nəsimi rayon məhkəməsindən: ona peşə xəstəliyi ilə əlaqədar cavabdeh tərəfindən ödənilən aylıq ödəncin məbləğinin – müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanması öhdəliyinin; və ABŞ dolları ilə hesablanmış orta əmək haqqı məbləğinin 80% həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsinin tələb edir. İddiaya qarşı məhkəməyə təqdim etdiyikləri əvvəlki etiraz və izahatlarında qeyd etdiyikləri kimi, iddiaçının iddiasında “ona peşə xəstəliyi ilə əlaqədar cavabdeh tərəfindən ödənilən aylıq ödəncin məbləğinin – müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcud olan əmək haqqı məbləği əsasında (ABŞ dolları ilə) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” birinci tələbinə münasibət bildirərək qeyd etmək istəyirlər ki, belə bir tələb əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı tərəfindən dəfələrlə irəli sürülmüş və əsassız olduğu üçün hər dəfə məhkəmə tərəfindən rədd edilmişdir (axırıncı dəfə iddiaçının təkrarən məhkəmə qarşısında qaldırdığıbu tələbi Nəsimi rayon məhkəməsininin №e-2(006)-136/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı (hakim Səməd Cəfərov) ilə rədd edilib). Belə ki, iddiaçı ilə Cavabdeh arasında əmək münasibətlərinə (tərəflər arasında bağlanmış əmək müqaviləsinə) 13 may 2010-cu il tarixindən xitam verilib, və həmin tarixdən etibarən, tərəflər arasında artıq heç bir əmək münasibətləri mövcud deyil. İddiaçıya ödənilən aylıq ödənc isə, onun şirkətlə bağladığı əmək müqaviləsinin tələblərinə görə deyil, məhz onun “peşə əmək qabiliyyətinin itirməsi” səbəbindən qanunvericiliklə müəyyən olunmuş qaydada əllillik dərəcəsinin faizinə münasib olaraq müəyyən edilmişdır və ödənilir. Ona görə də, bu ödəncin (“əmək haqqının” yox), artıq 13 may 2010-cu il tarixindən xitam verilmiş əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqının ödənilməsinə dair nəzərdə tutulan ödəniş şərtləri ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə, əllilliyə görə ödənilən bütün ödənc məbləğlərinin (“əmək haqqının” yox, çünki, İddiaçılə Cavabdeh arasında 13 may 2010-cu il tarixindən etibarən heç bir əmək münasibətləri mövcud deyil!) Azərbaycan Respublikasında Azərbaycan manatı ilə ödənilməsi nəzərdə tutulub və iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi, həmin ödəncin “hər ay ABŞ dollarının (və ya hər hansı digər xarici valyutanın) Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən yenidən hesablanaraq ödənilməsi” ilə bağlı nə qanunvericiliklə, nə də ki, hər hansı məhkəmə qərarı ilə heç bir müddəa və ya tələb nəzərdə tutulmayıb... Ona görə də, 13 may 2010- cu il tarixindən etibarən indiyədək olan dövr ərzində hər ay cavabdehdən mütəmadi olaraq aylıq ödənc və eyni zamanda “əlilliyə görə isə dövlətdən hər ay böyük məbləğdə pensiya alan iddiaçının, “aylıq ödənc” məbləğini, guya ona düşən “əmək haqqı” kimi qiymətləndirməklə və 14 il əvvəl xitam verilmiş əmək müqaviləsinin şərtlərinə istinad etməklə yenidən hesablanmasını tələb etmək qanunsuzdur, absurddur və heç bir məntiqə uyğun deyil. İddiaçının ikinci iddia tələbinə (yəni, onun birinci iddia tələbi yerinə yetirildikdən sonra icra ediləcək tələbi) – “həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80% həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” tələbinə münasibət bildirərək qeyd etmək istəyirik ki, bu tələb də dəfələrlə bir qədər digər məzmunda və digər cümlələrlə ifadə olunmaqla (lakin mahiyyət ve predmet etibarı ilə eyni olmaqla) əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı tərəfindən dəfələrlə irəli sürülmüş və əsassız olduğu üçün hər dəfə məhkəmə tərəfindən rədd edilmişdir (iddiaçının hər dəfə yenidən təkrarladığı bu tələbi də Nəsimi rayon məhkəməsininin № e-2(006)-136/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə artıq rədd edilib). Bundan başqa qeyd etmək istəyirlər ki, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi sonuncu əyani tibbi müayinə nəticəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində 3-cü dərəcə əlillik və onun peşə əmək qabiliyyətinin 50% itirilməsi təyin eidlmişdir və həmin Qərar qüvvədədir (baxmayaraq ki, həmin Agentliyin bu qərarı ilə bağlı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyini və dolayısı yolla isə Cavabdehi də Bakı İnzibati məhkəməsində yeni bir məhkəmə çəkişməsinə cəlb etmişdir ki, bu məsələ ilə bağlı hələlik məhkəmənin yekun qərarı mövcud deyil). Belə olan tərzdə, mövcüd olmayan inzibati aktdan (80% həcmində ödəncin ödənilməsinə dair Qərar) irəli gələn öhdəliyin icrasını iddiaçının fərziyyəsinə görə hər hansı üçüncü səxsə həvalə edilməsi və ya bu haqda onun üzərinə öhdəlik qoyulması barədə iddiaçının ikinci İddia tələbi də qanunsuzdur, əsassızdır, absurddur və buna görə də rədd edilməlidir. İddiaçıya əvəlki 14 il ərzində Cavabdeh tərəfindən mütəmadi olaraq ödənilən aylıq ödəncin “ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulmasına dair” tələbinə gəldikdə isə, bu tələb İddiaçı tərəfindən dəfələrlə əvvəlki məhkəmə çəkişmələrinin birbaşa predmeti olmuş, araşdırılmış və hər dəfə mövcüd qanunvericiliklə nəzərdə tutulmadığından rədd edilmişdir (İddiaçının hazırda yenidən təkrarən məhkəmə qarşısında qaldırdığı bu tələbi də Nəsimi rayon məhkəməsininin №e-2(006)-136/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə baxılaraq əsassız olduğu üçün rədd edilmişdir)... Hazırkı Etirazımızla isə bir daha qeyd etmək istəyirlər ki, hazırda cavabdeh "xxxx" şirkətinin, İddiaçı heç bir borcu və ya onun qarşısında yerinə yetirilməmiş heç bir öhdəliyi yoxdur. "xxxx" MMC (əvvəlki adı: "xxxx" MMC), 2010-cu ilin may ayından etibarən indiyədək təsis edilmiş “peşə xəstəliyi” ilə əlaqədar İddiaçı hər ay mütəmadi olaraq aylıq ödənc ödəyir və hazırda da ödəməkdə davam edir. İddiaçı, həmçinin və eyni zamanda, əldə etdiyi “əlillik” statusuna görə də hər ay dövlətdən külli miqdara pensiya alır. İddiaçı hazırkı “iddiası” isə, heç bir mövcud hüquq və ədalət normalarına, qanunvericiliyin tələblərinə əsaslanmadığından və ən nəhayət, İddiaçının “iddia” tələbinin məzmunu və mahiyyəti Cavabdehə qarşı sırf qərəzli mövqe tutmaqla, əvvəllər çalışdığı şirkətdən əlavə pul almaq cəhdi olduğu üçün rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Məhkəmədən xahiş edirik ki, İddiaçı hazırkı İddia tələblərinə dair hazırkı iş üzrə, eyni tərəflər (cavabdeh "xxxx"\"xxxx" MMC və İddiaçı) arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş və artıq icra olunmuş bir neçə məhkəmənin qətnaməsi və qərardadı mövcud olduğundan və həmçinin, İddiaçı hazırkı iddia tələbləri qanuvericiliyin tələblərinə və heç bir yenidəlil və sübutlara əsaslanmadığından, qərəzli və tamamilə əsassız olduğundan tamamilə rədd edilsini xahiş etmişdir. Daha sonra İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, – xx.xx.2016-cı ildən etibarən müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcüd olan əmək haqqı məbləğ əsasında ABŞ dolları ilə yenidən hesablanması öhdəliyinin və həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80 faizi həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsi öhdəliyinin cavabdeh Noble Drilling Services Azerbaijan MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul etməyinizi xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nəriman Ramazanov iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materialları: - Maersk Contractors Services ilə İddiaçı arasında bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 002 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Maersk Contractors Services” şirkətinə qazma qurğusu yuxarı fəhləsi vəzifəsinə qəbul edilir (bənd 1). Bu əmək müqaviləsi xx.xx.2007-ci il tarixdən qüvvəyə minir. (bənd 5.1). İşəgötürən işçiyə işlədiyi hər ay üçün 1471 ABŞ dolları əmək haqqı ödəyəcək. (bənd 4.1). - Maersk Contractors Services ilə İddiaçı arasında bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 002 saylı əmək müqaviləsinə 001 saylı əlavədən görünür ki, İddiaçı qazma qurğusu yuxarı fəhləsi vəzifəsində işləməsinə dair müqavilə növbəti 12 ay müddətinə uzadılmışdır. Həmin əlavəyə əsasən işçinin aylıq əmək haqqı 1618 ABŞ dolları ekvivalent olan məbləği təşkil etmişdir. - İddiaçı məxsus haqq-hesab vərəqəsindən görünür ki, onun 2008-ci il üzrə gəlir məbləği aprel ayı üzrə 3406.53 manat, may ayı üzrə 1680.68 manat, iyun ayı üzrə 2083.92 manat, iyul ayı üzrə 2043.79 manat, avqust ayı üzrə 2043.79 manat, sentyabr ayı üzrə 1830.89 manat, oktyabr ayı üzrə 2061.53 manat, noyabr ayı üzrə 2043.79 manat, dekabr ayı üzrə 1830.89 manat, 2009-cu il üzrə yanvar ayı üzrə 2274.43 manat, fevral ayı üzrə 1618.00 manat, mart ayı üzrə 1833.65 manat, aprel ayı üzrə 3406.53 manat, may ayı üzrə 1848.64 manat, iyun ayı üzrə 1964.21 manat, iyul ayı üzrə 1865.43 manat, avqust ayı üzrə 1725.40 manat, sentyabr ayı üzrə 1971.89 manat, oktyabr ayı üzrə 2095.13 manat, noyabr ayı üzrə 3081.07 manat, dekabr ayı üzrə 1725.40 manat, 2010-cu il üzrə yanvar ayı üzrə 1725.40 manat, fevral ayı üzrə 1725.40 manat, mart ayı üzrə 1725.40 manat, aprel ayı üzrə 1725.40 manat təşkil etmişdir. - X5 Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2010 tarixli məktubundan görünür ki, onun müvafiq aylıq ödənclərin hesablanması üçün əsas götürülən orta aylıq əmək haqqının 13 may 2010-cu il tarixindən əvvəlki deyil, 2009-cu ilin dekabr ayından əvvəlki dövrdən götürülməsinə dair tələbiniz həm qanunvericilik, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənmədiyi üçün, tərəfimizdən aparılan hesablamalar düzgündür və bununla bağlı heç bir düzəliş aparılmayacaqdır. Gəlir vergisi barədə xahişi əsaslı olduğu üçün, tərəflərindən ödənilən ödənclərdən gəlir tutulmuş gəlir vergisi ilə əlaqədar düzəlişlər aparılmışdır. Şirkətlərində əmək haqlarının kütləvi artımı barədə də tələbi əsaslı olduğu üçün, həmin artım ona ödənilən ödənclərin məbləğinin hesablanmasında nəzərə alınacaqdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 may 2013-cü il tarixli, 2(102)-1772/13 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə 28 dekabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2014-cü il tarixli, 2(103)- 825/2014 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1454/2012 saylı,07 sentyabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zərərə görə aylıq ödəncin yenidən hesablanaraq ödənilməsi və sair tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC-dən 488,64 manat zərərə görə aylıq ödənc, kütləvi artıma görə 756.8 manat, aylıq ödəncin gecikdirilməsinə görə 2057.27 manat, aylıq ödənçin düzgün hesablanmamasına görə 947.44 manat, gəlir vergisinin tutulmasına görə 241.5 manat, cəmi 4491.92 (dörd min dörd yüz doxsan bir manat doxsan iki qəpik) pul İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası xərci 80 (səksən) manat məbləğində pul və iddia ərizəsinin, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun, cəmi 110 (yüz on) cavabdehdən dövlət nəfinə tutulması qət edilmişdir. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-10/2014 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı zərərə görə (peşə xəstəliyi ilə əlaqədar) 2012-ci ilin may ayından aylıq ödənc ödənilsin, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödəniləcək aylıq ödəncin gecikdirilən hər günə görə 2012-ci ilin may ayının birindən qətnamə icra olunanadək iki faiz məbləğində ödəncin tutulması, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2015-ci il tarixli, 2(103)- 887/2015 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, 2012-ci ilin may ayından etibarən "xxxx" MMC tərəfindən İddiaçı pəşə əmək qabiliyyətinin 80 (səksən) faiz itirilməsinə görə aylıq ödənc verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faizdən fərqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 80 faizə uyğun ödəncin verilməsinin davam etdirilməsi, qətnamənin qəbul eilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə, həmin faiz 80 faizdən fərqli olarsa, fərqli faizinin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - "xxxx" MMC-nin Azərbaycan Beynəlxalq Bank Müştəri xidmətləri departamentinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, 4,491.92 dörd min dörd yüz doxsan bir manat, 92 qəpik Maersk Drilling Services MMC şirkətinin AZ04İBAZ**********9330088320 hesabından aşağıdaki işçinin hesabına "AR Ədliyyə Nazirliyi Nəsimi şöbəsinin xx/xx-1978/15 N-li 10/03/15 tarixli bildirişə əsasən" ödəniş silinməsini xahiş etmişdir. - "xxxx" MMC-nin 01 aprel 2015-ci il tarixli, İ/007/15 nömrəli əmri ilə "xxxx" MMC-də çalışan işçilərin əmək müqavilələrində müəyyən edilmiş əmək haqqı məbləği xx.xx.2015-ci il tarixinə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsinə uyğun olaraq təshih edilərək indeksləşdirilməsi, kadrlar şöbəsinə tapşırılsın ki, işçilərlə bağlanılmış əmək müqavilələrinə bu əmrlə bağlı müvafiq dəyişikliklər etsin və əmək müqavilələrinə edilən dəyişiklikləri EİS-də bildiriş formasında qeydiyyata alınmasının təmin etməsi, əmək normalarının yaxşılaşdırılması halı kimi bu əmrə uyğun olaraq əmək haqqlarının ödənişi hər ayın 25-i tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməsinin təmin edilməsi, bu əmrin 3-cü hissəsinin tələb və qaydaları "xxxx" MMC-də çalışan işçilərin 2015-ci il mart ayı üzrə ödəniləcək əmək haqqlarıda daxil olmaqla, icra edilsin və işəgötürən tərəfindən başqa hal nəzərdə tutulan vaxtadək qüvvədə qalması əmr edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2015-ci il tarixli, 2(103)- 887/2015 saylı qərardadı ilə "xxxx" MMC tərəfindən verilmiş “qətnaməyə izah verilməsi barədə” ərizənin təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin No **********0 saylı, 22 may 2018-ci il tarixli “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-887/2015 saylı 30 iyul 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar izahatından görünür ki, Nəsimi rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli iş N2(006)-10/2014 nömrəli qətnaməsi əsasında "xxxx" MMC tərəfindən ödənilməmiş xx.xx.2012--xx.xx.2015-ci dövrü üçün (40 ay) zərərçəkən İddiaçı aylıq əmək haqqının 80%-ini təşkil edən 1306,20 manat götürülməklə zərərə görə aylıq ödənclərinin aşağıdakı qaydada hesablanaraq ödənilməsini qanunamüvafiq hesab edir: 40 ay x 1306,20= 52 248 manat. - Namik Hüseynova (işçinin kodu: NGU031) məxsus haqq-hesab vərəqəsindən görünür ki, onun 2012-ci il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 2554.71 manat, fevral ayı üzrə 2631.89 manat, mart ayı üzrə 2704.07 manat, aprel ayı üzrə 2316.86 manat, may ayı üzrə 2354.12 manat, iyun ayı üzrə 6433.48 manat, iyul ayı üzrə 2517.35 manat, avqust ayı üzrə 2320.81 manat, sentyabr ayı üzrə 3606.62 manat, oktyabr ayı üzrə 2316.32 manat, noyabr ayı üzrə 3543.89 manat, dekabr ayı üzrə 2560.25 manat; 2013-cü il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 2044.75 manat, fevral ayı üzrə 4450.68 manat, mart ayı üzrə 4363.60 manat, aprel ayı üzrə 3084.46 manat, may ayı üzrə 1981.83 manat, iyun ayı üzrə 4041.00 manat, iyul ayı üzrə 8960.14 manat, avqust ayı üzrə 2884.00 manat, sentyabr ayı üzrə 1942.79 manat, oktyabr ayı üzrə 2759.24 manat, noyabr ayı üzrə 2070.73 manat, dekabr ayı üzrə 2732.40 manat; 2014-cü il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 5210.72 manat, fevral ayı üzrə 2950.68 manat, mart ayı üzrə 2759.20 manat, aprel ayı üzrə 2100.01 manat, may ayı üzrə 2031.93 manat, iyun ayı üzrə 7033.59 manat, iyul ayı üzrə 2613.34 manat, avqust ayı üzrə 2163.34 manat, sentyabr ayı üzrə 2188.50 manat, oktyabr ayı üzrə 2361.44 manat, noyabr ayı üzrə 2201.08 manat, dekabr ayı üzrə 4471.46 manat; 2015-ci il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 5838.71 manat, fevral ayı üzrə 2163.34 manat, mart ayı üzrə 3587.87 manat, aprel ayı üzrə 3015.80 manat, may ayı üzrə 3890.33 manat, iyun ayı üzrə 2999.57 manat, iyul ayı üzrə 4778.84 manat, avqust ayı üzrə 2896.63 manat, sentyabr ayı üzrə 3417.68 manat, oktyabr ayı üzrə 2919.21 manat, noyabr ayı üzrə 2925.34 manat, dekabr ayı üzrə 4276.08 manat; 2016-cı il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 11033.08 manat, fevral ayı üzrə 7347.04 manat, mart ayı üzrə 6737.33 manat, aprel ayı üzrə 7529.13 manat, may ayı üzrə 4263.85 manat, iyun ayı üzrə 8265.98 manat, iyul ayı üzrə 4672.60 manat, avqust ayı üzrə 8779.33 manat, sentyabr ayı üzrə 9826.14 manat, oktyabr ayı üzrə 2963.00 manat, noyabr ayı üzrə 5980.02 manat, dekabr ayı üzrə 4792.59 manat; 2017-ci il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 5310.41 manat, fevral ayı üzrə 6131.05 manat, mart ayı üzrə 6537.60 manat, aprel ayı üzrə 4683.63 manat, may ayı üzrə 6104.35 manat, iyun ayı üzrə 6665.36 manat, iyul ayı üzrə 7764.32 manat, avqust ayı üzrə 7817.29 manat, sentyabr ayı üzrə 5134.96 manat, oktyabr ayı üzrə 4705.30 manat, noyabr ayı üzrə 4677.85 manat, dekabr ayı üzrə 4677.85 manat; 2018-ci il üzrə cəmi gəlir (vergilər daxil olmaqla) məbləği yanvar ayı üzrə 14416.74 manat, fevral ayı üzrə 4704.37 manat, mart ayı üzrə 5049.66 manat, aprel ayı üzrə 4863.38 manat təşkil etmişdir. - Aziz Azizova (işçinin kodu: AAZ021), Faik Sultanova (işçinin kodu: FSU010) məxsus haqq-hesab vərəqələri əlavə edilmiş və həmin haqq-hesab vərəqəsinə əsasən hər hansı artım müəyyən edilməmişdir. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-136/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-136/2023 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-136/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərlməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)- 3428/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3428/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş ərizə təmin olunmasın və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3197/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)-3428/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Noble DRİLLİNG Services Azerbaijan" MMC-nin İddiaçı ünvanladığı 13 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, onun "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarının tələblərinə riayət edilməsini və eyni zamanda 2010-cu ilin may ayından bu günə qədər peşə xəstəliyi ilə əlaqədar tərəfindən ödənilən ödəncin əmək müqaviləsinin şərtləri nəzərə alınmaqla hesablama qaydası, şərtləri, valyutası və xarici valyutada olduğu halda məzənnəsi haqqında açıqlama verməklə ətraflı arayış təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə (hazırda, "xxxx" MMC) ünvanladığı sorğuya cavab olaraq bildirirlər ki, sorğusunda qeyd etdiyi hər bir halı, tələb etidyi məlumat və arayışları o özü bir neçə dəfə ümumi yurizdiksiyalı məhkəmələrə təqdim etməklə mübahisələndirib və onlarla bağlı müvafiq məhkəmə Qərarları və Qətnamələri mövcuddur ki, həmin məhkəmə orqanlarının yekun qətnamə və qərarlarında qaldırdığı məsələlər müfəssəl olaraq təsvir olunmuş və bu haqda müvafiq izahatlar və açıqlamalar verilmişdir. - İddiaçı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasnın Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 3 nömrəli 09 yanvar 2003-cü il tarixli Qərarının tələblərinə riayət edilməsini və eyni zamanda 2010-cu ilin may ayından bu günə qədər peşə xəstəliyi ilə əlaqədar tərəfinizdən ödənilən ödəncin əmək müqaviləsinin şərtləri nəzərə alınmaqla hesablama qaydası, şərtləri, valyutası və xarici valyutada olduğu halda məzənnəsi haqqında açıqlama verməklə ətraflı arayış təqdim etməyinizi xahiş etmişdir. - Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024- 00111 nömrəli arayışından görünür ki, cavabdeh "xxxx" MMC işə bərpa edilmə ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 11:00 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin mediasiya prosesin davam etdirə bilməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, sığortaolunanlar İddiaçı (FİN: OUMB1JR), X4 (FİN: 4AYWLUG), X7 (FİN: 1XMRPKB), X3 (FİN: 1VOLQXU) və X2 (FİN: 23XX38U) sığorta edən "xxxx" MMC (VÖEN: **********, SUN: **********8) tərəfindən təqdim edilmiş illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lara və rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabat"lara əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim olunur. Eyni zamanda bildiririk ki, sorğuda qeyd edilən digər məlumatların (iş vaxtının tabel uçotu və s.) təqdim edilməsi Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi" ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri xaricindədir - Sığortaolunanlar İddiaçı (FİN: OUMB1JR), X4 (FİN: 4AYWLUG), X7 (FİN: 1XMRPKB), X3 (FİN: 1VOLQXU) və X2 (FİN: 23XX38U) sığorta edən "xxxx" MMC (VÖEN: **********, SUN: **********8) tərəfindən təqdim edilmiş illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lardan görünür ki, həmin şəxslərin gəlir məlumatları cavabdehı tərəfindən təqdim edilmiş haqq-hesab vərəqəsində göstərilmiş gəlir məbləğləri ilə üst-üstə düşmüş, yəni hər hansı artım müəyyən edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2167/2024 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsinə əsasən əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Eyni Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılmasıəməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi təmin etməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıdığı halların dairəsi dəqiq müəyyən edilmişdir. Həmin maddəyə əsasən o hallardan biri də "c)" bəndində əksini tapmış "işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulması, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəyməsi" halıdır. Əmək Məcəlləsinin 207-ci maddəsinin üçüncü hissəsində qeyd edilir ki, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 239-cu maddəsinin birinci hissəsində göstərilir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Həmin Məcəllənin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Həmin Məcəllənin 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Mülki Məcəllənin 1124.1-ci maddəsinə əsasən, dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Həmin Məcəllənin 1124.2-ci maddədə göstərilir ki, yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırda iddiaçı xx.xx.2016-cı ildən etibarən müəssisədə işlədiyi vaxt tutduğu vəzifə üzrə hazırda mövcüd olan əmək haqqı məbləğ əsasında ABŞ dolları ilə yenidən hesablanması öhdəliyinin və həmin ABŞ dolları ilə hesablanmış orta aylıq əmək haqqı məbləğinin 80 faizi həcmində ödəncin ABŞ dollarının AR Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manata çevirməklə hər ay ona ödənilməsini istəyir. İddiaçı hesab edir ki, ona ödənclərin verildiyi tarixdən hazırki vaxta qədər tutduğu vəzifə üzrə əmək haqqıda artımlar olduğundan həmin artımlar nəzərə alınmaqla ödəncin verilməsi həyata keçirilməlidir. Cavabdeh isə hesab edir ki, iddiaçıya əmək zədəsi aldığı vaxtdan qanunvericiliyə müvafiq olaraq ödənc təyin edilmiş, onun miqdarı müəyyən edilmiş və həmin ödənişlər həyata keçirilməkdədir. Hazırda iddiaçı ilə əmək münasibətlərində olmadıqlarından eyni vəzifə üzrə işçilərin mövcud əmək haqqısına uyğun şəkildə ödəncin artırılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalari, şərtləri və məbləğinin” 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik ödəncin miqdarının artırılması və ya dəyişdirilməsi üçün yeganə şərt olaraq təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımını müəyyən etmişdir. Lakin iş materiallarına əlavə edilmiş müəssədə həmin vəzifədə işləmiş işçilərin haqq-hesab vərəqələrindən görünür ki, işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımını müəyyən hər hansı hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə isə cavabdeh müəssisədə işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımının baş verməsi sübut olunmur. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar