Məhkəmə qərarları › İş №2(006)-1784/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1784/2024

28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1784/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun Azərbaycan Respublı̇ kasını Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin Tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin Sosı̇ al Ödənı̇ şlərı̇ Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alını maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlu Azərbaycan Respublı̇ kasını Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin Tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin Sosı̇ al Ödənı̇ şlərı̇ Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alını maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilərək onun 1976-ci ildən Hərbi xidmətə qədər işlədiyi müddəti və Hərbi xidmətdə daxil olmaqla sonrakı bütün iş stajını nəzərə alınmaqla ümumi iş stajının müəyyən edilməsi (27 il) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun 65 yaşı tamam olduğu üçün pensiya almaqdan ötrü "DOST" Mərkəzinə müraciət etmişdir. Onlarda onun iş stajı barədə heç bir məlumat olmadığı üçün ona pensiya yox, 220 manat məbləğində sosial müavinət təyin etdilər. Onun əmək kitabçası özümdə olmadığı üçün o, onlara heç bir sənəd təqdim edə bilməmişdir. O əvvəllər əmək kitabçasını almaq üçün, axırıncı iş yeri olan "Bakımühəndistikinti" trestinə müraciət etmişdir. Onlar isə ona sənədlərin arxivə təhvil verildiyini bildirmişdilər. O arxiv idarəsinə əmək kitabçasının tapılması üçün ərizə ilə müraciət etmişdir. 1 aydan sonra əmək kitabçasının tapılmaması barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialından xx.xx.2023-cü il tarixli №3-48-2F/2-Y-08662/2023 saylı məktubla sorğusuna cavab verilərək, "Bakımühəndistikinti" trestindən arxiv sənədlərinin təhvil verilmədiyini bildirmişdilər. Onun əmək kitabçası "Bakımühəndistikinti" trestinin kadrlar şöbəsində qalmışdır. Həmin idarə fəaliyyətini dayandırdığı üçün əmək kitabçasının tapılması mümkün olmamışdır. Əmək kitabçasını başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. O, əmək fəaliyyətinə 1976-cı ilin iyul ayından Leninin adını daşıyan toxuculuq kombinatında başlamış və hərbi xidmətə gedənə qədər 1977-ci ilin iyul ayına qədər orada işləmişdir. 1977-ci ildən 1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cü ilin iyun ayından "Əzizbəyov" indiki Koroğlu metrosunun yanında yerləşən Lampa zavodunda fəhlə kimi işini davam etdirmişdir. Orada işlədiyi müddətdə 1981-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1986-cı ildə həmin İnstitutu bitirmişdir. Lampa zavodunda işlədiyi müddətdə mənzil növbəsinə dayanmışdır. 1987-ci ildən köçürmə yolu ilə Lampa zavodundan "Bakımühəndistikinti" Trestində əmək fəaliyyətimi davam etdirmişdir. Onun mənzil növbəsində həmin Trestə köçürülmüşdür. 1993-cü ildə növbəlilik əsasında həmin idarədə mənzil almış və halhazırda da orada yaşayıram. xx.xx.1999-cu ilə qədər "Bakımühəndistikinti" Trestində işləmişdir. Əmək kitabçası itdiyi üçün 1976-1999-cü ilə qədər olan iş stajını təsdiq edə bilmir. Ona görə həmin dövr üçün əmək stajının olması faktının təsdiq olunmasını istəyir. Onunla bir yerdə işləyən iş yoldaşları var və onlar bunu təsdiq edə bilərlər. xx.xx.1999-cu il tarixdən "xxxx" Şirkəti ilə aralarında əmək müqaviləsi bağlanaraq xx.xx.2003-cü il tarixə kimi taksi sürücüsü vəzifəsində işləmişdir. Onun "xxxx" Şirkətindən xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixə kimi taksi sürücüsü işləməyi Əlibayramlı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 09 oktyabr 2007-ci il tarixli, 2(106)-158/08-27 sayll qətnaməsi ilə öz təsdiqini tapmışdır. Daha sonra maraqlı şəxs Azərbaycan Respublı̇ kasını Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin Tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin Sosı̇ al Ödənı̇ şlərı̇ Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alını tərəfindən "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair" iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı maraqlı şəxs qismində cəlb edilməklə "iş stajı faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İşin faktiki hallarına əsasən ərizəçi əmək fəaliyyətinə 1976-cı ilin iyul ayından Lenin adına toxuculuq kombinatında başladığını, 1987-ci il tarixdən köçürmə yolu ilə "Bakı Mühəndis Tikinti" Trestində əmək fəaliyyətini davam etdiyini və xx.xx.1999-cu il tarixədək həmin müəssisədə işlədiyini iddia edir. Ərizəçi əmək kitabçasını itirməsi səbəbindən 1976-1999-cu il dövrlər ərzində əmək stajını təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2(006)-1784/2024 nömrəli iş üzrə ərizə təmin edilməməlidir. İşin faktiki hallarına əsasən, ərizəçi 1976-cı ilin iyul ayından 1977-ci ilin iyul ayına kimi Lenin adına toxuculuq kombinatında, 1979-cu ilin iyun ayından 1987-ci ilə kimi Lampa Zavodunda işlədiyini iddia edir. Lakin həmin dövrlərə aid arxiv sənədlərinin olub-olmaması ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Həmçinin ərizəçi 1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "Bakı Mühəndis Tikinti" Trestində işlədiyini iddia etmiş, ərizənin qoşmasında həmin müəssisələrdə işləmiş 2 şahidin əmək kitabçasını əlavə etdiyini qeyd etmişdir. Lakin icraat materiallarına sadəcə bir şahidin əmək kitabçası əlavə edilmiş, digər şahidin əmək kitabçası isə əlavə edilməmişdir. Həmçinin şahid X8 ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "Bakı Mühəndis Tikinti" Trestində işləmişdir. Göründüyü kimi Ərizəçi işlədiyini iddia etdiyi dövrlərə münasibətdə sahid kimi göstərdiyi şəxslərdən X2 əmək kitabçası iş materiallarına əlavə edilməmiş, X8 əmək kitabçasına əsasən isə ərizəçinin işlədiyini iddia etdiyi dövrlərdə (1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək) sözügedən müəssisədə işləməmişdir. İş materiallarından göründüyü kimi, ərizəçi 1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi dövrlərə aid arxivdə sənədlərin olmaması barədə sübut təqdim etməmiş, həmçinin ərizədə şahid kimi qeyd etdiyi şəxslərin onunla birgə islədiyini sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlu yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləmiş, iş yoldaşı olmuşdur. Evlərini də birlikdə almışlar. Müdirləri demişdi ki, vəziyyət dəyişir, gəlin əmək kitabçalarınızı götürün. Dəqiq deyə bilmir, neçənci illər idi amma birlikdə işləmişlər. 1985-ci ildən hökümət dağılana kimi orada işləmişdir. Arada çıxıb qayıtmış. Əvvəl iş icraçısı olmuş, sonra 4-cü dərəcəli betonçu işləmişdir. 1985-1994-ə qədər orada işlədi, 97-də qayıdıb 99-a qədər yenidən orada işləmişdir. Kollektiv 70-80 nəfər idi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, iş icraçısı olmuşdur, Əlibaba ondan sonra gəlib. Əlibaba mühasib idi. Heç bir fasilə vermədən orada işləmişdi. Vəzifəsi dəyişib, amma eyni müəssisədə olmuşdur. 1984-1993-cü illərdə orada işləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, o, 1976-cı ildən zavod bağlanana qədər müəyyən fasilələrlə işləmişdir. 1977-ci ildə fevralda işə girmiş, 2005-ci ildə çıxmışdır. Sexdə işləyirdi, yataqxanada birlikdə qalırdılar. Sexdə təxmini 200 nəfərə yaxın işçi var idi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, o, mən də orada 1980-1992-ci illərdə Lampa zavodunda fəhlə işləmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublı̇ kasını Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin Tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin Sosı̇ al Ödənı̇ şlərı̇ Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının nümayəndəsi X11 ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, X3 "Azərelektroişıq" zavoduna daxil olunana qədər əmək stajı yoxdur. xx.xx.1980-ci il tarixində Bakı "Azərelektroişıq" zavodu İB Lyuminissent lampaların istehsalı üzrə sexə AHTB sazlayıcı şagirdi qəbul edilib. xx.xx.1980-ci il tarixində Həmin sexdə 3-cü dərəcəli AHTB sazlayıcı qəbul edilib(maşın, yuma, qurutma ,vurma). xx.xx.1981-ci il tarixində Starterlərin istehsalı üzrə sexə sokol yığılmasının y/avtomatın sazlayıcı şagirdi qəbul edilib. xx.xx.1981ci il tarixində 3-cü dərəcəli AHTB sazlayıcı dərəcəsi verilib( sokol yığılmasının, y/avtomatın montajı). xx.xx.1981-ci il tarixində Starter sexində hazır setka və spiralın quraşdırılması üzrə sazlayıcısı şagirdi keçirilib. xx.xx.1981-ci il tarixində elə orada setka və spiralın avadanlıq quraşdırılması üzrə 3-cü sazlayıcısı dərəcəsi verilib. xx.xx.1982-ci il tarixində Şüşə sexinə 1-ci dərəcə üzrə çilingər-təmirçi keçirilib. xx.xx.1983cü il tarixində Şüşə sexinə 4-cü dərəcə üzrə dartıcı-operator keçirilib. xx.xx.1984-cü il tarixində Enerji-təmir sexinə 3-cü dərəcəli çilingər-təmirçi keçirilib. xx.xx.1986-cı il tarixində Enerji-təmir sexində 4-cü dərəcəli çilingər-təmirçi dərəcəsi verilib. xx.xx.1989-cu il tarixində 3-cü dərəcəli kombayn sazlayıcısı (yuyulma, qurutma mominofer vurulması) keçirilib. xx.xx.1989-cu il tarixində Azərb.SSR ƏHQM 37 m. ilə öz xahişi ilə işdən azad edilib. Kadr və məişət üzrə Baş direktor köməkçisi: /ima var/ Hüseynov F.N. xx.xx.1989-cu il tarixində Enerji-təmir sexinə havalandırma qurğusunun maşinisti qəbul edilib. xx.xx.1992-ci il tarixində işdən azad edilib. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, X9 "Azərelektroişıq" TB. xx.xx.1977-ci il tarixində Yükləmə və boşaltma üzrə yükdfaşıyan işinə qəbul edilib. xx.xx.1980-ci il tarixində 2 saylı stareterniy sexinə sazlayıcı şagirdi keçirilib. xx.xx.1980-ci il tarixində Bıçaqlar yığılmasının 3-cü dərəcəli sazlayıcı verilib. xx.xx.1988-ci il tarixində Həmin sexdə 3-cü dərəcəli sokol sazlayıcısı keçirilib. xx.xx.1989-cü il tarixində Həmin sexdə montaj y/avtomatın texnoloji avadanlığın sazlayıcısı keçirilib. xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikasının ƏM-nin 75-ci madddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, X13 “BİH Bakı mühəndis inşaat" trestin 30 saylı Tİ. xx.xx.1985-ci il tarixində 2-ci dərəcəsi fəhlə keçirilib. xx.xx.1986-cı il tarixində 3-cü betonçu dərəcəsi verilib. xx.xx.1987-ci il tarixində Tikinti ustası vəzifəsinə keçirilib. xx.xx.1987-ci il tarixində 5-ci betonçu dərəcəsi verilib. xx.xx.1994-cü il tarixində AR ƏM-nin 36-cı maddəsinə əsasən başqa vəzifəyə keçirilmişdir. xx.xx.1997-ci il tarixində “Bakı mühəndis inşaat" trestin 30 saylı tikinti idarəsinə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, X7 "Bakı mühəndis inşaat" trestin 30 saylı Tİ. xx.xx.1984-cü il tarixdə V.İ.İenin adına tekstil kombinatından keçirməklə,3-cü dərəcəli quraşdırıcı qəbul edilib. xx.xx.1987-ci il tarixində 4-cü quraşdırıcı dərəcəsi verilib. xx.xx.1993-cü il tarixində AR ƏM-nin 36-cı maddəsinə əsasən başqa vəzifəyə keçirilmişdir. xx.xx.1997-ci il tarixində "Bakı mühəndis inşaat" trestinə komendant vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci ilədək həmin vəzifədə işləmişdir. İş materiallarında olan X12 Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası 2(106)-158/08-27 saylı, 09 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi apellyasiya şikayəti qismən təmin edilməsi, Beyləqan rayon məhkəməsinin 27 fevral 2004-cü il tarixli, 2-27 saylı qətnaməsinin ləğv edilməsi və "xxxx" Şirkətindən müqavilədə göstərilən vəziyyətdə "Daevoo-Lanos" markalı avtomaşın alınıb iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, BBTİ “Bakımühəndistikinti” trestinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, “Azərelektrosvet” (Lampa zavodu) və “Lenin adına toxuculuq kombinatı”nın (sonraki adı Zeynalabdin Tağıyev adına) sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11.-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 16-cı və 17-ci bəndlərinə əsasən əsasən iş stajı barədə sənədlər olmadıqda, idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, müəyyən səbəblərdən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Məhkəmə ilk olaraq ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun 1979-cu ilin iyun ayından 1987-ci ilədək lampa zavodunda işləməsinin təsdiq edilməsi tələbi ilə bağlı qeyd edir ki, ərizəçi onunla bir idarədə birgə işləyən iki iş yoldaşını - X10 və X6 şahid qismində məhkəməyə təqdim etmişdir. Həmin şahidlərin izahatlarından və mülki iş materiallarına əlavə edilmiş əmək kitabçalarından görünür ki, X10 xx.xx.1980-ci il tarixindən xx.xx.1992ci il tarixinədək, X9 isə xx.xx.1977-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Azərelektrosvet”-də (Lampa zavodunda) işləmişdirlər. Məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun “1979-cu ilin iyun ayından 1987-ci ilədək lampa zavodunda işləməsinin təsdiq edilməsi” tələbi qismən təmin edilməlidir. Belə ki, X10 xx.xx.1980-ci il tarixindən “Azərelektrosvet”-ə işə qəbul edildiyindən, ərizəçi 1979-cu ilin iyun ayından xx.xx.1980-ci il tarixinədək həmin təşkilatda işləməsi ilə bağlı iki şahid təqdim edə bilməmişdir (həmin dövrü təsdiq edən yalnız X4 əmək kitabçası və izahatları olmuşdur). Beləliklə məhkəmə iddianın bu hissəsi ilə bağlı qeyd edir ki, ərizə bu hissədə qismən təmin edilməli, Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda) işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Daha sonra ilk olaraq ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun 1987-ci il tarixindən xx.xx.1999-cu il tarixədək "Bakımühəndistikinti" Trestində işləməsinin təsdiq edilməsi tələbi ilə bağlı qeyd edir ki, ərizəçi onunla bir idarədə birgə işləyən iki iş yoldaşını - X13 və X5 şahid qismində məhkəməyə təqdim etmişdir. Həmin şahidlərin izahatlarından və mülki iş materiallarına əlavə edilmiş əmək kitabçalarından görünür ki, X13 fasilələrlə, yəni xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, daha sonra isə xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək BBTİ “Bakımühəndistikinti” trestində işləmişdir. X1 isə, fasilələrlə, yəni xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək, daha sonra isə xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək BBTİ “Bakımühəndistikinti” trestində işləmişdir. İddianın bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, şahidlər BBTİ “Bakımühəndistikinti” trestində fasilələrlə işlədiklərindən, onların yalnız həmin müəssisədə bir yerdə işlədikləri dövr (üst-üstə düşən tarixlər) ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun "Bakımühəndistikinti" Trestində işləməsinin təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Beləliklə məhkəmə iddianın bu hissəsi ilə bağlı qeyd edir ki, ərizə bu hissədə də qismən təmin edilməli, Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Bakımühəndistikinti" Trestində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin ərizəçinin “xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixə kimi "xxxx" Şirkətində işləməsi” tələbi ilə bağlı qeyd edir ki, həmin fakt X12 Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası 2(106)-158/08-27 saylı, 09 dekabr 2007-ci il tarixli qətnaməsi ilə təsdiq edildiyindən, ərizə bu hissədə təmin edilməlidir. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün qeyd edilənərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda), xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Bakımühəndistikinti" Trestində, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixinədək "xxxx" Şirkətində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun Azərbaycan Respublı̇ kasını Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin Tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin Sosı̇ al Ödənı̇ şlərı̇ Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alını maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilsin. Ərizəçi Yaqubov Əlı̇ baba Nı̇ yazi oğlunun xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda), xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Bakımühəndistikinti" Trestində, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixinədək "xxxx" Şirkətində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar