Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-181/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək haqqından artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək haqqından artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin mart ayından 2018-ci ilin may ayına qədər cavabdeh təşkilatda kredit şöbəsinin müdiri vəzifəsində çalışmışdır.Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 18% olmaqla, 5000 manat,xx.xx.2015-ci iltarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 22% olmaqla, 5000 manat kredit xətləri açılmış, iddiaçı tərəfindən kredit vəsaiti təyinatı üzrə istifadə edilmişdir. İddiaçının bankdan götürdüyü kredit vəsaitləri üzrə əmək haqqı kartından hər ay müqavilə şərtlərinə uyğun şəkildə əsas və faiz ödənişlərini vaxtı-vaxtında ödəmiş,əmək haqqı məbləğinə mütənasib olaraq ödənişlərini həyata keçirmişdir.Lakin sonralar iddiaçının maddi vəziyyətinin pisləşməsi səbəbindən əmək haqqı məbləğinin 60-65 faizi məbləğində ödəmələr aparmışdır.Son zamanlar bankda baş vermiş kadr dəyişikliyi ilə bağlı yeni rəhbərliyin təyin olunmasından sonra cavabdeh iddiaçının əmək haqqından qanunvericiliyin, Mərkəzi Bankın və X2 Palatasının metodiki qayda və göstərişlərinə zidd olaraq iddiaçının iradəsinin ziddinə artıq silinmələr(faizəfaiz,ikiqat dəbbə,əldən çıxmış fayda və sair) aparmağa başladı. İddiaçı bankda işlədiyini,həm də kredit şöbəsinin müdiri vəzifəsində işlədiyini,əmək haqqından yüz faiz silinmələrin akseptsiz qaydada silindiyini nəzərə alaraq hər hansı bir formada cavabdehə təzyiq etmək imkanının olmaması səbəbindən bu biabırçılığa müəyyən müddət dözməli və bu halla barışmalı olurdu. 2018-ci ilin oktyabr ayında iddiaçı tutduğu vəzifənin ixtisara düşməsi səbəbindən cavabdeh tərəfindən ona ödənilmiş 7658 manat əmək haqqından və xəstəlik vərəqəsinə əsasən ödənilmiş 2658 manat məbləğin yuxarıda qeyd etdiyi qaydada kobud şəkildə silindiyinin şahidi oldu. Cavabdeh özünün ilk silinmələrindən başlayaraq,əmək haqqından 50%dən artıq silinmə etməməli olduğu halda bütün əxlaq,qanunçuluq,korporativ normaları sözün əsl mənasında saymayaraq, ali dəyərlərin onlara aid olmadığını,sanki iddiaçı ilə “Vətən xaini” kimi davranaraq bütün əmlakının son qəpiyinəqədər müsadirə edilməsinə nail olmuş kimi davranaraq ailə,sosial,məişət vəziyyətini nəzərə almadan özbaşınalıq etmişdir.Hətta onlar bir az da irəli gedərək iddiaçının əmək haqqı kartından özünün kredit borcuna görə hər ay əmək haqqı məbləğinin 60-65 %-ni ödədiyi üçün 2017-ci ilin dekabr ayında iddiaçıya heç bir əsası olmadan töhmət də veriblər.xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının ödəməli olduğu borca görə əsas borc üzrə 2649 manat, faiz borcu üzrə 396 manat, xx.xx.2015-ci iltarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1389 manat, faiz borcu üzrə 315 manat olmalı idi.Hər iki kredit müqaviləsinə əsasən cəmi 4759 manat silinmə aparılmalı idi. Lakin bank müvafiq olaraq xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2873 manat ,xx.xx.2015-ci iltarixli kredit müqaviləsinə əsasən 1355 manat artıq silinmə aparmışdır. Hər iki kredit müqaviləsi üzrə müqavilənin bağlanmasından müqavilə müddətinin bitməsinə qədər və ondan sonra aparılan qanunsuz silinmələr nəticəsində iddiaçının əmək haqqından 4228 manat artıq silinmə aparılmışdır ki, cavabdeh bu vəsaiti qəpiyinə qədər iddiaçıya qaytarmağa borcludur. Göstərilənlərə əsasən Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş 10316 manat məbləğində son haqq-hesab məzuniyyət pulunun, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 10 000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi, cavabdehin qanunsuz əməllərinin aidiyyəti araşdırılmasından ötrü xüsusi qərardad çıxarılması və bununla bağlı Baş prokurora məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10359 saylı, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditora olan əsas və faiz borcunu müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 20 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30302 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı xx xxxxxx 2016-cı il tarixinə Cavabdeh ASC olan borcu 4.889,15 manat məbləğində müəyyən edilir, o cümlədən - əsas borc üzrə 4850,35 manat, faiz borcu üzrə 38,80 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 8.104,06 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2016-cı il tarixdən bu günədək edilmiş 8.104,06 manat ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixə (qərardadın tarixinə) cavabdehin borcunun tam ödənilməsi və 981.84 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir.Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı xx xxxxxx 2016-cı il tarixinə Cavabdeh ASC-yə olan borcu 5,096.96 manat məbləğində müəyyən edilir, o cümlədən- əsas borc üzrə 4854,76 manat, faiz borcu üzrə 242.20 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 8.549,10 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2016-cı il tarixdən bu günədək edilmiş 8.549,10 manat ödənişlər nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixə (qərardadın tarixinə) cavabdehin borcunun tam ödənilməsi və 210,13 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir.Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçıCavabdeh ASC-yə olan borcu 5096,96 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4854,76 manat, faiz borcu üzrə 242,20 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən 8.549,10 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2016-cı il tarixə göstərildiyindən 8549,10 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil edir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensassiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Bundan başqa, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərəin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, ödəniş üsulu kimi iddiaçının əmək haqqından silinmələr aparılmışdır. Hazırda iddiaçı onun əmək haqqından artıq tutulmalar aparıldığını bildirir və onun əvəzini tələb edir. Məhkəmə iddia tələbinin “əmək haqqından qanunsuz silinmiş 10316 manat məbləğində son haqq-hesab məzuniyyət pulunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə ekspert rəyi nəzərə alınmaqla, qismən təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun əmək haqqından qanunsuz silinməyə görə 10316 manat məbləğində pul tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı xx xxxxxx 2016-cı il tarixinə Cavabdeh ASC-yə olan borcu 4.889,15 manat məbləğində müəyyən edilir, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 8.104,06 manat məbləğində ödəniş aparılması müəyyən edilir, xx.xx.2016-cı il tarixdən bu günədək edilmiş 8.104,06 manat ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixə cavabdehin borcunun tam ödənilməsi və 981,84 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir.xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, İddiaçı xx xxxxxx 2016-cı il tarixinə Cavabdeh ASC-yə olan borcu 5.096,96 manat məbləğində müəyyən edilir, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 8.549,10 manat məbləğində ödəniş aparılması müəyyən edilir, xx.xx.2016-cı il tarixdən bu günədək edilmiş 8.549,10 manat ödənişlər nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixə cavabdehin borcunun tam ödənilməsi və 210,13 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh banka cəmi 1191,97 manat (981,84 manat və 210,13 manat) artıq ödəniş edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, iddiaçının cavabdeh tərəfindən onun əmək haqqından qanunsuz silinməyə görə 10316 manat məbləğində pul tələb etməsi əsassızdır. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş cəmi 1191,97 (bir min yüz doxsan bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1221,97 (bir min iki yüz iyirmi bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 165 (bir yüz altmış beş) manat pulun 100 (bir yüz) manat hissəsi İddiaçı, 65 (altmış beş) manat hissəsi Cavabdeh ASC-dən tutulubAz.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş cəmi 1191,97 (bir min yüz doxsan bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1221,97 (bir min iki yüz iyirmi bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 165 (bir yüz altmış beş)manat pulun 100 (bir yüz) manat hissəsi İddiaçı, 65 (altmış beş) manat hissəsi Cavabdeh ASC-dən tutulubAz.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-181/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-181/2020
10.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver