Məhkəmə qərarları › İş №2(1-8)-1525/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1525/2026

01.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1525/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “Gəncə Dövlət Universitetinin X36” X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X4rşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 19 yanvar 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. nümayəndə5 ## ##### 2025-ci il tarixdən xxxxinin tədris işləri üzrə direktor müavini vəzifəsindən xxxxinin direktoru vəzifəsinə keçirilmişdir. Əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ## ##### 2025-ci il tarixli, *-**-**/*-*-**K-**** saylı əmri olmuşdur.

2. Işəgötürən Cavabdeh X5 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsi ilə iş yerinin adı Cavabdeh X5, əmək müqaviləsinin bağlandığı tarix ## ### 2021-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 866,70 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi ## ### 2022-ci il olmuşdur.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xxxxinin həmin vaxt direktor vəzifəsini icra edən dos.Ilqar Kubışov tərəfindən İddiaçı barəsində tətbiq edilmiş “intizam tənbehinin verilməsi” haqqında *** nömrəli, ## ###### 2024-cü il tarixli əmrlə, xxxxin "Mədəniyyət və Incəsənət" şöbəsinin müdiri İddiaçı vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirmədiyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ - ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ## ###### 2024-cü il tarixli, *-**- **/*-*-***K-**** saylı əmri olmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X71 şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir. Təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şiddətli töhmət verilməsi barədə ## #### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 20 ilə yaxındır ki, xxxxdə işləyir. Hazırda həmin Kollecin Mədəniyyət və Incəsənət Şöbəsinin müdiri vəzifəsində çalışır. Işlədiyi müddətdə əmək qanunvericiliyinin tələblərini pozmamışdır. Lakin məlumatı olmadan cavabdeh təşkilatın direktor əvəzi nümayəndə5 tərəfindən ## ###### 2024-cü il tarixdə ona töhmət verilmiş, sonradan isə ## #### 2025-ci il tarixdə şiddətli töhmət verilmişdir. Qeyd olunan töhmətlərin verilməsi tam qanunsuzdur və ona cavabdeh tərəfindən bu barədə bildiriş verilməmiş, izahatı alınmamış, eləcədə həmkarların iclası keçirilməmişdir. Qeyd olunan əmrdə onun hansı nöqsanlara yol verməsi, əmək funksiyalarının pozulmasının nədə ifadə olunması müəyyən edilmir.

7. Cavabdeh Cavabdeh X5 direktoru nümayəndə5 məhkəməyə ərizə ünvanlayaraq iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş, eyni zamanda qeyd etmişdir ki, aşkar olunan nöqsanların xarakterini və miqyasını nəzərə alaraq, iddiaçıya Kollecin ##.##.2024-cü il *** saylı əmrə əsasən GDRK sabiq direktoru İ.Kubışev tərəfindən Elm və Təhsil Nazirliyi Kollegiyasının ## ### 2024-cü il tarixli KG-07 qərarı ilə vəzifə borcunu yerinə yetirmədiyinə görə və “Təhsilverənin etik davranış qaydaları”nı pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu töhmətlə iddiaçı tanış olmuşdur. ## ###### 2025-ci il 42N-1I əmrə əsasən yaradılmış “Tədrisin təşkil edilməsi sahəsində tədbirlərin həyata keçirilməsi barədə” komissiyanın yoxlama zamanı Kollecin Mədəniyyət və Incəsənət şöbəsində bir sıra kobud nöqsanlar aşkar edilmişdir. Lakin bu tədbirlərə baxmayaraq, o, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində hər hansı tədbir görməmiş və əmək funksiyalarını yerinə yetirərkən təkrarən kobud nöqsanlara yol vermişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, ## #### 2025-ci il tarixli əmr əsasında ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Şöbə müdiri izahat əvəzi - məlumat ərizəsi yazmış və şiddətli töhmətlə tanış olmuşdur. Əsas olaraq iddiaçının ## #### 2025-ci il tarixli izahatı, Kollecin 25, 26, 27 və ## ###### 2025-ci il tarixli aktları göstərilir. Həmçinin, ## #### 2025-ci il tarixində müəllim X25 analıq məzuniyyətinə çıxması və dərslərinin əvəz olunması ilə bağlı verilmiş əmrə baxmayaraq, iddiaçı bu barədə məlumatsız olduğunu bildirərək rəhbərliyə dərslərin 10 gün əvəz olunmadığı ilə bağlı təqdimat vermişdir. Bu fakt bir daha sübut edir ki, iddiaçı tədris prosesindən xəbərsiz olmuşdur. Bundan əlavə, iddiaçı vəzifə təlimatının olmadığı bəhanəsi ilə tədris plan və proqramlarının icrasını təmin etməmişdir. Nəticədə bir sıra müəllimlər dərslərdə iştirak etməmiş və tədris prosesi pozulmuşdur. Bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Bu cür nöqsanlarla bağlı bu günə qədər bir çox aktlar və izahatlar da mövcuddur.

8. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş ## #### 2025-ci il tarixli, ** nömrəli əmr qanunsuzdur. Dərsə gəlməyən 2 nəfər müəllim barədə məlumatı cavabdeh müəssisənin direktoru nümayəndə5 məlumat vermişdir. Həmin ərəfələrdə analıq məzuniyyətinə gedən Səyyarə müəllimin dərslərinin bölünməsi barəsində müəllimlər arasında mübahisə gedirdi. Onunla cavabdeh müəssisənin direktoru nümayəndə5 arasında olan mübahisənin səbəbi onun ##.##.2025-ci il tarixdə nümayəndə5 ilə guya telefonda yüksək səs tonu ilə danışması olmuşdur. ##.##.2025-ci il tarixdə “Yeni Azərbaycan Partiya”sının binasında 8 mart Qadınlar günü münasibətilə konsert proqramı təşkil olunmuşdur, həmin konsert proqramına müəllimləri və tələbələri ilə birlikdə o da dəvətli idi. O, direktor müavini Aslan müəllimdən icazə alaraq məhz müəllimləri, tələbələri və ansamblı ilə birlikdə həmin tədbirə qatılmışdır. Həmin tədbirə direktor nümayəndə5 da qatılmışdır. Direktor onu tədbirdə görəndən sonra axşam saat 17:00-da onu çağıraraq kimdən icazə alaraq tədbirdə iştirak etməsini soruşmuşdur. O isə direktora zəng etdiyini, lakin telefonu açmadığından müavinə zəng edərək icazə aldığını demişdir. Iddiaçı qeyd etmişdir ki, sözügedən yoxlamalarda özü iştirak etməmiş, ümumiyyətlə izahatı alınmamış, həmçinin izahat verməkdən imtina etməmişdir. Ümumiyyətlə işə davamiyyət məsələsi direktor və direktor müavininə aid məsələdir. Müəllimlər hər gün işə davamiyyət kitabçasına imza edirlər, direktor da hər gün onu yoxlayır. Müəllim işə gəlmədiyi halda fənn birləşmə sədri direktora təqdimat yazaraq dərsin əvəzlənməsini xahiş edir. Bundan sonra ona icra edilməsi üçün sərəncam gəlir. Iş artıq məhkəməyə gəlib çıxdıqdan sonra müəllimlərdən həmin hadisə ilə bağlı izahat alınmağa başlanmışdır. Dəfələrlə işlə bağlı qüsurlar barəsində direktora vaxtında məlumat vermiş, lakin direktor bunlara məhəl qoymamışdır.

9. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddia əsassız olduğundan iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, iddiaçıya ## #### 2025ci il tarixli “şiddətli töhmətin tətbiq edilməsi barədə” əmrin verilməsi müəllimlərin işə davamiyyəti ilə əlaqədar olmuşdur. “Şiddətli töhmətin tətbiq edilməsi barədə” əmrdən əvvəl cavabdeh tərəfindən iddiaçı barəsində töhmət verilmişdir. Bu ilin aprel ayına kimi işçilərin heç birinin vəzifə təlimatı olmamış, bununla bağlı kadrlar şöbəsinə töhmət verilmiş, lazımı tədbirlər görülmüşdür. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid TarifX48 şöbə müdirinin əmək funksiyaları konkret şəkildə təsbit olunmuşdur. Şöbə müdirinin əmək funksiyalarına tədris plan və proqramlarının yerinə yetirilməsini təmin etmək, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlamaq, dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət etmək və təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət etmək daxildir. Işçinin əmək funksiyaları əmək müqaviləsinin 3-cü bəndində, daha konkret olaraq vəzifə təlimatında təsbit olunmuşdur. Müəssisədə 8 şöbə müdiri var, hər birinin əmək funksiyaları eynidir. Məhz iddiaçının rəhbərlik etdiyi şöbədə işləyən müəllimlərin kütləvi şəkildə dərsdə olmaması ilə bağlı komissiya tərəfindən araşdırma aparılmış, iddiaçının əmək funksiyalarında pozuntuya yol verdiyi aşkar olunmuşdur.

10. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı şiddətli töhmət verilməsinə dair Cavabdeh X5 tərəfindən qəbul olunmuş ## #### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi qət edilmişdir (hakim Fuad Fərhadov).

11. Məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı, cavabdeh təşkilatın - Cavabdeh X5in Mədəniyyət və incəsənət şöbəsinin müdiri vəzifəsində işləyir. Cavabdehin ** nömrəli, ## #### 2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Mədəniyyət və incəsənət şöbəsinin müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmiş, əsas kimi İddiaçı ## #### 2025-ci il tarixli izahatı, Kollecin 25 fevral, 26 fevral, 27 fevral və 28 fevral tarixli aktları qeyd edilmişdir. Həmin aktlara görə xxxxində ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində müəllimlərin dərsə davamiyyətinin yoxlanılması zamanı şöbənin bir neçə işçiləri - müəllim, müşayiətçi və illiüstrator dərsdə iştirak etməyiblər.

12. Məhkəmə qeyd etmişdir ki, intizam tənbehi işəgötürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir.

13. Əmək intizamı təsbit edilmiş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Ona görə də işçilər Əmək Məcəlləsinə, əmək müqaviləsinə, müəssisənin lokal normativ aktlarına müvafiq surətdə müəyyən olunmuş qaydalara tabe olmalıdırlar. Işçilərin birgə əmək fəaliyyəti zamanı davranışı lokal normativ akt olan müəssisədaxili intizam qaydaları ilə müəyyən olunur. Intizam - kollektivin bütün üzvləri üçün məcburi olan qəti surətdə təsbit edilmiş qaydaya tabeçiliyi ifadə edir. Intizam tənbehi intizam xətasına görə verilə bilər. Intizam xətasını səciyələndirən əlamətlərdən biri ondan ibarətdir ki, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi, müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur.

14. Qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müəyyən edilmişdir. Bu pozuntuların işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü də işəgötürənin üzərindədir.

15. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisəli ## #### 2025-ci il tarixli əmrdə iddiaçıya töhmət verilməsinə əsas kimi “yol verdiyi nöqsanların aradan qaldırması istiqamətində işlər görmədiyi, əmək funksiyalarını yerinə yetirdiyi zaman kobud nöqsanlara yol verdiyi” qeyd olunsa da bu nöqsanların tərkibi açıqlanmamış, konkret olaraq iddiaçı tərəfindən əmək qanunvericiliyinin və yaxud əmək müqaviləsinin hansı şərtlərinin pozulması şərh edilməmişdir.

16. Bununla yanaşı əmrdə Mədəniyyət və incəsənət şöbəsinin müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə əsaslanılarkən şöbənin bir neçə işçisinin, yəni bir neçə müəllim, müşayiətçi və illiüstrator dərsdə iştirak etməməsi ilə bağlı tərtib olunmuş ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli aktlara istinad olunmuşdur.

17. Lakin məhkəmə qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X71, GDU X36 AHIK-nin sədri M.İ.Əsgərova tərəfindən ##.##.2025-ci il tarixdə razılaşdırılmış və xxxxin həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən nümayəndə5 tərəfindən ##.##.2025-ci il tarixdə təsdiq edilmiş daxili intizam qaydalarında, eləcə də iş materiallarına əlavə edilmiş xxxxin “Mədəniyyət və Incəsənət” şöbəsi üzrə 2024-2025-ci tədris ili üçün həmin vaxt direktor vəzifəsini icra edən dos.İ.N.Kubışov tərəfindən ##.##.2024-cü il tarixdə təsdiqlənmiş iş planında sözügedən əmr verilən zaman qeyd edilən şöbə müdirinin şöbənin əməkdaşlarının, yəni təhsilverənlərin işə davamiyyətinə məsul olması və ya nəzarət etməsi kimi hər hansı əmək funksiyasının, vəzifəsinin olması görünmür.

18. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bu ilin aprel ayına kimi işçilərin heç birinin vəzifə təlimatı olmamış, bununla bağlı kadrlar şöbəsinə töhmət verilmişdir.

19. Cavabdehin təqdim etdiyi ##.##.2025-ci il tarixli “direktorun vəzifə təlimatı” və ##.##.2025-ci il tarixli “şöbə müdirinin vəzifə təlimatı” isə sözügedən əmr verildikdən sonra, ##.##.2025-ci il tarixdə GDU X36 direktoru nümayəndə5 tərəfindən təsdiq edilmişdir.

20. Məhkəmə iş materiallarına əsasən xüsusən qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X6 Sorğu Kitabçasında şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir. Təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir.

21. Göründüyü kimi, istinad edilən aktlar üzrə iddiaçının intizam məsuliyyətinə səbəb olacaq hərəkətin (hərəkətsizliyin) mövcudluğu müəyyən edilməmişdir.

22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 3, 12, 42, 182, 187, 189-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxxin Mədəniyyət və Incəsənət şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ona ## #### 2025-ci il tarixli ** nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir. Belə ki, Şöbə müdiri İddiaçı vəzifə təlimatına uyğun işini icra etmir. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, lakin sübutlara düzgün hüquqi qiymət verməmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, yol verdiyi nöqsanlara görə iddiaçıya 2024-cü ildə şiddətli töhmət verilməsinə baxmayaraq, sonuncu işində dönüş göstərməmiş bu səbəbdən də ## #### 2025-ci il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Özünün razılığına əsasən İddiaçı artıq şöbə müdiri vəzifəsindən azad olunmuşdur.

26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, şöbə müdiri kimi üzərinə düşən vəzifəni lazımı qaydada icra edə bilməməsi barədə deyilənlər yalandır. Belə ki, rəhbərlik etdiyi şöbədə dərsə gəlməyən müəllimi başqa müəllimlə əvəz etmişdir. Bəzi hallarda müəllimlərin dərsə gəlməməsi, həmin müəllimin keçirilən tədbirdə iştirak etməsi səbəb olmuşdur. Tərtib olunan aktda adları göstərilən müəllimlərin bəzilərinin heç həmin gün dərs saatı olmamışdır. Tədrisdən yayınan müəllimlər barədə isə rəhbərliyə məlumat vermişdir. Rəhbərlik etdiyi şöbədə araşdırmanın aparılmasından isə onun xəbəri olmamış, hətta ona bu barədə qabaqcadan məlumat belə verilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X31 izahatında bildirmişdir ki, Cavabdeh X5 Mədəniyyət və Incəsənət şöbəsində fortepiano müəllimi işləyir. 2025-ci ilin fevral ayının 25, 26 və 27-sində dərsdə olmuşdur. Ola bilərdi ki, həmin günlərdə 5- 10 dəqiqə dərsə gecikmiş olsun.

28. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X26 izahatında bildirmişdir ki, xxxx” X5 Mədəniyyət və Incəsənət şöbəsində qarmon müəllimidir. ## ###### 2025-ci ildə şöbə müdiri Vüsalə müəllimə onu tədbirə göndərdiyi üçün həmin gün işdə olmamışdır. 2025-ci il fevral ayının 28-də ona dərsdə olmaması ilə bağlı izahat verməyini demişlər. O da dərsi olduğuna görə izahat verə bilməmişdir.

29. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, xxxx” X5 Mədəniyyət və Incəsənət şöbəsində konsertmeyster və illustrator işləyir. ## ###### 2025-ci ildə öz sinifində olmuşdur. Ola bilsin 5 dəqiqə sinifdə olmadığı vaxt yoxlama gəlsin, o da həmin vaxt sinifdə olmasın.

30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 19 yanvar 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir (hakimlər: Rəhman Muradov-sədrlik edən və məruzəçi, Əkrəm Qəhrəmanov və Mustafa Mustafayev).

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı xxxx” X5 Mədəniyyət və Incəsənət şöbəsinin müdiri vəzifəsində işləyir. Kollecin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən 2025-ci ilin fevral ayı üzrə tədrisin təşkili vəziyyəti yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkili lazımi səviyyədə olmamış və bununla bağlı müvafiq aktlar tərtib olunmuşdur. Komissiya üzvlərinin tərtib etdikləri ## ###### 2025-ci il tarixli aktdan müəyyən olunmuşdur ki, müşayətcilər X31, X7 ## ###### 2025-ci ildə, ## ###### 2025-ci il tarixli akt üzrə müəllimlər X18, X32, X19, müşayiətçilər X20, X14, illiüstrator X15, X2 ## ###### 2025-ci ildə, ## ###### 2025-ci il tarixli aktlar üzrə müəllimlər X8, X51, X9, X10, X33, X16, X11, X3, X43, X21, X44, müşayiətçilər X27, X12, X66, illiüstrator X15, X28, X22, X1 ## ###### 2025-ci il tarixdə dərsdə olmamışlar. Komissiyanın aşkar etdiyi pozuntuya, yəni Mədəniyyət və Incəsənət şöbəsinin müdiri İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkilini lazımi səviyyədə qura bilməməsinə görə ## #### 2025-ci il tarixli, ** nömrəli əmrlə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bununla razılaşmayan İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

32. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apelyasiya şikayətin dəlilləri əsaslıdır.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı İddiaçı rəhbərlik etdiyi Mədəniyyət və Incəsənət şöbəsində tədrisin təşkili ilə bağlı yol verdiyi nöqsana görə ## #### 2025-ci il tarixli, ** nömrəli, əmrlə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X6 Sorğu Kitabçasında şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: şöbə müdiri tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir, tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır, dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir, təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir, pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir, təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir, laboratoriya imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir, təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir, Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir, şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir.

35. Göründüyü kimi, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X6 Sorğu Kitabçasında tədrisin təşkili birbaşa şöbə müdirinin əmək funksiyasına daxil edilmişdir. Komissiyanın tərtib etdiyi 26, 27 və ## ###### 2025-ci il tarixli aktlarla müəyyən olunur ki, həmin tarixlərdə, yəni birinci halda iki, ikinci halda yeddi, üçüncü halda isə 19 əməkdaş (müəllim, müşayətçi və illiüstrator) dərs keçməmiş şöbə müdiri İddiaçı isə öz növbəsində bu barədə kollec rəhbərliyini məlumatlandırmamışdır.

36. ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında işçilərin davamiyyəti barədə jurnala (tabelə) da baxış keçirilərəkən müəyyən olunmuşdur ki, ## ###### 2025-ci il tarixdən başlayaraq aktlar tərtib olunan günlərdə daxil olmaqla xalq çalğı alətləri üzrə 13-cü sırada Habil Əliyev, 23-cü sırada Tariel Rüstəmov, 24-cü sırada Zaur Məmmədov, instrumental ifaçılıq üzrə 8-ci sırada Gülşən Abbasova, 16 sırada Aynurə Əsədova, 23-cü sırada Leyla Rzayeva, 42-ci sırada Aysun Nağıyeva, 49-cu Rafət Tağıyeva, 62-ci sırada Böyükxanım Hüseynzadə, Müşayət fənni üzrə 4-cü sırada Nərgiz Əliyeva, 13-cü sırada Arzu Məmmədova, 25-ci sırada Mehriban Allahverdiyeva, 29-cu sırada Fəridə Həsənli, 42-ci sırada Reyhanə Mehdiyeva, okestr alətləri üzrə Samir Hüseynov, illisturator üzrə 3-cü sırada Rəhman Quliyev, 4-cü sırada Ramil Əliyev, 7-ci sırada Mehbarə Cəfərova, 9-cu sırada Anar Abbasov və 12-ci sırada Kamilə Abbasova işə davamiyyət jurnalına (tabelə) imza etmişlər. Belə nəticəyə gəlinmişdir ki, adları qeyd olunan şəxslər təqvim ayı üzrə, xüsusən də akt tərtib olunan 26, 27 və ## ###### 2025-ci il tarixlərdə iş yerlərində, yəni kollecdə olmuşlar. 26, 27 və ## ###### 2025-ci il tarixlər üzrə komissiyanın tərtib etdiyi aktlarda isə qeyd edilmişdir ki, yuxarıda adları göstərilən şəxslər barələrində akt tərtib olunan günlər dərs keçməmişlər. Bu da onu deməyə əsas verir ki, şöbə müdiri İddiaçı tədrisin təşkilinə (akt tərtib olan günlərə) nəzarəti lazımi səviyyədə olmamışdır.

37. Bununla da, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməyərək iddianı təmin etmiş və yanlış nəticəyə gəlmişdir.

38. Məhkəmə öz mövqeyini Əmək Məcəllənin 10, 186, 187, 190-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz mövqeyində qeyd etmişdir ki, müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda şöbənin demək olar ki, bütün müəllim, müşayətçi və illiüstrator kollektivi dərslərdə iştirak etməmişlər və bu səbəbdən də şöbənin müdiri İddiaçı töhmət verilmişdir. Lakin, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş aktlarda adları qeyd olunan X31, X23 və X2 izahatlarında bildirmişlər ki, onlar akt tərtib olunduğu gün dərsdə olmuşlar. Qətnamədən də aydın görünür ki, aktlar tərtib olunduğu gün 26, 27 və ## ###### 2025-ci il tarixlərdə müəllimlər kollecdə olmuşlar, lakin həmin günlərdə dərs keçməmələrinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, əgər siyahıda adları qeyd olunan müəllim kollektivi qeyd olunan tarixlərdə dərsdə iştirak etməmişlərsə niyə onların izahatı alınmamış və onlar barəsində heç bir intizam tədbiri həyata keçirilməmişdir? Niyə məhz şöbə müdiri barəsində intizam tədbiri həyata keçirilir və yalnız ona töhmət və şiddətli töhmət verilir. Bütün bunlar onu deməyə əsas verir ki, nümayəndə5 qərəzli olaraq və qanunvericiliyin tələblərini pozaraq əsassız yerə Şöbə müdiri vəzifəsində çalışan Vusalə Kəngərliyə töhmət və şiddətli töhmət vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X6 Sorğu kitabçasında şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur və orda birbaşa olaraq qeyd olunmuşdur ki, şöbə müdiri təhsilalanların dərsə davamiyyətinə və intizamına nəzarət edir.

41. Tədris verənlərin davamiyyətinə nəzarət şöbə müdirinin vəzifə funksiyasına aid deyildir. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixdə təsdiqlənmiş iş planında əmr verilən zaman qeyd olunan şöbə müdrinin şöbənin əməkdaşlarının, yəni təhsilverənlərin işə davamiyyətinə məsul olması və ya nəzarət etməsi kimi hər hansı əmək funksiyasının, vəzifəsinin olması görünmür. Məhkəmə iclası zamanı işçilərin davamiyyəti barədə jurnala baxış keçirilmiş və müəyyən olunmuşdur ki, aktlar tərtib olunan günlərdə aktlarda adları qeyd olunan şəxslər işə davamiyyət jurnalına imza etmişlər və kollecdə olmuşlar. Lakin, onların məhz həmin tarixdə dərs keçməmələri barədə heç bir əsaslı sübüt, onların dərsdə olmamalarına dair izahatları məhkəməyə təqdim olunmamışdır. Bu da onu deməyə əsas verir ki, məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan bütün halları düzgün araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir. Bütün bunlar onu demyə əsas verir ki, cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş ## #### 2025-ci il tarixli tarixli, ** nömrəli əmr tamamilə qanunsuzdur, əmək qanunvericiliyin və eləcə də işçinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Mübahisəli əmrdə konkret olaraq iddiaçı tərəfindən əmək qanunvericiliyinin və yaxud müqaviləsinin hansı şərtlərinin pozulması şərh edilməmişdir.

42. Kassator şikayətini Əmək Məcəllənin 2.3, 3-cü maddənin 5-ci bəndinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

44. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

45. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri:

1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

46. Maddə 187. Intizam tənbehinin verilməsi qaydaları

1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

47. Maddə 190.

1. Intizam tənbehi verildiyi gündən altı ay müddətində qüvvədə olur.

3. Işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işin halları apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul edilməsini zəruri edir.

57. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Kollecin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən 2025-ci ilin fevral ayı üzrə tədrisin təşkili vəziyyəti yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkili lazımi səviyyədə olmamış və bununla bağlı müvafiq aktlar tərtib olunmuşdur. Komissiya üzvlərinin tərtib etdikləri ## ###### 2025-ci il tarixli aktdan müəyyən olunmuşdur ki, müşayətcilər X31, X7 ## ###### 2025-ci ildə, ## ###### 2025-ci il tarixli akt üzrə müəllimlər X18, X32, X19, müşayiətçilər X20, X14, illiüstrator X15, X2 ## ###### 2025-ci ildə, ## ###### 2025-ci il tarixli aktlar üzrə müəllimlər X8, X51, X9, X10, X33, X16, X11, X3, X43, X21, X44, müşayiətçilər X27, X12, X66, illiüstrator X15, X28, X22, X1 ## ###### 2025-ci il tarixdə dərsdə olmamışlar. Komissiyanın aşkar etdiyi pozuntuya, yəni Mədəniyyət və Incəsənət şöbəsinin müdiri İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkilini lazımi səviyyədə qura bilməməsinə görə ## #### 2025-ci il tarixli, ** nömrəli əmrlə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir

58. Cavabdeh təşkilatın mövqeyindən aydın olur ki, iddiaçıya mübahisələndirilən intizam tənbehinin verilməsinə əsas istinad olunan aktlar və iddiaçının ərizəsi olmuşdur. Cavabdeh əmr verərkən maddi hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddənin 2-ci hissəsinin b bəndinə istinad etmişdir. Həmin normaya görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona müəyyən olunmuş intizam tənbehlərindən birini verə bilər.

59. Göründüyü kimi qeyd olunan normanın dispozisiya şərtlərinin mövcudluğu halında işəgötürən işçiyə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət növündə intizam tənbehini verilməsində haqlı ola bilər.

60. Lakin, hazırkı vəziyyətdə işəgötürən istinad olunan normanı düzgün tətbiq etməmiş, nəticə etibarı ilə iddiaçını vəzifəsinə aid olmayan hallara əsasən intizam məsuliyyətinə cəlb etmişdir.

61. Belə ki, əmrin verilməsinə əsas olan aktlardan görünür ki, aktlarda adları sadalanan şəxslər aktların tərtib edildiyi tarixlərdə işə gəlməmiş (halbuki apellyasiya icraatı zamanı həmin şəxslərdən bəziləri şahid qismində dindirilərək göstərilən tarixlərdə işdə olduqlarını bildirmişlər.) nəticədə müəssisədaxili intizam qaydalarını pozulmuşdur.

62. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, intizam tənbehi işəgötürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir.

63. Əmək intizamı təsbit edilmiş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Ona görə də işçilər Əmək Məcəlləsinə, əmək müqaviləsinə, müəssisənin lokal normativ aktlarına müvafiq surətdə müəyyən olunmuş qaydalara tabe olmalıdırlar. Işçilərin birgə əmək fəaliyyəti zamanı davranışı lokal normativ akt olan müəssisədaxili intizam qaydaları ilə müəyyən olunur. Intizam - kollektivin bütün üzvləri üçün məcburi olan qəti surətdə təsbit edilmiş qaydaya tabeçiliyi ifadə edir. Intizam tənbehi intizam xətasına görə verilə bilər. Intizam xətasını səciyələndirən əlamətlərdən biri ondan ibarətdir ki, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi, müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur.

64. Qeyd edilməlidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X71, GDU X36 AHIK-nin sədri M.İ.Əsgərova tərəfindən ##.##.2025-ci il tarixdə razılaşdırılmış və xxxxin həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən nümayəndə5 tərəfindən ##.##.2025-ci il tarixdə təsdiq edilmiş daxili intizam qaydalarında, eləcə də iş materiallarına əlavə edilmiş xxxxin “Mədəniyyət və Incəsənət” şöbəsi üzrə 2024-2025-ci tədris ili üçün həmin vaxt direktor vəzifəsini icra edən dos.İ.N.Kubışov tərəfindən ##.##.2024-cü il tarixdə təsdiqlənmiş iş planında sözügedən əmr verilən zaman qeyd edilən şöbə müdirinin şöbənin əməkdaşlarının, yəni təhsilverənlərin işə davamiyyətinə məsul olması və ya nəzarət etməsi kimi hər hansı əmək funksiyasının, vəzifəsinin olması müəyyən olunmur.

65. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X6 Sorğu Kitabçasında şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir. Təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir.

66. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiq edilmiş təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X6 Sorğu kitabçasında şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur və orda birbaşa olaraq qeyd olunmuşdur ki, şöbə müdiri təhsilalanların dərsə davamiyyətinə və intizamına nəzarət edir.

67. Qanunvericiliyin müəyyən etdiyi ümumi qayda ondan ibarətdir ki, cavabdehin vəzifəli şəxsi məhz həmin iş yerində davamiyyətə nəzarəti özü təmin etməli və ya bu səlahiyyətini başqa vəzifəli şəxsə verməlidir. Lakin işin araşdırılmış halları ilə cavabdehin həmin funksiyasını başqa şəxsə, o cümlədən iddiaçıya verməsi müəyyən olunmur.

68. Digər tərəfdən hətta qəbul edilsə ki, iddiaçının belə vəzifəsi olmuşdur, yəni ona belə səlahiyyət verilmişdir, işəgötürən ilkin olaraq bu pozuntuya yol vermiş şəxslərlə bağlı tədbirlər görməli idi, bundan sonra məhz iddiaçının barəsində intizam tənbehinin tətbiq olunmasında haqlı olmuş olardı, lakin işin araşdırıalmış halları ilə cavabdehin aktlarda sadalanan şəxslər barəsində intizam tənbehinin tətbiq olunması təsdiq olunmur, belə tənbehin tətbiq edilməsinə dair sübutlar mövcud deyildir.

69. Məhkəmə tərkibi belə qənətə gəlir ki, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edildikdən sonra cavabdehin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya məhkəməsi hər hansı bir möhtəbr dəlilə əsaslanmadan və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşmadığı məhkəmə aktı qəbul etmişdir.

70. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, faktiki olaraq iddiaçı vəzifə funksiyasına aid edilməmiş hallar üzrə intizam məsuliyyətinə cəlb olunmuşdur ki, bu isə onun əmək hüququnun kobud surətdə pozulmasına şərait yaratmışdır.

71. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə iş üzrə qətnamə ləğv olunaraq, MPM-nin 417.1.4-cü maddəsinə əsasən iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. İddiaçı şiddətli töhmət verilməsinə dair Cavabdeh X5 tərəfindən qəbul olunmuş ## #### 2025-ci il tarixli ** nömrəli əmr ləğv edilsin. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar