Məhkəmə qərarları › İş №2(006)-1840/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1840/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1840/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ərizəçi Rzayev İmamsoyunun iştirakı ilə, ərizəçi Rzayev İmamsoyunun Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Rzayev İmamsoyun ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1945ci il tarixdə Ermənistan, Stepanavan şəhərində doğulmağının, atasının X5, anasının isə X6, milliyətlərinin azərbaycanlı olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ərizəçi Rzayev İmamsoyunun xx.xx.1945-ci il tarixdə Ermənistan SSR, Kalinin rayonunda doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində soyadı “Rzayev”, adı “İmamhüseyn”, ata adı “Yusif”, doğum tarixi “xx xxxxxx 1945-ci il”, milliyyəti “azərbaycanlı” və ata qrafasında atasının X9, milliyyəti azərbaycanlı, ana qrafasında anasının X4, milliyyəti azərbaycanlı kimi qeyd olunmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rzayev İmamsoyun Ermənistan SSR-nin Stepanavan şəhərində anadan olmuşdur. X3, anası X2r. Məlum səbəblərə görə oradan qaçqın düşmüş və sənədlər Ermənistanda qalmışdır. Müəyyən sənədləşdirmə işləri apara bilmədiyindən doğum akt qeydini Azərbaycanda bərpa etmək istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçi Rzayev İmamsoyun ərizədə qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq ərizəçi Rzayev İmamsoyunun mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Rzayev İmamsoyunna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı itmiş yazının qeydiyyat şöbəsi tərəfindən pərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. DYİ serialı, 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rzayev İmamsoyun xx.xx.1945-ci il tarixdə Ermənistan Respublikasında andan olmuşdur. Qazağıstan Respublikasının vətəndaşıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi Rzayev İmamsoyun bacısıdır. Ərizəçi 1945-ci ildə Ermənistan, Kalinin rayonunda anadan olub. Sonra Bakıya gələrək burada oxumuş, natamam ali təhsil almışdır. Daha sonra Özbəkistana getmişdir. Oradan qayıdandan bəri miqrantdır, hazırda vətəndaşlıq almaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi Rzayev İmamsoyun bacısıdır. Ərizəçi 1945-ci ildə Ermənistan, Kalinin rayonunda, Qızılşəfəq kəndində anadan olub. Sonra Bakıya gələrək burada oxumuş, natamam ali təhsil almışdır. Daha sonra Özbəkistana getmişdir. Oradan qayıdandan bəri miqrantdır, hazırda Azərbaycan Respublikasında vətəndaşlıq almaq istəyir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1945-ci il tarixdə Ermənistan SSR, Kalinin rayonunda anadan olmuş, X3, anası isə X2r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. O, Nəsimi Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Rzayev İmamsoyunun xx.xx.1945-ci il tarixdə, Ermənistan SSR, Kalinin rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Rzayev”, adı “İmamhüseyn”, ata adı “Yusif”, doğum tarixi “xx xxxxxx 1945-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Kalinin rayonu”, ata qrafasında “X3, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X4, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar