Məhkəmə qərarları › İş №2(006)-1851/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1851/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1851/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh3, İsgəndərova Nailə Azad qızının iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu, X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 cinayət əməlləri nəticəsində 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində dəymiş ziyanın 2.043.814,01 milyon qırx üç min səkkiz yüz on dörd manat, 01 qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 21 (iyimi bir) gün müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci madddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı1 ASC-nin “Cənub” filialında filial müdiri işlədiyi zaman məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilən özgəsinin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə mənimsəməklə talamışdır, Cavabdeh2 İddiaçı1 ASC-nin “Cənub” filialında filial müdir müavini və beynalxalq hesablaşmalar şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman həmin filialın müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən etibar edilən özgəsinin külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etmiş, vahid məqsədlə mənimsəmə yolu ilə talama cinayətininin törədilməsində köməkçi kimi iştirak etmişdir, X8 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur, Cavabdeh5 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur, Cavabdeh6 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur və Cavabdeh4 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və digərləri İddiaçı1 ASC-nin “Cənub” filialında işlədiyi müddət ərzində öz yaxın qohumları və tanışları olan ayrı-ayrı şəxslərin adına xeyli sayda (157 sayda) saxta kredit və girov müqavilələri , xəzinə məxaric orderləri, müddətli öhdəçilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədlər hazırlayaraq ümumulikdə 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində pul vəsaitini istifadə edərək İddiaçı1 ASCyə külli miqdarda ziyan vurmaqla özgəsinin əmlakını mənimsəmişdilər. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 19.05.2016-cı il tarixli qərardan görünür ki, İddiaçı1 ASC-yə dəymiş ziyanın məbləği cəmi 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manatdır və həmin ziyanın 775.729,80 (yeddi yüz yetmiş beş min yeddi yüz iyirmi doqquz manat 80 qəpik) manat məbləğində vəsaiti banka ödənilməmişdir. Bu günə qədər 2.043.814,01 (iki milyon qırx üç min səkkiz yüz on dörd manat, 01 qəpik) manat məbləğində dəymiş ziyan tərəflərindən LPO İddiaçı1 ASC-yə ödənilməmiş qalmaqdadır. Həmin tarixdən bu günə qədər cavabdehlər tərəfindən banka heç bir vəsait qaytarmamışdır. Bank tərəfindən yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmü ilə Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cinayət hərəkətləri nəticəsində 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində dəymiş ziyanın 2.043.814,01 (iki milyon qırx üç min səkkiz yüz on dörd manat, 01 qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə İddiaçı1 ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanmas Fondu 24.07.2016-cı il tarixdən İddiaçı1 ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı1 ASC-nin iflas proseduruna başlanmışdır. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cinayət əməlləri nəticəsində 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində dəymiş ziyanın 2.043.814,01 (iki milyon qırx üç min səkkiz yüz on dörd manat, 01 qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki iş vardır. Həmin iddia ərizəsi üzrə cavabdehlərdən Cavabdeh3 adı texniki səhv olaraq X8 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cinayət əməlləri nəticəsində 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində dəymiş ziyanın 2.043.814,01 (iki milyon qırx üç min səkkiz yüz on dörd manat, 01 qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması; -mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsinə eyni məzmunlu etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, iddiaçı Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və ona qarşı verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsində “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cinayət əməlləri nəticəsində 2.819.543.82 manat məbləğində dəymiş ziyanın 2.043.814.01 manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASCnin xeyrinə tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq lləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsində göstərilənlər real olmamaqla, ümumi sözlərdən ibarət olmaqla ona qarşı yönəldilmiş qanunsuz, əsassız və ədalətsiz bir iddia tələbidir. Həm də tərəfindən İddiaçı1 ASC-yə heç bir məbləğdə maddi ziyan vurulmamışdır. Buna görə də iddiaçı Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ona qarşı verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsinə öz etirazını bildirir. Əvvəla, qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95\2017 saylı hökmü ilə İddiaçı1 ASC-nin Cənub filialının müdiri Cavabdeh1 Azərbaycan Respubli Cinayət Məcəlləsinin 179.3.2-ci, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddələri ilə təqirli bilinərək müvafiq cəzaya məhkum edilmişlər. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəmə Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli, 1(103)-110\2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95\2017 saylı hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95\2017 saylı hökmü ilə onun cinayət əməlini törətməyi təsdiq olunsa da o, törətdiyi cinayət əməli ilə bağlı təyin olunmuş cəzanı da çəkibmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95\2017 saylı hökmü ilə tam təsdiq olunur ki, iddiaçı Lləğv prosesində İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ona qarşı verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə iddiası tam əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il 1(101)-95\2017 saylı hökmünün iyirmi ikinci-iyirmi altıncı səhifələrində göstərilmişdir ki, “Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli ifadəsində göstərmişdir ki, 2004-cü ildən İddiaçı1 ASC-nin "Cənub” filialına müdir kimi işə qəbul olunmuşdur. ...o, öz tanış və qohumlarının, eləcə də işçilərinin tanışlarının şəxsiyyət vəsiqəsini əldə etməklə onların adma müxtəlif vaxtlarda müxtəlif məbləqli kreditlər rəsmiləşdirmişdir. Bəzən elə olmuşdur ki, kreditin biri bağlandıqdan sonra ikinci dəfə həmin adamın adına kredit rəsmiləşdirib pulları özü götürmüşdür. Kreditlərin rəsmiləşdirilib alınmasında adlarına kredit yazılmış şəxslər iştirak etməmişlər. Bütün sənədləşdirmə işlərini özü adına kredit rəsmiləşdirdiyi şəxsin adından icra etməklə onların verinə bütün sənədlərdə imza etmiş və sənədlərin hamısını otağında hazırlamışdır. 157 (bir yüz əlli yeddi) adda kredit rəsmiləşdirərək pulları özünə götürmüş və bundan İddiaçı1 ASC rəhbərliyinin məlumatı olmuşdur. ... Bu qaydada götürdüyü pul vəsaitindən hər hansı məbləğdə işçilərə verməmiş və onlar əvvəllər pul vəsaitini özünə götürdüyünü bilməmişlər. Bundan başqa sənədləri Cavabdeh5, Cavabdeh3 və digər işçilər də imzalamışlar. ... Baş idarədən audit yoxlaması gələndə təftişçilər baş bank rəhbərlərinin onun götürdüyü kreditlər barədə məlumatı olduqlarını bildikləri üçün yoxlamalarda çox dərinə getməmiş, həmin 157 (bir yüz əlli yeddi) kredit sənədini kənara qoyub yoxlamamışlar. ... Ona qarşı cinayət işi açılanda filialda işləyən işçilərin çox sənədlərdə imzaları olmamış, təxminən iki ildən sonra yoxlamalar olanda işçilərdən xahiş etmişdir ki, həmin sənədlərə imza etsinlər, işçilər də onun xahişi ilə həmin sənədləri imzalamışlar. Cavabdeh1 ifadəsində həmçinin göstərmişdir ki, ona verilmiş ittihamda qeyd edilmiş kredit dosyeləri ilə bağlı rəsmiləşdirilmiş pul vəsaitinin hamısını özü götürmüş, adları göstərilən şəxslər həqiqətən də kredit sənədlərini imzalamamışlar. ...Hamının əvəzində sənədləri özü imzalamış və pulu da özü götürmüşdür. ... Cavabdeh1 ifadəsinin yekununda bildirmişdir ki, onun İddiaçı1 ASC-yə əsas borcu 1.100.000 (bir milyon yüz min) manat olmuş, qalan pullar əsas məbləğin üzərinə gələn faizlərdir. Banka olan borcundan Cavabdeh2la birlikdə 800.000 (səkkiz yüz) min manat ödəmiş, 150.000 (bir yüz əlli min) manat dəyərində qızılzinət əşyası vermiş, lakin həmin qızıllar nəzərə alınmamışdır.” Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95\2017 saylı hökmünün 178-ci səhifəsində “Cinayət işi üzrə mülki iddia yoxdur.” göstərilmişdir. Yuxarıda qeyd olunanlarla bir daha təsdiq olunur ki, İddiaçı1 ASC-nin “Cənub” filialının müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən müxtəlif vətəndaşların adlarına kredit müqavilələri təsdiq olunmuş, həmin kredit müqavilələrində göstərilən kredit pullarını da Cavabdeh1 şəxsən özü götürmüşdür. Belə olduğu təqdirdə Cavabdeh1 tərəfindən götürülmüş kredit pulları da məhz onun tərəfindən Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qaytarılmalıdır. Digər tərəfdən isə məlumat üçün bildirir ki, “İddiaçı1’ ASC vaxtında, yəni, nə ibtidai istintaq zamanı, nə də məhkəmə prosesində mülki iddiaçı kimi tanınması barədə müraciət etməmiş, vurulmuş ziyanın ödənilməsi barədə mülki iddia ərizəsi ilə nə ibtidai istintaqa, nə də məhkəməyə müraciət etməmişdir. Bildirir ki, İddiaçı1 ASC-nin “Cənub” filialı ilə vətəndaşlar arasında bağlanılan kredit müqavilələri 2013-cü ilədək olan müddətə təsadüf edir, olduğu təqdirdə mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalam Fondu tərəfindən cavabdeh kimi ondan tələb etməsi tam qanunsuz, əsass ədalətsizdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri həmin iddianı icraata qəbul edilməsini istisna etməsə də, xüsusi iddia müddəti keçdiyindən qanunvericilik məhkəmə tərəfindən iddiadan imtina barədə qərar çıxarılması üçün əsaslar olduğunu müəyyən etmişdir. Belə olduğu təqdirdə, iddiaçı Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ona və digər şəxslərə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qanunsuz, müəmmalı, gülünc xarakteri daşıyır. İddiaçı Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası ona aid hissədə qanunsuz, əsassız və ədalətsiz olduğundan iddia tələbinin ona aid hissəsinin rədd edilməsi barədə qanuni, əsaslı və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddia müddətinin keçməsi ilə bağlı iddiadan imtina edilməsi barədə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, iddia ərizəsində göstərilənlər real olmamaqla qanunsuz, əsassız və ədalətsiz bir iddia tələbi olduğundan iddiaçı Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ona qarşı verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsinə öz etirazını bildirmişdir. Verdiyi etiraza baxmayaraq məhkəmənin nəzərinə aşağıdakıları da çatdırmaq istəyir. Belə ki, “İddiaçı1" ASC-nin “Cənub” filialı ilə vətəndaşlar arasında bağlanılan kredit müqavilələri 2013-cü ilədək olan müddətə təsadüf edir. Belə olduğu təqdirdə mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ondan tələb etməsi tam qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri həmin iddianı icraata qəbul edilməsini istisna etməsə də, xüsusi iddia müddəti keçdiyindən qanunvericilik məhkəmə tərəfindən iddiadan imtina barəsində qərar çıxarılması üçün əsaslar olduğunu müəyyən etmişdir. Belə olduğu təqdirdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin əğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər kimi ona və digər şəxslərə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qanunsuz, müəmmalı, gülünc xarakteri daşıyır. Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçı Lləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ona qarşı verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi mənə aid hissədə tam qanunsuz, əsassız və ədalətsizdir, həm də iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır, bu səbəblərdən həmin iddia ərizəsi mənə aid hissədə təmin olunmamalı və rədd edilməlidir. Beləliklə də, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh kimi ona qarşı verilmiş "dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası ona aid hissədə qanunsuz, əsassız və ədalətsiz olduğundan və iddia müddəti buraxıldığından iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı verilmiş “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası ona aid hissədə qanunsuz, əsassız və ədalətsiz olduğundan, habelə iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina edilməsi barəsində qanuni, əsaslı və ədalətli (qərar) qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh5 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etmişlər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. LPO İddiaçı1 ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvanlanmış 16.12.2020-ci il tarixli xəbərdlıqdan görünür ki, onlar cinayət əməlləri nəticəsində LPO İddiaçı1 ASC-yə vurduqları ümumilikdə 2.043.814,02 manat məbləğində yəmiş ziyanı ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmündən görünür ki, həmin hökmlə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 21 (iyimi bir) gün müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci madddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən Cavabdeh6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Həmin hökmə əsasən, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrun edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı1 ASC-nin “Cənub” filialında filial müdiri işlədiyi zaman məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilən özgəsinin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə mənimsəməklə talamışdır, Cavabdeh2 İddiaçı1 ASC-nin “Cənub” filialında filial müdir müavini və beynalxalq hesablaşmalar şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman həmin filialın müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən etibar edilən özgəsinin külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etmiş, vahid məqsədlə mənimsəmə yolu ilə talama cinayətininin törədilməsində köməkçi kimi iştirak etmişdir, X8 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur, Cavabdeh5 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur, Cavabdeh6 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur və Cavabdeh4 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası zamanı özü və ya üçünçü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafələrinə zidd olaraq istifadə edərək İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və digərləri İddiaçı1 ASC-nin “Cənub” filialında işlədiyi müddət ərzində öz yaxın qohumları və tanışları olan ayrı-ayrı şəxslərin adına xeyli sayda (157 sayda) saxta kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, müddətli öhdəçilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədlər hazırlayaraq ümumulikdə 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində pul vəsaitini istifadə edərək İddiaçı1 ASC-yə külli miqdarda ziyan vurmaqla özgəsinin əmlakını mənimsəmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmünün 100-cü səhifəsindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş İddiaçı1 ASC-yə dəymiş 2.819.543,82 manat maddi ziyanın 775.729,80 manatı ödənilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab qeyd ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017ci il tarixli, 1(101)-95/2017 saylı hökmündən göründüyü kimi Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onlara qarşı irəli sürülən ittiham üzrə təqsirli bilinmişlər. Belə ki, Cavabdeh1 və Cavabdeh2 oğu maddi məhsul şəxs qismində onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövgeyindən istifadə edib mənimsəməklə (həmçinin bu cinayətin törədilməsinə köməklik göstərməklə), Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənzfelərinə zidd olaraq istifadə etməklə İddiaçı1 ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər dəyməsinə zəmin yaratmışlar. Qeyd edilən hökmə əsasən həmçinin cinayət işi üzrə mülki iddianın olmaması, zərərçəkmiş İddiaçı1 ASC-yə dəymiş 2.819.543,82 manat maddi ziyanın 775.729,80 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə cavabdehlərin təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Məhkəmə həmçinin qeyd edilənlərin təkzib edilməsinə (maddi zərərin ödənilməsinə) dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin belə sübutların onun tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının istinad etdiyi bu hallar öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizələr ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. İşin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər arasındakı münasibətlər zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Belə ki, cavabdehlər tərəfindən qanuna zidd hərəkətlərə yol verilməsi faktı Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmünə əsasən öz təsdiqini tapdığını və iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixi nəzərə aldıqda müəyyən olunur ki, 10 illik ümumi iddia müddəti LPO İddiaçı1 ASC tərəfindən ötürülməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vurulmuş maddi zərərin əvəzi olaraq 2.043.814,01 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı1 ASC-yə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vurulmuş maddi zərərin əvəzi olaraq 2.043.814,01 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2.043.844,01 manat məbləğində pul tutularaq LPO İddiaçı1 ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar