Məhkəmə qərarları › İş №2(006)-1882/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1882/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1882/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlunun iştirakı ilə, İddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlunun cavabdehlər Rəhı̇ mov Sadı̇ q İsmayıl oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi X2 qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlu cavabdehlər Rəhı̇ mov Sadı̇ q İsmayıl oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi X2 qarşı "pul tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun, 150 (yüz əlli) manat dövlət rüsumunun cəmi 20150 (iyirmi min yüz əlli) manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh “Lotto Kredit” arasında 26/12/22/174 saylı, 26 dekabr 2022-ci il tarixli müqavilə rəsmləşdirilmişdir. Sonradan aydın olmuşdur ki, “Lotto Kredit” hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir, fiziki şəxs yəni cavabdeh VÖEN qeydiyyat edərək həmin təşkilata rəhbədik etmişdir. Həmin müqaviləyə əsasən iddiaçıya cavabdeh tərəfindən 8000 manat pul borc kimi verilmişdir. Həmin məbləğ hesablanmış faizlərlə birlikdə 24 ay ərzində aylıq 602 manal olmaqla qaytarılmalı idi. Həmin kreditin təminatı kimi iddaçıya məxsus “BMW 525 D” markalı, ** GZ *** d.q.n. avtomobil girov qoyulmuşdur. Həmin avtomobil iddiaçı tərəfindən avtomobil satış bazarından 22000 manata satın alınmışdır. İddiaçı tərəfin 5-ci və 6-cı ayda gecikdirilmə gecikdirilmiş məbləğ tam ödənilmişdir. Lakin cavabdeh faiz borcunun olduğunu israr edərək həmin avtomobili iddiaçının razılığı olmadan satmış və bununlada iddiaçıya 20.000 manat maddi zərər vurmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Rəhı̇ mov Sadı̇ q İsmayıl oğlunun nümayəndəsi Vəkil avtomobilin heç vaxt iddiaçının adına olmadığını, həmçinin avtomobilin girova qoyulması ilə bağlı sübutun olmadığını bildirərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Hazırda cavabdeh Rəhı̇ mov Sadı̇ q İsmayıl oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və cavabdehin nümayəndəsinin əvvəlki məhkəmə iclasındakı izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materialları: - “Lotto” lombard mülki sahibi Rəhı̇ mov Sadı̇ q İsmayıl oğlu tərəfindən işə götürülmüş X4 ilə borclu Əlı̇ yev Əlı̇ Böyükağa oğlu arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, 26/12/22/174 saylı “kredit (borc) və girov müqaviləsi”nə əsasən Əlı̇ yev Əlı̇ Böyükağa oğlu 24 ay müddətinə (aylıq 602 manat) 9500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.7-ci maddəsinə əsasən Borclu-girov qoyan bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən hər ayın 26-u hesablanmış əsas borclarını ödəməlidir. Əgər borclu 30 günlük müəyyən edilmiş müddəti pozmaqla ödənişini həmin müddətdən sonra gecikdirilən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinə gündəlik 0.2 faiz dərəcəsilə ilə dəbbə pulu hesablanıb ondan tutulur. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu-girov qoyana kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclu-girov qoyanın təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əlaqədar hesablana bilən dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məhkəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədlə. Eyni zamanda borclu-girov qoyan öhdəliyini etmədikdə və ya layiqincə icra etmədikdə, girov predmetinin onun razılığı olmadan satılaraq, borcun əvəzinə yönəldilməsi haqqında götürdüyü öhdəliyə dair-iltizam vermişdir. - Əlı̇ yev Əlı̇ Böyükağa oğlu tərəfindən “Lotto” Kredit təşkilatına göndərilən bildirişin surətindən görünür ki, iddiaçı tərəf cavabdehə maddi zərərin ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq etmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 520 D” markalı, ** GZ *** d.q.n. avtomobil X1 mülkiyyətindədir. - 27 dekabr 2022-ci il tarixli etibarnamədən görünür ki, “BMW 520 D” markalı, ** GZ *** d.q.n. avtomobil X3 tərəfindən İddiaçı̇ Böyükağa oğluna etibar edilmişdir. - Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlunun cavabdehlər “Lotto” Kreditə qarşı, üçüncü şəxs qismində Rəhı̇ mov Sadı̇ q İsmayıl oğlu və X4 cəlb olunmaqla, "pul tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmənin qiymətləndirməsi: Hazırda iddiaçı Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun ona ödənilməsini istəyir. İddiaçı hesab edir ki, onun tərəfindən 5-ci və 6-cı ayda müqavilə üzrə gecikdirilmiş məbləğin tam ödənilməsinə baxmayaraq, cavabdeh onun faiz borcunun olduğunu israr edərək ona məxsus “BMW 525 D” markalı, ** GZ *** d.q.n. avtomobili iddiaçının razılığı olmadan satmış və bununlada iddiaçıya 20.000 manat maddi zərər vurmuşdur. Cavabdeh isə hesab edir ki, avtomobilin heç vaxt iddiaçının adına olmamış, həmçinin avtomobilin girova qoyulması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü iddiaçının “BMW 525 D” markalı, ** GZ *** d.q.n. avtomobilin satılması nəticəsində maddi ziyan tələbinin əsasını təşkil edən nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlu iddia qaldıraraq X1 mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin cavabdeh tərəfindən ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı borcun silinməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı cavabdeh “Lotto Kredit” ilə 26/12/22/174 saylı, 26 dekabr 2022-ci il tarixli müqavilə bağladığı zaman həmin kreditin təminatı kimi iddaçıya məxsus “BMW 520 D” markalı, ** GZ *** d.q.n. avtomobil girov qoyduğunu bildirsə də, bu xüsusatlarla bağlı müqavilədə bənd daxil edilməmiş və məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı başqa sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlunun cavabdehlər Rəhı̇ mov Sadı̇ q İsmayıl oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi X2 qarşı "pul tələbinə dair" iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əlı̇ yev Əlı̇ Böyükağa oğlunun cavabdehlər Rəhı̇ mov Sadı̇ q İsmayıl oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi X2 qarşı "pul tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar