Məhkəmə qərarları › İş №2(006)-1889/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1889/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1889/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona məxsus 2 dəst qara rəngdə kostyum, 4 cüt qara rəng ayaqqabı, 2 ədəd dəri gödəkcə ilə birlikdə, Cavabdeh1 ona məxsus a3 dəst qara rəngdə kostyum, 3 cüt qara rəng ayaqqabı, 1 ədəd dəri gödəkcə, 3 cüt Türkiyə istehsalı olan qalstukilə birlikdə, cavabdeh X3 ona məxsus 1 ədəd soyuducu Beko, 1 ədəd televizor LG, 1 ədəd tozsoran Boss, 1 ədəd mətbəx əşyaları (11 ədəd emal olunmuş qazan, 20 ədəd boşqab, 11 ədəd çəngəl, 6 ədəd çay qaşığı), 1 ədəd paltaryuyan Beko, 1 ədəd Regular markalı soba, 2 ədəd xalça ilə birlikdə, Cavabdeh4 ona məxsus 1 ədəd bakı istehsalı olan yataq dəsti (komot, qarderob, taxt, pufık), 2 ədəd xalça (kiçik ölçüdə), 1 ədəd qonaq dəsti (künc divanı, kiçik servant (penal), 6 ədəd stul, 1 ədəd kiçik ölçülü yemək masası, 3 ədəd çilçıraq (2 ədəd kiçik modern üslubda, 1 ədəd kiçik ölçüdə klassik üslubda), 1 ədəd yorğan və 2 ədəd 50x70 yastıq, Galaxy markalı ət maşını, 1 dəst emal olunmuş qazan (5 ədəd qazan), 1 ədəd Tecno Lux şirəçəkən, 3 ədəd Türkiyə istehsalı olan pokrival (yataq üstü), 1 ədəd stolüstü lampa, 15 ədəd dəsmal (9 ədəd böyük və 6 ədəd kiçik ölçüdə), 2 ədəd podnos (1 böyük və 1 kiçik ölçüdə), 1 ədəd Türkiyə istehsalı olan çay dəsti, 6 ədəd kasa, 6 ədəd çay üçün xrustal stəkan, 1 ədəd Bass markalı bıçaq dəsti, 1 ədəd Euro Lux markalı ütü, 1 ədəd DVD player, 1 ədəd Türkiyə istehsalı boşqab dəsti (6 ədəd), 30 ədəd yemək qaşığı, 6 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 6 ədəd meyvə bıçağı3 ədəd xrustal külqabı, 1 ədəd nahar dəsti, 3 ədəd Sapphire markalı xırda ölçülü qazan, 2 ədəd hamam xalatı, 1 ədəd uşaq yatağı, 2 ədəd pərdə (tül və günlükdən ibarət, ölçüsü 3x2.60) ilə birlikdə ünvan 1 ünvanında yerləşən 117 saylı mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 117 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin onlara məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixində keçmiş mülkiyyətçi Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 23.89 kv.m olan 2 otaqlı mənzili alqısatqı müqaviləsi əsasında (AN-İ № 0820510) iddiaçı əldə etmiş, mülkiyyətçi kimi xx.xx.2019-cu il tarixindən DƏDRX-də hüquqları qeydiyyata alınmışdır. Cavabdehlər xx.xx.2020-ci il tarixinə qədər mənzili boşaltmalarını söz versələr də, sonradan bu öhdəliyi icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışlar. İddiaşının mülkiyyətçi olaraq mənzildən istifadə etmək hüququ məhdudlaşmış, qanunamüvafıq şəkildə mənzilini istifadə edə bilmir. Bu səbəbdən cavabdehlərin və onlara məxsus əşyaların tez bir zamanda mənzildən boşaldılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən 23.89 kv.m olan 2 otaqlı mənzil qaynanasının evi idi. İddiaçı isə qaynanasının rəfiqəsi idi. Hazırda o, həmin evdən çıxmış, lakin əşyaları qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 və Cavabdeh3 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiklərini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişlər. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “satıcı” Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, 5-ci mkr. 20 Yanvar küçəsi 6 saylı evin 117 saylı mənzilini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Müqaviləyə əsasən satıcı xx.xx.2020-ci il tarixinədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ərizələrdən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ünvan 2nin satılmasına etiraz etməmişlər (Reyestrdə 8İ-10461 və 8İ-10462 № ilə qeyd edilib). İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ünvan 3 ünvanında yerləşən 117 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir. Həmçinin cavabdehlər iddia tələbini qəbul edirlər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan, habelə iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdeh şəxslərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 117 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli və onlar əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 ünvanında yerləşən 117 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 özlərinə məxsus əşyalarla birlikdə ünvan 4 ünvanında yerləşən 117 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar