Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1889/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli Tapşırıq Müqaviləsinin öhdəliklərini pozmasının qanunsuz hesab edilməsi; cavabdehin telefon mesajları ilə ödədiyi pulun geri tələb edilməsi kimi hərəkətinin qanunsuz hesab edilməsi; cavabdehin ödənilməmiş 200 manat xidmət haqqının, imtina zamanı ödəniləcək 1.000 manat pulun, ümumilikdə 1.200 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli Tapşırıq Müqaviləsinin öhdəliklərini pozmasının qanunsuz hesab edilməsi; cavabdehin ödənilməmiş 200 manat xidmət haqqının, imtina zamanı ödəniləcək 1.000 manat pulun, ümumilikdə 1.200 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə zəng edərək, tanışının yönəltdiyini, Nəsimi rayon Məhkəməsində boşanma tələbinə dair 2(006)-4484/2021 saylı mülki iş olduğunu bildirmiş və həmin işin aparılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə onunla tapşırıq müqaviləsi bağlayaraq, Nəsimi rayon Məhkəməsində 2(006)-4484/2021 saylı işin aparılmasının şərtləri ilə razılaşmışlar. İşin halları ilə bağlı müzakirə apardıqdan sonra işin icraatına başlamışdır. xx.xx.2021-ci il tarixdə 300 manat ödəniş edilərək, 06 iyul 2021-ci il tarixdə etibarnamə verilmişdir. İşlə bağlı müvafiq ərizə və vəsatətləri tərtib etdikdən sonra məhkəməyə təqdim etmişlər. Lakin məhkəmə icraatı zamanı cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Nəticə etibarı ilə Tapşırıq müqaviləsinin tələbinə müvafiq xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə qarşılıqlı iddiaları qismən təmin edilmiş, qətnamənin təqdim edilməsi isə tapşırıq verənin tələbi ilə onunla birlikdə gedərək, xx.xx.2022-ci il tarixdə əldə etmişlər. Bundan sonra cavabdeh alimentin nə zaman ödəniləcəyini bildirib, ondan izahat istəyərkən icra vərəqənin cavabdehin müvəqqəti qeydiyyat ünvanı üzrə, yəni məhkəməyə iddia verərkən iddia ərizəsində göstərdiyi ünvan üzrə Ağcəbədi rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra icra ediləcəyini və zərurət olarsa, həmin icra orqanına da müvafiq ərizələrin göndərilməsini təmin edəcəyini bildirmişdir. Daha sonra cavabdeh 5-ci Polis bölməsindən vaxtı ilə kirayə qaldığı ev sahibinin ərizəsi əsasında çağırıldığını qeyd edib, onunla bölməyə getməsini tələb etmişdir. X8 getmək əvəzinə müvafiq ərizə göndərməsini məsləhət verməklə və həmin işlə əlaqədar ərizə və şikayətlərə dair əlavə müqavilə bağlanması zərurətini qeyd etdikdən sonra, faktiki olaraq mübahisə başlanmışdır. Cavabdehin anası Paşayeva Sevinc birbaşa Qaraçuxura gələrək, sənədləri və ödənilmiş 300 manatın 200 manatını qaytarmağı tələb etmişdir. Halbuki, həmin mənzillə bağlı ev sahibi onları narahat edərkən hələ məhkəmə icraatı zamanı mübahisə yaranmışdır. Əsassız olaraq Nəbiyev Cəbrayıl adlı şəxsin evində əşyalar qalmaqla, aya 600 manatdan pul ödənişi öhdəliyi davam edirdi. Onun məsləhəti əsasında dərhal mənzili təhvil vermək və mənzildən çıxmaq məsələsini qoymaqla, mənzildən çıxma prosesində özü də iştirak etmiş, lakin akt tərtib etmək mümkün olmamışdır. X7 ilə onun telefon əlaqəsi olmuşdur. Bütün bu qeyd edilənlərə baxmayaraq, cavabdeh onun həmin evdən çıxarkən əşyanın çıxarılmasına kömək etməsini yəqin düzgün qiymətləndirmədiyindən, onunla bu cür qeyri-düzgün müamilə aparacağını hesab etmişdir. Mənzildən çıxmamaq daha bir 600 manatın ödənilməsi öhdəliyinin yaranması demək olduğu halda, onunla gəlib 200 manatın davasını aparmaq, qarşısındakı insanın əməyini və xidmətini heçə saymaqdan başqa bir şey deyil. Bu, göndərilən mesajlarda da açıq-aşkar təsdiqlənir. Cavabdehin dəfələrlə zəng edərək maddi təzminat tələb etməsi kimi tələbinə müvafiq sübut olmadan hansı maddi təzminatdan söhbət gedəcəyini diqqətinə çatdırsa da, əhəmiyyət verməmişdir. Daha sonra WhatsApp-da guya həyat yoldaşının tır maşını aldığını qeyd edib, nikah dövründə əldə edilən əmlak kimi bölüşdürülməsini tələb etmişdir. Bununla bağlı da heç olmasa işarə olmasına dair sübut tələb etsə də, cavabsız qalmışdır. Bir sözlə, cavabdeh məhkəmə icraatı zamanı yoldaşının aldığı hər hansı bir mesaj və ya həyəcanverici bir məlumat olduqda, onunla bağlı da tədbir görülməsini tələb etmişdir. Halbuki, cavabdehin bu davranışı məhkəmə icraatının nə predmeti, nə də işin hallarına təsir edəcək bir dəlil deyildi. Nəhayət, cavabdeh ona bir neçə mesaj göndərdikdən sonra onunla bağlı polisə də şikayət etməyi və bununla da onun fəaliyyətinə faktiki maneə yaratmağa, işgüzar nüfuzuna xələl gətirməyə addım atmışdır. Onun göndərdiyi mesajlardan bu qeyd edilənlər açıqaşkar öz təsdiqini tapır. Son başlayıb onun dini etiqadına müdaxilə etməyə başlamış və onu cəmiyyət içərisində rüsvay edəcəyi ilə hədələmişdir. Lakin müqavilə öhdəliklərini icra etmədiyini, müqavilə icraatı zamanı imtinanın hüquqi nəticələrinə əhəmiyyət verməmiş və bu məsələdə ona yardımçı olan anası da qeyri-məqbul davranışı heç bir etik və əxlaq normalarına uyğun olmayan danışıq tərzi ilə ona mesajlar göndərməyə başlamışlar. Tələb edilən sənədləri və pretenziyanı poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə göndərmişdir. İddia ərizəsinə əlavə olunmuş Tapşırıq Müqaviləsinin əslindən görünür ki, xx.xx.2021-ci ildə Cavabdeh ilə onun arasında müqavilə predmeti inzibati orqanlara və məhkəmələrə iddia ərizəsi, ərizə, vəsatət, şikayət, vəkillər kollegiyasının üzvü olan vəkillə müqavilə bağlanmasını təmin etmək, işin hallarını araşdırmaq, tapşırıq verənin marağına uyğun məsələlərin həlli istiqamətində hərəkətlərin edilməsi, işlərin nəticəsində hərəkətlərin edilibedilməməsindən, etimad edilən nəticənin əldə olunub-olunmamasından asılı olmayaraq, xidmət haqqı müəyyənləşdirilir, zəruri olduqda, hər bir instansiya və ya inzibati orqanla bağlı xidmət haqqı konkretləşdirilir. Əlyazma ilə 2(006)-4484/2021 saylı işin aparılması, xidmət haqqı 500 manat (ödəniləcək 300 manat ilkin), imtina zamanı tapşırıq verənin ödəyəcəyi məbləğ 1.000 manat, müqavilənin icra yeri Nəsimi rayonu olaraq qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş qarşılıqlı iddia, vəsatət, etiraz, ərizədən görünür ki, cavabdeh ərizənin məzmunu ilə razıyam, ərizəni tərtib etmiş Ağamalıyevə heç bir etirazı yoxdur, vəsatət Ağamalıyev tərəfindən tərtib olunub, məzmununa etirazı yoxdur, etirazın məzmunu ilə razıdır, Ağamalıyev tərəfindən tərtib olunub xx.xx.2021-ci il tarixi qeyd olunub. İddia ərizəsinə əlavə olunmuş ərizənin və məktub zərfinin surətindən görünür ki, «X11 Ticarət» AŞ-yə Cavabdeh adından göndərilən ərizə İddiaçı tərəfindən imzalanmış SS737416853AZ ştrix kodlu məktub xx.xx.2021-ci il tarixdə ünvan düzgün deyil qeydi ilə xx.xx.2021-ci ildə Ağamalıyevə geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 54 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 7E-7035 saylı etibarnamədən görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olmaqla, İddiaçı onu dövlət orqanlarında təmsil etməyi, vəkillərlə və vəkil bürosu ilə məhkəmədə mülki işlərin aparılması ilə bağlı müqavilələri bağlamağı, əvəzindən ərizə yazmağı, lazımi sənədlərdə imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. İddia ərizəsinə əlavə olunmuş Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4484/2021 saylı qətnaməsindən görünür ki, məhkəmə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Yıldız Akına qarşı «nikahın etibarsız hesab edilməsi, aliment və s.» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X10 Akının anası Cavabdeh yanında qalması müəyyən edilmiş, Yıldız Akından xx.xx.2021-ci il tarixdən başlayaraq (xx.xx.2021-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla), xx.xx.2020-ci il təvəllüdlü X10 Akının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, Yıldız Akından xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X10 Akının 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd mesajlardan görünür ki, xx.xx.2022-ci il tarixdə 055 563 36 84 mobil nömrəsindən halallıqdan danışan şəxs tək uşaq saxlayan «qadının pulunu yeyə biləcəksən? Qorxmursan Allahdan? Haramın olsun, sən görəcəksən, gözlə». Digər mesajlar artıq cavabdeh tərəfindən 050 447 41 14 mobil nömrəsindən gəlməklə, 08:23-də xx.xx.2022-ci ildə (….) de de söhbetimiz gedecek ve her yerde. Ağlınıza gelmeyecek şekilde. 08:11-də xx.xx.2022-ci ildə «Salam. Dokumentleri göndermisiniz. Çox sağolun. Bes boşanmış, tek uşaqlı qadının pulunu yemek, hakkını taptalamaq Quranda, dininizdə yazılıb? Siz menim hansı işimi görmüsüz? Ya pulumu qaytarın, ya da Din altında Dini imanı kitabı reklam ederek, işindən sui-istifadə etdiyinizi, boşanmış tek uşaqlı qadının pulunu yediyinizi bütün Azərbaycan biləcək» və s. ümumi 11 mesaj cavabdeh tərəfindən göndərilmişdir. İddia ərizəsinə əlavə olunmuş pretenziya və poçt qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə 28 vərəq və müqavilənin surəti əlavə olunmaqla cavabdehə pretenziya 1010 saylı poçt şöbəsi tərəfindən göndərilmişdir. Tapşırıq müqaviləsində müqavilənin icra yeri Nəsimi rayonu, cavabdehin qeydiyyat ünvanı da Nəsimi rayonudur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1889/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli Tapşırıq Müqaviləsindən görünür ki, tapşırıq verən Cavabdeh ilə tapşırığı icra edən İddiaçı arasında tapşırıq müqaviləsi bağlanmışdır. Tapşırıq müqaviləsinin predmeti: İnzibati orqanlara və məhkəmələrə iddia ərizəsi, ərizə, vəsatət, şikayət, vəkillər kollegiyasının üzvü olan məqsədə uyğun vəkillə müqavilə bağlanmasını təmin etmək, işin hallarını araşdırmaq, tapşırıq verən marağına uyğun məsələlərin həlli istiqamətində hərəkətlərin edilməsi işlərin nəticəsindən hərəkətlərin edilibedilməməsindən, ehtimal edilən nəitcənin əldə olunub-olunmamasından asılı olmayaraq xidmət haqqı müəyyənləşdirir. Zəruri olduqda hər bir instansiya və ya inzibati orqanla bağlı xidmət haqqı konkretləşdirilir. Tapşırıq müqaviləsində şərtlər, tərəflərin hüquq və vəzifələri, ödənişlər barədə məlumat təsbit olunmaqla, tərəflər müqavilə şərtləri ilə tanış olaraq, sərbəst şəkildə iradə ifadələri ilə müqaviləni imzalamışlar. Ödənişlər barədə məlumatın 1-ci bəndində qeyd olunmuşdur ki, xidmət haqqı 500 manatdır (ödəniləcək 300 manat ilkin); 3-cü bəndə əsasən imtina zamanı tapşırıq verənin ödəyəcəyi məbləğ 1.000 manat. İddiaçının bildirdiyinə görə, cavabdeh tərəfindən 300 manat ilkin ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı tapşırıq müqaviləsi üzrə tapşırıq müqaviləsində qeyd olunan tapşırıqların icrasını həyata keçirməsi barədə cavabdeh qarşısında öhdəlik götürmüş, cavabdeh isə bunun müqabilində razılaşdırılmış məbləği ödəyəcəyi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Müqavilə şərtləri üzrə vəkalət alan iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, vəkalət verən cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yuxarıda qeyd olunan taqşırıq müqaviləsi üzrə tələbləri icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməli, ödənilməmiş 200 manat xidmət haqqı, imtina zamanı ödənilməli 1.000 manat olmaqla, cəmi 1.200 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ****** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci taqşırıq müqaviləsi üzrə tələbləri icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməli, ödənilməmiş 200 manat xidmət haqqı, imtina zamanı ödənilməli 1.000 manat olmaqla, cəmi 1.200 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci taqşırıq müqaviləsi üzrə tələbləri icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilsin. Ödənilməmiş 200 manat xidmət haqqı, imtina zamanı ödənilməli 1.000 manat olmaqla, cəmi 1.200 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1889/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1889/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver