Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1900/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X9 xx.xx.1953-cü il tarixində Ermənistan Respublikasının Kotayk vilayətinin Çarensavan rayonunda anadan olmuşdur. Mərhum atasının doğumu Ermənistanın Çarensavan rayon Qeydiyyat şöbəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. xx.xx.1987-ci il anası X6 ilə nikaha daxil olmuşdur. Valideynləri 1988-ci il tarixdə erməni işğalçılarının torpaqlarını işğal etməsi səbəbindən ailəsi ilə məcburiyyət qarşısında qalaraq, Bakı şəhərinə köçməli olmuşlar. Ermənistan Respublikasının Çarensavan rayonunda yaşayanlar öz doğma yurdlarından qovulduğundan onların bütün əmlakı, o cümlədən bütün sənədləri Ermənistanda qalmışdır. Mərhum atası xx.xx.2024-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişməsi səbəbindən onun övadı kimi ərizəçinin doğum haqqında şəhadətnaməsinin məhkəmə qaydasında bərpa olunması üçün iddia ərizəsi yazmalı olmuşdur. Əlavə olaraq bildirilir ki, mərhum babası X10 xx.xx.1990-cı ildə Bakı şəhərində dünyasını dəyişib, orada dəfn olunub və mərhum nənəsi X3 xx.xx.2009-cu ildə Bakı şəhərində dünyasını dəyişib və orada dəfn olunub. Məlumat üçün bildirilir ki, ərizə ilə qeydiyyat şöbəsinə müraciət edərək, ərizəçiyə mərhum atasının doğum haqqında şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 3-16-5/8-10/2025 saylı cavab məktubu ilə ərizəçiyə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Göstərilənlərə əsasən X4 xx.xx.1953-cü il tarixində Ermənistanın Çarensavan rayonunda doğulmasının qeyd edilmə faktının müəyyəm edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Paşayev”, adı “Nurəli”, ata adı “ Şaban”, doğum tarixi “ xx.xx.1953-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistanın Çarensavan rayonu”, ata qrafasında “atası X10, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən etmiş, əlavə suallara cavab olaraq X1 anası, X4 atası olmasını, doğum faktının müəyyən edilməsinin səbəbi kimi atasından əmlak qaldığını, həmin əmlakı anasının adına keçirtmək üçün doğum haqqında şəhadətnaməyə ehtiyacının olduğunu bildirmişdir. 4.İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun həm qonşusu, həm də sinif yoldaşı, vəfat edən şəxs ilə də yaxın olmuşdur. Əlavə suallara cavab olaraq 1990-cı ildə anadan olduğunu, iş yeri ilə bağlı sənədlərdə mərhumun doğum tarixini gördüyünü, dəfndə iştirak etdiyini bildirmişdir. 6.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Ərizəçi əmisidir. Əlavə suallara cavab olaraq 1969-cu il təvəllüdlü olmasını, mərhumun onun böyük qardaşı olduğunu və 2 fevral 1953-cü ildə anadan olduğunu və 1969-cu ildə Ermənistanın Çarensavan rayonunda dünyaya gəldiyini qeyd etmişdir. 7.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası X9 xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikası Çarensavan rayonunda anadan olmuşdur. Ərizəçinin atası doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri Nəsimi rayon üzrə Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/8-10/2025 saylı cavab məktubu ilə ərizəçiyə məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. Ərizəçi də hazırki tələblə məhkəməyə müraciət etmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. 10.Mülki işin materiallarında olan 7 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən AZ-İİ seriyalı, 447499 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 noyabr 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 414 nömrə ilə qeyd edilmişdir. 11.Mülki işin materiallarında olan İİ-БС seriyalı, 255198 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X7 arasında 1987-ci il tarixdə nikah bağlanmışdır. 12.Mülki işin materiallarında olan XV-ЖГ seriyalı, 264709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası X2r. 13.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 14.Mülki işin materiallarında olan ИT-İ seriyalı, ******* nömrəli, X8 məxsus əmək kitabçasından onun xx.xx.1953-cü il tarixdə anadan olduğu görünür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 16.Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 17.Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 18.Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 19.Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 20.Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 22.Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 23.Həmin Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 24.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi ərizəçi, Ərizəçi atası X9 xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikası Çarensavan rayonunda anadan olmuşdur. Daha sonra ərizəçinin atası doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. 25.Göründüyü kimi ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyrimümkündür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. 26.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə də ərizə təmin edilməli, X4 xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikası, Çarensavan rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə doğum haqqında şəhadətnamə verilməli, X4 təvəllüdü xx.xx.1953-cü il, doğulduğu yer Ermənistan Respublikası, Çarensavan rayonu, atası X10, milliyyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. 27.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 28.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikası, Çarensavan rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. X4 təvəllüdü xx.xx.1953-cü il, doğulduğu yer Ermənistan Respublikası, Çarensavan rayonu, atası X10, anası X3, milliyyəti azərbaycanlı kimi yazılsın. Hazırki qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1900/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1900/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver