Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1929/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Cavad Elşad oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «A» və «B» tikilisinin mərhum X9na məxsus 2\6 hissəsinin miras əmlak kimi vərəsə olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «A» (1 otaq, y/s 16,7 kv.m, k\s 25.1 kv.m) və «B» (1 otaq, y\s 13,7 kv.m, k/s 12,1 kv.m) tikilisinin 4\6 hissəsi özünün mülkiyyətindədir. Həmin evə dair qeyd olunan mülkiyyət hüquqları RX seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. Həmin evin «A» və «B» tikililərinin digər 2\6 hissəsi mərhum X9nun mülkiyyətindədir. X25 atası X5 qardaşı, onun isə əmisidir. X9 uzun zaman öncə vəfat etmiş, onun miras əmlakını o, faktiki olaraq qəbul etmişdir. Həmin mirasa sahiblik edən və öz mülkiyyətində olan hissə ilə birlikdə əmlakı idarə edən şəxs özüdür. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və təsərrüfatı idarə edir. O, həmin əmlak üzərində vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət etmiş, Bakı şəhəri 29 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubu ilə onun ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etmək hüququ göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2, 1243, MPM-nin 307.2.9-cu maddələrinə əsasən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi Vəkil məhkəmə iclasında tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş ərizəçinin bacısı, şahid X7 ifadəsində göstərmişdir ki, ataları Əyyub Əliyev, anaları Məsməxanım Əliyevadır. Ailədə 6 uşaq olmuşlar, 1941-ci il il təvəllüdlü Tələt, 1947-ci il təvəllüdlü Əliabbas, 1949-ci il təvəllüdlü Fəridə, 1951-ci il təvəllüdlü Hacıəli, 1960-ci il təvəllüdlü Nazim və özü. O və Nazim həyatdadırlar, qalanları isə vəfat etmişlər. Əmiləri Teyyub 1950-ci ildə sürgündə olduğu Sibirdə vəfat edib. O, əmisinin vəfatından sonra dünyaya gəlib. Əmisi həkim olub və cavan yaşda repressiyaya məruz qaldığı üçün subay olub. Əmisi doğulandan sürgün edilənədək mübahisəli evdə yaşayıb. Həmin ev ailələri tərəfindən Nazimə verilib və təsərrüfatı həmişə Nazim idarə edib. Onun payı ilə bağlı hər hansı tələbi yoxdur. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 29 saylı Notariat Ofisinin ərizəçiyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun xx.xx.2019-cu il tarixli miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizəsi ilə əlaqədar bildirirlər ki, təqdim etdiyi sənədlərə əsasən xx.xx.2016-cı ildə vəfat etmiş əmisi X2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.1984-cü ildə vəfat etmiş atası X11 və vəfat etmiş əmisi X4 doğum haqqında şəhadətnamələrini təqdim etməmiş, habelə vəfat etmiş atası və əmisinin ata adlarında ziddiyyət aşkar edilmşidir. Əlavə olaraq bildirilmişdir ki, vəfat etmiş əmisi X4 atası barədə heç bir məlumat onlara təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin tələblərinə uyğun olaraq göstərilən ziddiyətlərin aradan qaldırılması üçün ona müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X23 xx.xx.1984-cü ildə, X8 xx.xx.2016-cı ildə, X6 xx.xx.2002-ci ildə, X13 xx.xx.2016-cı ildə, X10 xx.xx.2007-ci ildə, Əliyev Əli-Abbas Əyyub oğlu xx.xx.2006-cı ildə vəfat etmişlər. - xx.xx.1986-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qabişev küç 54-də həmçinin Ərizəçi Eyub oğlunun 2\16 hissə, X21 1\16, X16 2\16 hissə adlarına xüsusi mülkiyyət hüquqları əsasında qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin «A» tikilisinin (1otaq, y/s-16,7 kv.m, k\s-28.1 kv.m) və «B» tikilisinin (1 otaq, y\s 13,7 kv.m, k/s 12,1 kv.m) 4\6 hissəsi Ərizəçi adına xx.xx.2012-ci il tarixdə və 2\6 hissəsi X16 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Qalan “V” tikilisindən (4 otaq, y\s 67,5 kv.m, k\s 25,1 kv.m) 6 nəfər digər şəxslərin adlarına 1\12 hissədə 2008-ci ilin noyabr və dekabr aylarında və bir nəfərin adına isə 6\12 hissədə xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - Ərizəçi Eyub oğlunun adına olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası X12, anası isə X14r. - Ərizəçi adına xx.xx.2011-ci il tarixdə Nəsimi RPİ tərəfindən verilmiş seriya AZE № 0******* saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri İ.İsmayılov küçəsi, ev 54-dür. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 05/Q-1169/75 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.2016cı il tarixdə vəfat etmiş X4 yaxın qohumları barədə hər hansı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-4540/2016 saylı qətnaməsindən görünür ki, Ərizəçi maraqlı şəxs Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “vətəndaşın ölmüş elan edilməsi tələbinə dair” ərizəsinin təmin edilməsi, 1922-ci ildə Xızı rayonunda anadan olmuş X4 ölmüş elan edilərək onun ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün saylması qət edilmişdir. Ərizəçinin ərizəsində göstərilənlərə əsasən əmisi sağlığında ailə qurmamış, övladı olmamışdır, onun əmlakını faktiki olaraq özü qəbul etmişdir. İşdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-4540/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-1614/2010 saylı qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin “A” və “B” tikilisinin və X24 məxsus 1\6 hissəsinin, Xədicə Ələsgər qızına məxsus 1\6 hissəsinin və X20 məxsus 2\6 hissəsinin miras kimi vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində Ərizəçi vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması və hazırki qətnamənin Ərizəçi ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin müvafiq hissələrinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olması qət edilmişdir. Ərizəçinin və onun nümayəndəsinin izahatlarına və məhkəməyə təqdim etdiyi məhkəmə sənədlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində qismən – X20 məxsus 2/6 hissənin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlak üzərində Ərizəçi vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, qarşılıqlı iddia həmin hissədə təmin olunmamış, qətnamənin nəticə hissəsinin 4-cü abzasında qismən dəyişiklik edilərək «vərəsəlik şəhadətnaməsinin» sözləri çıxarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxx 2011-ci il tarixli qətnaməsi hazırki iş üzrə Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qətnaməsinin iddiaçı X3 atasının nənəsi Xədicə Ələsgər qızına və babası X24 məxsus ünvan 6 (keçmiş Qabışev) ünvanda yerləşən mənzilin “A” və “B” tikilisində müvafiq olaraq 1/6 və 1/6 hissələrinə iddiaçının vərəsəlik hüququnun tanınması, qeyd olunan mülklərdə yaşayış və köməkçi sahələrdən iddiaçıya düşən paya dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhər 14 saylı Notariat Kontoruna həvalə edilməsinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin “A” və “B” tikilisinin X24 məxsus 1/6 hissəsinin və Xədicə Ələsgər qızına məxsus 1/6 hissəsinin miras əmlak kimi vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində Ərizəçi vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması, həmin qətnamənin Ərizəçi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq hissələrinə dair vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi üçün əsas olmasına aid hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən apellyasiya qaydasında baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-4540/2016 saylı qətnaməsindən həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-1614/2010 saylı qətnaməsi X1 iddia tələbinin rədd olunması və Ərizəçi qarşılıqlı iddia tələbinin X24 məxsus 1/6 hissəyə və Xədicə Ələsgər qızına məxsus 1/6 hissəyə mirası qəbul etməsi faktının müəyyən edilməsi, həmin hissəyə Ərizəçi mülkiyyət hüququnun tanınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə X16 ölümünü, habelə, Ərizəçi Eyub oğlunun həmin şəxslə qohumluq münasibətlərini təsdiq edən hər hansı sübut olmamasına istinad edilmişdir. Bu səbəbdən X4 ölüm faktını təsdiq edən sənədlər olmadığından işin faktiki hallarını nəzərə alaraq ərizəçi X4 ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, ərizəçi 1922-ci ildə Xızı rayonunda anadan olmuş X4 ölmüş elan edilərək, onun ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün saylmasına dair Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-4540/2016 saylı qətnaməsi ilə tərəfindən qəbul edilmiş əmlak üzərində vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət etmiş, lakin Bakı şəhəri 29 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubu ilə onun ərizəsi atası X11 və vəfat etmiş əmisi X4 doğum haqqında şəhadətnamələrini təqdim etməməsi, habelə vəfat etmiş atası və əmisinin ata adlarında ziddiyyət aşkar edilməsi, əmisi X4 atası barədə heç bir məlumatın onlara təqdim edilməməsi əsası ilə miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxs və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2 və 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edə bilər. - 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o vaxt müəyyən edə bilər ki, qanunvericilikdə həmin faktların müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamış olsun. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir. Müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir. Ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir. Təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Məhkəmə hesab edir ki, ərizəçi vəfat etmiş atası X11 və əmisi X4 doğum haqqında şəhadətnamələrini təqdim etməsə də, onların qardaş olmaları faktı şahid ifadəsi və işdə olan sənədlərlə də təsdiq edilir. Ərizəçinin atasının adına olan ölüm haqqında şəhadətnamə rus dilində tərtib edildiyi üçün ata adı olan “Hacı oğlu” rus dilindəki variantda “Hacıyeviç” kimi yazılmışdır. Bu hal həmçinin iş materiallarında olan Əliyev Əyyubun adına olan hərbi biletin məzmunundan aydın görünür. Məhkəmə qeyd edir ki, ərizəçinin adına olan doğum haqqında şəhadətnamə də rus dilində tərtib edildiyindən atasının ata adı eyni qaydada “Hacıyeviç” yazılmışdır. Məhkəmə həmçinin hesab edir ki, atası və əmisinin ata adlarının yazılışında fərq olsa da, bu onların qardaş olmasını təkzib etməməklə heç bir ziddiyyət yaratmır. Məhkəmənin qənaətinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «A» və «B» tikilisinin mərhum X9na məxsus 2\6 hissəsinin miras əmlak kimi vərəsə olaraq onun tərəfindən vərəsə olaraq qəbul edilməsi faktı müəyyən edilməli, lakin ərizəsinin mülkiyyət hüququnun tanınması hissəsi rədd olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktlarin müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «A» və «B» tikilisinin mərhum X9na məxsus 2\6 hissəsinin miras əmlak kimi vərəsə olaraq onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1929/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1929/2020
09.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver