Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1949/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 64, mənzil 39 (yeni qaydalarla: AZ 1102, ünvan 1 ünvanında yerləşən sahəsi 39.80 kv.m mənzili zəbt edənlər – X2 və digər şəxslərin çıxarılması və mənzilin iddiaçının istifadəsinə verilməsi; Onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, sahəsi 39.62 kv.m təşkil edən mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 3169-cu məhəllə, ev-mənzil 145 (yeni qaydalarla: AZ 1102, ünvan 4 ünvanında yerləşən sahəsi 148.60 kv.m təşkil edən mənzilə köçürülməsi və həmin mənzillərdən istifadə etməyinə cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və digərləri tərəfindən yaradılan maneənin aradan qaldırılması; ünvan 5 ünvanında yerləşən sahəsi 85, 30 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edən şəxslərin çıxarılması və həmin sahədən maneəsiz istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi və düzəliş edilməsi barədə ərizə təqdim edərək onun paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 64, mənzil 39 (yeni qaydalarla: AZ 1102, ünvan 1 ünvanında yerləşən sahəsi 39.80 kv.m mənzili zəbt edənlər – X2 və ailə üzvlərinin çıxarılması və mənzilin iddiaçının istifadəsinə verilməsi; Onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, sahəsi 39.62 kv.m təşkil edən mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 3169-cu məhəllə, ev-mənzil 145 (yeni qaydalarla: AZ 1102, ünvan 4 ünvanında yerləşən sahəsi 148.60 kv.m təşkil edən mənzilə köçürülməsi və həmin mənzillərdən istifadə etməyinə cavabdehlər Qurbanov (Qurbanlı) Namiq Natiq oğlu, Qurbanova (Qurbanlı) Arzu Natiq qızı, Cavabdeh3 və digərləri tərəfindən yaradılan maneənin aradan qaldırılması; Cavabdeh5 və onun ailə üzvləri paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 30A, 5 saylı mənzildən çıxarılmaları və mənzilin iddiaçının istifadəsinə verilməsi, ünvan 5 ünvanında yerləşən sahəsi 85, 30 kv.m təşkil edən qeyriyaşayış sahəsindən istifadə etməyinə cavabdehlər tərəfindən Qurbanov (Qurbanlı) Namiq Natiq oğlu, Qurbanova (Qurbanlı) Arzu Natiq qızı, Cavabdeh3 və ailə üzvləri tərəfindən yaradılan maneənin aradan qaldırılması və həmin sahədən iddiaçının maneəsiz istifadə etməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1949/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin “İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi” ayrılaraq, ayrıca icraatda baxılması, həmçinin İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə ediməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X3 ərizə təqdim edərək, hazırda cavabdehlərin həmin mənzildən artıq çıxıdıqları üçün, iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsinin geri qaytarımasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir, Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək iclasın onun iştirakı olmadan keçırilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X4 məhkəməyə ərizə göndərərək onun azadlığa çıxanadək prosesin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, ərizəsini nəzərdən keçirib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat rüsum ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsininbərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1949/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1949/2024
08.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver