Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1955/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tutulmuş 6664.6 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ASC arasında 11 avqust 2017-ci il tarixdə "xxxx" ASC-nin Mərkəz filialında X3 11.800 manat məbləğində 36 ay müddətinə illik 29,84% olmaqla bağlanmış kredit müqaviləsinə zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, X9 17.441,51 manat 60 ay müddətinə illik 22 faiz olmaqla 06 aprel 2018-ci № tarixli 102GTKR172230504 saylı zaminlik müqaviləsi bağlanmışdır. X9 öhdəliyini icra etməmiş, bununla bağlı hazırki iş üzrə İddiaçı əmək haqqından tutulmalar başlamışdır. Qeyd etmişdir ki, Cavabdeh ASC-nin Mərkəz filialında bağlanmış 06 aprel 2018-ci il tarixli Z-102 RGTK180960001 saylı zaminlik müqaviləsindən iddiaçının xəbəri olmamış və bununla bağlı onun razılığı alınmamışdır. Nəticədə 06 aprel 2018-ci il tarixli Z- 102GTK180960001 saylı zaminlik müqaviləsi ilə onun razılığı olmadan öhdəlik dəyişdirilərək iddiaçının məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu əsaslarla hazırki iş üzrə İddiaçı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X4 və İddiaçı qarşı «kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16.664,60 manat borc və 30 manat ödənilmiş dövət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İlyas Yusif oğlundan və İddiaçı müştərək qaydada 16033,99 manat əsas, 630.61 faiz borcu olmaqla, cəmi 16664,60 manat borcun Cavabdeh Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdeh İddiaçı 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “KapitalBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.Qətnamədən İddiaçı apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 08 oktyabr 2020-ci il tarixli 2(034)-74/2020 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən vəzifəsini icra etmiş, lakin cavabdehlər öhdələrinə düşən vəzifəsini icra etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apelhasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-980/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılınası barədə qəıar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3254/2021 saylı mülki iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-980/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir. Qeyd etmişdir ki, bu müddət ərzində əsassız olaraq İddiaçı aylıq əmək haqından cavabdeh tərəfindən ümumilikdə 6664.60 manat pul tutulmuşdur. Bu səbəbdən də iddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 6 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan plastik kartdan 30 noyabr 2019-cu il tarixdən etibarən X5 aid kredit müqaviləsi üzrə tutulma aşkar edilməmişdir. Qeyd etmişdir cavabdehin məktubunda səhvən X6 qeyd edilmişdir. Lakin cavabdehin imtinası əsassızdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab etmişdir ki, cavabdeh “Kapital Bank" ASC-dən 6664.60 manat pul tutularaq İddiaçı ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 3444.87 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır, iddianın verilməsi üçün 1 illik kəsici müddət ötürülmüşdür. N. Rüstəmov zaminlik müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin yekun qərarı xx.xx.2021-ci il tarixində qəbul edilmişdir. Bu zaman iddiaçı tək əqdin etibarsız hesab edilməsi tələbini yox, həmçının əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri tələb edilməsi tələbi ilə müraciət etməli idi. Yəni o, həmin vaxt onun vəsaitinin İlyas Quliyevin kredit borcuna görə tutulmasını bildirdi. Lakin bunların edilməməsi iddia müddətinin ötürülməsinə səbəb olmuşdur. İddiaçının təqdim etdiyi əmək haqqı kart hesabından çıxarış iddia ərizəsində qeyd edilən 6664.60 manatlıq tələbi təmin etmək üçün əsas hesab edilə bilməz. Həmin çıxarışdan görünür ki, İddiaçı əmək haqqından tutularaq İlyas Quliyevin kredit müqaviləsi üzrə ödənilmiş məbləğ cəmi 2856,78 manat təşkil edir. Tələbin digər hissəsini nə ilə əsaslandırıldığı barədə iddiaçı heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcələnin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləməklə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə pulun qaytarılmasına dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X2 və İddiaçı müştərək qaydada 16033.99 manat əsas, 630.61 manat faiz borcu olmaqla, cəmi 16664.6 manatın "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi borcun İddiaçı tutulması hissəsində ləğv edilmiş, borcun X2 tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi borcun İddiaçı tutulması hissəsində ləğv edilmiş, borcun X2 tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102RGTK180960001 saylı kredit müqaviləsi üzrə İddiaçı məxsus kartlardan 3444.87 manat məbləğində vəsait tutularaq həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən İddiaçı hesabından zaminlik müqaviləsi üzrə aparılan tutulmaların əsası artıq ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, Z-102RGTK180960001 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Odur ki, həmin müqaviləyə əsasən cavbadeh tərəfindən aparılmış tutulmalar iddiaşıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC-dən 3444.87 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun qaytarılmasını tələb etmədiyindən, məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC-dən 3444.87 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1955/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1955/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver