Məhkəmə qərarları › İş №2(006)-1956/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1956/2024

21.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1956/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X3 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı aralarında barışıq əldə olunmuşdur. Bununla bağlı barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidməti məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən barışıq sazişi qismən təmin edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən: 2.1. Tərəflər aşağıdakılar barədə razılığa gəldilər: 2.2. “Birinci tərəf Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1956 2024 saylı mülki iş üzrə irəli sürdüyü iddia tələblərinə əsasən, işə bərpa olunmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzindəki əmək mübahisəsi ilə əlaqədar 16354 manat məbləğində ödənişi qəbul edir və təsdiq edir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdən məhkəmənin barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı qanuni qüvvəyə mindiyi günə qədər keçmiş müddət üçün əmək haqqı hesablayaraq növbəti ayda ona ödənilməsi qəbul edir və təsdiq edir. 2.3. “İkinci tərəf’ "Birinci tərəfi işə bərpa etməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzindəki əmək mübahisəsi ilə əlaqədar ona 16354 manat məbləğində pulu ödəməyi və əlavə olaraq xx.xx.2024-cü il tarixdən məhkəmənin barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı qanuni qüvvəyə mindiyi günə qədər keçmiş müddət üçün əmək haqqı hesablayaraq növbəti ayda "Birinci tərəfə ödəməyi öz öhdəsinə götürür. 2.4. Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu banşıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar. 2.5. Tərəflər bu banşıq sazişi üzrə məlumatlan gizli saxlayacaq, onlan yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. 2.6. “Birinci tərəf “İkinci tərəfin 2.1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bitir tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və "İkinci tərəfə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən imtina edir. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdəliklərinə götürürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişinin 2.2-ci bəndinin “məhkəməyə iddia ilə müraciət etmək” hissəsi və digər bəndləri məhkəməyə müraciət etməyin qarşısının alınması və qanunun tələblərinin hüquqi nəticələri ilə bağlı olduğundan və qeyd edilən hərəkətlərin vicdanla yerinə yetirilməsi saziş üçün uyğun olmadığından barışıq sazişi bu hissələrdə təsdiq edilə bilməz. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən qismən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı " işə bərpa və əmək haqqı" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən olaraq aşağıdakı şərtlərlə təsdiq edilsin: “Birinci tərəf Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1956 2024 saylı mülki iş üzrə irəli sürdüyü iddia tələblərinə əsasən, işə bərpa olunmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzindəki əmək mübahisəsi ilə əlaqədar 16354 manat məbləğində ödənişi qəbul edir və təsdiq edir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdən məhkəmənin barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı qanuni qüvvəyə mindiyi günə qədər keçmiş müddət üçün əmək haqqı hesablayaraq növbəti ayda ona ödənilməsi qəbul edir və təsdiq edir. “İkinci tərəf’ "Birinci tərəfi işə bərpa etməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzindəki əmək mübahisəsi ilə əlaqədar ona 16354 manat məbləğində pulu ödəməyi və əlavə olaraq xx.xx.2024-cü il tarixdən məhkəmənin barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı qanuni qüvvəyə mindiyi günə qədər keçmiş müddət üçün əmək haqqı hesablayaraq növbəti ayda "Birinci tərəfə ödəməyi öz öhdəsinə götürür. Tərəflər bu banşıq sazişi üzrə məlumatlan gizli saxlayacaq, onlan yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. Barışıq sazışı qalan hissədə təsdiq edilməsin. İddiaçı X3 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar