Məhkəmə qərarları › İş №2(006)-1961/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1961/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1961/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, Ərizəçi Bakı şəhəri 32 saylı Notariat Ofisini və X1 maraqlı şəxs qismində cəlb etdiyi “vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : Ərizəçi Bakı şəhəri 32 saylı Notariat Ofisini və X1 maraqlı şəxs qismində cəlb etdiyi “vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab etmişdir ki, iddia ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi Ərizəçi rəsmi qeydiyyatda olduğu yer Füzuli rayonu, Qaraxanbəylı Ərazi Dairəsi, Qaraxanbəyli kəndidir. Həmçinin, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin ilkin araşdırması zamanı Ərizəçi Bakı şəhəri 32 saylı Notariat Ofisini və X1 maraqlı şəxs qismində cəlb etdiyi “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etməklə pozulduğu ehtimal edilən hüquqlarını müdafiə etmək qaydasını düzgün seçmədiyi, göstərilən tələbə xüsusi icraat qaydasında baxılmalı olmadığı müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, hazırki ərizə üzrə hüquq haqqında mübahisə olduğundan (digər vərəsələrin 3-cü şəxs qismində cəlb edilib araşdırılma aparılması zərurətindən) ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd olunan məsələ ilə bağlı ümumi icraat qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Bu Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, həmçinin göstərilən tələbə xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152, 284-3.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Bakı şəhəri 32 saylı Notariat Ofisini və X1 maraqlı şəxs qismində cəlb etdiyi “vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar