Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1968/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Cavabdeh1 MTK-nin nümayəndəsi (vəkili) İddiaçı2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-yə, Cavabdeh2 qarşı “mənzilin sənədləşdirilməsindən ötrü zəruri sənədlərin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-yə və Cavabdeh2 qarşı “mənzilin sənədləşdirilməsindən ötrü zəruri sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 oğlu ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, 80.000 ABŞ dollar dəyərində tam ödənilməklə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11ci mərtəbəsində, ümumi sahəsi 116 kv.m olan 03 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair xx xxxx 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin İddiaçı1 məxsus olmasına dair Cavabdeh1 MTK-nin ümumi iclasının protokolundan çıxarış, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin İddiaçı1 verilməsi Cavabdeh1 MTK-nin öhdəsinə qoyulması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi (vəkili) İddiaçı2 vəsatət verərək, bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı1 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(006)-678/2021 saylı mülki iş vardır. Həmin iş məhkəmə tərəfindən daha tez icraata qəbul edilmişdir. Hər iki iddianın bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, vəsatətim təmin edilməsini və mülki işin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin olunmalı, hazırda icraatda olan İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-yə və Cavabdeh2 qarşı “mənzilin sənədləşdirilməsindən ötrü zəruri sənədlərin verilməsi” tələbinə dair 2(006)-1968/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı1 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(006)-678/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin olunsun. Hazırda icraatda olan İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-yə və Cavabdeh2 qarşı “mənzilin sənədləşdirilməsindən ötrü zəruri sənədlərin verilməsi” tələbinə dair 2(006)-1968/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı1 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(006)-678/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə 2(006)-678/2021 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1968/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1968/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver