Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1972/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə əşyaları ilə birgə İddiaçı və iki az yaşlı qızları X23, X1, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, girişçıxış qapısının açarının bir nüsxəsinin İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Cavabdeh2 onun doğma atasıdır, digəri isə analığı Cavabdeh1dır. Onun atasına məxsus olan ünvan 2 ünvanında yerləşən evdə onlar ailəsi ilə birgə yaşamış və orada ümumi olaraq təsərrüfat aparmışlar. O, ailə həyatı qurduqdan sonra keçmiş həyat yoldaşının evinə köçərək orada yaşamış və birgə nikahdan 2 az yaşlı qız övladları dünyaya gəlmişdir. Sonradan ailə daxili məsələlər, keçmiş həyat yoldaşının pis vərdişləri və dəfələrlə məhbəs həyatı yaşaması səbəbindən 2015-ci ildə pozulmuş və uşaqları ilə birgə yaşamağa davam edir. Aliment ödənişləri belə olmadığı bir həyatda yaşamağa məcburdur. Bununla əlaqədar olaraq keçmiş həyat yoldaşı inzibati məsuliyyətə cəlb edilsədə heç bir nəticə əldə edilməmişdir. Kirayələrdə yaşamağı nə qədər çətin və ağrılı olduğu məlumdur. Bununla bağlı cavabdehlərə bildirmişdir ki, o artıq çatdıra bilmir, o evdə 5, 6 nəfər birgə yaşadılar böyüdülər, indidə o qızlarında müvəqqəti olaraq köçüb yaşamaq istəyir, ancaq bu etirazla qarşılanmışdır. Bildirir ki, hazırda evdə iki nəfər yəni cavabdehlər yaşayış, digər qeydiyyatda olanlar isə Türkiyədə ailə həyatı qurub köçənlər, biri onun qardaşı ailə qurub köçüb və sair. O, bir müddət analığının uşaqları hazırda Türkiyədə yaşayanlar evə buraxmamış və oradan istifadəsinə süni əngəlliklər yaratmaqda davam edirlər. Hazırda məcburiyyət qarşısında qalaraq Məhkəməyə müraciət edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki iclasında şahid qismində dindirilmiş X17 izahat verərək bildirmişdir ki, o, 2-3 il əvvəl iddiaçının atasının evini təmir etmişdir.Təmir edəndə ona pulu Aynur xanim vermişdir. Aynur xanim orada yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 217522 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 20 oktyabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında X26 qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 368686 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 27 noyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında X26 qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2(006)-199/2015 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə cavabdeh X32 arasında 14 noyabr 2007-ci ildə Nəsimi rayon VVADQ şöbəsi tərəfindən bağlanmış, bağlanması barədə həmin tarixdə akt qeydləri litabında 620 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış uşaqların analarının yanında qalması, 20 oktyabr 2008-ci il təvəllüdlü X12 və 27 noyabr 2009-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 sentyabr 2024-cü il tarixdən başlayaraq bir uşağa görə hər ay 55 manat olmaqla, cəmi 110 manat sabit pul məbləğində aliment cavabdeh X14 tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016cı ildə verilmiş AZ-İ seriyalı, 255669 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü arayışından görünür ki, İddiaçı 29 iyun 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1268 nömrəli, 16 noyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı B.Bağırova küçəsi, ev 34-də qeydiyyatsız yaşayır. Onun ailə tərkibi: X23 və X18r. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsinin 05 iyun 2024-cü il tarixli, 3-21-3-02/2-7176/2024 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ünvanında yerləşən 75 saylı fərdi yaşayış evinin: 1/28 hissəsi X19; 1/28 hissəsi X5; 1/14 hissəsi X28; 1/7 hissəsi X33; 1/7 hissəsi X10; 2/7 hissəsi X3; 1/7 hissədən bir hissəsi X8; 1/7 hissədən bir hissəsi X11; 1/7 hissədən bir hissəsi X21; 1/7 hissədən bir hissəsi X16; 1/7 hissədən bir hissəsi X9; 1/28 hissəsi X15; 1/14 hissəsi X2; “B” tikilisinin 1/28 hissəsinin qalan hissədən 1/2 hissəsi X4; 1/28 hissə “B” tikilisinin 1-ci mərtəbəsindən 1 otaq, y/s - 15,1 kv.m və 2-ci mərtəbə k/s - 49,9 kv.m X6; 1/28 hissə “B” tikilisinin 1-ci mərtəbəsindən 1 otaq, y/s - 20,0 kv.m X7; “B” tikilisinin 1/28 hissəsinin qalan hissədən 1/2 hissəsi X20 adlarına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının doğma atasıdır, digər cavabdeh isə analığı Cavabdeh1dır. Onlar ailəsi ilə birgə hazırda mübahisə predmeti olan mənzildə yaşamış və orada ümumi olaraq təsərrüfat aparmışlar. Lakin, o, ailə həyatı qurduqdan sonra keçmiş həyat yoldaşının evinə köçərək orada yaşamış və birgə nikahdan 2 az yaşlı qız övladları dünyaya gəlmişdir. Sonradan həmin nikah 2015-ci ildə pozulmuşdur. Hazırda iddiaçı mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və öz hüquqi statusuna görə özbaşına tikili hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının keçmiş atasına məxsusdur (sahiblik olaraq), iş üzrə digər cavabdeh iddiaçının analığıdır və işin bu halı mübahisəsizdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən işin bu faktiki halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən evin özbaşına tikili olduğu üçün cavabdehlərin ona sərəncam vermək səlahiyyətinin olub-olmaması mübahisə predmeti deyildir. Mübahisəli məsələ iddiaçının həmin evə yaşamaq hüququnun olmasıdır. Həmin məsələyə hüquqi qiymət verən məhkəmə iddiaçının qeyd olunan evə köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə, qadağan edilmiş özbaşınalıq etmələrini müəyyən etmişdir. Məhkəmə izah edir ki, Ali Qanunun 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçı həmin evə yaşamaq məqsədi ilə pasport qeydiyyatına alınmışdır. Cavabdehlərin isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin iş materiallarından da göründüyü kimi, hazırda ünvan 1 ünvanında yerləşən mənzil özbaşına tikilidir və həm iddiaçının, həm də cavabdehlərin həmin mənzilə eyni hüquqları, yəni sadəcə gözlənti hüquqları mövcuddur. Beləliklə məhkəmə həm İddiaçı, həm də cavabdehlərin mübahisəli mənzilə mülkiyyət hüquqları olmadığını, onların hamsının həmin mənzilə sadəcə gözlənti hüquqlarının mövcud olduğunu nəzərə alaraq qeyd edir ki, İddiaçı da eyni dərəcədə gözlənti hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə əşyaları ilə birgə İddiaçı və iki az yaşlı qızları X23, X1 tələbini rədd edildiyindən, digər tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1972/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1972/2024
18.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver