Məhkəmə qərarları › İş №2(006)-1979/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1979/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1979/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılmasının kompensasiya əsasında olması və ona dəyən maddi və mənəvi zərərin ədalətli məbləğdə ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasının kompensasiya əsasında olması və Cavabdeh tərəfindən ona dəyən maddi və mənəvi zərərin ədalətli məbləğdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-594/2024 saylı qətnaməsi ilə iddiaçılar X2, İddiaçı və X1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ünvan 2 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə diqqətə çatdırır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-594/2024 saylı qətnaməsi ilə eyni predmet üzrə, yəni İddiaçı ünvan 2 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi iddia tələbinin təmin edilməsi qət edilmiş və məhkəmə hazırki iş üzrə iddiaçının daha əvvəl baxılmış mülki iş üzrə cavabdeh statusunda olduğu zaman ona qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qənaət və qərarın yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanması bunu deməyə əsas verir ki, artıq şəxsin həmin mənzildən istifadə hüququnun kompensasiya ödənilməsi əsasında xitamına əsaslar olmamışdır. Odur ki, eyni tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan eyni tələbə yenidən baxılması yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılmasının kompensasiya əsasında olması və ona dəyən maddi və mənəvi zərərin ədalətli məbləğdə ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş üzrə dövlət rüsumu ödənilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılmasının kompensasiya əsasında olması və ona dəyən maddi və mənəvi zərərin ədalətli məbləğdə ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə dövlət rüsumu ödənilməmişdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar