Məhkəmə qərarları › İş №2(3-8)-67/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-67/2026

13.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-67/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Iddiac ı İddiaçı cavabdeh Cavabdeh qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3) mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tikinti işlərinin dayandırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılması, dəymiş maddi zərərə görə 70000 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında cavabdeh Cavabdeh tərəfindən zəbt olunmuş dövlətə məxsus torpaq sahəsində, buna heç bir lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması nəticəsində ona dəymiş maddi zərər görə 70000 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında cavabdeh Cavabdeh tərəfindən zəbt olunmuş dövlətə məxsus torpaq sahəsində, buna heç bir lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması nəticəsində ona dəymiş maddi zərərə görə 141.738 (yüz qırx bir min yeddi yüz otuz səkkiz) manat məbləğində vəsaitin, mütəxəssis rəyləri üçün ödədiyim ümumilikdə 1739 (bir min yeddi yüz otuz doqquz) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödədiyim 408 (dörd yüz səkkiz) manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirinin seçilməsi barədə 2 ərizə üçün ödədiyi ümumilikdə 20 (iyirmi) manat dövlət rüsumunun, habelə mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 145.905 (yüz qırx beş min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh tərəfindən tikinti işlərinin aparılması nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə, torpaq sahəsinə və torpaq sahəsində olan tikililərə dəymiş maddi ziyana görə 140.238 (yüz qırx min iki yüz otuz səkkiz) manat məbləğində vəsaitin, mütəxəssis rəyləri üçün ödədiyi ümumilikdə 3239 (üç min iki yüz otuz doqquz) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə və müvəqqəti təminat tədbirlərinə görə ödədiyi 428 (dörd yüz səkkiz) manat , mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 145.905 (yüz qırx beş min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

5. Iddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə bitişik torpaq sahəsində qanunsuz aparılan hündürmərtəbəli yaşayış binası ilə əlaqədar onun evində və evin yerləşdiyi torpaq sahəsində çoxsaylı çatlar əmələ gəlmiş, gündən-günə həmin torpaq sahəsində çatlar genişlənir. Bu səbəbdən ona külli miqdarda ziyan və nəticədə keçirdiyi sarsıntılardan mənəvi zərər dəymişdir. Cavabdehin bu hərəkətləri ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir tədbir görülməmişdir. Iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3) qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 15.000 (on beş min) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat, mütəxəsiss rəylərinə görə 1022 (min iyirmi iki) manat, dövlət rüsuma görə 150 (yüz əlli) manat olmaqla, cəmi 16472 (on altı min dörd yüz yetmiş iki) manat məbləğində pul tutulması, qalan hissədə iddianın təmin edilməməsi, İddiaçı 127 (yüz iyirmi yeddi) manat, Cavabdeh 23 (iyirmi üç) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçıya məxsus qeyd edilən birmərtəbəli evin həyət darvazası, ona bitişik və eyni zamanda sərhəd hasarda olan izlərin yaranma mexanizmi, lokalizasiyası və inteqrasiya xəttinə görə iddiaçının bildirdiyi kimi cavabdeh tərəfin tikintidə istifadə olunan nəqliyyat vasitəsinin divara zərbə təsirindən yaranmaya xarakterik olması, sərhəd hasarda və aqlay döşəmədə yaranan səthi formalı catlar isə cavabdeh tərəfindən tikilən hündürmərtəbəli binanın vaxtı ilə yerində olmuş birmərtəbəli evin sökülməsi nəticəsində yaranmaya xarakterik olması ilə əsaslandırmış və maddi zərərin məbləğini müəyyən edərkən ## ####### 2025-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh qarşı “tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddiasının tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi bu nəticə əsassızdır, çünki hakimlər texniki və ya inşaat sahəsində xüsusi biliyə malik olan şəxs deyildir, hakim rəyləri bir sübut növü olaraq qəbul edib yaxud etməyə bilər, lakin hakimin tam fərqli yeni mütəxəssis və ya ekspert rəyi vermək səlahiyyəti yoxdur. Qeyd edilməlidir ki, çatların yaranması ilə bağlı hakimin mövqeyi heç bir mütəxəssis və ya ekspert rəyində öz əksini tapmamışdır. Bu səbəbdən hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış və maddi hüquq normaların pozuntusuna yol vermişdir. Məhkəmə is u zrə su butlara hu quqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiac ıya məxsus qeyd edilən birmərtəbəli evin həyət darvazası, ona bitis ik və eyni zamanda sərhəd hasarda olan izlərin yaranma mexanizmi, lokalizasiyası və inteqrasiya xəttinə go rə iddiac ının dediyi kimi cavabdeh tərəfin tikintidə istifadə olunan nəqliyyat vasitəsinin divara zərbə təsirindən yaranmaya xarakterikdir, sərhəd hasarda və aqlay do s əmədə yaranan səthi formalı çatlar isə cavabdeh tərəfindən tikilən hu ndu rmərtəbəli binanın vaxtı ilə yerində olmus birmərtəbəli evin so ku lməsi nəticəsində hansı ki, həmin so ku lmu s evin arxa divarı iddiac ının evinin hasar divarı olmus və bir hissəsi hələ də mo vcuddur, məhz izlərin yaranma mexanizmi, lokalizasiyası və inteqrasiya xəttinə go rə həmin evin so ku lməsi nəticəsində yaranmaya xarakterikdir. Iddia tələbinin “mənəvi zərər” hissəsində məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehin qanunsuz inşa etdiyi tikilinin nəticəsində evində çatlar yaranmış, evinin hər an uçma təhlükəsi olduğundan, daim qorxu içində yaşayır və güclü yağışlar olduqda ailəsiylə birlikdə qorxudan qonşuluqda yaşayan qardaşının evində gecəməli olur. Bütün bunlar ona, ailə başçısı kimi mənəvi sarsıntı yaradır. Işə baxan birinci instansiya məhkəməsi öz qətnaməsini belə əsaslandırmışdır ki, “iddia tələbinin “evə dəyən ziyanla bag lı” hissəsində, Məhkəmə, “Hu quq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2024-cu il tarixli mu təxəssis rəyi ilə razılas ır. Hansı ki, həmin rəydə go stərildiyi kimi iddiac ıya məxsus evin ins ası zamanı bu no vrəsində, qapı və pəncərələrin u st hissəsində, u mumilikdə yu kdas ıyan divarların qurtaracag ında tikinti texnologiyasına uyg un olaraq dəmir - beton konstruksiyalı lentvari kəmərin olmaması səbəbindən dolayı atmosfer c o ku ntu lərinin, yeraltı fekal və qurunt sularının həmin relyefdə yerləs ən evin alt hissəsindən kec diyi halda evdə mu xtəlif istiqamətlərə dog ru c atların yaranmasına səbəb ola bilər. Eyni zamanda o da qeyd olunur ki, hasarla 1 mərtəbəli tikilinin ara məsafəsi 9,3 metr, olmaqla u mumilikdə 3 mərtəbəli tikili ilə 1 mərtəbəli tikili arasındakı məsafə 12,9 metr (9.3 m + 3,6 m) təs kil edir. 3 mərtəbəli tikilidən əvvəl ins a edilmis mo vcud hasarın tumbalar və dəmir-beton konstruksiyadan ins a edilməsindən də mu əyyən olunur ki, 1 mərtəbəli tikilinin yerləs diyı torpaq sahəsində əvvəllər də su ru s mə halları oldug unu go stərir. Bu tu n bunları nəzərə almaqla 1 mərtəbəli fərdi yas ayıs evində yaranmıs c atların 3 mərtəbəli binanın ins aası ilə hec bir əlaqəsi olmadıg ı mu əyyən edilir. Odur ki, məhkəmə iddia tələbinin Abs eron rayon, Masazır kəndi, Əliag a Vahid ku c əsi, 108 u nvanında cavabdeh Cavabdeh og lu tərəfindən ins a edilmis tikilinin Cavabdeh og lunun hesabına so ku lməsi hissəsində qeyd edir ki, is in məhkəmə baxıs ında Abs eron rayon, Masazır kəndi, Əliag a Vahid ku c əsi, 108 u nvanında cavabdeh Cavabdeh og lu tərəfindən ins a edilmis tikilinin iddiac ının hər hansı qanuni mənafelərini pozdug u, yəni həmin tikili tikilməsi ilə baglı iddiac ının maraqlarına toxundug u mu əyyən edilməmis dir. Məhz bu səbəbdən də, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə əsasən, qanunsuz tikili sökülməlidir. Yuxarıda qeyd olunan mötəbər sübutlarla iddia tələbinin əsasları tam olaraq təsdiq olunur və sübuta yetirilir. Lakin təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan sübutları nəzərə almamış, özünün əsassız mövqeyə istinad edərək, qanunsuz qətnamə qəbul etmişdir. Belə olan halda, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Işə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, çəkdiyi real xərclərini azaltmışdır. Belə ki, cavabdehin hərəkətləri nəticəsində onun çəkdiyi real xərcləri nəzərə almamış, daha zərər çəkməyinə səbəb olmuşdur. Iş materiallarında olan çoxsaylı ekspertiza və mütəxəssis rəylərində fərdi yaşayış evində və həyətyanı sahəsində yaranmış çatların cavabdeh tərəfindən tikilən çoxmərtəbəli çoxmənzilli yaşayış binasının təsiri altında olması göstərilmişdir. Bu rəylər, xüsusi biliyə malik olan və biləbilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyan şəxslər tərəfindən verilmişdir. Lakin işə baxan hakim hesab etmişdir ki, ekspertiza və mütəxəssis rəyləri düzgün nəticəyə gəlməmiş və heç bir rəydə göstərilməyən, nəqliyyat vasitəsinin divara zərbə təsirindən və evin so ku lməsi nəticəsində yaranmışdır. Daha sonra məhkəmə öz qətnaməsində qeyd edir ki, iddia tələbinin “tikilinin sökülməsi” hissəsində iddiac ı əsaslandıran hər hansı su butu məhkəməyə təqdim etmədiyindən, yəni iddia bu hissədə su but olunmadıg ından iddia tələbi əsassız hesab olunmalı və təmin edilməməlidir. Işə baxan Abşeron Rayon Məhkəməsi iddia tələbininin “maddi ziyan hissəsi”ni qismən əsaslı hesab edərək qeyd etmişdir ki, “xxxx” MMCnin ##.##.2025-ci il tarixli ***/**** saylı mu təxəssis rəyinə əsasən, maddi ziyana go rə Cavabdeh og lundan 15000 manat məbləg ində pul tutularaq Hu seynov Kamal Axverdi og luna verilməlidir. Məhkəmənin bu mövqeyi ilə məhkəmə kollegiyasına aşağıdakıları bildirmək istəyir. Iş materiallarında olan - “Buta” Qiymətləndirmə Mərkəzinin ##.##.2024-cü il tarixli rəyində dəymiş zərərin məbləği 141738 (bir yüz qırx bir min yeddi yüz otuz səkkiz) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilən “Hu quq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2024-cu il tarixli rəyinə əsasən, dəymiş zərərin məbləği 134319,1 (yüz otuz dörd min üç yüz on doqquz manat on qəpik) manat məbləğində qiymətləndirilmişdir. Hansı səbəbdən məhkəmə cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyini üstün götürməsi və hansı kriteriyalarla zərəri qiymətləndirməsi, qətnamədə qeyd olunmamışdır. Belə olan halda, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Işə baxan məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə mu nasibətdə qeyd edir ki, maddi ziyan tələbi hissəsi iddia tələbi qismən əsaslı oldug undan, bu əsasda iddiac ının mənəvi zərər alması da qac ılmazdr. Məhkəmə is in faktiki hallarına hu quqi qiymət verərək hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində ədalətli və ag labatan məbləg də qismən 300 manat məbləg ində təmin edilməsi qanuni və əsaslı hesab edilməlidir. Odur ki, mənəvi zərərə go rə iddia qismən təmin edilməli, 300 (u c yu z) manat məbləg ində pul Cavabdeh og lundan tutularaq iddiac ıya o dənilməlidir. Işə baxan məhkəmə, iddia tələbinin məhkəmə mu təxəssis rəyləri u c u n o dədiyi u mumilikdə 3239 (u c min iki yu z otuz doqquz) manat məbləg ində pulun,iddia ərizəsinin verilməsinə və mu vəqqəti təminat tədbirlərinə go rə o dədiyi 428 (do rd yu z iyirmi səkkiz) manat hissəsində qeyd etmişdir ki, is materiallarından go ru ndu yu kimi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cu il tarixli rəyi u zrə 50 manat, həmin Mərkəzin ##.##.2024-cu il tarixli rəyi u zrə 100 manat təs kil edir ki, iddianın təmin edilmis hissəsinə mu nasib 23 manat məbləg ində pul cavabdehdən, 127 manat məbləg ində pul isə iddiac ıdan Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Is də olan “AccessBank”ın ##.##.2023-cu il tarixli o dənis taps ırıg ından go ru nu r ki, 1239 (min iki yu z otuz doqquz) manat Azərbaycan Respublikası Fo vqaladə Hallar Nazirliyinin Tikintidə Təhlu kəsizliyə Nəzarət Do vlət Agentliyinin “Azərins aatlayihə”nin hesabına iddiac ı tərəfindən o dənis aparılmıs dır. Is də olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyi və ona əlavə edilən xərclərə dair bildiris dən go ru nu r ki, iddiac ı tərəfindən 1500 manat o dənis edilmis dir. Iddianın təmin edilmis hissəsinə və is in faktiki hallarına əsasən məhkəmə hesab edir ki, mu təxəssis rəylərinə go rə cəmisi 1022 (min iyirmi iki) manat məbləg ində pul cavabdehdən iddiac ının xeyrinə tutulmalıdır. Məhkəmə do vlət ru sumu məsələsini mu zakirə edərkən hesab edir ki, iddianın təmin edilmis hissəsinə mu nasib olaraq 150 manat məbləg ində pul cavabdehdən iddiac ının xeyrinə tutulmalıdır. Tikinti işləri qanunvericiliyin tələblərinə zidd həyata keçirildiyi üçün Azərbaycan Respublikasının FHN-nin Tikintidə X7 Agentliyi tərəfindən Cavabdeh tərəfindən aparılan “tikinti işlərinin dayandırılması haqqında” ##.##.2022-ci il tarixli **** nömrəli Qərar qəbul edilmiş, həmin Qərar əsasında Cavabdeh barəsindən FHN Tikintidə X7 Agentliyi tərəfindən inzibati xəta haqqında ##.##.2023-cü il tarixli ******* nömrəli protokol tərtib edilmişdir (iş materiallarında mövcuddur). Belə ki, məhkəmə ekspertiza ilə bağlı qərardadların qəbul edilməsi və elektron məhkəmə portalında yerləşdirilməsi zamanı, habelə işin ekspertizadan qayıdan zamanı qəsdən vaxt itkisinə səbəb olmuş və nəticədə işə 3 (üç) il ərzində baxılmışdır. Işə baxan birinci instansiya məhkəməsi, əsassız olaraq işi yubatmış, süründürməçiliyə yol verərək cavabdehə qanunsuz tikilini yekunlaşdırmasına hər cür şərait yaratmışdır. Işə baxan birinci instansiya məhkəməsi təqdim edilmiş bütün sübutları araşdırmamışdır. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən ##.##.2024-cü il tarixli 1624033280 qeydiyyat no mrəli çıxarıs dan go ru nu r ki, Abs eron rayonu Masazır qəsəbəsi Əliag a Vahid ku c əsində 0.10 ha torpaq sahəsi Cavabdeh og lunun mu lkiyyət hu ququ kimi qeydiyyata alınmıs dır. Lakin, məhkəmə cavabdehin torpaq sahəsinin hansı ünvanda olmasını qeyd etməmiş, çünki, cavabdehin ünvanı tamam başqa yerdə olmaqla inşa etdiyi tikilinin ünvanına heç bir aidiyyəti yoxdur. Bundan başqa, işə baxan birinci instansiyası məhkəməsi tikilini 3 mərtəbəli mansardlı bina kimi qeyd etsə də, reallıqda bina 4 mərtəbəlidir və mansard kimi qeyd olunan hissə digər mərtəbələr kimi monolit yaşayış mərtəbəsidir. Bundan başqa, məhkəmə bütün sənədləri elektron məhkəmə portalına yerləşdirməmişdir ki, bu da iş materiallarında olan sənədlərlə tanış olmaq imkanını məhdudlaşdırmışdır.

10. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında, habelə məhkəmə tərəfindən baxış zamanı ünvan 2 ünvanında bitişik İddiaçı məxsus torpaq sahəsi və fərdi yaşayış evində yaranmış çatların tərəfindən həyata keçirilmiş yaşayış binasında tikinti işləri ilə əlaqəsi olmamışdır. Iş materiallarında çoxsaylı və fərqli mütəxəssis və ekspert rəyləri olmasına baxmayaraq yerli baxış zamanı bir daha aydın şəkildə müəyyən edilmişdir ki, söküntütikinti işlərində iddiaçı İddiaçı məxsus daşınmaz əmlaka zərər dəyməmişdir. Hətta tikinti yerində mövcud köhnə tikililərdə və ya hissəsində hər hansı bir zədə aşkar edilməmişdir. Məhkəmə qənaətə gəlmişdir ki, mütəxəssis rəylərində qeyd edilən “iddiaçıya məxsus evin sərhəddə yerləşən hasarların bir qismi inşaat norma və qayadalarına əməl olunmadan inşa edildiyi və binanın su novlarından axan suların təsiri nəticəsində uçub dağılmış, qalan hissələrində isə xırda ölçülü çatlar əmələ gəlmişdir-barədə mövqeyini əsaslı saymır. Belə ki, qeyd edilən hal olmuş olsaydı belə çat izləri sərhəd divarın əks tərəfində digər hissələrdə də, xüsusi ilə cavabdehə məxsus sökülmüş tikilinin qalıq divarının da üzərində olmuş olardı. Halbuki, belə hal müşahidə edilməmişdir. Məhkəmənin hazırki mövqeyi ilə razılaşır, ekspert rəylərinin “su novlarından axan suların təsiri nəticəsində uçub dağılmış” kimi fikirləri tamamilə yanlış və əsassızdır. Çox təəssüf edir ki, mütəxəssis rəyləri qanunsuz olmuşdur. Bundan başqa, məhkəmə yekun məhkəmə aktında iddia tələbini qismən təmin edərkən çoxmərtəbəli yaşayış binası ilə fərdi yaşayış evi arasında torpaq məsafəsini, fərdi yaşayış evində mövcud çatların digər, yəni cavabdehin hərəkətləri ilə bağlı olmayan hallardan yaranması xüsusatını yoxlamamış və araşdırmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus birmərtəbəli evin həyət darvazası, ona bitişik və eyni zamanda sərhəd hasarda olan izlərin yaranma mexanizmi, lokalizasiyası və inteqrasiya xəttinə görə iddiaçının dediyi kimi cavabdeh tərəfin tikintidə istifadə olunan nəqliyyat vasitəsinin divara zərbə təsirindən yaranmaya xarakterikdir, sərhəd hasarda və aqlay döşəmədə yaranan səthi formalı çatlar isə cavabdeh tərəfindən tikilən hündürmərtəbəli binanın vaxtı ilə yerində olmuş birmərtəbəli evin sökülməsi nəticəsində - hansı ki, həmin sökülmüş evin arxa divarı iddiaçının evinin hasar divarı olmuş və bir hissəsi hələ də mövcuddur, məhz izlərin yaranma mexanizmi, lokalizasiyası və inteqrasiya xəttinə görə həmin evin sökülməsi nəticəsində yaranmaya xarakterikdir. Lakin məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəylərini nəzərə almadan yuxarıda qeyd etdiyi əsassız qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçıya məxsus evin inşası zamanı bünövrəsində, qapı və pəncərələrin üst hissəsində, ümumilikdə yükdaşıyan divarların qurtaracağında tikinti texnologiyasına uyğun olaraq dəmir-beton konstruksiyalı lentvari kəmərin olmaması səbəbindən dolayı atmosfer çöküntülərinin, yeraltı fekal və qurunt sularının həmin relyefdə yerləşən evin alt hissəsindən keçdiyi halda evdə müxtəlif istiqamətlərə doğru çatların yaranmasına səbəb olduğu qənaətinə gəlsə də, həyətə giriş darvazasında əyilmə və hasar divarında olan zədə izlərini, o cümlədən sərhəd hasarda və aqlay döşəmədəki səthi çatları həmin hallarla əlaqələndirməmiş və buna dair məntiqli izah verməmiş, həyətə giriş darvazasında əyilmə və hasar divarında olan zədə izlərini iddiaçının heç bir sübut təqdim etmədən şifahi şəkildə bildirdiyi hala - cavabdeh tərəfindən aparılan tikinti zamanı ekskavatorun hasar divara zərbə yetirməsi nəticəsində yaranması vəziyyətinə əsaslanmışdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mütəxəssis rəylərində qeyd edildiyi və yerli baxışda müəyyən olunduğu kimi, iddiaçıya məxsus fərdi evin yerləşdiyi torpaq sahəsi maili vəziyyətdədir və evin kürsü hissəsinin hündürlüyü bir tərəfdən 0,6 metr, digər tərəfdən isə 2,0 metr təşkil edir. Torpaq sahəsinin maili olması, o cümlədən mütəxəssis rəylərində də qeyd edildiyi kimi torpaq sahəsində fərdi ev tikilməzdən əvvəl bərkitmə işlərinin aparılmaması iddiaçıya məxsus fərdi yaşayış evində və onun həyatyanı sahəsində çatların əmələ gəlməsinə səbəb olmaqla, cavabdeh tərəfindən özünəməxsus torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqəli deyil. Lakin məhkəmə işin faktiki hallarını, mütəxəssis rəylərini nəzərə almadan ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Iddiaçının ona məxsus fərdi evin həyətə giriş darvazasında əyilmə və hasar divarında olan zədə izlərinin cavabdeh tərfindən aparılan tikinti işlərinin və sərhəd hasarda, aqlay döşəmədə yaranan səthi formalı çatların onun tərəfindən birmərtəbəli evin sökülməsi nəticəsində baş verməsini sübut edə bilməməsinə baxmayaraq, məhkəmə mövcud vəziyyəti nəzərə almadan iddianı qismən təmin etməklə yanlış qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında dindirilən mütəxəssis X2 izahatında “xxxx” MMC tərəfindən təqdim edilmiş **** nömrəli, ## #### 2026-cı il tarixli rəydə qərardadda qoyulmuş suallar tam ətraflı şəkildə cavablandırılmadığından, aparılmış tədqiqata uyğun yeni rəy tərtib olunaraq məhkəmə kollegiyasına təqdim edilmiş, lakin həmin rəydə tikinti üçün lazım olan mal və materialların aydın şəkildə təsvir edilməsi üçün ardıcıllıqla sxem üzrə düzülmüş və həmin materialların dəyəri sxemdə əks olunmuşdur. O, həmçinin qeyd etmişdir ki, hesabat Azərbaycan Respublikasının “qiymətləndirmə fəaliyyəti haqqında” qanuna, Milli Qiymətləndirmə Standartlarına (MQS) və X11 (IVS) tələblərinə, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına və X9 tələblərinə uyğun olaraq hazırlanmışdır. Hesabatda təmir üçün mühəndislik xərcləri də hesablanaraq əks olunmuşdur.

16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Mülki Məcəllə

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayətləri vermiş, şikayətlərin məzmununa əsasən iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən, cavabdeh isə qətnaməni iddianın təmin edilən hissəsini mübahisələndirmişlər.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə bütünlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Iş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın maddi zərərin və mütəxəssisə ödənilmiş məbləğin tutulması hissələrində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçıya məxsus qeyd edilən birmərtəbəli evin həyət darvazası, ona bitişik və eyni zamanda sərhəd hasarda olan izlərin yaranma mexanizmi, lokalizasiyası və inteqrasiya xəttinə görə iddiaçının bildirdiyi kimi cavabdeh tərəfin tikintidə istifadə olunan nəqliyyat vasitəsinin divara zərbə təsirindən yaranmaya xarakterik olması, sərhəd hasarda və aqlay döşəmədə yaranan səthi formalı catlar isə cavabdeh tərəfindən tikilən hündürmərtəbəli binanın vaxtı ilə yerində olmuş birmərtəbəli evin sökülməsi nəticəsində yaranmaya xarakterik olması ilə əsaslandırmış və maddi zərərin məbləğini müəyyən edərkən ## ####### 2025-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayətləri vermiş, şikayətlərin məzmununa əsasən iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən, cavabdeh isə qətnaməni iddianın təmin edilən hissəsini mübahisələndirmişlər.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri nəzərə alaraq hesab edir ki, qətnamə bütünlükdə yoxlanılmalı və ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir.

25. Baxılan iş üzrə iddia tələbi tikilinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin, o cümlədən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədədir. Iddia tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 21, 170.1, 170.2, 171.3, 172.1, 1096.1., 1096.2, 1097.1-ci maddələri nəzərdən keçirilə bilər.

26. Məlum olduğu kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1., 1096.2 və 1097.1. maddələri).

27. Qeyd olunmalıdır ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət birbiri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir.

28. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (Mülki Məcəllənin 170.1, 170.2. maddələri).

29. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (Mülki Məcəllənin 171.3, 172.1.maddələri).

30. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə zərərin vurulması faktı, zərərin yaranmasına səbəb olmuş hallar və həmin zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilməli, bundan sonra zərərin məbləğinə hüquqi qiymət verilməlidir.

31. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh apardığı tikinti işləri nəticəsində ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə zərər dəydiyini bildirmiş və həmin zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. Iddia tələbinin sonrakı dəqiqləşdirilmiş məzmunundan da görünür ki, iddiaçı zərərin məhz cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində yarandığını irəli sürmüşdür.

32. Iş üzrə araşdırılmış sübutlardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin bilavasitə yaxınlığında tikinti işləri aparılmış, həmin tikinti işləri ilə bağlı aidiyyəti dövlət orqanı tərəfindən də müvafiq tədbir görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən cavabdehin apardığı tikinti işlərinin dayandırılması barədə ## ###### 2022-ci il tarixli, **** nömrəli qərar qəbul edilmiş və bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmişdir.

33. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına və birinci instansiya məhkəməsində aparılmış tədqiqatları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə və ona aid tikililərə zərərin vurulması, bu zərərin cavabdehin təqsirli əməli nəticəsində baş verməsi, habelə həmin zərərin cavabdehin inşa etdiyi tikinti ilə səbəbli əlaqəsinin mövcudluğu işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır.

34. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi həyata keçirilmiş, həmin tikinti işləri nəticəsində iddiaçıya məxsus yaşayış evində və həyətyanı sahədə müxtəlif xarakterli çatlar, deformasiyalar və digər zədələnmələr yaranmışdır. Iddiaçı tərəfindən təqdim edilmiş materiallarda da tikinti işlərindən sonra əmlakda yaranmış zədələnmələrin xarakteri və həcmi əks etdirilmişdir. Iş materiallarında cavabdehin tikintisinin iddiaçıya məxsus əmlaka təsiri ilə bağlı bir neçə mütəxəssis və qiymətləndirmə rəyi mövcuddur.

35. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin verdiyi ## ###### 2024-cü il tarixli mütəxəsiss rəyindən görünür ki, iddiaçı İddiaçı məxsus bir mərtəbəli fərdi yaşayış evinə texniki baxış zamanı xarici yükdaşıyan divarlarda ön fasadda giriş qapısı ətrafında qapının üst səviyyəsində uzunluğu 0.7 metr, açılış eni 3 mm. olan üfiqi birtərəfli, qapı ətrafı divar birləşməsində uzunluğu 1.0 metr, açılış eni 1-5-3 mm. olan şaquli birtərəfli, arxa fasadda açılış eni 0.5 -5- 0.7 mm olan kiçik ölçülü şaquli birtərəfli, qonaq otaqın giriş qapısının yerləşdiyi arakəsmə divarında qapının üstündə uzunluğu 0.7 metr, açılış eni 7-5-8 mm olan şaquli keçici çatlar müşahidə olundu. Əlavə olaraq müxtəlif arakəsmələrdə xırda ölçülü birtərəfli çatlara, həmçinin əhəngdaşından olan üzlük tavaları ilə üzlənmiş həyət döşəməsində binanın uzunluğu və eni istiqamətində həyət boyu açılış eni 3-5 mm. olan çatlara rast gəlindi. Qarşı tərəfdə qonşu ilə sərhəddə yerləşən hasarda müxtəlif istiqamətlərdə xırda ölçülü çatlar, həyətə giriş darvazasında əyilmə vardır.Qarşı tərəfdə 3 mərtəbəli, mansardlı binanın inşası zamanı qazılmış çalanın səviyyəsi sərhəddə yerləşən hasarın (vaxtı ilə mövcud olmuş sonradan sökülmüş fərdi yaşayış evinin arxa divarı) bünövrəsindən təqribən 3 metr dərində yerləşir. Texniki baxış zamanı sözügedən hissədə ara məsafəsinin az olması səbəbindən, torpaq kütləsinin yerdəyişməsinin qarşısını alacaq əlavə gücləndirmə tədbirlərinə rast gəlinmədi. Halhazırda hasar ilə qonşu binanın arası tökmə torpaq və inşaat tullantıları ilə müəyyən qədər doldurulmuşdur. Aralıq hissədə, qonşu binanın dam örtüyü səviyyəsində yerləşdirilmiş su novlarına suötürücü boruların quraşdırılmaması nəticəsində yağış suları 13.0-5-14.0 metr hündürlükdən axaraq qruntun islanmasına, yumuşalmasına və kütləsinin artmasına səbəb olur. Sərhəddə yerləşən hasarların bir qismi inşaat norma və qaydalarına əməl olunmadan inşa edildiyi və binanın su novlarından axan sularin təsiri nəticəsində uçub dağılmış, qalan hissələrində isə xırda ölçülü çatlar əmələ gəlmişdir. Qeyd olunanlar maili relyefdə yerləşən həyətyanı sahədə və bir mərtəbəli fərdi yaşayış evində mövcud çatların inkişafı ücün şərait yaradır. Gələcəkdə bu kimi halların və mövcud çatların inkişafının qarşısının alınması və evin, həyətyanı sahənin normal istismarı məqsədilə ərazidə bərkitmə və bərpa işlərinin aparılmasına və atmosfer sularının düzgün idarə olunmasına ehtiyac vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, fərdi yaşayış evi AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda binanın tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin müəyyən dərəcədə azalması səbəbindən bina texniki cəhətdən məhdud işlək kimi qiymətləndirilir.

36. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji Institutunun *-**-**/*-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli rəyinə əsasən 3 mərtəbəli, mansardlı binanın inşası zamanı qazılmış bünövrə çalası ilə fərdi yaşayış evinin ara məsafəsinin 6-8 metr olduğu, həmin çalanın qoyulma dərinliyi fərdi yaşayış evinin bünövrəsindən təqribən 3 metr aşağıda yerləşdiyi, aralıq hissədə, qonşu binanın dam örtüyü səviyyəsində yerləşdirilmiş su novlarına suötürücü boruların quraşdırılmaması nəticəsində yağış sularının kənar edilmədiyi, qruntun islanmasına və kütləsinin artmasına səbəb olduğu göstərilmişdir. Fərdi yaşayış evinin ön hissəsində torpaq kütləsinin çökməsi səbəbindən bünövrəsində qeyri-bərabər çökmə yaranmış, arxa divarda maili istiqamətli çat əmələ gəlmişdir. AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda binanın tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin müəyyən dərəcədə azalması səbəbindən fərdi yaşayış evi texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq fərdi yaşayış evində müvafiq layihə əsasında bərpa-gücləndirmə işlərinin aparılması zəruridir. Bərpa-gücləndirmə işləri podratçı tərəfindən hazırlanmış müvafiq layihə əsasında aparılması mümkündür. Binalar arasında yerləşən hasarlarının bir qismi inşaat norma və qaydalarına əməl olunmadan inşa edildiyi və binanın su novlarından axan suların təsiri nəticəsində uçub dağılmış, qalan hissələrində isə (5- 10 mm) ölçülü çatlar əmələ gəlmişdir. Iddiaçı İddiaçı tərəfindən həyətyanı sahəsində hasarın dağılmaması üçün müvəqqəti bərkitmə tədbirləri yerinə yetirilmişdir. Mövcud vəziyyətdən aydın olur ki, ərazidə tikinti norma və qaydaların tələblərinə uyğun olaraq yamacda bərkitmə işləri və yaşayış evində gücləndirmə işləri aparılmazsa, gələcəkdə mövcud çatların dinamiki inkişafı, eləcə də atmosfer sularının kənarlaşdınImaması səbəbindən həmin fərdi yaşayış evinin təhlükəli vəziyyətə düşməsi mümkündür.

37. Məhkəmə kollegiyası FHN-nin Tikintidə X7 Agentliyinin “Azərinşaatlayihə” DBLKT Institutunun ekspertiza və mütəxəssis rəylərində göstərilənləri nəzərə alaraq yaşayış evi və sahəsi orada yerləşən tikililərlə bağlı bərpa və gücləndirmə işlərinin aparılması üçün görülməli işləri və onların dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq və əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, “xxxx” MMC-nin mütəxəssis rəyinə əsasən fərdi yaşayış evində və qarajda, sanitar qovşaqda, hasarda, darvazada və həyətin yerüstü döşəməsində mövcud çat və zədələrin konstruktiv dayanıqlığın təmin edilməsi məqsədilə söküntü, yenidənqurma, bərpa və gücləndirmə işlərinin aparılması zəruri olduğu vurğulanaraq görülməli olan konkret işlər hesabatın tədqiqi hissəsində və smeta cədvəlində göstərilmişdir. Bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsi məqsədilə dam örtüyünün sökülməsi və işlər başa çatdıqdan sonra yenidən quraşdırılmasının tələb olunduğu, fərdi yaşayış evində, qarajda, sanitar qovşaqda, hasarda, darvazada və həyətin yerüstü döşəməsində tələb olunan bərpagücləndirmə işlərinin yerinə yetirilməsi üçün zəruri xərclərin ümumi məbləğinin 131.700,47 (bir yüz otuz bir min yeddi yüz manat 47 qəpik) təşkil etdiyi göstərilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli əsas məsələlərdən biri iddiaçıya dəymiş maddi zərərin yalnız ayrı-ayrı tikinti elementlərinin bərpası ilə məhdudlaşıb-məhdudlaşmaması, yaxud zədələnmiş əmlakın əvvəlki vəziyyətə gətirilməsi üçün zəruri olan bütün bərpa-gücləndirmə işlərinin dəyərinin zərər kimi nəzərə alınmalı olmasıdır.

39. Iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evində və ona aid tikililərdə yaranmış zədələnmələrə dair iş üzrə müxtəlif vaxtlarda bir neçə mütəxəssis və qiymətləndirmə rəyləri əldə edilmişdir. Birinci instansiya məhkəməsi isə həmin rəylərin bir-biri ilə fərqlənməsinin səbəblərini, onların hansı tədqiqat və hesablama metodlarına əsaslandığını, habelə nə üçün məhz 15.000 manat məbləğini real zərərin həcmi kimi qəbul etdiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır.

40. Belə ki, məhkəmə ## ####### 2025-ci il tarixli mütəxəssis rəyində həyətyanı sahə üzrə müəyyən işlərin görülməsi üçün 15.000 manat vəsait tələb olunması barədə nəticəyə istinad etməklə maddi zərəri həmin məbləğdə müəyyən etmişdir. Lakin həmin rəyin məzmunundan görünür ki, hesablamanın predmeti əsasən hasarın, aqlay daşının, darvazanın və həyət döşəməsinin bərpası ilə bağlı işlər olmuşdur.

41. Halbuki iddiaçının tələbi yalnız həyətyanı sahənin müəyyən elementlərinin bərpası ilə bağlı olmamış, fərdi yaşayış evində və ona aid tikililərdə yaranmış zədələnmələrin aradan qaldırılmasını da əhatə etmişdir. Iş materiallarında evin konstruktiv elementlərində, o cümlədən bünövrə, divar, tavan, döşəmə və digər hissələrdə zədələnmələrin mövcudluğu ilə bağlı işdə kifayət qədər materiallar mövcuddur. Yeni qiymətləndirmə də məhz bu halların tam şəkildə araşdırılması məqsədilə aparılmışdır.

42. Bu baxımdan aşağı instansiya məhkəməsinin yalnız həyətyanı sahədə görüləcək ayrıayrı işlərin dəyərini bütün əmlaka dəymiş zərərin məbləği kimi qəbul etməsi zərərin tərkibinin daraldılmasına və real zərərin tam müəyyən edilməməsinə gətirib çıxarmışdır.

43. Həmçinin o da nəzərə alınmalıdır ki, iş materiallarında olan digər qiymətləndirmə nəticələrində də zərərin məbləği 15.000 manatdan əhəmiyyətli dərəcədə yüksək müəyyən edilmişdir. Belə ki, “Buta” Qiymətləndirmə Mərkəzinin ## #### 2024-cü il tarixli rəyində zərərin 141.738 manat, “X4 və Ekspertiza Mərkəzi” MMC-nin ## ######## 2024-cü il tarixli rəyində isə 134.319,10 manat olduğu göstərilmişdir.

44. Bu halda, məhkəmə həmin rəylər arasında mövcud olan ciddi fərqin səbəblərini araşdırmalı, hər bir rəyin hansı obyektləri, hansı zədələnmələri və hansı bərpa işlərini əhatə etdiyini müəyyən etməklə və nə üçün məhz 15.000 manatlıq nəticəni mötəbər hesab etdiyini əsaslandırmalı olduğu halda, mövcud məhkəmə aktında isə belə müqayisəli qiymətləndirmənin aparıldığı müəyyən edilmir.

45. Əksinə, aşağı instansiya məhkəməsinin gəldiyi nəticə faktiki olaraq yalnız bir rəydə göstərilmiş ayrı-ayrı işlərin dəyərinin qəbul edilməsinə əsaslanmışdır. Bu isə sübutların məcmu qaydasında qiymətləndirilməsi tələbi ilə uzlaşmır.

46. Məhkəmə kollegiyası üçün xüsusilə əhəmiyyətli olan hal ondan ibarətdir ki, apellyasiya baxışı zamanı məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı əsasında yeni qiymətləndirmə aparılmış və qiymətləndiricinin qarşısında əvvəlki rəylərdən fərqli olaraq, konkret olaraq hansı bərpa-gücləndirmə işlərinin görülməli olduğu, dam örtüyünün sökülməsinə ehtiyacın olub-olmaması, qaraj, sanitar qovşaq, hasar, darvaza və həyətin yerüstü döşəməsindəki çatların aradan qaldırılması üçün hansı işlərin görülməli olduğu və həmin işlərin dəyərinin nə qədər təşkil etdiyi barədə konkret suallar qoyulmuşdur.

47. Qiymətləndirmə zamanı isə obyektə bilavasitə yerində baxış keçirilmiş, evin bünövrəsi, divarları, tavanı, döşəməsi, damı və digər konstruktiv elementləri, habelə qaraj, sanitar qovşaq, hasar, darvaza və həyətin yerüstü döşəməsi araşdırılmış, aşkar edilmiş qüsur və zədələnmələr fotoşəkillərlə qeydə alınmış, bununla yanaşı əvvəlki mütəxəssis rəyi, fotovideo materiallar və iş üzrə digər sənədlər tədqiq edilmişdir.

48. Deməli, yeni hesabatın üstünlüyü yalnız onun daha yeni tarixdə tərtib edilməsində deyil, hesabatin üstünlüyü onun tədqiqat predmetinin daha geniş olmasında, məhkəmənin qoyduğu konkret suallara cavab verməsində, obyektə yerində baxış keçirilməklə faktiki zədələnmələrin müəyyən edilməsində və zərərin aradan qaldırılması üçün zəruri olan işlərin hər biri üzrə xərc hesablamasının aparılmasındadır. Hesabatda qiymətləndirmənin xərc yanaşması əsasında aparıldığı da göstərilmişdir. Bu isə hazırkı mübahisənin xarakterinə uyğundur. Çünki mübahisənin predmeti əmlakın bazar dəyərinin müəyyən edilməsi deyil, ona dəymiş zədələrin aradan qaldırılması və əvvəlki vəziyyətinə gətirilməsi üçün zəruri xərclərin müəyyən edilməsidir.

49. Yeni “xxxx” MMC-nin hesabat üzrə konkret işlərin və xərclərin hesablanması nəticəsində ümumi xərclərin 112.564,50 manat təşkil etdiyi müəyyən edilmişdir. Hesabatda ayrı-ayrı işlər üzrə material və əmək xərcləri də nəzərə alınmışdır. Hesabatda göstərilən 11276,45 manat mühəndislik xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin mühəndislik xərclərini hazırkı mərhələdə iddiaçıya dəymiş və cavabdehdən tutulmalı olan real zərərin tərkibinə daxil etmir. Belə ki, rəydən göründüyü kimi, qeyd olunan xərclər artıq həyata keçirilmiş və iddiaçı tərəfindən faktiki ödənilmiş xərcləri deyil, əmlakın gələcəkdə bərpası zamanı görülməsi nəzərdə tutulan mühəndislik işləri ilə əlaqədar yaranacaq xərcləri ifadə edir.

50. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə müdafiəsi qaydasında cavabdehdən tutulmalı olan zərərin məbləği müəyyən edilərkən iş üzrə artıq mövcud olan, faktiki olaraq vurulmuş və sübutlarla təsdiq edilən zərər nəzərə alınmalıdır. Gələcəkdə görülməsi nəzərdə tutulan və hələ faktiki olaraq çəkilməmiş xərclərin (mühəndislik xərclərinin) isə hazırkı mərhələdə iddiaçı tərəfindən çəkilmiş zərər kimi cavabdehdən tutulması üçün kifayət qədər əsas yoxdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin ödənilməsinin məqsədi zərərçəkmiş iddiaçını zərərin yalnız bir hissəsini aradan qaldırmağa imkan verən məbləğlə təmin etmək deyil, mümkün olduğu həddə onun əmlak vəziyyətini hüquq pozuntusundan əvvəlki vəziyyətə gətirməkdir. Buna görə də zərərin məbləği müəyyən edilərkən əmlakın ayrıayrı hissələrinin deyil, aşkar edilmiş zədələnmələrin bütövlükdə aradan qaldırılması üçün obyektiv olaraq zəruri olan xərclər əsas götürülməlidir.

52. Bu baxımdan 15.000 manat məbləğinin qəbul edilməsi iddiaçının əmlakında müəyyən edilmiş bütün zədələnmələrin aradan qaldırılmasını təmin etmir. Əksinə, həmin məbləğ yeni qiymətləndirmədə müəyyən edilmiş bərpa-gücləndirmə işlərinin yalnız bir hissəsinin dəyərindən ibarət olmuşdur. Aşağı instansiya məhkəməsinin bu məbləği bütün maddi zərərin ekvivalenti kimi qəbul etməsi zərərin faktiki həcmi ilə uzlaşmır.

53. Digər tərəfdən, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinin məzmunundan irəli gəldiyi kimi, hüququ pozulmuş şəxsə vurulmuş zərərin tam ödənilməsi təmin edilməli, real zərərə hüququn bərpası üçün çəkilmiş və ya çəkilməli olan xərclər də aid edilməlidir. Iddiaçının müvafiq hüququnun pozulması nəticəsində əmlakın əvvəlki vəziyyətinə gətirilməsi üçün zəruri olan xərclər real zərərin müəyyən edilməsində nəzərə alınmalıdır.

54. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsinin 15.000 manat məbləğində maddi zərərin tutulması barədə gəldiyi nəticə işin faktiki hallarına və apellyasiya baxışı zamanı əldə edilmiş, daha tam və konkret tədqiqata əsaslanan qiymətləndirmənin nəticələrinə uyğun deyildir.

55. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud sübutları təkrar qiymətləndirmək və əlavə təqdim edilmiş sübutları nəzərə almaq səlahiyyətinə malik olduğundan, yeni qiymətləndirmə hesabatında müəyyən edilmiş nəticəni digər sübutlarla birlikdə qiymətləndirərək maddi zərərin məbləğini müəyyən edir.

56. Qeyd olunmalıdır ki, iddiaçının əmlakında yaranmış zədələnmələrin aradan qaldırılması üçün tələb olunan bərpa-gücləndirmə işlərinin ümumi dəyəri 112.564,50 manat olmaqla, həmin məbləğ real zərərin sənədləşdirilmiş və əsaslandırılmış məbləğidir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti maddi ziyanın məbləğinin artırılması hissəsində qismən əsaslı hesab edilməli, aşağı instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 112.564,50 manat maddi zərərin tutulmalıdır.

57. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən tikilinin sökülməsi hissəsinə gəldikdə qeyd edir ki, iddiaçı bu cür iddianı qaldırmaq üçün ilk növbədə cavabdeh tərəfindən özbaşına tikilinin inşa edildiyini və həmin tikililərlə onun hüquqlarının və qanuni maraqlarının pozulduğunu əsaslandırmalıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, bu tələb maddi ziyanın ödənilməsi tələbindən fərqli hüquqi xarakter daşıyır və onun təmin edilməsi üçün tikilinin mövcudluğunun özünün iddiaçının pozulmuş hüququnun bərpasına maneə yaratması və həmin pozuntunun məhz tikilinin sökülməsi yolu ilə aradan qaldırılmasının zəruri olması müəyyən edilməlidir.

59. Məhkəmə kollegiyası iş üzrə zərərin vurulması faktına dair gəldiyi nəticəni tikilinin sökülməsi barədə tələbin təmin edilməsi üçün kifayət edən əsas kimi qəbul etmir. Belə ki, iş üzrə iddiaçının əmlakına zərər dəyməsi və həmin zərərin cavabdehin tikinti fəaliyyəti ilə səbəbli əlaqəsinin mövcudluğu müəyyən edilmiş olsa da, bu hal öz-özlüyündə cavabdehin tikilisinin sökülməsini zəruri nəticə kimi şərtləndirmir.

60. Digər tərəfdən, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının əmlakında yaranmış zədələnmələrin aradan qaldırılması üçün konkret bərpa-gücləndirmə tədbirlərinin həyata keçirilməsi mümkündür və həmin tədbirlərin dəyəri 112.564,50 manat məbləğində müəyyən edilmişdir. Bu isə iddiaçının pozulmuş əmlak hüququnun bərpasının və ona dəymiş real zərərin aradan qaldırılmasının tikilinin sökülməsinə zəruri ehtiyac yaranmadan təmin edilə biləcəyini göstərir.

61. Məhkəmə kollegiyası bununla yanaşı vurğulayır ki, tikilinin sökülməsi barədə tələbin təmin edilməməsi cavabdehin həmin tikinti nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyətini aradan qaldırmır. Əksinə, iş üzrə müəyyən edilmiş hallar əsasında cavabdehin tikinti fəaliyyəti ilə iddiaçının əmlakında yaranmış zədələnmələr arasında səbəbli əlaqə müəyyən edildiyindən, cavabdeh vurulmuş real zərərin əvəzini ödəməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası bir tərəfdən cavabdehin tikinti fəaliyyəti nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının sübuta yetirildiyini və həmin zərərin cavabdeh tərəfindən kompensasiya edilməli olduğunu, digər tərəfdən isə mövcud zərərin aradan qaldırılması üçün tikilinin sökülməsinin zəruri və yeganə vasitə olduğunun sübuta yetirilmədiyini nəzərə alır.

63. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məhkəmə müdafiəsinin seçilmiş üsulu pozulmuş hüququn xarakterinə uyğun və həmin pozuntunun aradan qaldırılması üçün zəruri olmalıdır. Hazırkı işdə isə iddiaçının əmlakında yaranmış zədələnmələrin bərpa-gücləndirmə işləri vasitəsilə aradan qaldırılması mümkün olduğu müəyyən edildiyindən, cavabdehin tikilisinin sökülməsi barədə tələbin təmin edilməsi üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir.

64. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tikilinin sökülməsi barədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

65. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin mənəvi zərərin tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin hissədə də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, təmin edilməməli və qətnamə mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər yeni qiymətləndirmə hesabatının mötəbərliyini şübhə altına alan və onun nəticələrini təkzib edən hər hansı mötəbər sübutla təsdiq olunmur. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar da yeni qiymətləndirmədə müəyyən edilmiş bərpa-gücləndirmə işlərinin zəruri olmadığını və ya onların göstərilən məbləğdən daha az xərc tələb etdiyini təsdiq etmir.

67. Həmçinin o da qeyd olunmalıdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, işə apellyasiya instansiyasında baxılması ilə bağlı keçirilmiş məhkəmə iclaslarının heç birində cavabdeh Cavabdeh iştirak etməmişdir. Bunun üçün məhkəmə iclasları təxirə salınaraq sonuncuya bu imkanlar yaradılsa da, cavabdeh apellyasiya baxışı zamanı özünün apellyasiya şikayətində irəli sürdüyü dəlilləri şifahi şəkildə izah etmək, həmin dəlillərlə bağlı əlavə sübutlar təqdim etmək, iş üzrə müəyyən edilmiş hallara münasibət bildirmək, digər tərəfin təqdim etdiyi sübutlara etiraz etmək və məhkəmənin araşdırması nəticəsində meydana çıxan məsələlərə dair mövqeyini bildirmək imkanından istifadə etməmişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi tərəfə öz mövqeyini müdafiə etmək üçün prosessual imkan yaratmaqla yanaşı, həmin mövqenin əsaslandırılması və irəli sürülmüş dəlillərin mötəbər sübutlarla təsdiq edilməsi zərurətini də aradan qaldırmır. Tərəf məhkəmə iclasında iştirak edib-etməməkdə sərbəst olsa da, məhkəmə tərəfindən onun prosessual hüquqlarının həyata keçirilməsi üçün lazımi imkan yaradıldığı halda bu imkanlardan istifadə etməməsinin nəticələri tərəfin öz prosessual davranışı ilə bağlıdır.

69. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.

70. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində zərərin vurulması faktını, zərərin məbləğini və həmin zərərin onun hərəkətləri ilə səbəbli əlaqəsini mübahisələndirsə də, apellyasiya baxışı zamanı bu dəlillərin əsaslılığını təsdiq edən əlavə sübutlar təqdim etməmiş, iş üzrə yeni müəyyən edilmiş hallara və apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə nəticələrinə dair hər hansı əsaslandırılmış etiraz irəli sürməmişdir.

71. Əksinə, apellyasiya baxışı zamanı iş üzrə əmlaka mütəxəssis tərəfindən yerində baxış keçirilməklə aparılmış yeni qiymətləndirmənin nəticələri, əvvəlki mütəxəssis rəyləri və digər sübutlar məhkəmə tərəfindən araşdırılmışdır. Cavabdeh isə həmin sübutların məzmununa münasibət bildirmək və onların nəticələrini təkzib edən sübutlar təqdim etmək imkanından istifadə etməmişdir.

72. Məhkəmə kollegiyası bununla əlaqədar xüsusi olaraq vurğulayır ki, cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi özlüyündə onun əleyhinə hüquqi nəticə doğuran hal kimi qiymətləndirilmir və apellyasiya şikayətinin təmin edilməməsinin müstəqil əsası deyildir. Lakin cavabdehin dəfələrlə keçirilmiş məhkəmə iclasının heç birində iştirak etməməsi, şikayətində irəli sürdüyü dəlilləri əsaslandırmaması və həmin dəlilləri təsdiq edən sübutlar təqdim etməməsi onun prosessual mövqeyinin faktiki olaraq müdafiəsiz qalması ilə nəticələnmişdir.

73. Məhkəmə isə qərarını yalnız tərəfin şikayətində irəli sürdüyü mülahizələrə deyil, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna əsasən qəbul edir. Cavabdehin apellyasiya şikayətində göstərilən etirazların isə iş üzrə mövcud sübutlarla təsdiq olunmadığı müəyyən edilmişdir. Belə olan halda, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər məhkəmə kollegiyasının müəyyən etdiyi faktiki halları və sübutların nəticələrini təkzib etmədiyindən, həmin dəlillərə əsasən mövcud iddianın rədd edilməsi üçün əsaslar yoxdur.

74. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin maddi ziyanın tutulmasına dair qətnamənin ləğv edilməsi və ya həmin məbləğin azaldılması barədə dəlilləri əsassızdır. Çünki iş üzrə müəyyən edilmiş hallar və apellyasiya baxışı zamanı əldə edilmiş sübutlar maddi ziyanın 112.564,50 manat təşkil etdiyini təsdiq etdiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz.

75. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, maddi zərər hissəsində iddia tələbinin 140.238 manat məbləğində olduğu, həmin tələbin 112.564,50 manat hissəsinin təmin edildiyi nəzərə alınmaqla, iddia tələbinin 80,27 faiz həcmində təmin edildiyi müəyyən edilir.

77. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu baxımdan iş üzrə çəkilmiş 3.339 (1239+1500+600=3339) manat məbləğində mütəxəssis rəylərinin verilməsinə görə ödənilmiş pulun 80,27 faizi, yəni 2.680,11 manat cavabdehin, qalan 658,89 manat isə iddiaçının üzərinə qoyulmalıdır.

78. Bu baxımdan iddianın mütəxəssisə ödənilmiş vəsaitin əvəzinin tutulması hissəsində qismən təmin edilməklə, cavabdeh Cavabdeh 2.680,11 manat pul İddiaçı xeyrinə tutulmalıdır.

79. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəymiş maddi zərərin və mütəxəssisə ödənilmiş məbləğin tutulması hissələrində dəyişdirilməli, cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq 112.564,50 manat, mütəxəssisə ödənilmiş 2.680,11 manat tutularaq iddiaçı İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməməlidir.

80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəymiş maddi zərərin və mütəxəssisə ödənilmiş məbləğin tutulması hissələrində dəyişdirilsin. Cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq 112.564,50 manat, mütəxəssis rəylərinin verilməsinə görə ödənilmiş 2.680,11 manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar