Məhkəmə qərarları › İş №2(012)-32/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-32/2025

27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-32/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, İbrahimli Leyla Zaur qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair, iddia ərizəsi üzrə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti - Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılması, dəymiş maddi zərərə görə 70000 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən zəbt olunmuş dövlətə məxsus torpaq sahəsində, buna heç bir lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması nəticəsində ona dəymiş maddi zərər görə 70000 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyidirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən zəbt olunmuş dövlətə məxsus torpaq sahəsində, buna heç bir lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması nəticəsində ona dəymiş maddi zərərə görə 141.738 (yüz qırx bir min yeddi yüz otuz səkkiz) manat məbləğində vəsaitin, mütəxəssis rəyləri üçün ödədiyim ümumilikdə 1739 (bir min yeddi yüz otuz doqquz) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödədiyim 408 (dörd yüz səkkiz) manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirinin seçilməsi barədə 2 ərizə üçün ödədiyi ümumilikdə 20 (iyirmi) manat dövlət rüsumunun, habelə mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 145.905 (yüz qırx beş min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəyidirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi - -Cavabdeh tərəfindən tikinti işlərinin aparılması nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə, torpaq sahəsinə və torpaq sahəsində olan tikililərə dəymiş maddi ziyana görə 140.238 (yüz qırx min iki yüz otuz səkkiz) manat məbləğində vəsaitin, -- --mütəxəssis rəyləri üçün ödədiyi ümumilikdə 3239 (üç min iki yüz otuz doqquz) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə və müvəqqəti təminat tədbirlərinə görə ödədiyi 428 (dörd yüz səkkiz) manat , mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 145.905 (yüz qırx beş min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh tərəfindən onun ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə bitişik torpaq sahəsində qanunsuz aparılan hündürmərtəbəli yaşayış binası ilə əlaqədar onun evində və evin yerləşdiyi torpaq sahəsində çoxsaylı çatlar əmələ gəlmiş , gündən-günə həmin torpaq sahəsində çatlar genişlənir.Bu səbəbdən ona külli miqdarda ziyan və nəticədə keçirdiyi sarsıntılardan mənəvi zərər dəymişdir.Cavabdehin bu hərəkətləri ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir tədbir görülməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili nümayəndəsi Nümayəndə iddianı müdafiə edib,iddia tələbinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Həmçinin izahatında göstərmişdir ki, hazırkı tikilinin yerində X1 mülkiyyətində fərdi yaşayış evi olmuşdur. Həmin birmərtəbəli fərdi yaşayış evinin fasad divarı iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə sərhəd hasarına bitişik vəziyyətdə olmuşdur.Mütəxəssis rəylərindən də göründüyü kimi, iddiaçı tərəfindən 1996-cı ildə inşa edilmiş birmərtəbəli kürsülü ev mərkəzi yola nəzərən 7,0 metr məsafədə, 1,8 metr aşağı səviyyədə maili torpaq sahəsində yerləşir. Evin kürsü hissəsinin hündürlüyü bir tərəfdən 0,6 metr, digər tərəfdən isə 2,0 metr təşkil edir. Evin bağ hissəsi həyət hissəsindən təqribən 1,5 metr aşağı səviyyədədir. Həmin rəylərdə evin inşaası zamanı bünövrəsində, qapı və pəncərələrin üst hissəsində, ümumilikdə yükdaşıyan divarların qurtaracağında tikinti texnologiyasına uyğun olaraq dəmir-beton konstruksiyalı lentvari kəmərin olduğu görünmür. Atmosfer çöküntülərinin, yeraltı fekal və qurunt sularının həmin relyefdə yerləşən evin alt hissəsindən keçdiyi halda evdə müxtəlif istiqamətlərə doğru çatların yaranmasına səbəb ola bilər. Cavabdeh tərəfindən inşa edilmiş bina 3 mərtəbəli və mansarddan ibarət bir tikilinin ümumilikdə birinci mərtəbənin döşəmə səviyyəsindən mərtəbə arası dəmir-beton konstruksiyalı tavalarla birlikdə mansarda qədər 10,60 metr təşkil edir. Eyni zamanda baxış zamanı müəyyən olundu ki, üç mərtəbəli tikili ilə iddiaçının sərhəd hasarına qədər olan məsafə 3,6 metr təşkil edir və həmin boşluq relyef fərqli olduğu üçün avtomobil yolundan aşağıya doğru təqribən 2 metr təşkil edir.Söküntü işlərindən əvvəl həmin evə bitişik vəziyyətdə qalınlığı 40 sm və hündürlüyü 6,8 metr olan hasar inşa edilmişdir. Eyni zamanda həmin hasara bitişık olmaqla qalınlığı 40sm x 20 sm olan tumbalar inşa edilmiş və uzərinə 40 sm x 20 sm ölçüdə dəmir-beton konstruksiyalı kəmər verilmişdir. Hasarın qurtaracağında çardaq quraşdırılması üçün lentvari kəmərin içərisinə metal borular qoyulmuşdur. Həmin hasarın üzərində heç bir çat izləri aşkar edilməmişdir. Mövcud hasar bir mərtəbəli evin həyətyanı sahəsindən taxminən 2 metr aşağı səviyyədən başlayaraq inşa edilmişdir. Üç mərtəbəli binanın inşaasından əvvəl tikilmiş mövcud hasar maili relyefdə yerləşən həyətyanı torpaq sahəsinin sürüşməsinin qarşısının alınması üçün inşa edilmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilən zamanda iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əsassız olduğu göründü.Yerli baxışda o da müəyyən edildi ki, iddiaçının evinin arxa hissəsində qonşu evin eyvan hissəsində də iddiaçının evinin divarında olan xarakterik çatlar vardır.İddia tələbi əsassızdır, rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşin materiallarında olan DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanı 0.10 ha torpaq sahəsi olmaqla İddiaçı mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. İşdə olan DƏDRX tərəfindən xx.xx.2024- ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsi ndə 0.10 ha torpaq sahəsi Cavabdeh mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Masazır kəndi ərazisində Cavabdeh məxsus torpaq sahəsində kürsülü 3 mərtəbə və mansardlı fərdi yaşayış evinin memarlıqplanlaşdırma həlli Abşeron rayon İH tərəfindən razılaşdırılmışdır.Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 20 dekabr 2022-ci il tarixli 0993 saylı Qərar verilmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/1962 saylı rəyindən görünür ki, DƏDRX tərəfindən xx.xx.2017-ciil tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan İddiaçı mülkiyyət hüququ kimi qeydiyyata alınmış ünvan 3 ünvanı 0.10 ha torpaq sahəsi iş üzrə Cavabdeh Maqarif oğlu tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahələrinin bir-birinə bitişik sahələr olduğu müəyyən edilir. Cavabdeh tərəfindən inşa olunan hündürlüyü 14,5 metr olan tikili ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddinə qədər olan məsafələrin baş hissədə 04 metr, orta hissədə 2.65 metr, axır hissədə isə 02 metr olduğunu nəzərə alaraq cavabdeh tərəfindən inşa edilmiş tikilinin Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən olundu. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 10/385 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin rəyinə əsasən DƏDRX tərəfindən xx.xx.2017-ciil tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan İddiaçı mülkiyyət hüququ kimi qeydiyyata alınmış ünvan 3 ünvanı 0.10 ha torpaq sahəsinə bitişik torpaq sahəsində Cavabdeh Maqarif oğlu tərəfindən aparılmış tikinti işləri zamanı tikililər arasındakı məsafənin az olmasına baxmayaraq torpaq kütləsinin yerdəyişməsinin qarşısının alacaq əlavə gücləndirmə tədbirləri görülməmiş, nəticədə iddiaçıya məxsus fərdi yaşayış evinin tikinti konstruksiyasında catlar yaranmışdır. AZdtn 1.7-1 “Bina və qurguların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydalarına görə iddiaçıya məxsus fərdi yaşayış evinin tikinti konstruksiyasının yükdaşıma qabiliyyətinin müəyyən dərəcədə azalması sənənindən ev texniki cəhətdən məhdud işlək kimi qiymətləndirilir. Həmin fərdi yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi üçün mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur. İşdə olan Abşeron rayon Məhkəməsinin sorgusuna əsasən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin verdiyi 16 fevral 2024-cü il tarixli mütəxəsiss rəyindən görünür ki, İddiaçı məxsus bir mərtəbəli fərdi yaşayış evinə texniki baxış zamanı xarici yükdaşıyan divarlarda ön fasadda giriş qapısı ətrafında qapının üst səviyyəsində uzunluğu 0.7 metr, açılış eni 3 mm. olan üfiqi birtərəfli, qapı ətrafı divar birləşməsində uzunluğu 1.0 metr, açılış eni 1-5-3 mm. olan şaquli birtərəfli, arxa fasadda açılış eni 0.5 -5- 0.7 mm olan kiçik ölçülü şaquli birtərəfli, qonaq otaqın giriş qapısının yerləşdiyi arakəsmə divarında qapının üstündə uzunluğu 0.7 metr, açılış eni 7-5-8 mm olan şaquli keçici çatlar müşahidə olundu. Əlavə olaraq müxtəlif arakəsmələrdə xırda ölçülü birtərəfli çatlara, həmçinin əhəngdaşından olan üzlük tavaları ilə üzlənmiş həyət döşəməsində binanın uzunluğu və eni istiqamətində həyət boyu açılış eni 3-5 mm. olan çatlara rast gəlindi. Qarşı tərəfdə qonşu ilə sərhəddə yerləşən hasarda müxtəlif istiqamətlərdə xırda ölçülü çatlar, həyətə giriş darvazasında əyilmə vardır.Qarşı tərəfdə 3 mərtəbəli, mansardlı binanın inşası zamanı qazılmış çalanın səviyyəsi sərhəddə yerləşən hasarın (vaxtı ilə mövcud olmuş sonradan sökülmüş fərdi yaşayış evinin arxa divarı) bünövrəsindən təqribən 3 metr dərində yerləşir. Texniki baxış zamanı sözügedən hissədə ara məsafəsinin az olması səbəbindən, torpaq kütləsinin yerdəyişməsinin qarşısını alacaq əlavə gücləndirmə tədbirlərinə rast gəlinmədi. Hal-hazırda hasar ilə qonşu binanın arası tökmə torpaq və inşaat tullantıları ilə müəyyən qədər doldurulmuşdur. Aralıq hissədə, qonşu binanın dam örtüyü səviyyəsində yerləşdirilmiş su novlarına suötürücü boruların quraşdırılmaması nəticəsində yağış suları 13.0 -5- 14.0 metr hündürlükdən axaraq qruntun islanmasına, yumuşalmasına və kütləsinin artmasına səbəb olur. Sərhəddə yerləşən hasarların bir qismi inşaat norma və qaydalarına əməl olunmadan inşa edildiyi və binanın su novlarından axan sularin təsiri nəticəsində uçub dağılmış, qalan hissələrində isə xırda ölçülü çatlar əmələ gəlmişdir.Qeyd olunanlar maili relyefdə yerləşən həyətyanı sahədə və bir mərtəbəli fərdi yaşayış evində mövcud çatların inkişafı ücün şərait yaradır. Gələcəkdə bu kimi halların və mövcud çatların inkişafının qarşısının alınması və evin, həyətyanı sahənin normal istismarı məqsədilə ərazidə bərkitmə və bərpa işlərinin aparılmasına və atmosfer sularının düzgün idarə olunmasına ehtiyac vardır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, fərdi yaşayış evi AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda binanın tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin müəyyən dərəcədə azalması səbəbindən bina texniki cəhətdən məhdud işlək kimi qiymətləndirilir. İşdə olan X6 və Ekspertiza Mərkəzi MMC-nin 12 sentyabr 2024-cü il tarixli 157 saylı Mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən tərtib olunmus **********53-10301 reyestr nömrəli. 19.12 2022-ci il tarixli çıxarışın məlumatlarından görünür ki, tədqiq olunan fərdi yaşayış evi X1 mülkiyyətindədir. Həmin evə dair tərtib olunmuş Texniki pasportdan görünür ki, 0,1 ha torpaq sahəsində əvvəllər mövcud olmuş ümumi sahəsi 68,9 kv m olan bir mərtəbəli fərdi yaşayış evinin fasad divarı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə sərhəd hasarına bitişik vəziyyətdə olmuşdur.Təqdim olunmuş sənədlərin məlumatlarından görünür ki, 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132,2 və 46,7 kv.metrdən ibarət bir mərtəbəli tikili İddiaçı mülkiyyətindədir, mütəxəssis rəylərindən də göründüyü kimi, 1996-cı ildə inşa edilmiş bir mərtəbəli kürsülü ev mərkəzi yola nəzərən 7,0 metr məsafədə, 1,8 metr aşağı səviyyədə maili torpaq sahəsində yerləşir. Evin kürsü hissəsinin hündürlüyü bir tərəfdən 0,6 metr, digər tərəfdən isə 2,0 metr təşkil edir. Evin bağ hissəsi həyət hissəsindən təqribən 1,5 metr aşağı səviyyədədir. Həmin rəylərdə evin inşaası zamanı bünövrəsində, qapı və pəncərələrin üst hissəsində, ümumilikdə yükdaşıyan divarların qurtaracağında tikinti texnologiyasına uyğun olaraq dəmir-beton konstruksiyalı lentvari kəmərin olduğu görünmür. Atmosfer çöküntülərinin, yeraltı fekal və qurunt sularının həmin relyefdə yerləşən evin alt hissəsindən keçdiyi halda evdə müxtəlif istiqamətlərə doğru çatların yaranmasına səbəb ola bilər.Baxış keçirilən zamanı müəyyən olundu ki, Cavabdeh tərəfindən inşa edilmiş bina 3 mərtəbəli və mansarddan ibarət bir tikilidir. Birinci mərtəbənin hündürlüyü 4 metr,ikinci və üçüncü mərtəbənin hündürlükləri 3,1 metr təşkil edir. Ümumilikdə birinci mərtəbənin döşəmə səviyyəsindən mərtəbə arası dəmir-beton konstruksiyalı tavalarla birlikdə mansarda qədər 10,60 metr təşkil edir. Eyni zamanda baxış zamanı müəyyən olundu ki, üç mərtəbəli tikili ilə iddiaçının sərhəd hasarına qədər olan məsafə 3,6 metr təşkil edir və həmin boşluq relyef fəqli olduğu üçün avtomobil yolundan aşağıya doğru təqribən 2 metr təşkil edir. Sadiq Məmmədovun mülkiyyətində olan bir mərtəbəli tikili gəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür. Söküntü işlərindən əvvəl həmin evə bitişik vəziyyətdə qalınlığı 40 sm və hündürlüyü 6,8 metr olan hasar inşa edilmişdir. Eyni zamanda həmin hasara bitişık olmaqla qalınlığı 40sm x 20 sm olan tumbalar inşa edilmiş və uzərinə 40 sm x 20 sm ölçüdə dəmir-beton konstruksiyalı kəmər verilmişdir. Hasarın qurtaracağında çardaq quraşdırılması üçün lentvari kəmərin içərisinə metal borular qoyulmuşdur. Həmin hasarın üzərindən heç bir çat izləri aşkar edilməmiş. 3 mərtəbəli binanın bünövrəsi ilə həmin hasarın bünövrəsinin eyni olduğu müəyyən edildi. Mövcud hasar bir mərtəbəli evin həyətyanı sahəsindən taxminən 2 metr aşağı səviyyədən başlayaraq inşa edilmişdir. Üç mərtəbəli binanın inşaasından əvvəl tikilmiş mövcud hasar maili relyefdə yerləşən həyətyanı torpaq sahəsinin sürüşməsinin qarşısının alınması üçün inşa edilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş **********53-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın məlumatlarından görünür ki, tədqiq olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən və 3 mərtəbəli tikilinin hündürlüyünün 10,6 metr təşkil etdiyini, sərhəd hasarı arasındakı məsəfənin faktiki 3.6 metr olduğunu nəzərə alaraq, (10,6 x 0,3 = 3,18 metr) həmin tikilinin inşaası zamanı ara məsafəsinin tələbləri pozulmamışdır. Eyni zamanda o da qeyd olunur ki, hasarla 1 mərtəbəli tikilinin ara məsafəsi 9,3 metr, olmaqla ümuilikdə 3 mərtəbəli tikili ilə 1 mərtəbəli tikili arasındakı məsafə 12,9 metr (9.3 m+3,6 m) təşkil edir.3 mərtəbəli tikilidən əvvəl inşa edilmiş mövcud hasarın tumbalar və dəmir-beton konstruksiyadan inşa edilməsindən də müəyyən olunur ki, 1 mərtəbəli tikilinin yerləşdiyı torpaq sahəsində əvvəllər də sürüşmə halları olduğunu göstərir.Bütün bunları nəzərə almaqla 1 mərtəbəli fərdi yaşayış evində yaranmış çatların 3 mərtəbəli binanın inşaası ilə heç bir əlaqəsi olmadığı müəyyən edilir. İşdə olan "xxxx" MMC-nin 15.03. 2024-cü il tarixli 409 saylı rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus sözügedən bir mərtəbəli fərdi yaşayış evinə texniki baxış zamanı xarici yükdaşıyan divarlarda ön fasadda giriş qapısı ətrafında qapının üst səviyyəsində uzunluğu 0.7 metr, açılış eni 1 mm slan üfüqi birtərəfli, qapı ətrafı divar birləşməsində uzunluğu 1.0 metr, açılış eni 1:2 mm olan şaquli birmərtəbəli, arxa fasadda açılış eni 0.5:0.7 mm olan kiçik ölçülü şaquli birtərəfli, salona giriş qapısının yerləşdiyi arakəsmə divarında qapının üstündə uzunluğu 6.7 metr, açılış eni 7:8 mm olan şaquli keçici çatlar müşahidə olundu. Əlavə olaraq müxtəlif arakəsmələrdə xırda ölçülü birtərəfli çatlara, həmçinin əhəndaşından olan üzlük tavaları ilə üzlənmiş həyət döşəməsində binanın uzunluğu və eni istiqamətində həyət boyu açılış eni 3: 5 mm.olan çatlara rast gəlindi. Qarşı tərəfdə qonşu ilə sərhəddə yerləşən hasarda müxtəlif istiqamətlərdə xırda ölçülü çatlar, həyətə giriş darvazısında cüzi əyilmə vardır. Həyətyanı sahənin bağ hissəsində qonşu ilə sərhəddə mişarlanmış əhəndaşından hörülmüş hasarın bir hissəsi meyvə ağaclarının üzərinə uçmuşdur. Qarşı tərəfdə 3 mərtəbəli, mansardlı binanın inşası zamanı qazılmış çalanın səviyassi sərhəddə yerləşən hasarın (vaxtilə mövcud olmuş sonradan sökülmüş fərdi yaşayış evinin arta divarı) bünövrəsindən təqribən 3 metr dərində yerləşir. Texniki baxış zamanı sözügdən hissədə ara məsafəsinin az olması səbəbindən, torpaq kütləsinin qarşısını alacaq alavə gücləndirmə tədbirlərinə rast gəlinmədi. Hal-hazırda hasar ilə qonşu binanın arası tökmə torpaq və inşaat tullantıları ilə müəyyən qədər doldurulmuşdur. Aralıq hissədə, qonşu binanın dam örtüyü səviyyəsində yerləşdirilmiş su novlarına suötrücü boruların quraşdırılmaması nəticəsində yağış suları 13.0: 14.0 metr hündürlükdən axaraq qruntun alanmasına, yumuşalmasına və kütəsinin artmasına səbəb olur. Sərhəddə yerləşən hasarların bir qismi inşaat norma və qayadalarına əməl olunmadan inşa edildiyi və binanın su novlarından axan suların təsiri nəticəsində uçub dağılmış, qalan hissələrində isə Xırda ölçülü çatlar əmələ gəlmişdir. Qeyd olunanlar maili relyefdə yerləşən həyətyanı sahədə və bir mərtəbli fərdi yaşayış evində mövcud evində mövcud çatların inkişafı üçün şərait yaradır.Gələcəkdə bu kimi halların və mövcüd çatların inkişafının alınması və evin, həyətyanı sahənin normal utismarı məqsədilə ərazidə bərkitmə və bərpa işlərinin aparılmasına və atmosfer sularının düzgün idarə olunmasına ehtiyac vardır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanı ha torpaq sahəsi 0.10 olmaqla İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə iş üzrə Cavabdeh Maqarif oğlu tərəfindən inşa edilmiş 03 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahələri bir-birinə bitişik qonşu torpaq sahələridir. Cavabdeh tərəfindən inşa olunan 03 mərtəbəli tikili ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə baş hissədə 04 metr, orta hissədə 2.65 metr, axır hissədə isə 02 metr, hasarla iddiaçıya məxsus 1 mərtəbəli tikilinin ara məsafəsi 9,3 metr, olmaqla ümumilikdə 3 mərtəbəli tikili ilə 1 mərtəbəli tikili arasındakı məsafə 12,9 metr (9.3 m+3,6 m) təşkil edir. Təqdim olunmuş sənədlərin məlumatlarından görünür ki, 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132,2 və 46,7 kv.metrdan ibarət birmərtəbəli tikili İddiaçı tərəfindən 1996-cı ildə inşa edilmiş bir mərtəbəli kürsülü ev mərkəzi yola nəzərən 7,0 metr məsafədə, 1,8 metr aşağı səviyyədə maili torpaq sahəsində yerləşir. Evin kürsü hissəsinin hündürlüyü bir tərəfdən 0,6 metr, digər tərəfdən isə 2,0 metr təşkil edir. Evin bağ hissəsi həyət hissəsindən təqribən 1,5 metr aşağı səviyyədədir. Qeyd edilən rəylərdə evin inşaası zamanı bünövrəsində, qapı və pəncərələrin üst hissəsində, ümumilikdə yükdaşıyan divarların qurtaracağında tikinti texnologiyasına uyğun olaraq dəmir-beton konstruksiyalı lentvari kəmərin olduğu müəyyən edilməmişdir. Məhkəmə tərəfindən yerli baxış zamanı iddiaçının özü izahatında bildirdi ki, cavabdeh Sadiq Məmmədovun tikdiyi hündürmərtəbəli binanın yerində olmuş birmərtəbəli gəzalı vəziyyətdə evi sökmüş, yerində hazırkı 03 mərtəbəli binanı tikmişdir.Sökülmüş birmərtəbəli evin arxa divarının bir hissəsi hələ də mövcuddur, həmin divar həmçinin iddiaçı ilə cavabdehə aid torpaq sahələri arasında sərhəd divarının bir hissəsini təşkil etmişdir və qalıq hissəsi yenə də sərhəd divarın bir hissəsini təşkil etməkdədir, 3 mərtəbəli binanın bünövrəsi ilə həmin hasarın bünövrəsinin eyni olduğu və iddiaçıya məxsus birmərtəbəli evin həyətyanı sahəsindən taxminən 2 metr aşağı səviyyədən başlayaraq inşa edildyi müəyyən edildi.İddiaçı yerli baxış zamanı həyətə giriş darvazasında əyilmə və hasar divarında olan zədə izlərinin cavabdeh tərəfindən aparılan tikinti zamanı eksavatorun hasar divara zərbə yetirməsi nəticəsində yetirildiyini bildirmiş,əks tərəf bunu etiraf etməsə də, hər hansı sübut da təqdim etməmişdir.Darvazaya bitişik hasar divarda qopma,çat izləri, darvazanın bir qədər əyilməsi və sərhəd divarda iddiaçının həyətinə baxan hissədə iki yerdə və həyətin aqlay döşəməsində bir yerdə hasar dibindən başlayaraq müşahidə edilən səthi formada catlar müşahidə edilmişdir. Məhkəmə tərəfindən yerli baxış zamanı həmçinin iddiaçıya məxsus həmin evdə mütəxəssis rəyində qeyd edilən çatlar da müşahidə edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının evinin evin arxa divarına baxarkən iddiaçının arxa qonsunun eyvan divarında da çatlar olduğu müşahidə edilmişdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçıya məxsus qeyd edilən birmərtəbəli evin həyət darvazası, ona bitişik və eyni zamanda sərhəd hasarda olan izlərin yaranma mexanizmi,lokalizasiyası və inteqrasiya xəttinə görə iddiaçının dediyi kimi cavabdeh tərəfin tikintidə istifadə olunan nəqliyyat vasitəsinin divara zərbə təsirindən yaranmaya xarakterikdir,sərhəd hasarda və aqlay döşəmədə yaranan səthi formalı catlar isə cavabdeh tərəfindən tikilən hündürmərtəbəli binanın vaxtı ilə yerində olmuş birmərtəbəli evin sökülməsi nəticəsində -hansı ki, həmin sökülmüş evin arxa divarı iddiaçının evinin hasar divarı olmuşdur və bir hissəsi hələ də mövcuddur, məhz izlərin yaranma mexanizmi,lokalizasiyası və inteqrasiya xəttinə görə həmin evin sökülməsi nəticəsində, yaranmaya xarakterikdir. Məhkəmə yuxarıda qeyd edilən mütəxəsiss rəylərində qeyd edilən “iddiaçıya məxsus evin sərhəddə yerləşən hasarların bir qismi inşaat norma və qayadalarına əməl olunmadan inşa edildiyi və binanın su novlarından axan suların təsiri nəticəsində uçub dağılmış, qalan hissələrində isə xırda ölçülü çatlar əmələ gəlmişdir-barədə mövqeyini əsaslı saymır.Belə ki, qeyd edilən hal olmuş olsaydı belə çat izləri sərhəd divarın əks tərəfində digər hissələrdə də, xüsusi ilə cavabdehə məxsus sökülmüş tikilinin qalıq divarının da üzərində olmuş olardı.Halbu ki, belə hal müşahidə edilməmişdir. Qaldı ki, iddia tələbinin iddiaçıya məxsus qeyd edilən evə dəyən ziyanla bağlı tələbi, burada məhkəmə qeyd edir ki, cavabdehin tikilisi ilə iddiaçıya məxsus evin arasında 12 metrdən artıq məsafə mövcuddur ki, iddianın bu hissədə əsaslandırması ağlasığmaz və məntiqsiz görünür ki, məhkəmə bu hissədə işdə olan “X6 və Ekspertiza Mərkəzi” MMC-nin 12 sentyabr 2024-cü il tarixli 157 saylı mütəxəssis rəyi ilə razılaşır.Hansı ki, həmin rəydə göstərildiyi kimi iddiaçıya məxsus evin inşaası zamanı bünövrəsində, qapı və pəncərələrin üst hissəsində, ümumilikdə yükdaşıyan divarların qurtaracağında tikinti texnologiyasına uyğun olaraq dəmir-beton konstruksiyalı lentvari kəmərin olmaması səbəbindən dolayı atmosfer çöküntülərinin, yeraltı fekal və qurunt sularının həmin relyefdə yerləşən evin alt hissəsindən keçdiyi halda evdə müxtəlif istiqamətlərə doğru çatların yaranmasına səbəb ola bilər. Eyni zamanda o da qeyd olunur ki, hasarla 1 mərtəbəli tikilinin ara məsafəsi 9,3 metr, olmaqla ümuilikdə 3 mərtəbəli tikili ilə 1 mərtəbəli tikili arasındakı məsafə 12,9 metr (9.3 m+3,6 m) təşkil edir.3 mərtəbəli tikilidən əvvəl inşa edilmiş mövcud hasarın tumbalar və dəmir-beton konstruksiyadan inşa edilməsindən də müəyyən olunur ki, 1 mərtəbəli tikilinin yerləşdiyı torpaq sahəsində əvvəllər də sürüşmə halları olduğunu göstərir.Bütün bunları nəzərə almaqla 1 mərtəbəli fərdi yaşayış evində yaranmış çatların 3 mərtəbəli binanın inşaası ilə heç bir əlaqəsi olmadığı müəyyən edilir. Odur ki, məhkəmə iddia tələbinin ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi hissəsində qeyd edir ki, işin məhkəmə baxışında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının hər hansı qanuni mənafelərini pozduğu, yəni həmin tikili tikilməsi ilə baglı iddiaçının maraqlarına toxunduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarının 7-ci və 9-cu bəndlərində aşağıdakılar göstərilir: -7-ci bəndi: Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. -9-cu bəndı. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü və 70.1-ci maddələrində aşağıdakılar göstərilir: 69.4-cü maddə. Ara məsafəsi divarin hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə sahəsının sərhədinə qədər olan məsafə isə ara masafəsini təşkil edir divarin hündürlüyünü, binanın xarici divarının səthindən hamin binanın yerləşdiyi torpaq -70.1-ci maddə Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1.maddəsinə görə hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 69.1.maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X3rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini bu hissədə əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən,yəni iddia bu hissədə sübut olunmadığından cavabdeh tərəfindən tikilmiş qeyd edilən 03 mərtəbəlitikilinin iddiaçının mənafeləri baxımından sökülməsi üçün iddia tələbi əsassız hesab olunmalı və təmin edilməməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbini maddi ziyan hissəsində qismən əsaslı hesab edir və qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsi üzrə hasarın, aqlay dasın sökülməsi,hasarın yenisinin hörülməsi, darvazanın quraşdırılması,döşəməyə ağlayın vurulması hissəsində iddia tələbi əsaslı olduğundan bu hissədə iddia təmin edilməlidir. İşdə olan Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin 16 oktyabr 2025-ci il tarixli 194/2025 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsi üzrə ( hasarın, aqlay dasın sökülməsi,hasarın yenisinin hörülməsi, darvazanın quraşdırılması,döşəməyə ağlayın vurulması üzrə cəmisi 15 000 manat bərpasına vəsait tələb olunur.Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, maddi ziyana görə Cavabdeh 15 000 manat məbləğində pul tutularaq İddiaçı verilməli, maddi ziyan tələbi qalan hissədə yuxarıda qeyd edilənlərə görə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki,maddi ziyan tələbi hissəsi iddia tələbi qismən əsaslı olduğundan, bu əsasda iddiaçının mənəvi zərər alması da qaçılmazdr. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində ədalətli və ağlabatan məbləğdə qismən 300 manat məbləğində təmin edilməsi qanuni və əsaslı hesab edilməlidir. Odur ki,mənəvi zərərə görə iddia qismən təmin edilməli, 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin məhkəmə mütəxəssis rəyləri üçün ödədiyi ümumilikdə 3239 (üç min iki yüz otuz doqquz) manat məbləğində pulun,iddia ərizəsinin verilməsinə və müvəqqəti təminat tədbirlərinə görə ödədiyi 428 (dörd yüz səkkiz) manat hissəsində qeyd edir ki, iş materiallarından göründüyü kimi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/1962 saylı rəyi üzrə 50 manat, həmin Mərkəzin xx.xx.2024-cü il tarixli rəyi üzrə 100 manat təşkil edir ki, iddianın təmin edilmiş hissəsinə münasib 23 manat məbləğində pul cavabdehdən, 127 manat məbləğində pul isə iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. İşdə olan ACCESS BANK –İN xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 1239(min iki yüz otuz doqquz) manat Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Azərinşaatlayihənin hesabına iddiaçı tərəfindən ödəniş aparılmışdır. İşdə olan "xxxx"MMC-nin 16 oktyabr 2025-ci uil tarixli rəyi və on əlavə edilən xərclərə dair bildirişdən görünür ki, iddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir.İddianın təmin edilmiş hissəsinə və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, mütəxəsiss rəylərinə görə cəmisi 1022 (min iyirmi iki) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərkən hesab edir ki,iddianın təmin edilmiş hissəsinə münasib olaraq 150 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh maddi ziyana görə 15.000(on beş min)manat, mənəvi zərərə görə 300(üç yüz) manat, mütəxəsiss rəylərinə görə cəmisi 1022(min iyirmi iki) manat, dövlət rüsumuna görə 150 (yüz əlli) manat olmaqla , cəmisi 16.472 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı 127(yüz iyirmi yeddi) manat, Cavabdeh 23(iyirmi üç) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ) qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 15.000(on beş min)manat, mənəvi zərərə görə 300(üç yüz) manat, mütəxəsiss rəylərinə görə 1022 (min iyirmi iki) manat, dövlət rüsuma görə 150 (yüz əlli) manat olmaqla, cəmi 16472(on altı min dörd yüz yetmiş iki) manat məbləğində pul tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı 127(yüz iyirmi yeddi) manat, Cavabdeh 23(iyirmi üç) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar