Məhkəmə qərarları › İş №2(006)-1980/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1980/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1980/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 21 manat 90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 192 manat 30 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx xxxxxx 2005-ci il tarixli, TR 057 saylı və xx xxxxxx 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar tərəfindən İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulma hallarına da rast gəlinir. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.146 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsi, ev 34, mənzil 28 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında cavabdehə məxsus olmuşdur. Belə ki, 01.06,2009-cu il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və müqavilə münasibətlərinə son qoyularaq həmin ünvan xx.xx.2016-cı il tarixdə 25,60 manat borc ilə şəbəkədən ayrılmışdır.xx.xx.2016-cı il tarixdə “xxxx” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı imzalamış, bu barədə 5994 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır.Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur.Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat, xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi.Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 73 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 21 manat 90 qəpik təşkil edir.Bundan əlavə İddiaçı MMC “xxxx” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir.Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.Göstərilənlərə əsasən, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 21 manat 90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 192 manat 30 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmədən xahiş etmişdir.. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx xxxxx 2016-cı il tarixli, 5994 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2015-ci il tarixində “xxxx” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küç 34 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 28 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, nəticədə mənzil sakini akta imza çəkmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatdadır, Cavabdeh ev sahibidir. İddiaçı KATV1 kabel televiziyasının xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsi, ev 34, mənzil 28 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2015-ci il tarixinədək isə son ödəməsini edib, xx.xx.2016-cı il tarixində 25,60 manat borc ilə şəbəkədən ayrılmışdır. “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmət haqqı olaraq “xxxx” MMC-yə 150 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu və 0,40 qəpik bankın rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsi, ev 34, mənzil 28 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2015-ci il tarixinədək isə son ödəməsini edib, xx.xx.2016-cı il tarixində 25,60 manat borc ilə şəbəkədən ayrılmışdır. xx xxxxx 2016-cı il tarixli, 5994 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016-cı il tarixində “xxxx” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küç 34 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 28 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, 5994 N saylı akt tərtib olunmuşdur. Müqavilə münasibətlərinə son qoyulduğu xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 73 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 21 manat 90 qəpik təşkil edir. Beləliklə, iddiaçının təqdim etdiyi arayışda cavabdehə məxsus mənzilin xx.xx.2016-cı il tarixində 25,60 manat borcla şəbəkədən ayrıldığı qeyd edilmişdir, yəni tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam verilmişdir. Lakin cavabdehə məxsus evin hər hansı sakininin hərəkəti nəticəsində, evin, iddiaçıya məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan, ödəniş etmədən qoşulması və beləliklə, kabel xidmətlərindən yararlanma, iddiaçının hesabına heç bir hüquqi əsas olmadan (konkret halda sonradan aradan qalmış əsas), cavabdehin varlanmasına gətirib çıxarmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın – iddiaçının tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə “xxxx” MMC-yə 150 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan, məhkəmə xərcləri də (nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilən dövlət rüsumu) cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər olaraq 21,90 manat, göstərilən hüquqi xidmət xərcinə görə 150 manat, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 20 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 manat, cəmi 192,30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zərər olaraq 21,90 manat, göstərilən hüquqi xidmət xərcinə görə 150 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat və bank xidmət haqqı olaraq 0,40 manat, cəmi 192,30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar