Məhkəmə qərarları › İş №2(006)-1983/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1983/2020

31.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1983/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkilləri X9, X6 və cavabdehin nümayəndəsi Həbibli X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13rşı "işə bərpa və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 162 nömrəli qərarının və xx xxxxxx 2019-cu il tarixli, N173-K saylı əmrinin ləğvi, onun Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə bərpa olunması, ona məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə X12 tərəfindən imzalanmış olan N173-K saylı, xx xxxxxx 2019-cu il tarixli əmrə əsasən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilati-metodik işlər üzrə müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədə azad edilərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 02-32 nömrəli məktubla Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilati-metodik işlər üzrə müavini İddiaçı qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb edilməsi barədə təqdimat göndərilmişdir. Təqdimat Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Tərtər rayon X5 şurasında müzakirə edilmiş, həqiqətən də İddiaçı tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verilərək, tibb işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmişdir. Bundan əlavə İddiaçı barəsində 2019-cu ilin avqust ayında da Tərtər rayon Polis Şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə töhmət verilmişdir. İddiaçı bundan heç bir nəticə çıxarmayaraq tutduğu vəzifədən sui-istifadə edərək təkrar analoji pozuntu hallarına yol vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini rəhbər tutaraq Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilati-metodik işlər üzrə müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Lakin qeyd edək ki, əmrdə qeyd edilənlər tamamilə qanunsuz və əsassız əsaslandırmadan ibarətdir. Əmrdə qeyd edilən töhmət də mövcud olmamış, əksinə müxtəlif təltiflər almışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən çıxarıla bilər. Bu zaman 72-ci maddədə sadalanan bəndlərə baxırıq və sual olunur ki, iddiaçı bu 72-ci maddədə sadalanan hansı birinə yol vermişdir. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu zaman iddiaçının bilavasitə işlədiyi iş yerinin Tərtər rayon Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqı təşkilatının razılğı alınmalı idi. Lakin əmrdən məlum olur ki, iddiaçının işdən çıxarılması ilə bağlı heç bir razılıq alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkillərinin dediklərini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Həbibli X14 izahatında bildirdi ki, iddiaçı barəsində Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatları daxil olmuş, iddiaçıya ilk dəfə töhmət verilmiş, ikinci dəfə isə işdən azad olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tərtər Rayon Mərkəzi Xəstəxanası üzrə xx.xx.2019-cu il tarixli, 25(1) saylı əmrdən çıxarışın surətindən görünür ki, Tərtər MRX-da keçirilən Tibbi Şuranın qərarına əsasən xəstəxananın metodik işlər üzrə müavini İddiaçı işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə nazirinin müavininə ünvanlanan xx.xx.2019-cu il tarixli, 02-32 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında araşdırma apanlrmşrhüquqpozmalar üçün səbəb və şərait təşkil elən hallar müəyyən edilmiş, onların aradan qaldırılması üçün hazırkı təqdimat göndərilir, Tərtər rayon Xəstəxanasının baş həkiminin müavini İddiaçı vətəndaş X1 müraciətinə cavab olaraq qanunla onun üzərinə düşən vəzifəsini yerinə yetirməyərək, yəni sadəcə qanunvericiliyin tələbləri barədə vətəndaşı məlumatlandıraraq Qarabağ müharibəsi əlilliyini təyin etməsi prosedurunun yalnız X2 müstəsna səlahiyyətlərinə aid olduğunu, həmin məsələnin onun səlahiyyətlərinə aid olmadığını rəsmi şəkildə izah etməmişdir. Əksinə, vətəndaşların qəbuluna dair qaydaların tələblərinə zidd olaraq dövlət qulluqçusuna yaraşmayan şəkildə əlilliyin alınması məsələsinin müzakirəsi üçün sonuncunu dəfələrlə qəbul etmiş, onunla qeyrirəsmi danışıqlar aparmışdır.Onun əməllərində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulması əlamətləri müşahidə olunur. O, qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi təəssüratını formalaşdırmış, onun əsassız vədləri və hərəkətləri vətəndaşın haqlı narazılığına səbəb olmuş, sonuncunun müxtəlif dövlət orqanlarına çoxsaylı şikayət etməsinə gətirib çıxarmışdır. Yol verilmiş pozuntularının, onları doğuran səbəb və şəraitin aradan laldırılması və bir daha təkrar olunmaması üçün tədbirlər görülməklə, sözügedən şəxsin tutduğu vəzifəyə uyğunluğluğu yoxlanılmaqla intizam məsuliyyətinə cəlb olunması məsələsinin nəzərdən keçirilməsi zəruridir.Həmçinin, qanunvericiliyin tələblərinin lazımı səvıyyəcfə mənimsənilməsi məqsədilə əməkdaşların müvafiq qanunvericilik aktlarının iyrənilməsi üçün mütəmadi təlimlərin keçirilməsi vacib hesab edilir.“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mövcud təqdimata baxılmasını, kollegial orqan tərəfindən baxıldıqda iclasın keçirilmə vaxtı barədə azı üç gün əvvəl dindirilməsini, həmçinin hüquqpozmalar üçün səbəb və şərait təşkil edən halların aradan qaldırılması üçün görülmüş tədbirlər barədə bir aydan gec olmadan yazılı məlumatın verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin N173-K saylı, xx xxxxxx 2019-cu il tarixli əmrinin surətindən görünür ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilati-metodik işlər üzrə müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2019-cu il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin “a” və “b” yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə isə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə X8 N173-K saylı, xx xxxxxx 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 162 nömrəli qərarının və xx xxxxxx 2019-cu il tarixli, N173-K saylı əmrinin ləğvi, onun Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə bərpa olunması, ona məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi olsa da, cavabdeh tərəfindən həmkarlar ittifaqına müvafiq məsələ ilə bağlı müraciət olunmasını və sonuncunun buna razılıq verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2019cu il tarixli, N173-K saylı əmri ləğv edilməli, İddiaçı Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə bərpa olunmalı, İddiaçı məcburi işburaxma müddətinə görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 162 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, N173-K saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilati-metodik işlər üzrə müavini vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, N173-K saylı əmr ləğv edilsin. İddiaçı əvvəlki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilati-metodik işlər üzrə müavini vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar