Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2008/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Məmmədova Sevı̇ nc Aydın qızının, Cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Məmmədova Sevı̇ nc Aydın qızının cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Sevı̇ nc Aydın qızı cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin sədri X6 xx.xx.2023-ci il tarixli 13-1/3- 10-22736 /2023 saylı əmrini, yəni onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin saylı və ştatları ixtisar edildikdə" əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023-ci il tarixli 13-1/3- 10-22736 /2023 saylı əmri ləğv edilməsi, 26 noyabr 2021-cu il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanması nəzərə alınmaqla, onun yenidən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi və ya ona bərabər eyni vəzifə və eyni əmək haqqı saxlanılmaqla digər vəzifəyə işə bərpa edilməsi, 26 iyul 2023cü il tarixdən işə bərpa olunanadək aylıq əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" QSC-nin Bakı Anbar Bölməsinin sədri X9 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli Əmək müqaviləsinə əsasən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi vəzifəsinə işə qəbul edilmişəm və işə başlama tarixi 26 noyabr 2021-cu il tarix olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsinin müddətsiz bağlanmasına dair Əmək və Əhalinin Sosial Müdeafiə Nazirliyinin internet portalınjda əmək müqaviləsi üzrə bildiriş qeydiyyata alınmış və həmin bildirişdə əmək müqaviləsinin müddətsiz olaraq bağlanması öz əksini tapmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan 26 noyabr 2021-cu il tarixdən 26 iyul 2023-cü il tarixinədək fasiləsiz olaraq işləsəm də, 26 iyul 2023-cü il tarixdə ("xxxx" QSC-nin sədri X6 xx.xx.2023-ci il tarixli 13-1/3- 10-22736 /2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə uyğun olaraq işçilərin saylı və ştatları ixtisar edildikdə" əsası ilə mənim işdən azad edilməyim barədə əmr qəbul etmişdir. O, əmək müqaviləsinin xitamı barədə əmrin surətini istdikdə, əmrin surəti ona təqdim edilməmişdir. Dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdirlər. Onun himayəsində yetkinlik yaşına çatmayan 1-ci kurs əyani təhsil alan övladı vardır. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Cavabdeh onun əmək müqaviləsinin xitamı barədə əmr qəbul edərkən ona başqa vəzifə təklif etməmiş, eyni vəzifəyə bərabər və ya ondan aşağı və ya yuxarı vəzifə təklif etməmişdir. "xxxx" QSC-nin sədri X6 xx.xx.2023-cü il tarixli 13-1/3-10-22736/2023 saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad edilməyi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" QSC-nin sədri X9 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə onun əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X10 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ölkədə pandemiyanın təsirləri ADY-nin digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin xx.xx.2022-ci il tarixli 175538 nömrəli əmri ilə Sərnişin daşımaları departamentinin bir sıra ştat vahidləri, həmçinin iddiaçının tutduğu həmin departamentin istismar xidmətinin Qatar Briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya 31 may 2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin iddiaçı bildirişi qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Xəbərdarlıq bildirişində xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Həmçinin İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Azərbaycan Dəmiryolçularının X4 Rəyasət Heyəti iclasının 19 iyul 2023-cü il tarixli 77b3 nömrəli protokolu ilə razılıq verilmişdir. Sevinc Məməədovaya Bakı sərnişin stansiyasında məlumatların verilməsi briqadasında növbətçi vəzifəsi təklif edilmiş, lakin iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixli 13-1/3-1022735/2023 saylı nömrəli əmr ilə Sərnişin daşımaları departamentinin İstismar Xidmətinin Qatar Briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. İddiaçı bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və bu barədə iddiaçının məlumatı olmuşdur. İddiaçının məlumatlı olmasını ona həm rəsmi məktubun göndərilməsi, həm X18 Xidməti Bakı şəhər İdarəsinə onun tərəfindən ünvanlanan müraciətlər sübuta yetirir. Beləliklə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Daha sonra cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədova Sevı̇ nc Aydın oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X10 iddia ərizəsinə etirazın və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahat verərək bildirmişdir ki, o, "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ ndə iddiaçı ilə eyni vəzifədə işləmişdir. Cavabdeh onların barəsində haqsız qərar verdiyi üçün, onlar məhkəməyə müraciət etmişdirlər. X19 icraatında işi gedir. Onlara işdən çıxarılacaqları barədə heç bir xəbərdarlıq edilməmiş və yalnız 26 iyun 2023-cü ildə işə çaĞırılaraq mühasibat tərəfindən işdən çıxarılacaqları bildirilmişdir. Bundan əlavə onlara hər hansı başqa iş təklifi olunmamışdır. Xəbərdarlıq məktubunda 9 həftə sonra əmək münasibətlərinə xitam veriləcəyi göstərilsə də, əmr 2023-cü ilin iyun ayında verilmişdir. Onlar dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər orqanlara müraciət etmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan iddiaçı Məmmədova Sevı̇ nc Aydın qızı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 182 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla, müddətsiz olaraq işə götürülmüşdür. Mülki işin materiallarında olan "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin strukturunda bəzi dəyişikliklərin edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, ölkəmizdə pandemiyanın təsirləri və regionda baş verən geosiyasi dəyişikliklər "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmiryolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmışdır. Həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə və həmin işçilərə qarşılıqsız əmək haqlarının ödənilməsinin mütəmadi xarakter almasına gətirib çıxarmışdır. Eyni zamanda ölkə üzrə minimum əmək haqqının artırılması, bununla müşayiət olunan infrastrukturun saxlanılması ilə əlaqədar ümumilikdə əməliyyat xərclərinin yüksəlməsi sərnişin daşımaları xidmətinin maya dəyərinin artmasına səbəb olmuşdur. Sərnişin daşımaları departamentinin müvafiq sahələrində risklərin azaldılması, xərclərin qarşılanmasındakı təsirlərin yumşaldılması, bu sahədə rasionallaşdırmanın təmin edilməsi, işçilərin işin həcminə uyğun optimal sayının müəyyənləşdirilməsi və bundan irəli gələn məsələlərin təmin edilməsi məqsədilə İnsan Resursları idarəsinin xx.xx.2022-ci il tarixli 162458 nömrəli xidməti məruzəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsinin 8.1.5ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq Sərnişin daşımaları departamentinin aparatının və İstismar xidmətinin ştat cədvəllərinə dəyişikliklərin təsdiq edilməsi, Sərnişin daşımaları departamenti İnsan resursları idarəsi ilə birlikdə bu əmrin 1-ci bəndinə uyğun olaraq sərbəstləşəcək işçilərə münasibətdə Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin həyata keçirilməsi, mümkün məşğulluğun təmin edilməsi istiqamətində işlərin aparılmasını və sosial dəstəyin göstərilməsini təşkil etmələri, ADY və Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2018-ci il tarixli birgə əmr-qərarı ilə müəyyən edilən əlavə təminatların tətbiqindən irəli gələn tədbirlərin görülməsi... əmr edilmişdir. Mülki işin materiallarında olan "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin istismar xidmətinin ştat cədvəlinə dəyişiklik” haqqında "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Ştat cədvəlindən aşağıdakı ştat vahidlərinin çıxarılması haqqında cədvəldən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi 27 ştat olmaqla ştat cədvəlindən çıxarılmışdır. Mülki işin materiallarında olan "xxxx" QSC tərəfindən İddiaçı qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, ölkəmizdə pandemiyanın təsirləri "xxxx" QSC-nin digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna münasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin müvafiq əmri ilə Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Bu xəbərdarlığın alındığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Bu xəbərdarlıq müddətində iradəsinə uyğun olaraq qabaqcadan razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılmaqla yanaşı məşğulluğunun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələlərinə baxılacaqdır. Yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2020-2022-ci illər üçün X26”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verən (ixtisarın təsirinə məruz qalan) işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X13, Əmək münasibətləri şöbəsinin aparıcı mütəxəssisi X22-zadə və mütəxəssisi X2 xx.xx.2022-ci il tarixində Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının rəisi vəzifəsində çalışan İddiaçı, X16, X17 ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə xəbərdarlıq ilə tanış edilsələr də, İddiaçı, E.İ.Atayev və N.B.Tairovun xəbərdarlığı imzalamaqdan imtina etmişdirlər. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Dəmiryolçularının X4 Rəyasət Heyətinin üzvləri, MHİ-in sədri V.Bədəlov, sədr müavini, sosial iqtisadiyyat şöbəsinin müdiri F.Bəyimov və baş texniki əmək müfəttişi H.Cəfərov Sərnişin daşıma departamenti istismar xidməti qatar briqadalarının qatar rəisləri İddiaçı, X16, X14 Sərnişin Daşıma Departamentiistismar xidməti qatar briqadalarının qatar rəisi ştatları ləğv edilməsi və onlara başqa vəzifələrin təklif edilməsi ilə bağlı MHİ-də yuxarıda adları çəkilən işçilər ilə iclas keçirilmişdir. Həmin iclasda iddiaçıya yeni vəzifə təklif edilmiş, lakin iddiaçı özü razılaşmayaraq təklif edilən vəzifədən imtina etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Dəmiryolçularının Müstəqil X15 Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxarışından görünür ki, iddiaçının tutduğu ştatın ixtisar olunması ilə bağlı və ona təklif olunan vəzifələrdən imtina etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Dəmiryolçularının X4 sədri tərəfindən "xxxx" QSC-nin sədrinin müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixli məktubuna baxılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Mülki işin materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmri ilə sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, maliyyə və iqtisadiyyat idarəsi İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi xx.xx.2022xx.xx.2023-cü iş ili üçün 20 təqvim günü əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Mülki işin materiallarında olan "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatlandırılmış və əmək kitabçasının təhvil alınması üçün "xxxx" QSC-nin inzibati binasına yaxınlaşması xahiş edilmişdir. Mülki işin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətlərinə DƏMX-nin Bakı şəhər idarəsində və X8 baxılmışdır. İddiaçının müraciətində əsas tələbin işə bərpa olunmasına köməklik göstərilməsi olmuşdur. Həmçinin, iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/13/2024-00099 saylı, xx.xx.2024-cü il tarixli X3 edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və "xxxx" QSC-nin nümayəndəsi iclasda iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı (işçi) ilə cavabdeh (işəgötürən) arasında xx.xx.2021-ci il tarixli 182 nömrəli Əmək Müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə müddətsiz olaraq qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin strukturunda bəzi dəyişikliklərin edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə” əmr qəbul edilmişdir. Bu əmr ilə bəzi ştat vahidləri, o cümlədən Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi ixtisar edilmişdir. Cavabdeh "xxxx" QSC İddiaçı 31 may 2022-ci il tarixdə xəbarlıqla tanış edərək, xəbərdarlığın alındığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi, xəbərdarlıq müddətində iradəsinə uyğun olaraq qabaqcadan razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılmaqla yanaşı məşğulluğunun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələlərinə baxılacağı, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə biləcəyi, ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2020-2022-ci illər üçün X26”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verən (ixtisarın təsirinə məruz qalan) işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulduğu barədə məlumatlandırmışdır. Lakin İddiaçı bu xəbərdarlığı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə X4 iclasında iddiaçıya tutduğu ştatın ixtisar olunması barədə yenidən məlumat verilmiş, müvafiq olaraq başqa yeni vəzifə təklif edilmiş, lakin iddiaçı bu vəzifələrdən imtina etmişdir. X4 Rəyasət Heyəti tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC tərəfindən “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan X11 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmr verilmişdir. Əmrdə tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, son haqq-hesabın aparılması və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İddiaçı əmək hüquqularının pozulduğunu hesab edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə müraciət ünvanlayaraq işə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə X3 edilməməsi barədə arayış tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə isə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Cavabdeh "xxxx" QSC məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı Məmmədova Sevı̇ nc Aydın qızının əmrin ləğv edilməsi və işə bərpa tələbinin rədd edilməsini xahiş etmişdir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Eyni Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; - bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; - beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; - beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; - on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Eyni Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X12 artıq cavabdeh qurumda işləməməsi, həmçinin eyni tələb ilə cavabdehə qarşı məhkəməyə müraciət etməsi onun ifadələrinin mötəbərliyini istisna edən hal sayıla bilər. Belə ki, işdən çıxmış şahid istəristəməz cavabdeh quruma qarşı qərəzli ola bilər. X1 ifadəsi də bu qənaəti təsdiq edir. Məhkəmə qeyd edir ki, iddiaçı Məmmədova Sevı̇ nc Aydın qızı əmrin ləğv edilməsi və işə bərpa tələbini onunla əsaslandırır ki, işəgötürən “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri X9 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Əmək Məcəlləsinin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən iddiaçıya xəbərdarlıq məktubu təqdim edilmiş və bu xəbərdarlıq məktubunu təhvil almaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. “Azərbaycan Dəmir Yolları" QSC-nin 31 may 2022-ci il tarixli xəbərdarlıq məktubunda 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi barədə iddiaçıya məlumat verilmişdir. Lakin, mülki işin materiallarından da göründüyü kimi xəbərdarlıq məktubu təqdim edildikdən sonra 9 təqvim həftəsi tamam olmasına baxmayaraq, işəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmişdir. “Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi tərəfindən kifayət qədər (1 ildən çox) müddət keçdikdən sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X15 Heyətinə xx.xx.2023-cü il tarixli, 13-1/2- 6475/2023 saylı məktubu ilə əmək müqaviləsinin ləğv edilməsi barədə razılığın alınması üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Dəmiryolçularının Müstəqil X15 Heyətinə cavabdeh tərəfindən daha əvvəl də müraciət etdikləri barədə izahat versə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, cavabdehinin Azərbaycan Dəmiryolçularının Müstəqil X15 Heyətinə daha əvvəl də müraciət etməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməməsi, işəgötürənin istədiyi vaxt müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmiş müddətlərin mahiyyəti işçinin həmin ştatın ixtisar olunacağı barədə məlumatının olması və həmin müddət ərzində özünə yeni iş yeri tapmaq məqsədi daşıyır. Qanunla müəyyən edilən müddət keçdikdən sonra işəgötürənin istədiyi vaxt əmək müqaviləsini ləğv etməsi əsassızdır. Əgər qanunvericilikdə müəyyən edilən müddət keçirsə və işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmirsə, işçidə artıq əmək müqaviləsinə xitam verilməyəcəyi fikrinin yaranması kifayət qədər ağlabatandır. Çünki, işəgötürən hərəkətsizlik nümayiş etdirərək işçi ilə bağlanmış əmək müqaviləsini qanunla müəyyən edilmiş müddət ərzində ləğv etməmişdir. Məhkəmə həmçinin onu da vurğulayır ki, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X15 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Belə ki, əgər təşkilat razılıq verməkdən imtina etsə, işçiyə heç bir ehtiyac olmadan həftədə bir dəfə iş axtarması üçün icazə verilmiş olacaq və nəticədə həm işəgötürənin işçinin əməyindən istifadəsi üzrə münasibətlərə zərər dəymiş, həm də işçinin yeni iş yeri tapmaq üçün əmək sərfi boşa getmiş olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ iddiaçı Məmmədova Sevı̇ nc Aydın qızı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 77-ci mə 80-cı maddələrinin normaları da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsində qeyd olunan prinsiplərə zidd şəkildə tətbiq edilə bilməz. Lakin, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edərkən işçinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əməl etməmiş, özündən iqtisadi cəhətdən asılı olan işçinin qanunla qorunan mənafelərini pozmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia əsaslı olduğundan və cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olubolmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Eyni məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçı Məmmədova Sevı̇ nc Aydın qızı iddia ərizəsində qeyd etmişdir ki, o, dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, cavabdeh sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Bununla bağlı məhkəmə ilk olaraq onu vurğulayır ki, iddiaçı tərəfindən məhkəməyə və ya mediasiyaya müraciət etmək üçün əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin və ya əmək kitabçasının müəssisə tərəfindən təqdim edilməsi mütləq deyildir. Həmçinin məhkəmə qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatlandırılmış və əmək kitabçasının təhvil alınması üçün "xxxx" QSC-nin inzibati binasına yaxınlaşması xahiş edilmişdir. İddiaçı Məmmədova Sevı̇ nc Aydın qızı isə, əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, cavabdehin müxtəlif bəhanələrlə imtina etməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, mülki işin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı müvafiq dövlət orqanına məktub göndərərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Deməli, İddiaçı öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş məhkəməyə müraciət etmək imkanı olduğu halda bu barədə tədbir görməmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməli və iddiaçı Məmmədova Sevı̇ nc Aydın qızının cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair" iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məmmədova Sevı̇ nc Aydın qızının cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2008/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2008/2024
16.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver