Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2009/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin sədri X6 xx.xx.2023-cü il tarixli 13-1/3-10- 22735/2023 saylı əmrini, yəni iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 13-1/3-10-22735/2023 saylı əmrinin ləğv edilməsi, 26 noyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanması nəzərə alınmaqla, iddiaçının yenidən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi və ya ona bərabər eyni vəzifə və eyni əmək haqqı saxlanılmaqla digər vəzifəyə işə bərpa edilməsi, 26 iyul 2023-cü il tarixdən işə bərpa olunanadək aylıq əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC-nin Bakı Anbar Bölməsinin sədri X10 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi 26 noyabr 2021-ci il olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsinin müddətsiz bağlanmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet portalında əmək müqaviləsi üzrə bildiriş qeydiyyata alınmış və həmin bildirişdə əmək müqaviləsinin müddətsiz olaraq bağlanması öz əksini tapmışdır. Əmək müqaviləsi bağlandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək fasiləsiz olaraq işləsə də, xx.xx.2023-cü il tarixdə ("xxxx" QSC-nin sədri X6 xx.xx.2023-cü il tarixli 13-1/3-10- 22735/2023 saylı əmri ilə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə uyğun olaraq “işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə iddiaçının işdən azad edilməsi barədə əmr qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinin xitamı barədə əmrin surətini istədikdə əmrin surəti ona xx.xx.2023-cü il tarixdən bir neçə ay sonra, hətta ilkin mediasiya sessiyası keçirildikdən sonra xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bu barədə iddiaçı dəfələrlə "xxxx" QSC-yə müraciət etsə də, müraciətinə ümumiyyətlə baxan olmamış, əmək kitabçasını təqdim etməklə onun artıq işdən azad olunduğunu bildirmişlər. İddiaçı hesab edir ki, "xxxx" QSCnin sədri X6 xx.xx.2023-cü il tarixli 13-1/3-10-22735/2023 saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" QSC-nin sədri X10 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ölkədə pandemiyanın təsirləri ADY-nin digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin xx.xx.2022-ci il tarixli 175538 nömrəli əmri ilə Sərnişin daşımaları departamentinin bir sıra ştat vahidləri, həmçinin iddiaçının tutduğu həmin departamentin istismar xidmətinin Qatar Briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin iddiaçı bildirişi qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Xəbərdarlıq bildirişində xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Azərbaycan Dəmiryolçularının X4 Rəyasət Heyəti iclasının xx.xx.2023-cü il tarixli 77b3 nömrəli protokolu ilə razılıq verilmişdir. İddiaçı Sabunçu stansiyasında stansiya növbətçisi və Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifələri təklif edilmiş, lakin iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixli 13-1/3-10-22735/2023 saylı nömrəli əmr ilə Sərnişin daşımaları departamentinin İstismar Xidmətinin Qatar Briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və bu barədə iddiaçının məlumatı olmuşdur. İddiaçının məlumatlı olmasını 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına, 2023-cü ilin oktyabr ayında isə X16 Xidməti Bakı şəhər İdarəsinə onun tərəfindən ünvanlanan müraciətlər sübuta yetirir. Hazırkı mübahisədə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 300-cü maddəsində sadalanan maddələrin tələblərinə tam əməl edilmişdir. Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğundan, müqavilə bağlamaq və ləğv etmək azadlığı qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tələblərə riayət etmək şərti ilə hər iki tərəfə məxsusdur və Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan hallarda bu hüququndan istifadə etmək imkanı işəgötürənə verilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddiaçıya 31 may 2022ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin iddiaçı bildirişi qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə əmək kitabçasının alınması barədə məktub göndərilmişdir. İddiaçı hüquqlarının pozulması barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə müraciət etmişdir. ADY-yə mediasiya təklifi yalnız xx.xx.2024-cü ildə göndərilmiş, xx.xx.2024-cü il tarixdə ilkin X3 edilməməsi barədə arayışı əldə etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Diqqət yetirildikdə və tarixlər hesablandıqda görünür ki, iddiaçı 1 ay iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X11 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 183 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla, müddətsiz olaraq işə götürülmüşdür. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin strukturunda bəzi dəyişikliklərin edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, ölkəmizdə pandemiyanın təsirləri və regionda baş verən geosiyasi dəyişikliklər "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmiryolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmışdır. Həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə və həmin işçilərə qarşılıqsız əmək haqlarının ödənilməsinin mütəmadi xarakter almasına gətirib çıxarmışdır. Eyni zamanda ölkə üzrə minimum əmək haqqının artırılması, bununla müşayiət olunan infrastrukturun saxlanılması ilə əlaqədar ümumilikdə əməliyyat xərclərinin yüksəlməsi sərnişin daşımaları xidmətinin maya dəyərinin artmasına səbəb olmuşdur. Sərnişin daşımaları departamentinin müvafiq sahələrində risklərin azaldılması, xərclərin qarşılanmasındakı təsirlərin yumşaldılması, bu sahədə rasionallaşdırmanın təmin edilməsi, işçilərin işin həcminə uyğun optimal sayının müəyyənləşdirilməsi və bundan irəli gələn məsələlərin təmin edilməsi məqsədilə İnsan Resursları idarəsinin xx.xx.2022-ci il tarixli 162458 nömrəli xidməti məruzəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsinin 8.1.5-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq Sərnişin daşımaları departamentinin aparatının və İstismar xidmətinin ştat cədvəllərinə dəyişikliklərin təsdiq edilməsi, Sərnişin daşımaları departamenti İnsan resursları idarəsi ilə birlikdə bu əmrin 1-ci bəndinə uyğun olaraq sərbəstləşəcək işçilərə münasibətdə - Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin həyata keçirilməsi, mümkün məşğulluğun təmin edilməsi istiqamətində işlərin aparılmasını və sosial dəstəyin göstərilməsini təşkil etmələri, ADY və Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2018-ci il tarixli birgə əmrqərarı ilə müəyyən edilən əlavə təminatların tətbiqindən irəli gələn tədbirlərin görülməsi... əmr edilmişdir. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin istismar xidmətinin ştat cədvəlinə dəyişiklik” haqqında "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Ştat cədvəlindən aşağıdakı ştat vahidlərinin çıxarılması haqqında cədvəldən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi 27 ştat olmaqla ştat cədvəlindən çıxarılmışdır. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, ölkəmizdə pandemiyanın təsirləri "xxxx" QSC-nin digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna münasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin müvafiq əmri ilə Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Bu xəbərdarlığın alındığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Bu xəbərdarlıq müddətində iradəsinə uyğun olaraq qabaqcadan razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılmaqla yanaşı məşğulluğunun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələlərinə baxılacaqdır. Yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2020-2022-ci illər üçün X22”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verən (ixtisarın təsirinə məruz qalan) işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X12, Əmək münasibətləri şöbəsinin aparıcı mütəxəssisi X18-zadə və mütəxəssisi X2 xx.xx.2022-ci il tarixində Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının rəisi vəzifəsində çalışan X9, X14, İddiaçı ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə xəbərdarlıq ilə tanış edilsələr də, S.A.Məmmədova, E.İ.Atayev və İddiaçı xəbərdarlığı imzalamaqdan imtina etmələri barədə aktı imzalamışlar. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Dəmiryolçularının X4 Rəyasət Heyətinin üzvləri, MHİ-in sədri V.Bədəlov, sədr müavini, sosial iqtisadiyyat şöbəsinin müdiri F.Bəyimov və baş texniki əmək müfəttişi H.Cəfərov Sərnişin daşıma departamenti istismar xidməti qatar briqadalarının qatar rəisləri X9, X14, Niyazi Bəşir oğlu X17 Departamenti istismar xidməti qatar briqadalarının qatar rəisi ştatları ləğv edilməsi və onlara başqa vəzifələrin təklif edilməsi ilə bağlı MHİ-də yuxarıda adları çəkilən işçilər ilə iclas keçirilməsi, iclasda həmin şəxslərə yeni vəzifələrin təklif edilməsi, lakin iclasda onların bu vəzifələrdən imtina etmələri barədə akt imzalamışlar. Azərbaycan Dəmiryolçularının Müstəqil X13 Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxarışından görünür ki, iddiaçının tutduğu ştatın ixtisar olunması ilə bağlı və ona təklif olunan vəzifələrdən imtina etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, Maliyyə və iqtisadiyyat idarəsi İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi 28 təqvim günü (xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 8 təqvim günü, xx.xx.2022xx.xx.2023-cü iş ili üçün 20 təqvim günü) əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi və s. barədə əmr verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatlandırılmış və əmək kitabçasının təhvil alınması üçün "xxxx" QSC-nin inzibati binasına yaxınlaşması xahiş edilmişdir. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisinə ünvanlanan məktuba cavab olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi, xx.xx.2022-ci il tarixdə iddiaçıya xəbardarlıq təqdim edilməsi, təklif olunan müvafiq vəzifələr ilə iddiaçının razılaşmaması və ADY-yə işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi barədə məlumat verilmişdir. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə ünvanlanan xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikasının Baş Nazirinin müavininə ünvanlanan xx.xx.2023-cü il tarixli məktublara cavab olaraq iddiaçıya ADY-yə işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və müvafiq vakansiyalar üzrə müraciət edə biləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Dəmiryolçularının X4 sədri tərəfindən "xxxx" QSC-nin sədrinin müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixli məktubuna baxılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. X3 edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və "xxxx" QSC-nin nümayəndəsi iclasda iştirak etməmişdir. Mediasiya xərcinin məbləği (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli İcra haqqında bank qeydindən görünür ki, İddiaçı 1389.68 manat son haqq-hesab ödənişi edilmişdir. Əmək münasibətlərinə xitam verilən işçi - İddiaçı əmək kitabçasını təhvil aldığına dair təsdiq və qeydlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Əmək kitabçasını X1 təhvil almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023cü il tarixli müraciətlərinə dair xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətlərinə DƏMX-nin Bakı şəhər idarəsində və X8 baxılmışdır. İddiaçının müraciətində əsas tələbin işə bərpa olunmasına köməklik göstərilməsi olmuşdur. Həmçinin, iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 183 nömrəli Əmək Müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. Bu əmək münasibətlərində iddiaçı işçi, cavabdeh isə işəgötürən olmuşdur. İddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə müddətsiz olaraq qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin strukturunda bəzi dəyişikliklərin edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə” əmr qəbul edilmişdir. Bu əmr ilə bəzi ştat vahidləri, o cümlədən Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi ixtisar edilmişdir. Buna səbəb iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə və həmin işçilərə qarşılıqsız əmək haqlarının ödənilməsinin mütəmadi xarakter almasına gətirib çıxarması olmuşdur. Cavabdeh "xxxx" QSC İddiaçı xx.xx.2022-ci il tarixdə xəbarlıqla tanış edərək, xəbərdarlığın alındığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi, xəbərdarlıq müddətində iradəsinə uyğun olaraq qabaqcadan razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılmaqla yanaşı məşğulluğunun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələlərinə baxılacağı, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə biləcəyi, ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2020-2022-ci illər üçün X22”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verən (ixtisarın təsirinə məruz qalan) işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. Lakin iddiaçı bu xəbərdarlığı imzalamaqdan imtina etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərib edilmişdir. xx.xx.2023-cü il tarixdə X4 iclasında iddiaçıya tutduğu ştatın ixtisar olunması barədə yenidən məlumat verilmiş, müvafiq olaraq başqa yeni vəzifələr təklif edilmiş və iddiaçı bu vəzifələrdən imtina etmişdir. Bu barədə akt imzalanmış və X4 Rəyasət Heyəti tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC tərəfindən “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmr verilmişdir. Əmrdə tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, son haqqhesabın aparılması və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya son haqq-hesab ödənişi edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin köməkçisinə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Nazirinin müavininə müvafiq məktublar göndərmişdir. İddiaçı əmək hüquqularının pozulduğunu hesab edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixli müraciətlər ünvanlayaraq işə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə X3 edilməməsi barədə arayış tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiqi barədə ərizəni və iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə təhlil edərək öz mövqeyini aşağıdakı normalara görə əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (ə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; - bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; - beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; - beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; - on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən:
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin X3 etməlidirlər. 35.1 və 35.2-ci maddələrinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin X3 etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin X3 edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh cəmiyyət tərəfindən iddiaçıya xəbərdarlıq məktubu təqdim edilmiş və bu xəbərdarlıq məktubunu təhvil almaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. Həmin məktubda 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi, bu müddət ərzində hər iş həftəsində bir iş günü əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması, hətta məşğulluğun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələsinə baxılacağı və s. barədə məlumat verilmişdir. Laki, xəbərdarlıq məktubu təqdim edildikdən sonra 9 təqvim həftəsi tamam olmasına baxmayaraq, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmişdir. Kifayət qədər müddət (1 ildən çox) keçdikdən sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X13 Heyətinə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə razılığın alınması üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Dəmiryolçularının Müstəqil X13 Heyətinə cavabdeh cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdən daha əvvəl də müraciət etdikləri barədə izahat versə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan hərəkətləri tərəflərin iradə ifadəsinin zədələnməsinə yol açmışdır. Belə ki, 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin istədiyi vaxt, yəni 9 təqvim həftəsindən 6 ay, 9 ay, 1 il və ya daha çox müddət keçdikdən sonra belə müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmiş müddətlərin mahiyyəti işçinin həmin ştatın ixtisar olunacağı barədə məlumatının olması və həmin müddət ərzində özünə yeni iş yeri tapmaq məqsədi daşıyır. Qanunla müəyyən edilən müddət keçdikdən sonra işəgötürənin istədiyi vaxt əmək müqaviləsini ləğv etməsi əsassızdır. Əgər qanunvericilikdə müəyyən edilən müddət keçirsə və işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmirsə, işçidə artıq əmək müqaviləsinə xitam verilməyəcəyi fikrinin yaranması kifayət qədər ağlabatandır. Çünki, işəgötürən hərəkətsizlik nümayiş etdirərək işçi ilə bağlanmış əmək müqaviləsini qanunla müəyyən edilmiş müddət ərzində ləğv etməmişdir. Hətta, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X13 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Belə ki, əgər təşkilat razılıq verməkdən imtina etsə, işçiyə heç bir ehtiyac olmadan həftədə bir dəfə iş axtarması üçün icazə verilmiş olacaq və nəticədə həm işəgötürənin işçinin əməyindən istifadəsi üzrə münasibətlərə zərər dəymiş, həm də işçinin yeni iş yeri tapmaq üçün əmək sərfi boşa getmiş olacaq. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin digər normaları (hazırkı iş üzrə ƏM-nin 77 və 80-ci maddələri) qeyd olunan prinsiplərə zidd şəkildə tətbiq edilə bilməz. Lakin, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edərkən işçinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əməl etməmiş, özündən iqtisadi cəhətdən asılı olan işçinin qanunla qorunan mənafelərini pozmuşdur. Məhkəmə iddia tələbini əsaslı hesab edir, lakin iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, həmin ərizəni araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və hazırkı iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində “əmrin surətinin xx.xx.2024-cü il tarixdə ona təqdim edilməsini, cavabdeh müəssisədən dəfələrlə istədiyinə baxmayaraq müraciətlərinə baxan olmadığını və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğunun ona bildirilməsini” qeyd etmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla əmək kitabçasını götürmək üçün cavabdeh cəmiyyətin inzibati binasına yaxınlaşması barədə iddiaçıya məktub göndərilmiş və çatdırılmışdır. İddiaçı isə cavabdeh cəmiyyətə əmək kitabçasının və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ona təhvil verilməsi haqqında məktub göndərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, əmək kitabçasının gec təhvil alınması iddiaçının hərəkətsizliyi nəticəsində baş vermişdir. Həmçinin mülki işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2023-cü ilin avqust ayından etibarən işə bərpa olunmasına köməklik edilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmişdir. Bu, iddiaçının əmək müqaviləsinə xitam edilməsi barədə, eləcə də hüquqlarının pozulduğunu bilməsi barədə məlumatı olduğunu heç şübhəsiz təsdiq edən faktlardır. Müvafiq dövlət orqanlarından aidiyyəti üzrə cavabdehə göndərilmiş məktublara cavabdeh tərəfindən baxılıb müraciət müəllifinə, yəni iddiaçıya cavab məktubu göndərilmişdir. İddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir ki, cavabdeh müəssisə tərəfindən ona dəfələrlə məktublar göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq qanunvericiliyin normalarını formal əsaslarla tətbiq etmək məhkəmə tərəfindən yolverilməz hesab edilir, yəni əmək kitabçasını və əmək müqaviləsinin ləğv edilməsi barədə əmri iddiaçının xx.xx.2024-cü il tarixdə alması və bu səbəbdən iddia müddətinin ötürülməməsi barədə dəlili məhkəmə tərəfindən əsassız olaraq qəbul edilir. Qeyd olunur ki, məhkəməyə və ya mediasiyaya müraciət etmək üçün əmək kitabçasının və ya əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin iddiaçıya təqdim edilməsi mütləq deyildir. Əgər məkhəmə iddiaçının gətirdiyi formal əsaslarla mübahisəyə yanaşsa, bu zaman belə anlaşılır ki, iddiaçı mediasiya təklifini göndərdiyi vaxt öz hüquqlarının pozulduğunu bilməmişdir. Mediasiya təklifi göndərilən vaxt hüquqlarının pozulmasını bilməmək isə kifayət qədər absurd və məntiqsizdir. Çünki, xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərilmiş, daha sonra - xx.xx.2024-cü il tarixdə isə əmək kitabçası təhvil alınmışdır. İddiaçı yalnız müvafiq dövlət orqanlarına məktub göndərərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Deməli, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş cavabdehə mediasiya təklifi göndərmək və daha sonra məhkəməyə müraciət etmək imkanı olduğu halda bu barədə tədbir görməmişdir. Bu isə iddia müddətinin axımının dayandırılması üçün əsas deyildir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyünə görə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova