Məhkəmə qərarları › İş №2(006)-2011/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2011/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2011/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı X1 Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməklə təhvil verilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 4 ayın pulunun heç ödənilməməsini, 2022-ci il 7 ayın vaxtında ödənilməsi icarə müqaviləsini bağlamaq və Cavabdeh mənzilindən çıxarılması, kompaniya ödəməlidi:a)Arenda pulu 2023-cü il yanvar, fevral mart və aprel ayları-1200 manat, b)dəyişmiş ziyan: əldən çıxmış fayda-900 manat mərkəzinin başlanğıcından sonuna qədər, moral-500 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 may 2022-ci ildə Bakı şəhəri 5 saylı Notarial kontorunda onunla və Cavabdeh adından X4 arasında müqavilə imzalanmışdır. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən müqaviləsinin şərti Cavabdeh tərəfindən yerinə yetirilmir. Ödəniş 7 ay 2022-ci ilin iyun İyun Yello bankın kartına 5310.... 8755 300 manat, 3 iyun 2022-ci ildə Ekspress bankın kartina 4724...5168 iyul, avqust, sentyabr və oktyabr ayında 1200 manat -16 sentyabr 2022-ci ildə, noyabr ayında 300 manat 29 noyabr 2022-ci ildə, dekabr ayında-300 manant 21 yanvar 2023-cü ildə. Köçürmələr böyük gecikmələrlə yerinə yetirilmişdir. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmişdir. İddiaçı sonradan iddia tələbinə əlavə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə cari 2023-cü ilin 5 ayı (yanvar, fevral, mart, aprel, may ayları) üçün icarə haqqı qismində hesablanmış cəmi 1 500,00 manat məbləğində əsas borcun, icarə predmeti olan mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya geri təhvil verilən günədək hesablanan aylıq icarə haqqına bərabər məbləğin, əsas borcun tam məbləğdə ödənildiyi tarixədək illik 8 faiz dərəcəsi ilə hesablanan məbləğin, iddiaçıya dəymiş maddi və mənəvi zərərə görə 500,00 manat eləcə də əldən çıxmış faydaya görə 500,00 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, icarə predmeti olan mənzilin cavabdeh tərəfindən boşaldılması və iddiaçıya geri təhvil verilməsi, iddiaçıya məxsus olan mənzilin cavabdehin hüquqi ünvanı qismində kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı yenidən iddia tələbinə əlavə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə cari 2023-cü ilin 7 ayı (yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları) üçün icarə haqqı qismində hesablanmış cəmi 2100 manat məbləğində əsas borcun, icarə predmeti olan mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddlaçıya geri təhvil verilən günədək hesablanan aylıq icarə haqqına bərabər məbləğin, əsas borcun tam məbləğdə ödənildiyi tarixədək illik 8 faiz dərəcəsi ilə hesablanan məbləğin, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 73.6 manat, maddi və mənəvi zərərə görə 500 manat, eləcə də əldən çıxmış faydaya görə 500 manat, məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, icarə predmeti olan mənzilin cavabdeh tərəfindən boşaldılması və iddiaçıya geri təhvil verilməsi, iddiaçıya məxsus olan mənzilin cavabdehin hüquqi ünvanı qismində kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Daha sonra iddiaçının nümayəndəsi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın “iddiaçıya məxsus olan mənzilin cavabdehin hüquqi ünvanı qismində kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi” hissəsində imtina etdiyini bildirdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın “iddiaçıya məxsus olan mənzilin cavabdehin hüquqi ünvanı qismində kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Resoublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən X3 ilə icarəçi Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, həmin müqavilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 16 kv.m və 10 kv.m hissəsinin Cavabdeh MMC-nin icarəsinə verilməsinə dair bağlanmışdır. Həmin müqavilədən həmçinin görünür ki, icarə müddəti xx.xx.2025-ci il tarixinədək müəyyən edilmiş və aylıq icarə haqqı 300 manat müəyyən edilmişdir. İddia tələbindən aydın olur ki, tərəflər arasında mübahisə, cavabdehin icarə haqqı borcunu ödəməməsi səbəbindən yaranmışdır. Məhkəmə prosesinin gedişində iddiaçının nümayəndəsinin təqdim etdiyi sənədlərdən aydın olur ki, cavabdeh, iddiaçı təşkilatın hesabına ödənişlər etmiş və hazırda onun icarə haqqı üzrə ödənilməmiş 2100 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin “əmlak kirayəsi” başlıqlı 33-cü fəslində yer alan 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Qeyd edilən Məcəllənin 685.3-cü maddəsinə əsasən, bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan icarə haqqı borcu ödənilmədiyindən, mülkü qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələbinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin hazırkı məhkəmə iddiası çərçivəsində ləğvini istisna etmir. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, icarə müqaviləsi ləğv edilməli və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi hesabatdan müəyyən olunur ki, icarə haqqı üzrə cavabdehin borcu 2100 manat təşkil edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının bu tələbinə etirazını bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 700-cü maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, icarə haqqı borcunun ödənilməsi barədə tələb əsaslıdır. Məhkəmə iddia tələbinin “əsas borcun tam məbləğdə ödənildiyi tarixədək illik 8 faiz dərəcəsi ilə hesablanan məbləğin, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 73.6 manat, maddi və mənəvi zərərə görə 500 manat, eləcə də əldən çıxmış faydaya görə 500 manat, məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2.6-ci maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, öhdəlik üzrə qaytarılmalı olan məbləğin vaxtında qaytarılmaması nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin öhdəliyə əsasən əsasən ödəməli olduğu 2100 manatın ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün cavabdeh tərəfin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 73.6 manat məbləğində məhkəmə xərclərinin əvəzini tələb etsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, 41 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilsin. İcarə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, 101 saylı evin, 1 saylı mənzilinin 16 kv.m və 10 kv.m hissəsi boşaldılmaqla X2 təhvil verilsin. Cavabdeh MMC-dən 2100 manat icarə haqqı alınaraq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 41 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar